12.12.2017 03:02
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

YÜKDAŞIMA MÜQAVILƏSI MÜLKI-HÜQUQI MÜQAVILƏLƏRIN MÜSTƏQIL NÖVÜ KIMI

S.S.ALLAHVERDIYEV,
Odlar Yurdu Universiteti
«Mülki, cinayət və cinayət
prosesi» kafedrasinin professoru


Məqalədə yükdaşima müqaviləsinin hüquqi təbiəti və onun digər mülki-hüquqi müqavilələrlə müqayisəli təhlili verilir. Yükdaşima müqaviləsinin nəqliyyat müqavilələri sistemində önəmli rol oynamasi xüsusilə vurğulanir.

Müəllifin yükdaşima müqaviləsinin mülki-hüquqi müqavilələrin müstəqil növü olmasi barədə elmi ideyasi əsaslandirilir.

Yükdaşima müqaviləsinin hüquqi təbiəti və xarakteri mülki hüquq elmində (doktrinasinda), o cümlədən nəqliyyat hüququ elmində mübahisə doğuran məsələlərdən biri olmuş və olmaqda davam edir. Mülki hüquq elmində ikinci elə bir müqavilə növü tapmaq olmaz ki, o, öz mülki-hüquqi xarakteristikasina görə yükdaşima müqaviləsi kimi geniş, qizğin və canli diskussiya predmetinə çevrilsin.
Yükdaşima müqaviləsinin hüquqi statusu məsələsi həmişə nəqliyyat hüququ elminin diqqət mərkəzindədir. Həmin müqavilə bütün vaxtlarda nəqliyyat hüququ mütəxəssislərinin nəzərini cəlb etmişdir. Bu isə təsadüfi deyildir. Belə ki, yükdaşima müqaviləsinə doğru-dürüst mülki-hüquqi xarakteristika vermək, onun hüquqi statusunu düzgün müəyyənləşdirmək, eyni zamanda mülki-hüquqi müqavilələr arasinda həmin müqavilənin tutduğu yeri təyin etmək həm nəqliyyat hüququ elmi baximindan, həm də nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsi və inkişafi baximindan vacib əhəmiyyət kəsb edir.
Mülki hüquq elmində yükdaşima müqaviləsinin hüquqi təbiəti barədə yaranan mübahisənin predmetini əsasən üç məsələ təşkil edir:
– birincisi, yükdaşima müqaviləsinin mülki-hüquqi müqavilələr sirasinda (sistemində) müstəqil müqavilə növü hesab edilməsi;
– ikincisi, yükdaşima müqaviləsinin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə olmasi;
– üçüncüsü, yükdaşima müqaviləsinin daşima öhdəliyinin yaranma əsasi olmasi.
Yükdaşima müqaviləsinin hüquqi təbiəti barədə yaranan mübahisənin birinci tərəfini mülki-hüquqi müqavilələr sistemində həmin müqavilənin tutduğu yer məsələsi təşkil edir. Söhbət yükdaşima müqaviləsinin müstəqil mülki-hüquqi müqavilə kimi taninib-taninmamasi məsələsindən gedir. Bu barədə hüquq ədəbiyyati səhifələrində bir-birindən fərqli müxtəlif fikirlər irəli sürülür.
Bəzi müəlliflər daşima müqaviləsinə podrat müqaviləsinin elə bir xüsusi növü kimi baxirlar ki, bu növ özündə bir sira hüquqi elementləri birləşdirir. Məsələn, A.Q.Qusakov göstərirdi ki, dəmiryolu ilə yükdaşima müqaviləsi ixtisaslaşdirilmiş podratdir (Bax: Гусаков А.Г. Железнодорожное право по законодательству СССР, М., 1929, с. 46). Həmin müəlliflərin fikrincə, daşima müqaviləsini podrat müqaviləsinə aid etmək lazimdir.
Yeri gəlmişkən qeyd edək ki, inqilabaqədərki rus mülki qanunvericliyi də daşima müqaviləsini podrat müqaviləsinin ayrica növü kimi taniyirdi və onu müstəqil müqavilə hesab etmirdi (Свод Законов Российской империи. Том Х, часть 1, ст. 1738). Rusiya Imperiya Qanunlar Külliyyati daşima müqaviləsi ilə tənzimlənən münasibətləri podrat müqaviləsi ilə qaydaya salinan münasibətlərlə eyniləşdirir, onlari identik münasibətlər sayirdi.
Almaniya və Fransa hüquq ədəbiyyatinda daşima müqaviləsinə podrat müqaviləsinin bir növü kimi baxmaq xarakterik hal kimi, geniş yayilmişdir (Bax: Жşллио де ла Моğанüдеğ. Л., Гğажданское пğаво Фğанöии / Том 3. М., 1961, с. 219; Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 1981, с. 70-71). Bir sira ölkələrin qanunvericiliyi podrat müqaviləsi barədə normalarin daşima müqaviləsinə subsidiar tətbiq edilməsi barədə qayda nəzərdə tutur. Fransa Mülki Məcəlləsinə görə daşima podrat müqaviləsinin obyektlərindən biridir.
Sovet qanunvericiliyi də bir vaxtlar bəzi hallarda nəqliyyat (daşima) xidmətini podrat müqaviləsinin nizamasalma predmetinə daxil edirdi. Lakin buna baxmayaraq, sovet hüquq ədəbiyyatinda göstərilirdi ki, Mülki Məcəllənin podrat müqaviləsini qaydaya salan normalar daşinma ilə bağli yaranan məsələləri həll etmək üçün əsas ola bilməz (Bax: IИ.Перетерский. Договор воздушной перевозки // Советское право, 1924, № 2 (8), с. 115-116; А.Д.Кейлин, П.П.Винаградов. Морское право. М., 1939, с. 106-107; Отдельные виды обязательств. М., 1954, с. 212, 221-222).
Sovet alimlərinin irəli sürdükləri bu fikrin inandirici və həqiqətə uyğun olmasini təsdiqləyərək bir daha göstəririk ki, daşima müqaviləsini podrat müqaviləsinə aid edilməsinin və onun bir növü kimi tanimasinin heç bir elmi zəmini yoxdur.
Düzdür, həmin müqavilələr arasinda ümumi və oxşar cəhətlər vardir. Belə ki, bir tərəfin (podrat müqaviləsi üzrə podratçinin, daşima müqaviləsi üzrə isə daşiyicinin) digər tərəfin (podrat müqaviləsi üzrə sifarişçinin, daşima müqaviləsi üzrə isə yükgöndərənin) tapşiriği ilə müəyyən hərəkətlərin (işlərin) yerinə yetirilməsi hər iki müqavilə üçün ümumi əlamətdir. Doğrudan da, daşima nəticəsində yüklərin müəyyən bir yerdən başqa yerə çatdirilmasini təmin edən hərəkət – iş yerinə yetirilir. Lakin iş, bir qayda olaraq, podrat müqaviləsinin köməyi və vasitəsilə həyata keçirilir.
Daşima müqaviləsi əsasinda daşima işi, podrat müqaviləsi əsasinda isə podrat işi həyata keçirilir. Lakin daşima işi o qədər spesifik cəhətlərə malikdir ki, bu cəhətlər onun xüsusi və ayrica olaraq tənzimlənməsini tələb edir. Belə ki, daşima işi nəqliyyat fəaliyyəti nəticəsində həyata keçirilir. Nəqliyyat fəaliyyəti isə daşima xidməti adli əmtəə hazirlayir və istehsal edir. Bu elə bir əmtəədir ki, onun istehsal edilmə prosesi ilə istehlak olunma prosesi vaxt baximindan üst-üstə düşür, yəni daşiyici tərəfindən daşima xidməti göstərildiyi anda da müştəri (yükgöndərən) tərəfindən həmin əmtəə istehlak olunur. Daşima xidməti əmtəə olsa da, onun nəticəsi maddi (əşya) formada deyildir, yəni onun maddi nəticəsi olmur.
Göründüyü kimi, daşima xidməti nəticəsində hər hansi yeni maddi əşya yaradilmir, yalniz əşyalarin (yüklərin) müəyyən bir yerdən başqa yerə çatdirilmasi təmin olunur. Özü də bu xidmət daşiyicinin (xidmət göstərənin) özündən ayrilmazdir.
Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, daşima xidmətinin göstərilməsi ilə bağli yaranan münasibətlər (daşima münasibətləri) öz xarakterinə və məzmununa görə podrat müqaviləsi ilə tənzimlənən münasibətlərdən kəskin dərəcədə fərqlənir. Buna görə də spesifik təbiətə malik olan daşima münasibətləri podrat müqaviləsi ilə qaydaya salina bilməz. Bu cəhət isə daşima müqaviləsinin podrat müqaviləsinin müəyyən növü kimi taninmasini istisna edir. Belə ki, podrat müqaviləsi ilə tənzimlənən münasibətlər (podrat münasibətləri) sayəsində maddi nəticə – işin maddi nəticəsi (yeni və ya emal olunmuş əşya) əmələ gəlir (Daşima müqaviləsinin podrat müqaviləsinə aid olunmasini istisna edən arqumentlər barədə bax: Иоффе О.С. Советское гğажданское пğаво. Куğс лекöий. Учебное пособие. Л., частü 2, 1961, с. 268; Иоффе О.С. Обяçателüственное пğаво. М., 1975, s. 488).
Daşima müqaviləsinin mülki-hüquqi müqavilələr sistemində tutduğu yer barəsində yarnan ikinci konsepsiyaya görə, daşima müqaviləsi başqa mülki-hüquqi müqavilələrin (podrat, saxlama, tapşiriq, əmlak kirayəsi və) elementlərindən ibarət olan xüsusi xarakterli müstəqil müqavilədir. Bununla daşima müqaviləsinin bir sira müqavilələrin əlamətlərini və elementlərini birləşdirən müqavilə kimi taninmasina təşəbbüs və cəhd göstərilir (Bax: Xodunov M.E. Vnutrenne vodnoe pravo.
M., 1945, s. 85; Samoyloviç P.D. Doqovor morskoy perevozki po sovetskomu pravu. M., 1952, s. 12; Izvolenskiy V.N. Pravovoe voprosi jelezno-dorojnix perevozok. M., 1951, s. 39-40; Braqinskiy M.I. Obhee uçenie o xozəystvennix doqovorax. Minsk, 1967, s. 36-38). Bu fikirlə də çətin razilaşmaq olar.
Düzdür, daşima müqaviləsinin özündə bir sira mülki-hüquqi müqavilələrin elementlərini birləşdirməsini heç kəs inkar edə bilməz. O, hər şeydən əvvəl, saxlama müqaviləsinin əlamətini özündə əks etdirir. Belə ki, daşima müqaviləsinə görə daşiyici (nəqliyyat təşkilati) yükün olduğu kimi (salamat) qalmasini təmin edir. Digər tərəfdən yük təyinat yerinə çatdiqda, o, yükalan qəbul edənə kimi saxlanilir. Bununla, daşiyici ona verilmiş yükün salamat (olduğu kimi) qalmasini təmin etmək üzrə fəaliyyət (xidmət) göstərir. Əmlakin salamat (olduğu kimi) qalmasini təmin etmək üzrə fəaliyyət (xidmət) göstərmək isə saxlama müqaviləsinin predmetini təşkil edir.
Saxlama birinci halda, daşima fəaliyyətini müşayiət edən əlavə əməliyyat – texniki əməliyyat kimi özünü göstərir və daşima müqaviləsinin elementi kimi çixiş edir. Lakin bu, həm iqtisadi, həm də hüquqi cəhətdən saxlama hesab edilmir. O, yalniz daşima əməliyyatinin və prosesinin yerinə yetirilməsini ifadə edir. Saxlama ikinci halda, xidmət göstərilməsi üzrə iqtisadi fəaliyyətin bir formasi hesab edilir, hüquqi cəhətdn müstəqil surətdə ifadə olunur, müstəqil əhəmiyyət kəsb edir.
Daşima müqaviləsi digər tərəfdən, özündə tapşiriq müqaviləsinin elementini birləşdirir. Belə ki, əgər daşiyici (nəqliyyat təşkilati) yükü özündə saxlasa, bu hal yükdaşima müqaviləsinin icra edilməməsini ifadə edir. Daşiyici yükü təyinat yerində yükü almağa ixtiyari çatan şəxsə (yükalana) verir. Yükü yükalana verən zaman daşiyici onun qarşisinda öz kontragentinin – yükgöndərənin (daşiyici ilə yükdaşima müqaviləsi bağlayan tərəfin) tapşiriğini yerinə yetirir. Belə ki, tapşiriq müqaviləsi üzrə vəkalət alan (tapşiriq alan) vəkalət verənin (tapşiriq verənin) tapşiriğini həyata keçirərək daşima işini (yükün təyinat yerinə çatdirilmasini təmin edən işi) icra edir (Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 777-ci maddəsinin 1-ci bəndi). Göstərilən halda, yükdaşima müqaviləsinin tapşiriq müqaviləsinin elementini özündə birləşdirən müqavilə kimi çixiş etməsinin şahidi oluruq. Belə ki, daşiyicinin yükü daşimaq və təyinat yerində yükalana vermək vəzifəsi tapşiriq müqaviləsinin elementi kimi yükdaşima müqaviləsini müşayiət edir və onun elementinə çevrilir.
Daşima müqaviləsi həm də özündə əmlak kirayə müqaviləsinin elementini birləşdirir. Bildiyimiz kimi, yükgöndərən (müştəri) yükü, adətən, daşiyiciya məxsus olan daşima (nəqliyyat) vasitələri (vaqonlar, konteynerlər, gəmilər, avtomobillər və s.) ilə yola salir. Məhz bu vasitələrin köməyi ilə yük təyinat yerinə çatdirilir, həmin vasitələrdən faktiki olaraq daşima prosesinin həyata keçirilməsi və bununla müştərinin mənafeyi üçün istifadə olunur. Bu isə onu ifadə edir ki, əmlak kirayə müqaviləsinin elementi yükdaşima müqaviləsinin elementi kimi çixiş edir.
Yükdaşima müqaviləsinin tərkibinə həm də podrat müqaviləsinin elementi daxildir. Belə ki, daşiyici yükgöndərənin sifarişi ilə yükün təyinat yerinə çatdirilmasini təmin edən iş – daşima işi görür. Bu isə onu göstərir ki, podrat müqaviləsinə xas olan iş görmək vəzifəsi yükdaşima müqaviləsinin elementi kimi onu müşayiət edir, həmin müqavilənin tərkibinə daxil olur.
Doğrudan da, yükdaşima müqaviləsi özündə yuxarida göstərdiyimiz bir neçə müxtəlif müqavilənin elementini və ya əlamətini birləşdirir. Qanunvericilikdə nəzərdə tutulan istənilən müqavilədə başqa müqavilənin elementlərini tapmaq olar (Bax: Əiçkov K.K. Doqovor jeleznodorojnoy perevozki qruzov po sovetskomu pravu. M., 1958, s. 100). Bu elementlər müvafiq müqaviləni müşayiət edir, həmin müqavilənin tərkibinə daxil olur. Lakin həmin elementlər müşayiət etdiyi müqavilənin hüquqi təbiətini müəyyən etmir (Bax: Ioffe O.S. Sovetskoe qrajdanskoe pravo. Kurs leküiy. Uçebnoe posobie. L., çastğ 2, 1961, s.267.), onu təbiətinin malik olduğu başlica və əsas keyfiyyət xarakteristikasindan məhrum etmir. Məsələn, saxlamaq vəzifəsi saxlama müqaviləsinin elementidir. Bu element alqi-satqi müqaviləsinin də tərkibinə daxil olub, onu müşayiət edir. Belə ki, alqi-satqi müqaviləsi üzrə satici satdiği əşyani saxlamalidir. Lakin bu cəhət alqi-satqi müqaviləsinin saxlama müqaviləsinə çevrilməsi üçün əsas ola bilməz. Başqa bir misalda, vəkalət alanin vəkalət verənin tapşirdiği işi icra etmək vəzifəsi tapşiriq müqaviləsinin elementidir. Bu elementə podrat müqaviləsində də rast gəlinir: podratçi sifarişçinin ona tapşirdiği və müqavilədə nəzərdə tutulan işi icra etməlidir. Lakin bu əlamət tapşiriq müqaviləsinin podrat müqaviləsinə çevrilməsini şərtləndirə bilməz. Buna müvafiq olaraq yükdaşima müqaviləsinin özündə podrat, saxlama, kirayə və tapşiriq müqavilələrinin elementlərini birləşdirməsi həmin müqaviləni podrat, saxlama, kirayə və ya taşriq müqaviləsinə çevirmir, habelə onun qarişiq (kompleks) müqavilə kimi (MM-in 390-ci maddəsinin 4-cü bəndi) taninmasina səbəb olmur.
Yükdaşima müqaviləsinin mülki-hüquqi müqavilələr sistemində tutuduğu yer barədə üçüncü konsepsiya mövcuddur ki, bu konsepsiyaya görə, yükdaşima müqaviləsi mülki-hüquqi müqavilələrin müstəqil növüdür (Bax: Tarasov M.A. Oçerki transportnoqo prava. M., 1951, s. 80; Tarasov M.A. Doqovor perevozki po sovetskomu pravu. M., 1954, s. 21; Allaxverdov M.A. Pravovie voprosi perevozki buksirovki po vnutrennim vodnim putəm. M., 1955, s. 18; Əiçkov K.K. Doqovor jeleznodorojnoy perevozki qruzov po sovetskomu pravu. M., 1958, s. 102; Ioffe O.S. Sovetskoe qrajdanskoe pravo. Kurs leküiy. Uçebnoe posobie. L., çast
ğ
2, 1961, s.268; Andreev V.K. Transportnoe pravo. Kalinin. 1977, s. 39; Saviçev Q.P. Pravovoe requlirovanie perevozok narodno-xozəystvennix qruzov. M., 1986, s. 56.). Onu, podrat, əmlak kirayə habelə, özündə müxtəlif müqavilələrin elementlərini birləşdirən qarişiq müqavilənin növü hesab etmək olmaz (Bax: Əiçkov K.K. Doqovor perevozki i po znaçenie v osuhestvlenii planov narodno-xozəystvennoy deətelğnosti // Sovetskoe qosudarstvo i pravo, 1955, № 5).
Inqilabaqədərki dövrün rus qanunvericiliyi yükdaşima müqaviləsinin müstəqil olmasini rəsmən tanimadiğina baxmayaraq, bu müqavilənin müstəqil xarakterə malik olmasi ideyasi hələ o dövrün rus mülki hüquq elmi (doktrinasi) tərəfindən əsaslandirilirdi. O dövrün taninmiş alimi G.F.Şerşeneviç mülki-hüquqi müqavilələrin öz məqsədinə görə təsnifini apararkən, ayrica olaraq, özgə xidmətindən istifadə etmə haqqinda müqavilələri fərqləndirirdi. Alim həmin müqavilələrə podrat müqaviləsini, komissiya müqaviləsini, ortaqliq müqaviləsini, etibarnamə (tapşiriq) müqaviləsini, şəxsi kirayə müqaviləsini, saxlama müqaviləsini və nəhayət daşima müqaviləsini aid edirdi (Bax: Şerşeneviç Q.F. Uçebnik russkoqo qrajdanskoqo prava (po izdaniö 1907 q.). M., 1995, s. 316). Göründüyü kimi, G.F.Şerşeneviç özgə xidmətindən istifadə etmə haqqinda müqavilələr sirasinda daşima müqaviləsinə müstəqil yer verirdi (Inqilabaqədərki rus sivilisti V.I.Sinayski «xidmətlər haqqinda müqavilə» termini işlədirdi və buraya aid edirdi: şəxsi kirayəni; podrati; tapşiriqli (Bax: Sinayskiy V.I. Russkoe qrajdanskoe pravo. U
ç
ebnik. M., 2002, s. 405). O, daşimani xidmətlər haqqinda müqavilə kateqoriyasina aid etmirdi.).
Bununla belə, o dövrdə daşima müqaviləsinin rəsmən, qanunvericilik qaydasinda taninmasi üçün təşəbbüs göstərilirdi. Belə ki, Rusiya Mülki Qanunnaməsinin layihəsini (bu layihə 1913-cü ildə baxilmaq üçün Dövlət Dumasina göndərilmişdi) hazirlayan Redaksiya Komissiyasinin materiallarinda xüsusi olaraq, daşimanin müstəqil müqavilə növü kimi ayrilmasinin zəruriliyi və vacibliyi göstərilirdi. Mülki Qanunnamənin layihəsində (1993-cü maddə) daşima müqaviləsinin tərifi verilirdi (Bax: Qrajdanskoe ulojenie: Proekt Visoçayşe uçrejdennoy redaküionnoy komissii po sostavleniö Qrajdanskoqo Ulojeniə / Pod red.
Ç.M.Tötrö
mova. Tom 2. SPb., 1910).
Sovet dövründə uzun müddət məcəllələşdirilmiş mülki qanunvericilik aktlarinda daşima müqaviləsi haqqinda normalar formulə edilməmişdi. Məsələn, RSFSR-in Mülki Məcəlləsində (1922-ci il) daşima müqaviləsini tənzimləyən normalara rast gəlmirik (Bax: Qrajdanskiy kodeks RSFSR; Ofiüialğniy tekst i izmeneniə na 1 iölə 1950 q., M., 1950). Daşima müqaviləsini nizama salan normalar sovet müttəfiq respublikalarinin mülki məcəllələrində də nəzərdə tutulmamişdi. Ilk dəfə olaraq, yalniz 1961-ci il SSRI və müttəfiq respublikalarin Mülki Qanunvericiliyinin Əsaslarinda daşima müqaviləsini nizama salan normalar müəyyənləşdirildi. Əsaslarin «Daşima» adli 9-cu fəslinə daxil olan normalar (72-77-ci maddələr) məhz daşima müqaviləsinin tənzimlənməsinə həsr edilmişdi. Bununla ittifaq qanununda, ilk dəfə olaraq daşimalar haqqinda vacib müddəalar təsbit edildi və daşima müqaviləsi barədə normalar məcəllələşdirildi. Daşima haqqinda qaydalarin Əsaslarda nəzərdə tutulmasinin mühüm əhəmiyyəti var idi (Bax: Nauçno-praktiçeskiy kommentariy k Osnovam qrajdanskoqo zakonodatelğstva SSSR i soöznix respublik / Pod red. S.N. Bratusə, E.A.Fleyhiü. M., 1962, s. 280).
Əsaslarda daşimalar barədə nəzərdə tutulan normalar müttəfiq respublikalarin mülki məcəllələri tərəfindən də qəbul edildi. RSFSR-in 1964-cü il MM-in 373-385-ci, Azərbaycan SSR-in 1964-cü il MM-in 368-379-cu maddələri isə daşimanin mülki-hüquqi tənzimlənməsinə həsr edildi.
Daşima münasibətləri nəqliyyat məcəllə və nizamnamələri ilə daha konkret formada qaydaya salinirdi. Belə ki, dəmir yolu nəqliyyati ilə daşimalar SSRI Dəmir yolu Nizamnaməsi ilə (Bax: Ustav jeleznix doroq Soöza SSR, utverj. postanovleniem Soveta Ministrov SSSR ot 6 aprelə 1964 q. № 270 // SP SSSR 1964. № 5, st. 36.), daxili su (çay) nəqliyyati ilə daşimalar SSRI Daxili Su Nəqliyyati Nizamnaməsi ilə (Bax: Ustav vnutrenneqo vodnoqo transporta Soöza SSR, utverj. postanovleniem Soveta Ministrov SSSR ot 15 oktəbrə 1955 q. // Sbornik zakonodatelğstva po vnutrennemu vodnomu transportu. M., 1964.), dəniz daşimalari SSRI Dəniz Ticarəti Məcəlləsi ilə (Bax: Kodeks torqovoqo mereplavaniə Soöza SSSR, prinətim 1968 q. // Vedomosti Verxovnoqo Soveta SSSR. 1968. № 39, st. 351.), hava daşimalari əvvəlcə, 1961-ci ildə qəbul edilmiş SSRI Hava Məcəlləsi ilə, daha sonra isə 1983-cü ildə qəbul edilmiş SSRI Hava Məcəlləsi ilə (Bax: Vozduşniy Kodeks Soöza SSSR, utverj. Ukazom Prezidiuma Verxovnoqo Soveta SSSR ot 11 maə 1983 q. // Vedomosti Verxovnoqo Soveta SSSR. 1983. № 20, st. 303), avtomobil nəqliyyati ilə daşimalar isə Azərbaycan SSR Avtomobil Nəqliyyati Nizamnaməsi ilə tənzimlənməyə başladi (Bax: Ustav avtomobilğnoqo transporta Azerb. SSR, Utverj. postanovleniem Soveta Ministrov Azerb. SSR, ot 28 maə 1969 q. № 213 // SP Az. SSR. 1969, № 13, st. 111). (Avtomobil daşimalarinin tənzimlənməsi Əsaslara görə ittifaq-respublika qanunvericiliyinə aid edilmiş-di və buna görə də hər bir müttəfiq respublika bu barədə özünün ayrica nizamnaməsini qəbul etmişdi).
Nəqliyyat nizamnamə və məcəllələri daşimanin yalniz ümumi şərtlərini qaydaya salirdi. Daşimanin şərtlərinin geniş təfsilati ilə tənzimlənməsi həmin nizamnamə və məcəllələr əsasinda və onlarin inkişafi üçün nəqliyyat nazirlikləri tərəfindən qəbul edilmiş Daşima qaydalarinin vasitəsi ilə həyata keçirilirdi (Məsələn, bax: Pravila perevozok qruzov, izdav. Ministerstvom putey soobheniə SSSR; Obhie pravila perevozki qruzov, passajirov i baqaja, izdav. Ministerstvom morskoqo flota SSSR; Pravila perevozok passajirov, baqaja i qruzov po vozduşnim liniəm Soöza SSSR, izdav. Ministerstvom qrajdanskoy aviaüii SSSR (V kniqe: Pravila perevozok qruzov. M., 1967; Obhie pravila perevozki qruzov, passajirov i baqaja po morskim putəm soobheniə na sudax ministerstva morskoqo flota SSSR. M., 1963; Pravila perevozok passajirov, baqaja i qruzov po vozduşnim liniəm Soöza SSSR. M., 1968).). Hər bir müttəfiq respulikada, ayrica olaraq, qüvvədə olan Avtomobil Nəqliyyati Nizamnaməsinə uyğun olaraq daşima qaydalari qəbul edilmişdi ki, bu qaydalar avtomobil nəqliyyati ilə daşimalarin tənzimlənməsində vacib rol oynayirdi.
Beləliklə, sovet dövrünün mülki qanunvericiliyi daşimani mülki-hüquqi müqavilələrin müstəqil növü kimi tənzimləyirdi. Müstəqil Azərbaycan Respublikasinin mülki qanunvericiliyi də daşimanin mülki-hüquqi müqavilələr sistemində yerini müəyyənləşdirərkən məsələyə məhz bu cür yanaşir. Bizim ölkə qanunvericiliyinə görə, daşima müqaviləsi mülki-hüquqi müqavilələrin müstəqil növlərindən biridir. Respublikamizin ali iqtisadi qanunu olan Mülki Məcəllədə, habelə nəqliyyat məcəllələrində o, müstəqil müqavilə kimi nəzərdə tutulur. Yükdaşima müqaviləsinin öz hüquqi statusuna görə müstəqil olmasi, hər şeydən əvvəl, onun daşidiği əsas məqsədlə bağlidir. Belə ki, daşimanin əsas məqsədi daşima prosesini həyata keçirməkdən, yükün təyinat yerinə salamat çatdirilmasini təmin etməkdən ibarətdir. Məhz müqavilənin əsas məqsədi onun hüquqi təbiətini və müstəqil olmasini şərtləndirir (Bax: Ioffe O.S. Sovetskoe qrajdanskoe pravo. Kurs leküiy.
Çastğ 2. L., 1961, s. 267-268; Ioffe O.S. Obəzatelğ
stvennoe pravo. M., 1975, s. 554-555.).
Yükdaşima müqaviləsinin müstəqil olmasini şərtləndirən ikinci bir amil də vardir. Bu amil onun iqtisadi (maddi) məzmunu ilə əlaqədardir. Daşima müqaviləsinin iqtisadi məzmunu nəqliyyat xidmətlərinin özgəninkiləşdirilməsi ilə bağli olan münasibətlərdən ibarətdir (Bax: Andreev V.K. Transportnoe pravo. Kalinin. 1977, s. 39). Məhz iqtisadi münasibətlərin bu sferasi yükdaşinma müqavilələrinin müstəqilliyini şərtləndirir (Bax: Saviçev Q.P. Pravovoe requlirovanie perevozok narodno-xozəystvennix qruzov. M., 1986, s. 56).
Nəqliyyat fəaliyyəti maddi istehsalin müstəqil sahəsini, iqtisadiyyatin xüsusi sferasini təşkil edir. K.Marksin dililə desək, nəqliyyat sənayesi istehsalin müstəqil sahəsidir. Digər tərəfdən, o, istehsal prosesini dövriyyə prosesində və dövriyyə prosesi üçün davam etdirir (Bax: K.Marks. Kapital. Tom 2, M., 1938, s. 130; Marks K. i Gnqel
ğs F. Soç
. Tom 24, s. 171). K.Marksin söylədiyi bu sözlər daşima müqaviləsinin müstəqil olmasi barədə nəticə çixarmağa əsas ola bilər.
Yükdaşima müqaviləsi müqavilə hüququnda xidmət göstərilməsi üzrə müqavilə kateqoriyasina aiddir. Xidmət göstərilməsi üzrə müqavilələr isə dörd qrupa bölünür:
– maliyyə-bank xidməti göstərilməsi üzrə müqavilələr (bank əmanəti, bank hesabi, siğorta, borc və kredit müqavilələri);
– hüquqi xarakterli xidmət göstərilməsi üzrə müqavilələr (komissiya müqaviləsi);
– faktiki xarakterli xidmət göstərilməsi üzrə müqavilələr (saxlama müqaviləsi, daşima müqaviləsi);
– faktiki-hüquqi xarakterli xidmət göstərilməsi üzrə müqavilələr (tapşiriq müqaviləsi, ticarət nümayəndəsi haqqinda müqavilə, nəqliyyat-ekspedisiya müqaviləsi).
Göründüyü kimi, daşima müqaviləsi xidmət göstərilməsi barədə müqavilələrin faktiki xarakterli xidmət göstərilməsi barədə müqavilə növünə şamil edilir.
Yükdaşima müqaviləsi həm də nəqliyyat müqavilələri sistemində vacib və mühüm rol oynayir. Məhz bu müqavilənin nəticəsində məhsullarin istehsal sahəsindən mübadilə (dövriyyə) sahəsinə hərəkət etməsi ilə bağli olan bütün məsələlər həll edilir. Nəqliyyat müqavilələri sisteminə daxil olan müqavilələrə münasibətdə bu müqavilə baza müqaviləsi rolunu oynayir. Məhz bu müqavilənin sayəsində nəqliyyat sənaye və kənd təsərrüfati məhsullarinin istehsal və mübadilə prosesini təmin edir, ölkə iqtisadiyyatinin bütün sahələri arasinda əlaqə yaranir.

Istifadə edilmiş ədəbiyyat:

1. Синайский В.И. Русское гражданское право. Учебник. М., 2002.
2. Иоффе О.С. Обязательственное право. М., 1975.
3. Андреев В.К. Транспортное право. Калинин, 1977.
4. Савичев Г.П. Правовое регулирование перевозок народно-хозяйственных грузов. М., 1986.
5. К.Маркс. Капитал. Том 2. М., 1938.
6. Маркс К. и Энгельс Ф. Соч. Том 24.
7. . Əliyev E.Ə. Nəqliyyat hüququnun əsaslari. Dərs vəsaiti. Baki, «Hüquq ədəbiyyati» nəşriyyati, 2004.
8. Устав железных дорог Союза ССР, утверж. постановлением Совета Министров СССР от 6 апреля 1964 г. № 270 // СП СССР, 1964, № 5, ст. 36.
9. Устав внутреннего водного транспорта Союза ССР, утверж. постановлением Совета Министров СССР от 15 октября 1955 г. // Сборник законодательства по внутреннему водному транспорту. М., 1964.
10. Кодекс торгового мереплавания Союза ССР, принятым 1968 г. // Ведомости Верховного Совета СССР, 1968, № 39, ст. 351.
11. Воздушный Кодекс Союза ССР, утверж. Указом Президиума Верховного Совета СССР от 11 мая 1983 г. // Ведомости Верховного Совета СССР, 1983, № 20, ст. 303.
12. Устав автомобильного транспорта Азерб. ССР, утверж. постановлением Совета Министров Азерб. ССР, от 28 мая 1969 г. № 213 // СП Аз. ССР, 1969, № 13, ст. 111.

 

Contract on transportation Operations as an independent kind of civil agreements


Allakhverdiyev S.S.,
Professor of Chair of Law
of “Odlar Yurdu” University


Analysis of legal status of Contract on transportation operations in comparison with other civil contracts is provided in the article. The important part that contract on transportation operations plays in structure of transport related contract is especially noted.
Author substantiates the concept of independence of Contract on Shipping Operations’ part in civil law.


Договор о перевозок груза, как самостоятельный вид гражданско-юридических договоров


С.С.Аллахвердиев, профессор
кафедры «Гражданский, уголовный
и уголовный процесс» Университета
«Одлар Юрду»


В статье идет речь о юридической природе договора перевозки груза, а также дается его сравнительный анализ с другими гражданско-правовыми договорами.
Обосновывается научная идея автора о том, что договор о перевозке груза является самостоятельным видом гражданско-правовых договоров.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.