08.21.2017 16:03
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

BEYNƏLXALQ AVTOMOBİL DAŞIMALARINI TƏNZİMLƏYƏN
BEYNƏLXALQ SAZİŞ VƏ KONVENSİYALAR


R.M.Axundov,
Azərbaycan Beynəlxalq Avtomobil
Daşıyıcıları Assosiasiyası
Baş katibinin müavini,
t.e.n., Beynəlxalq Nəqliyyat
Akademiyasının akademiki



Məqalədə Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiya prosesində beynəlxalq avtomobil daşımalarını tənzimləyən Saziş və Konvensiyalara qoşulmasından geniş şəkildə bəhs edilir, həmin hökumətlərarası sazişlərin adı, tarixi sadalanır və qısa məzmununun nədən ibarət olduğu göstərilir.
Qeyd olunur ki, Azərbaycan Respublikası Hökuməti bütün nəqliyyat növlərinə aid olan 50-yə yaxın beynəlxalq saziş və konvensiya imzalamışdır ki, bunlardan 12-si avtomobil nəqliyyatına aiddir. Məqalədə onlar haqqında geniş və tutarlı məlumatlar verilir.


Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra onun beynəlxalq aləmə inteqrasiya olunması zərurəti meydana çıxmışdır. Bunun həlli üçün mövcud olan yollardan ən birincisi beynəlxalq iqtisadi, o cümlədən nəqliyyat əlaqələrinin təşkili və inkişafı problemi idi. Şübhəsiz ki, beynəlxalq iqtisadi əlaqələrin yaradılması üçün müvafiq qanunvericilik bazasının da beynəlxalq səviyyəyə uyğun olması vacib idi.
Məlum olduğu kimi, beynəlxalq avtomobil daşımaları, əsasən, beynəlxalq saziş, konvensiya və ikitərəfli hökumətlərarası sazişlərlə tənzimlənir.
Avtomobil nəqliyyatı sahəsində bu məsələni inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası hal-hazırkı dövrədək 14 dövlətlə beynəlxalq avtomobil daşımalarına aid ikitərəfli hökumətlərarası sazişlər imzalanmışdır. Bunlara aşağıdakılar aiddir:
– Türkiyə ilə 02.11. 1992 il, Gürcüstan ilə 03.02.1993 il, Belorusiya ilə 20.04.1994 il, Bolqariya ilə 29.06. 1995 il, Rumıniya ilə 27.03.1996 il, Özbəkistan ilə 27.05.1996 il, Qazaxıstan ilə 16.09.1996 il, Moldova ilə 27.11. 1997 il, Ukrayna ilə 01.09.1999 il, Rusiya ilə 09.01.2001 il, Latviya ilə 10.07.2001 il, İran ilə 20.05.2002 il, Yunanıstan ilə 2004 il, Hollandiya ilə 01.09.2004 il tarixli sazişlər.
Bu sazişlərdə əsas məqsəd hər iki ölkə arasında onların ərazisindən tranzitlə avtomobil vasitəsilə sərnişin və yük daşımalarının qarşılıqlı inkişaf etdirilməsi, habelə belə əlaqələrin sadələşdirilməsidir. İkitərəfli sazişlərdə beynəlxalq sərnişin və yük daşımalarının bütün əsas şərtləri öz əksini tapmışdır. Bu sazişlərə görə dövlətin əraziləri arasında avtomobil nəqliyyatı ilə daşımalar müvafiq icazə sisteminə əsasən həyata keçirilir (İran İslam Respublikası istisna olmaqla). Sazişlərdə rüsum və vergilərin ödəmə şərtləri də əks olunmuşdur.
Azərbaycan Respublikası Hökuməti tərəfindən bütün nəqliyyat növlərinə aid olan 50-yə yaxın beynəlxalq hüquqi sənədlər – Saziş və Konvensiyalar imzalanmışdır. Bunlardan 12-si avtomobil nəqliyyatına aiddir və onların əksəriyyətinin siyahısı aşağıdakı cədvəldə göstərilmişdir:
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq avtomobil daşımalarına aid olan beynəlxalq Saziş və Konvensiyaların qısa məzmununu nəzərdən keçirək.
1. «BYD kitabçasının tətbiqi ilə beynəlxalq yol daşımaları haqqında» Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975-ci il)
«BYD kitabçası ilə beynəlxalq daşımalar haqqında» Gömrük Konvensiyası 1978-ci ildən qüvvəyə minmişdir. Konvensiya 3 hissədən ibarətdir:
I hissə – BYD tranzit sisteminin təhlili, onun iş prinsipi və qələcək inkişafının təfsiri;
II hissə – konvensiyanın əsas mətni;
III hissə – konvensiyanın istifadəsi üçün tövsiyyə.
Gömrük tranzit sistemi – gömrük plombları və möhürü altında beynəlxalq yük daşımalarını sadələşdirmək məqsədi daşıyır.
Konvensiya – tranzit daşımaları zamanı gömrük yoxlamalarının vaxtını xeyli azaldır və bununla da yükün yerinə çatdırılma vaxtını qısaltmış olur.
Konvensiyanın beş əsas prinsipi vardır:
– nəqliyyat vasitələrinin və konteynerlərin təhlükəsizliyi;
– beynəlxalq qarantiya;
– BYD kitabçası (gömrük sənədi);
– gömrük yoxlamaları tədbirlərinin ikitərəfli tanınması;
– yoxlamaya buraxılış.
Konvensiyaya 64 dövlət qoşulmuşdur, lakin aşağıdaki dövlətlərin əraziləri üzrə BYD kitabçaları ilə beynəlxalq avtomobil daşımaları həyata keçirilə bilər: Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Makedoniya, Macaristan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Küveyt, Kipr, Latviya, Litva, Livan, Estoniya, Lüksemburq, Mərakeş, Moldova, Suriya, Ukrayna, Çex Respublikası, Çili, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Sloveniya, Rusiya Federasiyası, Böyük Britaniya, Tacikistan, Tunis, Türkmənistan, Türkiyə, Finlandiya, Fransa, Xorvatiya, İsveçrə, İsveç, Yuqoslaviya, Avropa Birliyi.
2. Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin ekipajlarının işinə aid» Avropa Sazişi (ESTR) (01.07.1970 il)
«Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin ekipajlarının işinə dair» Avropa Sazişi beynəlxalq avtomobil sərnişin və yük daşımalarının təkmilləşməsi, inkişafı, yol hərəkətinin təhlükəsizliyi və iş rejiminin reqlamentləşdirilməsi məqsədilə tərtib edilmişdir.
Saziş 25 maddədən və əlavələrdən ibarətdir.
1-25-ci maddələr - Sazişin təyinatlarından, istifadə dairəsindən, ekipaj heyətindən, idarəetmə, tənəffüs, istirahət müddətindən, yoxlama cihazından, təşkilatın yoxlamalarından, tətbiq etmək tədbirlərindən və yekun müddəalardan ibarətdir.
Əlavələrdə - Yoxlama cihazların təsdiq edilməsi, quraşdırılması, istifadə qaydaları, cihazların konstruksiyalarına tələblər və onların yoxlanılması əks olunmuşdur.
Sazişə aşağıdakı dövlətlər qoşulmuşdur:
Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Qazaxıstan, Macarıstan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Latviya, Estoniya, Lüksemburq, Moldova, Ukrayna, Çex Respublikası, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya, Rusiya Federasiyası, Böyük Britaniya, Fransa, Xorvatiya, İsveç, Bosniya və Herseqovina.
3. «Beynəlxalq avtomaqistrallar haqqında» Avropa Sazişi (15.11.1977-ci il)
«Beynəlxalq avtomaqistrallar haqqında» Avropa Sazişi Avropa ölkələrində beynəlxalq yol hərəkətinin asanlaşdırılması və inkişafı, qələcəkdə beynəlxalq yol hərəkəti tələb edən yolların tikintisi və bərpa edilməsinin əlaqələndirilməsi planının təmin edilməsi və bu ölkələr arasında əlaqələrin inkişafı məsələlərinə yönəlmişdir.
Saziş 17 maddədən və 3 əlavədən ibarətdir.
Sazişin əsas hissəsində aşatıdakı məsələlər əhatə edilir:
– beynəlxalq «E» şəbəkəsinin planının təyin edilib qəbul edilməsi;
– beynəlxalq «E» şəbəkəsinin tikilməsi və bərpası;
– beynəlxalq «E» şəbəkəsinin nişanlanması;
– Sazişə qoşulma, əlavələr edilməsi və digər hüquqi məsələlər.
Əlavələrdə isə 1.Beynəlxalq «E» şəbəkəsi (yolların siyahısı), 2.Beynəlxalq maqistrallara cavab verən şərtlər, 3.Beynəlxalq «E» şəbəkəsinin (yolların) nişanlanması, marşrut markaları və identifikasiya məsələləri əks olunur.
4. «Yol hərəkəti haqqında» Konvensiya (08.11.1968 il)
«Yol hərəkəti haqqında» Konvensiya beynəlxalq yol hərəkətinin asanlaşdırılması və yollarda təhlükəsizliyi təmin etmək üçün eyni hərəkət qaydalarının qəbul edilməsi məqsədilə tərtib olunmuşdur.
Konvensiya 6 hissədən və 7 əlavədən ibarətdir.
1-ci hissə – Ümumi müddəalar;
2-ci hissə – Yol hərəkəti qaydaları;
3-cü hissə – Nəqliyyat vasitələrinin beynəlxalq yol hərəkətinə buraxılma şərtləri;
4-cü hissə – Avtomobil sürücüləri;
5-ci hissə – Velosipedlərin və asılan mühərrikli velosipedlərin beynəlxalq yol hərəkətinə buraxılma şərtləri;
6-cı hissə – Yekun müddəalar.
Əlavələr də isə:
1. Avtomobil və qoşquların beynəlxalq hərəkətə buraxılma öhdəliyindən kənara çıxma;
2. Beynəlxalq hərəkətdə olan avtomobil və qoşquların qeydiyyat nömrələri;
3. Beynəlxalq hərəkətdə olan av-tomobil və qoşquların fərqlənmə nişanları;
4. Beynəlxalq hərəkətdə olan avtomobil və qoşquların tanınma nişanları;
5. Avtomobil və qoşqulara aid texniki şərtlər;
6. Milli sürücülük vəsiqəsi;
7. Beynəlxalq sürücülük vəsiqəsi.
5. «Beynəlxalq Yük Daşınması Müqaviləsi haqqında» Konvensiya (KDPQ) (19 may 1956-ci il)
«Beynəlxalq Yük Daşınması Müqaviləsi haqqında» Konvensiya (KDPQ)» 02 iyul 1961-ci il tarixdən qüvvəyə minmişdir. Konvensiya 8 hissədən və 51 maddədən və imzalama haqqında Protokoldan ibarətdir:
– I hissə – Konvensiyanın tətbiq olunduğu sahə;
– II hissə – Daşıyıcının fəaliyyətlərinə görə məsul oldugu şəxslər;
– III hissə – Yük daşınması müqaviləsinin imzalanması və yerinə yetirilməsi;
– IV hissə – Daşıyıcının məsuliyyəti;
– V hissə – İddia və şikayətlər;
– VI hissə – Bir neçə daşıyıcı tərəfindən həyata keçirilən yük daşınması haqqında qərar;
– VII hissə – Konvensiyaya zidd olan müqavilə şərtlərinin öz qüvvəsini itirməsi;
– VIII hissə – Son maddələr.
Bu Konvensiya praktiki əhəmiyyətə malik olmaqla yanaşı, beynəlxalq yük avtomobil daşımaları müqaviləsi şərtlərinə eyni bir forma daxil etmək, daşıyıcı sənədlərinin unifikasiyası və daşıyıcının və yükgöndərənin məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə, BMT-nin Avropa İqtisadi Komissiyasının daxili nəqliyyat üzrə Komitəsinin iştiraki ilə Şəxsi hüquqların unifikasiyası üzrə Beynəlxalq İnstitut (Roma) tərəfindən hazırlanmışdır.
Bu Konvensiyanın tələblərinə müvafiq olaraq, daşıyıcı və yükgöndərən arasında olan müqavilənin şərtlərinə riayət olunması və daşıyıcı tərəfindən yükün qəbul edilməsinin təsdiqlənməsi Qaimə ilə müəyyənləşdirilir.
Konvensiya yükün itməsi, zədələnməsi və yaxud onun çatdırılma müddətinin gecikdirilməsi hallarında ödəniş həddinin, həmçinin beynəlxalq yük nəqliyyat daşımaları zamanı meydana çıxan iddia və tələblərin baxılması müddəti və qaydasını müəyyən edir.
Avropa ölkələri beynəlxalq nəqliyyat daşımaları barədə Sazişlərin imzalanmasında KDPQ Konvensiyasının qaydalarına əsas götürürlər.
Konvensiyaya aşağıdaki dövlətlər qoşulmuşlar: Avstriya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Hersoqovina, Makedoniya, Macarıstan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Latviya, Lüksemburq, Mərakeş, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Rusiya Federasiyası, Böyük Britaniya, Tacikistan, Tunis, Türkmənistan, Türkiyə, Finlandiya, Fransa, Özbəkistan, Xorvatiya, İsveçrə, İsveç, Estoniya, Yuqoslaviya.
6. «Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsəilə müvəqqəti idxalının» Gömrük Konvensiyası (18.05. 1956).
«Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsəilə müvəqqəti idxalının» Gömrük Konvensiyası 8 aprel 1959-cu il tarixdən qüvvəyə minmişdir. Konvensiya 9 hissədən və 45 maddədən ibarətdir:
– I hissə. Təyinatlar.
– II hissə. Rüsum və vergi ödənişlərindən müvəqqəti idxal, qayda və qadağalardan azad olunma.
– III hissə.Müvəqqəti idxal sənədlərin nəşri.
– IV hissə. Müvəqqəti idxal barəsində sənədlər haqqında məlumat.
– V hissə. Müvəqqəti idxalın şərtləri.
– VI hissə. Qaydaların müvəqqəti dayandırılması və müvəqqəti idxal sənədlərin qüvvəyə minməsi
– VII hissə. Müvəqqəti idxal sənədlərin tənzimlənniəsi.
– VIII hissə. Umumi qərarlar.
– IX hissə. Yekun qaydalar.
Konvensiya bir dövlətin ərazisində qeydiyyata alınmış və kommersiya məqsədilə digər dövlətin ərazisinə yük və sərnişin daşımaq üçün müvəqqəti idxal edilmiş nəqliyyat vasitələri sahibkarlarının idxal vergi və ödənişlərdən azad edilməsi yolu ilə beynəlxalq avtomobil daşımalarının inkişafına kömək etmək məqsədilə hazırlanmış və imzalanmışdır.
Bu Konvensiya hər bir avtonəqliyyat vasitəsi üçün «Gömrük talon kitabçası» adlandırılan (Karnen de passaj) xüsusi gömrük sənədini tərtib etmək şərtilə, bir dövlətin ərazisində qeydiyyata alınmış şəxsi nəqliyyat vasitələrinin digər dövlətin ərazisinə rüsumsuz müvəqqəti idxalını nəzərdə tutur.
«Gömrük talon kitabçası» (Karnet de passaj) idxal vergi və rüsumlarının və kitabçanın tərtibi gaydalarının, eləcə də Konvensiyanın digər şərtlərinin pozulmasına yol verildiyi təqdirdə nəzərdə tutulan cərimənin ödənilməsinə zəmanət verən sənəddir.
Konvensiyada müvəqqəti idxalın şərtləri, «Gömrük talon kitabça»sının (Karnet de passaj) doldurulması qaydaları izah edilmiş və eləcədə onun nümunəsi və qüvvədə olma müddəti göstərilmişdir.
Konvensiyaya aşağıdaki dövlətlər qoşulmuşlar: Avstriya, Əlcəzair, Əfqanıstan, Belarus, Belçika, Bolqarıstan, Makedoniya, Macarıstan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kambodja, Kipr, Kuba, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Sloveniya, Rusiya Federasiyası, Böyük Britaniya, Tacikistan, Tunis, Türkmənistan, Türkiyə, Finlandiya, Fransa, Xorvatiya, İsveçrə, İsveç, Yuqoslaviya Avropa Birliyi. 7. «Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılış-dırılması haqqında» Beynəlxalq Konvensiya (21 oktyabr 1982-ci il)
«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılışdırılması haqqında» Beynəlxalq Konvensiya 15 oktyabr 1985-ci il tarixdən qüvvəyə minmişdir. Konvensiya 4 hissədən və 26 maddədən və 7 əlavədən ibarətdir:
– I hissə. Ümumi müddəalar;
– II hissə. Prosedurların razılaşdırılması;
– III hissə. Tranzitə aid müddəalar;
– IV hissə. Digər müddəalar.
– Əlavə I. Gömrük və digər nəzarətlərin razılaşdırılması;
– Əlavə II. Tibbi-sanitar nəzarəti;
– Əlavə III. Baytarlıq nəzarəti;
– Əlavə IV. Fitosanitar nəzarəti;
–Əlavə V. Texniki standartlara uyğunlaşdırma (uygun olma) nəzarəti;
– Əlavə VI. Keyfiyyətə nəzarət;
– Əlavə VII. Hazırki Konvensiyanın 22-ci maddəsində qeyd olunan inzibati Komitənin prosedurları qaydaları.
Konvensiyanın müddəaları bir və ya bir neçə dəniz, hava və ya quruda yerləşən sərhədlərdən keçərkən idxal, ixrac və ya tranzitlə daşınan bütün yüklərə və razılığa gələn Tərəflərin nəzarət xidmətlərinə şamil edilməlidir.
Konvensiya müxtəlif sərhədlərdən keçən yüklərin məruz qalacağı nəzarət növlərinin təriflərini verməklə, beynəlxalq yük daşımalarının sadələşdirmə şərtlərini müəyyənləşdirir. Həmin tədbirlər əsasən aşağıdakılardan ibarətdir:
– Qonşu ölkələrin nəzarət xidmətləri tərəfindən yüklərin və sənədlərin birgə nəzarətinin təşkili;
– Sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən sərhəd məntəqələri işçilərinin və nəzarət xidmətlərinin iş saatlarının razılaşdırılması;
– BMT-nin nümunə – formalarına müvafiq olaraq tərtib edilmiş asanlıqla oxunan və aydın olan eyni şəkilli sənədlərdən istifadə edilməsi;
– Beynəlxalq Gömrük tranziti sisteminə müvafiq olaraq daşınılan yüklərə aid imkan daxilində sadələşdirilmiş və tezləşdirilmiş rejimin tətbiq edilməsi;
– Lazımi səviyyədə təhlükəsizliyi təmin edən konteynerlərdə və ya digər qablaşdırma vasitələrində daşınılan yüklərin tranzitinin maksimal asanlaş-dırılması;
– Tibbi-sanitar, baytarlıq, fotosanitar nəzarətinə məruz qalacaq yüklər haqqında, qanunvericilik aktlarında və qaydalarda nəzərdə tutulan bu növ nəzarətlərə aid olan tələblər haqqında, keyfiyyətin nəzarətinə və texniki standartlara uygun olmasına aid və həmçinin yüklərin göstərilən növ nəzarətə təqdim olacaq yeri barədə geniş məlumat verilməsi;
– Gömrük məntəqələrinə əvvəlcədən məlumat daxil olduğu təqdirdə, onların iş saatından kənar vaxtda tez xarab olan yüklər barəsində gömrük əməliyyatlarının təşkili.
Konvensiya beynəlxalq yük daşımalarında rəsmiyyətlərə riayət olunmasına, nəzarət müddətindən və növlərindən, nəzarətin milli və beynəlxalq tənzimlənmə proseduruna və onların tətbiq üsuluna aid olan tələblərin ixtisarlaşdırma yolu ilə sadələşdirilməsi məqsədilə hazırlanmış və imzalanmışdır.
Bundan əlavə Konvensiyanın ayrılmaz hissəsi olan əlavələrdə gömrük və digər nəzarət növlərinin razılaşdırma prinsipləri formalaşdırılmış, sərhədlərdə nəqliyyat vasitələrinin boş dayanmalarının azaldılmasına və beynəlxalq yük daşımalarının təşkilinin sadələşdirilməsinə yönəldilmiş nəzarət, məlumat və əməkdaşlıq üzrə tədbirlər müəyyənləşdirilmişdir.
Konvensiyaya aşağıdaki dövlətlər qoşulmuşlar: Avstraliya, Ermənistan, Belarus, Belçika, Macarıstan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kuba, Litva, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rusiya Federasiyası, Böyük Britaniya, Finlandiya, Fransa, Özbəkistan, Xorvatiya, İsveçrə, İsveç, Estoniya, Yuqoslaviya, Avropa Birliyi.
8. «Tez korlanan qida məhsullarının beynəlxalq daşınması və bu daşımalar üçün təyin olunmuş xüsusi nəqliyyat vasitələri haqqında» Saziş (1 sentyabr 1970-ci il)
«Tez korlanan qida məhsullarının beynəlxalq daşınması və bu daşımalar üçün təyin olunmuş xüsusi nəqliyyat vasitələri haqqında» Saziş 21 noyabr 1976-cı il tarixdən qüvvəyə minmişdir. Saziş 4 hissədən və 20 maddədən və 3 əlavədən ibarətdir.
– I hissə. Xüsusi nəqliyyat vasitələri;
– II hissə. Bəzi tez korlanan qida məhsullarının beynəlxalq daşınmaları üçün xüsusi nəqliyyat vasitələrindən istifadə edilməsi;
– III hissə. Müxtəlif müddəalar;
– IV hissə. Yekun müddəalar.
– Əlavə I. Tez korlanan qida məhsullarınm daşınmaları üçün xüsusi nəqliyyat vasitələrinin müəyyənləşdirimiəsi və normaları;
– Əlavə II. Dondurulmuş qida məhsullarının daşınması zamanı riayət olunacaq hərarət dərəcələrinin və nəqliyyat vasitələrinin seçilməsi;
– Əlavə III. Dondurulmuş halda olmayan bəzi qida məhsullarının daşınması zamanı riayət olunacaq hərarət dərəcələri.
Bu Saziş xüsusi nəqliyyat vasitələrilə tez korlanan məhsulların daşın-maları zamanı onların keyfiyyətinin saxlanılma şəraitlərinin yaxşılaşdırılması üçün hazırlanmışdır. Sazişin əsas müddəalarından ayrılmaz olan əlavələrdə aşağıdaki təlimatlar göstərilmişdir:
– tez korlanan qida məhsullarının beynəlxalq daşınılmasında istifadəsi üçün nəqliyyat vasitələrinin müəyyən edilməsi;
– xüsusi nəqliyyat vasitələrində tez korlanan qida məhsullarının beynəlxalq daşımalarda qoyulmuş tələblərin müvafiqliyinin yoxlanılma qaydaları;
– xüsusi nəqliyyat vasitələrinin qızdırılması və ya soyudulması üçün cihazların effektivliyinin və izotermik xüsusiyyətlərinin yoxlanılma və ölçülmə üsulları;
– tez korlanan qida məhsullarının beynəlxalq quru yolla daşınmaları zamanı istifadə edilən nəqliyyat vasitələrinə verilən şəhadətnamənin nümunəsi;
– tez korlanan qida məhsullarının beynəlxalq daşınması zamanı istifadə edilən xüsusi nəqliyyat vasitələrində olan fərqlənmə nişanları;
– dondurulmuş qida məhsullarının daşınması zamanı nəqliyyat vasitələrinin gövdəsinin (kuzovunun) daxilində hərarət rejiminin müəyyənləşdirilməsi;
– dondurulmuş halda olmayan bəzi qida məhsullarının daşınmaları zamanı tələb olunan hərarət rejimi;
– tez korlanan qida məhsullarının daşınması üçün gövdələrin istilik keçirmə əmsalından, mövcud soyuqluq mənbəyinin güvvəsindən və qızdırıcı qurğuşundan asılı olaraq xüsusi nəqliyyat vasitələrinin təsnifatı;
– izotermik nəqliyyat vasitələrinin – buzxanaların, soyuducularm və qızdırılan nəqliyyat vasitələrinin qoyulmuş tələblərə müvafiqliyinin yoxlanılması nəqliyyat vasitələrinin qeydiyyata alındıgı ölkənin sınaq stansiyalarında keçirilir.
Sazişi imzalayan dövlətlər: Avstraliya, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Lüksemburq, Mərakeş, Hollandiya, Polşa, Portuqaliya, Rusiya Federasiyası, Böyük Britaniya, ABŞ, Finlandiya, Fransa, Norveç, Yuqoslaviya.
9. «Konteynerlərə aid» Gömrük Konvensiyası (02 dekabr 1972-ci il)
«Konteynerlərə aid» Gömrük Konvensiyası 6 dekabr 1975-ci il tarixdən qüvvəyə minmişdir. Konvensiya 6 hissədən və 28 maddədən ibarətdir:
– I hissə. Umumi müddəalar;
–II hissə. Daxili idxal;
– III hissə. Gömrük möhürü və plombu olmaqla konteynerlərin daşınmasına icazə; –IV hissə. İzahatlar;
– V hissə. Digər müddəalar;
– VI hissə. Yekun müddəalar.
Eyni zamanda bu Konvensiyaya 7 əlavə daxildir:
– Əlavə 1. Konteynerlərin markalanmasına aid müddəalar;
– Əlavə 2. Hazırki Konvensiyanın 7 maddəsində nəzərdə tutulan müvəqqəti idxal proseduru;
– Əlavə 3. Konteynerlərin daxili daşımalarda istifadəsi;
– Əlavə 4. Gömrük möhürü və plombları olmaqla beynəlxalq daşımalara icazə verilmiş Konteynerlərə şamil edilən texniki şərtlərə aid olan qaydalar;
– Əlavə 5. Əlavə 4-də nəzərdə tutulan texniki tələblərə cavab verən konteynerlərə icazə verilmə proseduru;
– Əlavə 6. İzahatlar;
– Əlavə 7. İnzibati komitənin prosedur qaydaları və tərkibi.
Konvensiyaya həmçinin imzalama Protokolu aiddir.
Konvensiya beynəlxalq konteyner daşımalarının genişləndirilməsi və sadələşdirilməsi məqsədi ilə hazırlanmış və imzalanmışdır.
Konvensiya bir dövlətin fiziki və hüquqi şəxslərinə məxsus olan yüklü və yüksüz konteynerlərin digər dövlətin ərazisinə müvəqqəti olaraq, rüsumsuz idxalını nizamlayır.
Konvensiya konteynerlərin müvəqqəti idxalının şərtlərini təyin edir. O cümlədən, gomrük möhürü və plombu olmaqla beynəlxalq daşımalara icazə verilmiş konteynerlərin konstruksiyası və markalanması cavab verəcəyi tələbləri özündə əks etdirir, konteynerlərin müvəqqəti idxalının prosedurunu və onların istifadə olunma şərtlərini müəyyənləşdirir.
Konvensiyaya aşağıdaki dövlətlər qoşulmuşlar: Avstraliya, Avstriya, Əlcazair, Belarus, Bolqarıstan, Macarıstan, Indoneziya, İspaniya, Kanada, Çin, Kuba, Mərakeş, Yeni Zelandiya, Polşa, Koreya, Rusiya Federasiyası, Rumıniya, Slovakiya, ABŞ, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Çex Respublikası, İsveçrə, İsveç, Yunanistan.
10. «Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında» Avropa Sazişi (30 sentyabr 1957-ci il)
(DOPOQ-ADR)-Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən tərtib edilmiş Sazişdir.
DOPOQ (ADR) - Sazişin fransız dilində olan mətninin başlığının qısaldılmış adıdır.
Saziş təhlükəli yüklərin beynəlxalq avtomobil daşımaları gaydalarının vahid şəkildə yaradılması məqsədi ilə tərtib edilmişdir. Avropa dövlətlərinin əksəriyyəti dövlətlərinin ərazisi ilə və sərhədlərindən başqa ölkələrə təhlükəli yüklərin daşınması haqqında umumi qaydaları, məhz həmin Sazişin şərtlərinə uyğunlaşdırmışlar.
DOPOQ (ADR)- iki cilddən ibarətdir. Birinci cilddə Saziş mətni, imzalama haqqında Protokol, A Əlavəsi və A Əlavəsinə 01 yanvar 1999-cu il tarixədək düzəlişlər də daxil olmaqla 612 səhifə dərc edilmişdir.
A Əlavəsinə beynəlxalq daşımalarına icazə verilmiş təhlükəli yüklərin siyahisi daxil edilmişdir. Bu Əlavədə həmçinin yüklərin nəqliyyat sənədlərində (qaimə) təsfiri, onların qablaşdırılmalarına və təhlükəli nişanlarına aid qaydalar şərh edilir. Bütün bu qaydalara daşıyıcılar tərəfindən riayət edilməlidir.
A Əlavəsinə elə bir şərtlər və tələblər də daxil edilmişdir ki, ancaq onlara riayət edildiyi təqdirdə, təhlükəli yüklərin beynəlxalq avtomobil daşımalarına icazə verilir. Həmin şərtlər və tələblər aşağıdakıları müəyyən edir:
– təhlükəli yüklərin qablaşdırılması üçün istifadə olunan materialı və qutusunu;
– yükün növündən asılı olaraq bir yük yerinə düşən maksimal çəkini;
– təhlükəli yüklərin qablaşdırma, yükləmə və boşaltma qaydalarını;
– yük yerlərində təhlükəsizlik haqqında: yazıları və etiketləri;
– müxtəlif maddələrin və əşyaların birgə qablaşdırılması imkanlarını;
– yola salma və məhdudlaşdırma üsüllarını;
– tranzit sənədlərində xüsusi göstərişləri;
– digər şərtləri (zəruriyyət olduğu təqdirdə).
İkinci cilddə B Əlavəsi və ona 01 yanvar 1999-cu il tarixə qədər edilmiş düzəlişlər 521 səhifədə dərc edilmişdir.
B Əlavəsinə təhlükəli yüklərin beynəlxalq avtomobil daşımalarında istifadə edilən nəqliyyat vasitələrinə və məsuliyyəti daşıyıcının üzərinə düşən nəqliyyat əməliyyatlarına aid qaydalar daxil edilmişdir, o cümlədən:
– nəqliyyat vasitələrinin cavab verəcəyi şərtlər;
– təhlükəli yüklərin daşınması üçün nəqliyyat vasitələrinə icazə verilməsi şərtləri;
– yük yerlərində işləyərkən ehtiyat tədbirləri;
– nəqliyyat vasitələrinin hərəkət zamanı riayət edəcəkləri qaydalar;
– təhlükəli yüklərin qabsız, kiçik və böyük konteynerlərdə, çənlərdə daşınılması haqqında göstərişlər;
– nəqliyyat vasitələrinin ekipajlarına və onların xüsusi hazırlanmasına olan tələblər;
– nəqliyyat vasitələrinin üzərində markalanma və təhlükəsizlik nişanları ilə təmin olunması.
Sazişin A və B Əlavələri 29 iyul 1968-ci il tarixdən qüvvəyə minir, onlara mütəmadi olaraq yenidən baxılır və onun hal-hazırdaki nəşri 01 yanvar 1999-cu il tarixdən qüvvədədir.
DOPOQ (ADR)-in hazırkı nəşrində və onun əlavələrində hər hansı bir konkret məsələyə aid bir və ya bir neçə bəndin qeydiyyatı üçün vahid nömrələmə sistemindən istifadə edilir. Mətnin müəyyən hissəsinə uygun olan və səhifələrin kənarında göstərilən nömrələr «marginal nömrələr» adlandırılmışdır.
Avropa İttifaqı çərçivəsində ümumiliyin və sərbəst ticarətin təmin edilməsi məqsədi ilə DOPOQ (ADR)-yə Əlavə olunan A və B Əlavələri hal-hazırda Avropa İttifaqına üzv olan bütün dövlətlər özlərinin dövlətdaxili qaydalarına əsas kimi daxil etmişlər.
Sazişə qoşulan dövlətlər: Avstriya, Belçika, Bolqarıstan, Belarus,Bosniya və Hersoqovina, Keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası, Macarıstan, Almaniya,Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Litva, Latviya, Lixtenşteyn, Lüksemburq, Mərakeş, Hollandiya, Polşa, Portuqaliya, Moldova, Rumıniya, Slovakiya, Sloveniya, Rusiya Federasiyası, Birləşmiş Krallıq, ABŞ, Finlandiya, Fransa, Norveç, İsveç, İsveçrə, Xorvatiya, Çex Respublikası, Estoniya, Yuqoslaviya.
Beynəlxalq avtomobil daşımalarının tənzimlənməsində ikitərəfli nəqliyyat sazişləri mühüm rol oynayır. Onları Azərbaycan Respublikası avtomobil hüququnun mənbəyi hesab etmək olar. Bu sazişlərdə ifadə olunan hüquq normalarının ikitərəfli beynəlxalq avtomobil daşımalarının tənzimlənməsində əhəmiyyəti böyükdür.
Belə bir qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının müasir xarici iqtisadi (ticarət) siyasəti onun xarici dövlətlərlə münasibətlərini, o cümlədən də nəqliyyat sahəsindəki münasibətlərini müəyyənləşdirir və tənzimləyir və həmin münasibətlər beynəlxalq hüququn hamı tərəfindən tanınan, mütərəqqi-demokratik prinsip və normalarına, həmçinin bu sahədəki beynəlxalq müqavilələrdən (sazişlərdən) irəli gələn öhdəliklərə riayət etmək əsasında qurulur.


İstifadə edilmiş ədəbiyyat:

1. «BYD kitabçasının tətbiqi ilə beynəlxalq yol daşımaları haqqında» Gömrük Konvensiyası.
2. «Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin ekipajlarının işinə aid» Avropa Sazişi (ESTR)
3. «Beynəlxalq avtomagistrallar haqqında» Avropa Sazişi.
4. «Yol hərəkəti haqqında» Konvensiya.
5. «Beynəlxalq Yük Daşınması Müqaviləsi haqqında» Konvensiya (KDPQ).
6. «Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədilə müvəqqəti idxalının» Gömrük Konvensiyası.
7. «Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılışdırılması haqqında» Beynəlxalq Konvensiya.
8. «Tez korlanan qida məhsullarının beynəlxalq daşınması və bu daşımalar üçün təyin olunmuş xüsusi nəqliyyat vasitələri haqqında» Saziş.
9. «Konteynerlərə aid» Gömrük Konvensiyası.
10. «Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında» Avropa Sazişi (DOPOQ).
11. Əliyev E.Ə.Beynəlxalq nəqliyyat daşımalarının konvensiyon təsbiti. Bakı, «Hüquq ədəbiyyatı» nəşriyyatı, 2002.
12. Əliyev E.Ə. Nəqliyyat hüququnun əsasları. Bakı, «Hüquq ədəbiyyatı» nəşriyyatı, 2004.



AGREEMENTS AND CONVENTIONS REGULATING INTERNATIONAL MOTOR TRUCKING


R. M. Akhundov, Ph. D.
Vice Executive Secretary
of Azerbaijan International
Motor Trucking Association,
Academician of International
Transport Academy


Agreements and Conventions, regulating international motor trucking, that Azerbaijan Republic acceded to as a part of the international integration process are described in the article.
The author mentions also the component parts of these Agreements and Conventions, dates of signing of agreements and their arguments.
It is especially noted that only 12 out of 50 transport agreements that Azerbaijan Republic has concluded are related to motor transport. Detailed information about these agreements is provided in the article.


МЕЖДУНАРОДНЫЕ СОГЛАШЕНИЯ И КОНВЕНЦИИ, РЕГУЛИРУЮЩИЕ МЕЖДУНАРОДНЫЕ АВТОМОБИЛЬНЫЕ ПЕРЕВОЗКИ

Р.М.Ахундов,
Заместитель Генерального секретаря
Ассосиации Азербайджанских Между-
народных Автомобильных Перевозчиков,
к.т.н., академик Международной Транспортной
Академии


В статье предоставляется подробная информация о присоеденении Азербайджанской Республики к международным соглашениям и конвенциям, регулирующим международные автомобильные перевозки в процессе интеграции в международное сообщество, указываются названия и даты межправительственных соглашений, а также дается краткая информация об их содержании.
Отмечается, что Азербайджанской Республикой были подписаны, примерно, 50-ти транспортных соглашений и конвенций, из которых только 12 относятся к автомобильному транспорту. О них в статье дается подробная и содержательная информация.


MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.