06.28.2017 17:58
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

BİLİRSİNİZMİ?


Küçələrdə, avtomobil və dəmir yollarında hərəkəti tənzimləyən işıqlı siqnallar vermək üçün işıqfor qurğusu ilk dəfə işıqfor formasında 1868-ci ildə London küçələrində qurulmuşdur. Hazırda hərəkəti tənzimləyən üç rəngli elektriklə işləyən işıqfordan ilk dəfə 1918-ci ildə Nyu-Yorkda, Moskva küçələrində isə 1930-cü ildən istifadə etməyə başlamışlar.

Funikulyor rels yolu kanat dartımı ilə vaqonlarda sərnişinlərin və yüklərin sərt yoxuşla qısa məsafəyə daşınmasını təmin edən nəqliyyat vasitəsi ilk dəfə İtaliya (Kenuya) və Avstriyada (Zommeriq) 1854-cü ildə meydana çıxmışdır.

Məşhur iri "Titanik" sərnişin gəmisi 20 əsrin əvvəllərində 1911-ci ildə Böyük Britaniyada tikilib istifadəyə verilib. Bu gəminin uzunluğu 269 m qədər, eni 28,2 m qədər sürəti isə 25 uzl olub. Gəmi Sautxempton şəhərindən (Böyük Britaniya) Nyu-York şəhərinə (ABŞ) birinci dəfə üzərkən 1912-ci ilin aprelində aisberqlə toqquşaraq batmışdır. Müxtəlif məlumatlara görə ölənlərin sayı 1400-dən 1517-i nəfər (göyərtədə cəmi 2200 adam olub) olub. "Titanik"in batması 20 əsrin ən böyük dəniz hadisələrindən biridir. 1985-ci ildə amerika-fransız birgə ekspedisiyası batmış gəmini Nyufaunlend adasından təxminən 800 km cənub-şərq istiqamətində tapmışlar.

İlk buzqıran "Paylot" paraxodu Rusiya donanmasında 44,2 kVt motor gücü ilə 1864-cü ildə istifadəyə verilib. Dünyada ilk amerika buzqıran gəmisi "Ermak" (Ermakın adına) 1899-cu ildə Rusiyada C.O.Makarovun ideyası və rəhbərliyi altında tikilib. Elə həmin ildə Makarovun komandanlığı ilə birinci dəfə Arktikaya üzmüşdür. Rusiyanın müasir daha böyük buzqıran gəmiləri siyahısında "Arktika" (1975), "Sibir" (1977) və "Rossiya" (1986) adlı gəmiləri də yer tutur. Dünyada ən çox buzqıran gəmi donanması Rusiya Federasiyasına, ABŞ-a, Kanadaya, Finlandiyaya və İsveçə məxsusdur.

Hazırladı:

Elşad VƏLIYEV,
Bakı şəhəri 253 №-li
orta məktəbin tarix müəllimi

BİLİRSİNİZMİ?

AZƏRBAYCAN HAVA YOLLARI" DÖVLƏT KONSERNİNƏ DAHA BİR TƏYYARƏ TƏHVİL VERİLMİŞDİR


2005-ci il martın 29-da Heydər Əliyev adına beynəlxalq hava limanında Xarkov Dövlət Aviasiya İstehsalı müəssisəsinin (XDAİM) istehsal etdiyi AN-140-100 tipli ikinci təyyarənin "Azərbaycan hava Yolları" Dövlət Konserninə təhvil verilməsi münasibətilə mərasim keçirilmişdir. İlin sonunadək konsernə daha iki məyyarə təhvil veriləcəkdir. Konsernin marşrutlarında işləyəcək yeni təyyarələr regionda hava daşımaları bazarını canlandırmağa imkan verəcəkdir.
AN-140-100 tipli 4 təyyarə göndərilməsi, uçuş-texniki heyətin təlimi və istismarda təyyarələrin texniki cəhətdən dəstəklənməsi haqqında müqaviləni ötən il iyulun 8-də Bakıda "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və XDAİM-in baş direktoru Pavel Naumenko imzalamışdırlar. Bu, MDB dövlətlərinin tarixində əlamətdar hadisə olmuşdur. Belə ki, mülki aviasiya texnikasının ixracına dair bu cür genişmiqyaslı saziş ilk dəfə imzalanmışdır.

BATMIŞ GƏMİDƏKİ XƏZİNƏ BÖLÜNƏCƏK



İngiltərə hökuməti nəhayət ki, amerikalılara batmış "Sussex" gəmisini qaldırmağı rəva görüb. İngilis arxeoloqları etiraz etdiklərindən 2001-ci ildə tapılan bu gəminin o zaman amerikalılar tərəfindən qaldırılmasına icazə verilməmişdi.
1694-cü ildə İspaniya sahilləri yaxınlığında batan "Sussex" İngiltərəyə məxsus hərbi gəmidir. Gəminin yükü böyük miqdarda qızıl və gümüşdən ibarətdir. Dənizin dibində "yatan" bu sərvətin dəyəri indiki qiymətlərlə 3,5 milyard avrodur. Maraqlıdır ki, bu xəzinə hersoq Savoyskini Fransa kralı 14 Lüdovikə qarşı İngiltərəylə müttəfiqliyə sövq etmək üçün nəzərdə tutulubmuş. İngilislər bu gəmini dəniz dibindən qaldırmaq imkanına (texniki və təcrübə baxımından) malik olmadıqlarından xəzinəni yarı-yarıya bölmək razılığı ilə bu işi ABŞ şirkəti "Odysseus"a həvalə ediblər. Gəmi İspaniya sahillərində olsa da, bu ölkə batmış dəfinədən pay ala bilməyəcək. İspaniya mübarizə aparsa da, qədim dəniz qanunu – "kim tapıbsa, ona məxsusdur" qüvvədədir.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.