10.20.2017 03:42
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

NƏQLIYYAT-YOL KOMPLEKSINDƏ VAHID DÖVLƏT SIYASƏTI


Azərbaycan Respublikasinin Nəqliyyat Nazirliyi də ümummilli lider Heydər Əliyevin 5 avqust 1998-ci il tarixli fərmani ilə yaradilmişdir və 10 iyun 2003-cü ildə onun əsasnaməsi dövlət başçisi tərəfindən təsdiq edilmişdir. Nazirlik nəqliyyat-yol kompleksində vahid dövlət siyasətini formalaşdiran və həyata keçirən, sahələrarasi münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqani kimi ötən dövr ərzində üzərinə düşən vəzifələrin icrasini uğurla həyata keçirməyə çalişmişdir. Nəqliyyat-yol kompleksi müəssisələrinin etibarli, səmərəli və fasiləsiz işləməsini təmin etmək üçün nazirlik müvafiq tədbirlər həyata keçirmiş, bu kompleksə daxil olan sahələrin fəaliyyətinin daha keyfiyyətli şəkildə əlaqələndirilməsini təmin etmişdir.
Ölkəmizdə yol-nəqliyyat kompleksinin inkişafi böyük öndər Heydər Əliyevin respublikamiza rəhbərliyi dövründə mümkün olmuşdur. Son 5 ildə yükdaşimalarin orta artim sürəti 12,1 faiz olmuş, nəqliyyat infrastrukturunun inkişafina 520 milyon ABŞ dollari həcmində investisiya qoyulmuşdur.
Nəqliyyat Nazirliyinin yaradilmasi Azərbaycanda bu mühüm sahənin inkişafina, yol-nəqliyyat kompleksində mövcud olan problemlərin qisa vaxt ərzində həllinə nail olmağa imkan verir. Qazanilmiş nailiyyətlər isə ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi islahatlarin səmərəli nəticələrini özündə təcəssüm etdirir. Təqdirəlayiq haldir ki, prezident Ilham Əliyev də bütün digər sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də ümummilli liderimizin siyasətini müvəffəqiyyətlə davam etdirməkdədir. Dövlət başçimiz Azərbaycanda yol-nəqliyyat kompleksinin inkişafi məsələlərini və mühüm əhəmiyyət kəsb edən obyektlərin tikintisini, onlarin vaxtinda istifadəyə verilməsini şəxsi nəzarətində saxlayir. Cənab Ilham Əliyevin Ələt-Qaziməmməd yolunun, Naxçivan aeroportunun açilişinda şəxsən iştirak etməsi bunu bir daha təsdiqləyir. Təkcə bir fakti qeyd etmək kifayətdir ki, 2003-cü ilin prezident seçkilərindən keçən dövr ərzində respublikamizda nəqliyyat xidmətlərinin həcmi 10 faiz artmişdir.


"Azərbaycan" qəzeti,
05.01.2005-ci il.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.