06.27.2017 23:01
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981


RƏYLƏR

 


Əliyev.E.Ə. «Nəqliyyat hüququnun əsasları»
Dərs vəsaiti. Bakı, «Hüquq ədəbiyyatı»
nəşriyyatı, 2004, 324 səhifə – kitabına dair


RƏY


A.M.Qasımov,
Bakı Dövlət Universiteti
«Mülki prosses, əmək və ekologiya
hüququ» kafedrasının müdiri, hüquq
elmləri doktoru, professor


Hüquq sahələri hüquq sisteminin əsas bölməsi olmaqla, ayrı-ayrı institutlardan əmələ gəlir. Hüquq normalarının, institutlarının və onlara müvafiq olan hüquq münasibətlərinin bir sahədə birləşməsi müəyyən ictimai münasibətlərin xüsusiyyətlərindən irəli gəlir. Hər bir sahə istiqamətində qanunvericiliyin təhlili isə olduqca əhəmiyyətlidir. Belə istiqamətlərdən biri də nəqliyyat qanunvericiliyi və onunla əlaqədar olan məsələlərin araşdırılmasıdır ki, müəllif təqdim etdiyi kitabda bu məsələlərə ətraflı şəkildə toxunur.
Kitabda nəqliyyat hüququ ilə nəqliyyat qanunvericiliyi qarşılıqlı şəkildə nəzərdən keçirilir, bu iki anlayış arasında əsaslandırılmış fərqlər aparılır, bununla bağlı hüquq ədəbiyyatlarında mövcud olan fikir müxtəlifliyinə diqqət yetirilir. Nəqliyyat hüququ timsalında nəqliyyat qanunvericiliyinin digər hüquq sahələri ilə müqayisəli şəkildə təhlil edilməsi mövzunun aktuallığını bir daha təsdiq edir. Əsərdə haqlı olaraq göstərilir ki, nəqliyyat hüququ əmlak xarakterli nəqliyyat münasibətlərini tənzimləyən mülki hüquq normalarının məcmusu kimi mülki hüququn institutlarından biridir.
Kitabda həm də nəqliyyat hüququnun digər aspektlərinə ətraflı surətdə diqqət yetirilir. Burada "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununa, Hava Məcəlləsinə və digər qanun və məcəllələrə istinad edilərək onlardan müvafiq çıxarışlar kitaba əlavə şəkildə verilir.
Ümumilikdə götürdükdə kitab 6 fəsildən, ona əlavələrdən və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
I fəsil nəqliyyat hüququ haqqında anlayış, onun predmeti və prinsiplərinə aid məsələlərə həsr olunmuşdur. Çox önəmli haldır ki, müəllif tərəfindən nəqliyyat hüququna elmi (doktrinal) tərif verilir. Haqlı olaraq göstərilir ki, nəqliyyat hüququ dedikdə daşıyıcı (nəqliyyat müəssisəsi) ilə müştəri arasında daşıma prosesinin həyata keçirilməsi üçün nəqliyyat vasitələrindən istifadə olunmaqla xidmət göstərilməsi ilə əlaqədar yaranan əmlak-dəyər xarakterli nəqliyyat münasibətlərini tənzimləyən hüquq normalarının sistemi və məcmusu başa düşülür.
II fəsildə nəqliyyat hüququnun mənbələrinə, III fəsildə nəqliyyat hüququnun subinstitutlarına, IV fəsildə nəqliyyat və daşıma öhdəliklərinə, V fəsildə nəqliyyat müqavilələrinin hüquqi cəhətdən tənzimlənməsinə və VI fəsildə nəqliyyat-daşıma müqavilələrində məsuliyyətə aid məsələlər təhlil edilərək onlara elmi cəhətdən aydınlıq verilir.
Əsərin yazılmasında müəllif tərəfindən xeyli ədəbiyyatlardan, habelə xarici dövlətlərin hüquq ədəbiyyatı qaynaqlarından və milli nəqliyyat qanunvericiliyinə aid normativ-hüquqi aktlardan kifayət dərəcədə istifadə olunmuşdur. Kitabın yazı dili sadə və oxunaqlıdır. Göstərilənlərlə yanaşı, kitabda müəyyən qüsurlara da yol verilməsi nəzərə çarpır. Lakin bunlar əslən kitabın əhəmiyyətini aşağı salmır.
Milli hüquq elmində nəqliyyat hüququnun ətraflı şəkildə araşdırılmasına həsr edilən bu kitab ilk tədqiqat işlərindəndir və nəqliyyat hüququ elminin formalaşmasına layiqli töfhədir.
Beləliklə, müəllif tərəfindən aparılmış araşdırmalar və tədqiqatlar üzrə əhəmiyətli elmi nəticələrin əldə edildiyini nəzərə alaraq, kitabın rəsmi nəşr etdirilməsi məqsədəmüvafiq hesab edilir.
Kitabdan praktiki işçilər, hüquqşünaslar, müəllimlər və ali məktəb tələbələri istifadə edə bilərlər.


NƏQLİYYAT QANUNVERİCİLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ZƏRURƏTDİR

 

Hüquq elmləri namizədi Etibar Əliyevin müəllifliyi ilə nəşr olunan «Nəqliyyat hüququnun əsasları» adlı kitabda bu yönümdə konkret təkliflər öz əksini tapıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, nəqliyyat sistemində də əsaslı islahatlar aparılması zərurəti yarandı. İqtisadiyyatın təşkilinin yeni formasına – bazar modelinə keçirilməsi isə nəqliyyatın qarşısına onun fəaliyyətinin yaxşılaşdırılması, müştərilərə (fiziki və hüquqi şəxslərə) göstərilən daşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni, daha mürəkkəb vəzifələr qoyur. Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi şöbə rəisinin müavini, hüquq elmləri namizədi Etibar Əliyevin müəllifliyi ilə «Hüquq ədəbiyyatı» nəşriyyatında çapdan çıxan «Nəqliyyat hüququnun əsasları» adlı kitabda nəqliyyat daşıma münasibətlərinin tənzimlənməsində nəqliyyat hüququnun rolu, əhəmiyyəti və əsasları elmi cəhətdən araşdırılıb.
Hüquqşünaslar, ali məktəb tələbələri, müəllimlər, eləcə də müasir nəqliyyat hüququ elminin formalaşması ilə məşğul olan şəxslər və praktiki işçilər üçün nəzərdə tutulan dərs vəsaitində müəllif nəqliyyat hüququ anlayışına elmi (doktrinal) tərif verib. Kitabda, eyni zamanda, nəqliyyat hüququnun mülki hüququn əsas institutlarından biri olması haqqında elmi fikir koseptual şəkildə əsaslandırılıb. Dərsliyə rəy vermiş elm xadimlərinin qənaətinə görə, nəqliyyat daşıma münasibətləri sahəsində Azərbaycanın müasir hüquq ədəbiyyatında mövcud olan boşluqların doldurulmasında bu əsərin xüsusi əhəmiyyəti vardır. Bununla yanaşı, kitabda nəqliyyat qanunvericiliyinin inkişafı və təkmilləşdirilməsi üçün müəyyən təkliflər verilməsinə cəhd göstərilir. Bu isə olduqca vacib məsələdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi daşıma münasibətləri ilə bağlı yalnız ümumi müddəaları müəyyənləşdirir. Müəllifin fikrincə, müasir dövrdə Mülki Məcəllənin daşıma münasibətlərini tənzimləyən normalarına çoxlu sayda əlavə və dəyişikliklər edilməsi zərurəti yarandığından bu məsələnin gerçəkləşməsi tezliklə öz həllini tapmalıdır.
«Nəqliyyat hüququnun əsasları» kitabı respublika tarixində nəqliyyat hüququnun işıqlandırılmasına həsr edilən ilk geniş tədqiqat işidir. Etibar Əliyev nəqliyyat hüququ anlayışının beynəlxalq iqtisadi münasibətlər sistemində tətbiqi ilə bağlı 20-dən çox elmi məqalənin, 5 kitabın, o cümlədən 2 dərs vəsaitinin müəllifi, «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalı Elmi Şurasının üzvüdür.

 


Hacıyev E.Ə. «Yol hərəkətinin hüquqi
əsasları» fənninə tətrib etdiyi proqrama
-HS 130106, Bakı, 2005, 8 səhifə – dair


RƏY

 


E.Ə. Əliyev,
h.e.n., DİN BDYPİ şöbəsinin
rəis müavini, polis
polkovnik-leytenantı

Qədim zamanlardan insanlar çoxlu ixtiralar sahibidirlər. Bu kəşflər onların inkişafına böyük köməklik göstərmişdir. Ixtiralardan ən qədimi və vacibi çarxın icad olunmasıdır. Çarxın kəşvi nəqliyyat vasitələrinin meydana gəlməsi ilə nəticələnmişdir. Adamlar təbiətin quvvələrindən istifadə edərək nəqliyyat vasitələri hesabina iri məsafələri qət etməyə, ağır yükləri hərəkətə gətirərək, onların daşımalarını öyrənmişlər.
Nəqliyyat müasir dövrdə havada, suda, yerin altı və üstündə hərəkət edir və insan tərəfindən idarə olunur. Nəqliyyat vasitələrindən avtomobillər hər birimizin hərəkət vasitəsinə çevrilmişlər. Bu gün yer kurəsində 1 milyard qədər avtomobil istismar olunur. Qabaqcıl dövlətlərdə hər bir vətəndaşın avtomobili var. Avtomobillərin istehsalı, istifadəsi və saxlanması cəmiyyətdə subyektlər arasında münasibətlərin yaranmasına səbəb olur. Yol hərəkətin sahəsindədə yaranan münasibətlərin tənzimlənməsi beynəlxalq hüquqda və milli qanunvericilikdə çox mühüm yer tutur. Onlarınn əsasını “Yol hərəkəti haqqında Beynəlxalq Konvensiya (Vyana (1968-ci il))”, “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrə dair qlobal texniki qaydaların müəyyənləşdirilməsi haqqında” müqavilə (1958-ci il), Yol hərəkəti, Nəqliyyat, Avttomobil yolları haqqinda Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 39, 40, 41, 60, 108 saylı 1999-cı il tarixli qərarları və mərkəzi icra hakimiyyət orqanlarının normativ müvafiq aktları təşkil edir.
Avtomobil insanlar üçün rahatlıqla bərabər böyük təhlükə mənbəyidir. Avtomobil qəzalarında hər il planetimizdə milyondan çox insan həlak olur. Dəyən ziyanın miqdarı istehsalın bir il ərzindəki həcminə, yaxud 500 milyard dollar vəsaitə bərabərdir. “Yol hərəkətinin hüququ əsasları” fənni hərəkət zamanı yaranan münasibətlərin tənzimlənməsi ilə yanaşı, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi onlarda hüququ düşüncəsinin formalaşması və cəmiyyətdə hüquqi mədəniyyətin yüksəldilməsi aspektində araşdırır.
Müəllif yol nəqliyyat hadisələrinin araşdırılmasına daha diqqətlə yanaşmışdır. Hadisədə günahkarın müəyəynləşdirilməsinə və layiqincə cəzalandırılmasına böyük diqqət yetirilmişdir. Dövlət tərəfindən yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilir. İnkişaf edmiş dövlətlərdə yol nəqliyyat hadisələrin sayının azalması üçün böyük vəsaitlər sərf edilir. Yol hərəkətində insanların sağlamlıqlarının qorunması və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi dövlətin ən mühüm vəzifəsi hesab edilir. “Yol hərəkətinin hüququ əsasları” fənninin proqramınin tərtibi Azərbaycanda Nəqliyyat hüququ sahəsində aparılan tədqiqatlar nəticəsində mümkün olmuşdır.
Ümumilikdə götürdüktə proqram 11 mövzudan və 45 mühazirədən ibarətdir. Müəllif yol hərəkətinin qanunvericiliyinə aid lazimi ədəbiyyatdan istifadə edərək mövzuları düzgün izah edir. Qeyd olunmalıdır ki, proqramdabəzi qusullarada yol verilmişdir. Gələcəktə proqram ustündə bir daha işlənəndə təcrübə dərslərinə daha da geniş yer verilməsi məqsədə uyğun olardı. Lakin bu qusur proqramın əhəmiyyətini əsl mənada azaltmır. Nəzərə alınmalıdır ki, yol hərəkəti sahəsində bu ilk hüququ tədqiqat işidir. Müəllif “Yol hərəkətinin hüququ əsasları”nı Nəqliyyat hüququ elmi baxışdan sahəsi kimi açıqlamış və programın elmi cəhətdən lazımı səviyyədə hazırlanmasını təmin etmişdir.
Proqramdaki problem aktual olduğuna, insanların sağlamlığının qorunmasına və təhlükəsizliyin təmin edilməsinə yönəldiyinə onun rəsmi nəşr edilməsi məqsədə müvafiqdir.
Proqramdan ali və orta ixtisas məktəb tələbələri, müəllimlər yol hərəkəti iştirakçıları istifadə edə bilər.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.