10.18.2017 15:05
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Beynəlxalq Kollec

«Yol hərəkətinin hüquqi əsasları» fənninin

HS 130106 - «Dövlət yol polisində inzibati hüquq fəaliyyəti» ixtisası üzrə


P R O Q R A M I

Azərbaycan Respublikası
Təhsil Nazirliyi Elmi-Metodik
Şuranın «Dövlət və hüquq»
Bölməsinin 7 mart 2005-ci il
tarixli iclasının qərarı ilə
təsdiq edilmişdir. (protokol № 09)


BAKI – 2005



Tərtib edən:
Elxan Əbdülqafar oğlu Hacıyev - Beynəlxalq Kollecin müəllimi, Beynəlxalq Yol polisi və nəqliyyat təşkilatının Baş assambleyasının üzvü, AR DİN BDYPİ-nin əməkdaşı, polis mayoru, «Nəqliyyat hüququ» elmi-nəzəri, praktiki jurnalın redaktoru.

Elmi redaktor:
Hümeyir Hüseyn oğlu Əhmədov - Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, professor

Rəyçilər:
E.Ə.Əliyev - AR DİN BDYPİ imtahan-qeydiyyat şöbəsinin rəis müavini, polis polkovnik - leytenantı, Hüquq Elmlər Namizədi
R.M.Axundov - Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcılarının Assosiyasının (İRU) Baş Katibinin müavini Texnika elmləri namizədi



İzahat vərəqəsi


Yol hərəkətinin hüquqi əsasları fənninə tədris planında 112 saat ayrılmışdır. Həmin fənn insanların avto¬nəqliyyat vasitələri ilə rahat və tez hərəkətə olan təlabatlarının ödənilməsində yaranan münasibətlərini tənzimləyən mövcud qanunvericiliyi öyrənir.
Bu hüququn, qanunvericiliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Yol hərəkəti haqqında, Nəqliyyat haqqında, Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunları Mülki, Cinayət və İnzibati qanunvericilikləri, Beynəlxalq Konvensiyalar və digər hüquqi normativ aktlar təşkil edir. Predmetin məqsədi insanların hərəkət zamanı daşımalarının, rahatlıqlarının və sağlam-lıqlarının təmin edilməsidir.
Predmetin:
I mövzusunda öyrəncilər yol hərəkətinin anlayışı və təyinatı ilə tanış olurlar. Nəqliyyat hüququnun tərkib hissəsi olan Yol hərəkəti hüququ mülki hüququn və beynəlxalq iqtisadi hüququn sahəsi kimi təhlil edilir.
Təcrübi məşğələdə yol hərəkəti iştirakçılarının, o cümlədən dövlətin vəzifələri təhlil edilir.
II mövzuda yol hərəkətinin təhlükəsizliyi prinsipləri və yol hərəkətinin təşkili məsələləri öz əksini tapmışdırlar.
Təcrübi məşğələdə yolların saxlanılması və inkişafı məsələlərinə baxılmışdır.
III mövzuda yollar və onlarda avtomobillərin hərəkətə buraxılmasına icazə verilməsi öz əksini tapmışdırlar.
Təcrübi məşğələdə yollara olan tələblərin öyrənilməsi nəzərdə tutulur.
IV mövzuda sürücülərə və onların idarə etdiyi avtomobillərə qanunvericiliklə verilən tələblər əks edilir.
Təcrübi məşğələdə bu tələblərə öyrəncilər tərəfindən baxılır.
V mövzuda yol hərəkəti nəticəsində yaranan tibbi ekoloji və sosial problemlərin araşdırılması göstərilir.
Təcrübi məşğələdə öyrəncilər ilk tibbi yardımın göstərilməsi ilə və qanunun bu sahədə tədbiqi ilə tanış olurlar.
VI mövzuda sahənin maliyyə və statistika məsələlərini araşdırılır.
Təcrübi məşğələdə yol hərəkətinin verdiyi ziyanın qeydiy¬yatının və uçotunun aparılmasının əhəmiyyəti açıqlanır.
VII mövzuda yol hərəkəti qanunvericiliyinin icrası ilə bağlı məsələlərə baxılır.
Təcrübi məşğələdə yol hərəkətinə nəzarətin təşkilində iştirak edən subyektlərin yeri müəyyənləşdirilir.
VIII mövzuda yol hərəkətində yaranan məsuliyyət göstərilir.
Təcrübi məşğələdə yol hərəkətində mövcud olan pozuntular və məsuliyyət araşdırılır.
IX mövzu yol hərəkətində nəzarətin həyata keçirilməsi və onun göstəricisi olan yol nəqliyyat hadisələrinə şamil edilmişdir.
Təcrübi məşğələdə yol hərəkəti iştirakçılarının daşıdığı məsuliyyət müəyyənləşdirilir.
X mövzu avtonəqliyyat vasitələrinin cəmiyyətə verdiyi ziyanla bağlıdır. Bu hissədə insanlara avtonəqliyyatın gətirdiyi bəlalarla üzləşdiyi maddi və mənəvi zərərin nəticələri öyrənilir.
Təcrübi məşğələdə yol nəqliyyat hadisəsinin yerinin şərti sxemi tərtib edilir.
XI mövzuda yol nəqliyyat hadisələrinin tədqiqatı ilə bağlı prosesual əməliyyatların aparılması məsələləri araşdırılır və qəzada günahkar şəxsin məsuliyyətinin sübuta yetirilməsində elmi və təcrübi praktikadan istifadə yolları göstərilir.

Mühazirə - 90saat
Təcrübə - 22 saat
I semestr - 50/18
II semestr - 40/4

 


«Yol hərəkətinin hüquqi əsasları» fənninin proqramı


Mövzular
Müha¬zirə
Təcrübə
Cəmi
Mövzu 1. Yol hərəkəti predmetinin anlayışı və təyinatı
8
2
10
Mövzu 2. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.
2
2
4
Mövzu 3. Yol qanunvericiliyi
6
2
8
Mövzu 4. Qanunun tələbləri
4
2
6
Mövzu 5. Yol hərəkəti təhlükəsizliyinin tərkib hissələri
8
2
10
Mövzu 6. Yol hərəkəti təhlükəsizliyinin analizi
4
2
6
Mövzu 7. Yol hərəkətinin hüquqi təminatı.
4
2
6
Mövzu 8. Qanunun icrasında yaranan hüquq pozuntuları
4
2
6
Mövzu 9. Yol hərəkətinə nəzarət
10
2
12
Mövzu 10. Yol nəqliyyat hadisələrinin hüquqi tənzimlənməsi
14
2
16
Mövzu 11. Yol nəqliyyat hadisələrinin araşdırılması.
26
2
28
Cəmi
90
22
112

 


Fənnin məzmunu.


Mövzu 1.
Yol hərəkəti anlayışı
Yol hərəkəti qanunvericiliyi.
Yol hərəkəti iştirakçıları.
Yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri.
Təcrübi məşğələ.

Mövzu 2.
Yol hərəkətinin təşkili.
Təcrübi məşğələ.

Mövzu 3.
Yol qanunvericiliyi.
Yolların saxlanılması və qorunması.
Nəqliyyat vasitələrinin yol hərəkətində iştirakı.
Təcrübi məşğələ.

Mövzu 4.
Nəqliyyat vasitələrin konstruksiyasına təhlükəsizlik tələbləri.
Nəqliyyat vasitələrinin sürücülərinə tələblər.
Təcrübi məşğələ.

Mövzu 5.
Yol hərəkətinin tibbi təminatı.
Yol nəqliyyat hadisələrində tibbi yardım.
Yol hərəkətinin ekologiyası.
Yol hərəkəti təhlükəsizliyi proqramları.
Təcrübi məşğələ.

Mövzu 6.
Yol hərəkətinin tədbirlərinin maliyyələşdirilməsi.
Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin uçotunun təşkili.
Təcrübi məşğələ.

Mövzu 7.
Yol hərəkətinin tənzimlənməsi.
Yol hərəkəti qaydalarına nəzarət.
Təcrübi məşğələ.

Mövzu 8.
Yol hərəkətində hüquq pozuntuları.
Yol hərəkətində yaranan hüquq pozuntularına görə məsuliyyət.
Təcrübi məşğələ.

Mövzu 9.
Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaşın vəzifələri.
Yol hərəkəti nəzarəti həyata keçirən əməkdaşın hərəkətləri.
Yol nəqliyyat hadisələri. Yol nəqliyyat hadisələrinin qeydiyyatı.
Yol nəqliyyat hadisəsi yerində yol hərəkti iştirakçılarının vəzifələri.
Təcrübi məşğələ.

Mövzu 10.
İnsanların xəsarəti ilə baş verən yol nəqliyyat hadisələri.
Maddi ziyanla nəticələnən yol nəqliyyat hadisələri
Yol nəqliyyat hadisələrində məsuliyyətin yaranması.
Təcrübi məşğələ.
Hadisələrin cinayət məsuliyyəti ilə qiymətləndirilməsi.
Hadisələrin mülki proseslə araşdırılması.
İnzibati xətalarla qiymətləndirilən hadisələr.
Hadisə zamanı yaranan məsuliyyətin dəyərlənməsi.

Mövzu 11.
Yol nəqliyyat hadisələrində yaranan maddi ziyanın müəyyənləşdirilməsi.
Yol nəqliyyat hadisə yerinin öyrənilməsi.
Yol nəqliyyat hadisə yerinin sxeminin tərtibi.
Yol nəqliyyat hadisəsində müqəsirin təyin edilməsi.
Yol nəqliyyat hadisələrinin sənədləşdirilməsi.
Yol nəqliyyat hadisəsi yerində sübut və dəlillərin toplanması.
Yol nəqliyyat hadisələrindən sığortalanmalar.
Sürücülərin sərxoş vəziyyətdə olub və yaxud olmamalarının təyin edilməsi.
Yol nəqliyyat hadisəsindən yayınan nəqliyyat vasitəsinin axtarışı.
Yol nəqliyyat hadisəsinin baş verməsinin eksperimenti.
Yol nəqliyyat hadisəsində sürücülərin yol verdiyi səhvlərinin təhlili.
Yol nəqliyyat hadisələrində sürət rejiminin rolu və hadisədən qabaq nəqliyyat vasitələrinin sürətlərinin hesablamaları.
Y ol nəqliyyat hadisələrinin qarşısı alınması üçün görülən tədbirlər.
Təcrübi məşğələ.

Ədəbiyyat
.
1. E.Əliyev. Yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qanunvericilik. Bakı - 2002.
2. R.Bayett i R.Uots. «Rassledovanie dorojno- transportnıx proisşestviy. Moskva - 1983 (perevod s anqliyskoqo əzıka).
3. Mülki, cinayət və inzibati məcəllələr. Bakı. - 2000.
4. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu (1998).
5. L.Moqilənskiy. «Vozmeşenie uherba pri stolknovenii avtotransporta».
6. E.Hacıyev. «Öhdəlik hüququ və yol hərəkətində yaranan delikt məsuliyyət». Bakı, 2003, «Mars» jurnalı.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.