08.21.2017 16:05
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

 

DƏMİR YOLU NƏQLİYYATI TƏYİNATLI TORPAQLARDAN VƏ DƏMİR YOLUNUN XÜSUSİ MÜHAFİZƏ ZONASINA AİD TORPAQLARDAN İSTİFADƏ OLUNMASI

QAYDALARI

 


I. Ümumi müddəalar


1. Bu Qaydalar «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan terminlər:
xüsusi mühafizə zonası – uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəli olan yerlərdə dəmir yol nəqliyyatıı obyektlərinin mühafizəsi məqsədi ilə Azərbaycan Dövlət Dəmir Yoluna (bundan sonra – ADDY) və ya həmin təbii təsirlərin təhlükəli olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; təhkim zolağı – dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədi ilə ADDY-yə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır;
Sanitariya-mühafizə zonası – yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi-rejimli mühafizə zonasıdır; dəmir yol mənzilləri – qonşu stansiyalarla, ötmə məntəqələri və ya yol postları ilə əhatə edilmiş dəmir yol xəttinin hissələridir; dalan yolları – ADDY-yə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə məxsus olan və əsas dəmir yol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətləridir.
3. Dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin sanitariya-mühafizə zonasının saxlanması şəhərsalma, ekoloji, sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır.
4. Təhkim zolağının və sanitariya-mühafizə zonasının ölçüləri dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarına, müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun olaraq müəyyən edilir. 5. Xüsusi mühafizə zonasının ölçüləri hər bir konkret obyekt üçün ayrıca olaraq müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun müəyyən edilir.
6. Dəmir yol qurğularının, bina və tikintinin və digər köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədi ilə xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası torpaqlarından istifadə olunmasının rejimi müəyyənləşdirilir.

II. Xüsusi mühafizə zonasının, təhkim zolağının və sanitariya-mühafizə zonasının saxlanmasına dair tələblər

7. Dəmir yolu ilə daşımaların həyata keçirilməsi və dəmir yolunun digər obyektlərinin normal istismarı ilə bağlı nəqliyyat və başqa texniki vasitələrin istismarı ilə əlaqədar əhalinin həyat və sağlamlığının qorunması, mühəndis qurğularının təhlükəsizliyinin və qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi ilə ADDY-nin və dalan yolları olan başqa təşkilatların, müəssisələrin və ya idarələrin nəzərinə aşağıdakı vəzifələr qoyulur:
dəmir yolunun xüsusi mühafizə zonasının və təhkim zolağının, həmçinin sanitariya-mühafizə zonasının rejimlərinə riayət etmək; dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında təbii obyekt baxımından torpağa ziyan vurmayan metodlardan istifadə etməklə torpaq sahələrini saxlamaq;
dəmir yolunun istehsalat fəaliyyəti ilə bağlı mayelərin axması nəticəsində ətraf mühitin çirklənməsinə, torpağın bataqlıqlaşmasına yol verməmək;
torpağın eroziyadan (aşınma) və deflyasiyadan (süxurların küləyin gətirdiyi mineral hissəciklərlə aşınması) mühafizəsi üzrə tədbirlər görmək;
torpağın fövqəladə hallardan mühafizəsi üzrə aqromeşəmeliorasiya, yanğınaqarşı və digər zəruri tədbirləri həyata keçirmək; su kəməri və kanalizasiya şəbəkələrinin, suötürən qurğuların və digər mühəndis kommunikasiyalarının yerləşdiyi yerlərdə hər hansı binanın və tikintinin inşasına, eləcə də kənd təsərrüfatı işlərinin aparılmasına yol verməmək;
torpaqdan və sudan istifadə qaydalarını pozmamaq.
8. Kənd təsərrüfatı sahələrinə bitişik olan yerlərdə dəmir yolunun xüsusi mühafizə zonasının və təhkim zolağının ərazisi alaq otlarından və ağac-kol bitkilərindən təmizlənməlidir.
9. Dəmir yolunun xüsusi mühafizə zonasının və təhkim zolağının meşə massivlərinə bitişik ərazilərində qurumuş ağacların, yerə tökülmüş quru budaqların, onların kəsilmiş qalıqlarının və digər tezalışan materialların yığılıb saxlanmasına yol verilmir.
10. Dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı meşə kənarından 3-5 metr eni olan yanğınaqarşı şumlama zolağı ilə, yaxud eni 3 metrdən az olmayan minerallaşdırılmış zolaqla ayrılmalıdır.
11. Dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında ərazini alaq otlarından, ağac və kol bitkilərindən təmizləmə işləri ADDY tərəfindən, həmçinin dalan yolları olan başqa təşkilatlar, müəssisələr və ya idarələr tərəfindən yerinə yetirilir.
12. Mühəndis kommunikasiyalarının, elektrik ötürücü, rabitə, magistral neft-qaz kəməri xətlərinin və digər xətti qurğuların dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşdirilməsinə yalnız Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla yol verilir.
13. Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşən mühəndis kommunikasiyalarının, elektrik ötürücü, rabitə, magistral neft-qaz kəməri, rabitə xətlərinin və digər qurğuların təhlükəsiz istismarı və tikintisi zamanı normativ hüquqi aktlarda nəzərdə tutulan qaydaların və texniki tələblərin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
14. Dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin icazəsi ilə yol verilir. Xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yol və yolətrafı reklamlar dəmir yol nəqliyyatının normal fəaliyyətinə maneə yaratmamalı, görməni pisləşdirməməlidir. Reklamların yerləşdirilməsi hərəkətin təhlükəsizliyinə ziyan vurmamalı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir. ADDY öz səlahiyyətləri çərçivəsində dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirir.

III. Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması

15. Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır.
16. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.
17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə ADDY tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazə verilə bilər.
18. Bu Qaydaların 17-ci bəndində göstərilənlərlə bağlı müraciətlərə bir ay müddətində baxılır.
19. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən müddətli istifadəçilərin uçotunu aparır.
20. Təhkim zolağı hüdudlarında qısamüddətli istifadəyə verilmiş torpaq sahələrinin saxlanması və yaxşılaşdırılması ilə bağlı tərəflərin öhdəlikləri ADDY ilə və ya dalan yolları olan başqa təşkilat, müəssisə və idarə ilə torpaq sahələrindən müvəqqəti istifadə edən şəxs arasında bağlanmış müqavilədə müəyyən edilir.
21. Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədi ilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikintisinə yol verilmir.
22. Təhkim zolağı hüdudlarında hər hansı bir obyektin yerləşdirilməsini istəyən fiziki və ya hüquqi şəxs həmin obyektin yerləşdirilməsinin razılaşdırılması məqsədi ilə obyektin təyinatı göstərilməklə, onun yerləşdiriləcəyi sahəsinin 1/:200-1:1000 miqyasda texniki planını və bu obyektin layihə cizgilərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə təqdim etməlidir.
23. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi dəmir yolunun mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar.
24. ADDY və ya dalan yolları olan başqa təşkilatlar, müəssisələr və idarələr xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında dəmir yol obyektləri ilə bağlı təmir, əsaslı tikinti və yenidənqurma işlərinin aparılması barədə təhkim zolağı ərazisində torpaq sahəsindən müvəqqəti istifadə edən şəxsləri məlumatlandırırlar.
25. Dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən şəxslər torpaq sahəsindən istifadəni dəmir yolunda qatarların hərəkət təhlükəsizliyinə və dəmir yol nəqliyyatı obyektlərinə ziyan vurmadan həyata keçirməlidirlər.
26. Şəhərlərdə və qəsəbələrdə dəmir yolunun təhkim zolağı hüdudlarında dəmir yol nəqliyyatı təyinatlı bina və tikililərin tikintisinə icazə verilir.
27. Dəmir yolunan sanitariya-mühafizə zonası ərazisində yerləşən torpaq sahələri mülkiyyətçiləri və ya qanuni istifadəçiləri həmin torpaq sahələrindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün istifadə edə bilərlər.
28. Sərhədboyu zonada dəmir yolunun xüsusi mühafizə zonasının və təhkim zolağının, həmçinin dəmir yolunun sanitariya-mühafizə sahələrindən istifadə qaydaları «Dövlət sərhədi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla və Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmaqla müəyyən edilir.
29. Bu Qaydaların tələblərinin pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

 

DƏMİR YOLLARI ÜÇÜN VƏ DƏMİR YOLUNUN SANİTARİYA-MÜHAFİZƏ ZONASI ÜÇÜN TORPAQAYIRMA


NORMALARI

 

1. Ümumi müddəalar


1.1. Bu Normalar dəmir yolları və dalan yolları üçün Azərbaycan Dövlət Dəmir Yoluna (bundan sonra-ADDY) və başqa təşkilat, müəssisə və ya idarələrə verilən dəmir yol nəqliyyatı təyinatlı torpaq sahələrinin, həmçinin dəmir yolunun sanitariya-mühafizə zonası üçün ayrılan torpaq sahələrinin ölçülərini müəyyən edir.
1.2. Dəmir yolunun təhkim zolağı hüdudlarında aşağıda göstərilən torpaqlar yerləşir:
1.2.1. ADDY-yə məxsus dəmir yolları ilə, sənaye, kənd təsərrüfatı və meşə emalı müəssisələrinin xarici dalan dəmir yolları ilə, həmçinin bu dəmir yollarına bitişik dəmir yol nəqliyyatı təyinatlı tikililər, qurğular və binalarla (dəmir yolları və onların altında olan torpaq yataqları, stansiya yolları və stansiyalar, sərnişin vağzalları, dəmir yolu təyinatlı süni tikililər, rabitə və enerji təchizatı, lokomotiv, vaqon, yol, yük və sərnişin təsərrüfatları üzrə bina və tikililər, dəmir yol nəqliyyatı təyinatlı su təchizatı və kanalizasiya qurğu və tikililəri ilə) tutulmuş torpaqlar;
1.2.2. dəmir yolunun xüsusi mühafizə zonasının torpaqları;
1.2.3. dəmir yollarını qum və qar basqınından, həmçinin yarğanəmələgəlmədən və digər zərərli təsirlilərdən qorumaq məqsədilə salınmış meşə zolaqları ilə tutulmuş torpaqlar;
1.2.4. dəmir yol nəqliyyatının fəaliyyətini təmin edən xidməti, yaşayış, mədəni-məişət və digər təyinatlı bina və tikililərlə tutulmuş torpaqlar.
1.3. Təhkim zolağı üçün ayrılan torpaq sahələrinin eni torpaq yatağının konfiqurasiyasından (en kəsiyindən), süni qurğuların ölçülərindən, yerin relyefindən, ərazinin təbii şəraitindən (zəif özülü olan ərazilər və bataqlıqlar, müvəqqəti subasmaya məruz qalan və su anbarları ilə tutulan sahələr, yarğanəmələgəlmə və sürüşmə təhlükəsi olan ərazilər, daimi donmuş torpaq zonaları və s.), yolların qum və qar basqınından mühafizə olunması zərurətindən, yerin meşəliliyindən, riskli zonaların (qəza zamanı yükün və hərəkət tərkibinin torpaq yatağından kənara aşması təhlükəsi olan ərazilərin) mövcudluğundan və digər faktorlardan asılıdır. Təhkim zolağı hüdudlarında yerləşən torpaq sahələrinin eni qeyd edilən şərait və faktorlar nəzərə alınmaqla müəyyənləşdirilən ölçülərin maksimum göstəricisinə uyğun olmalıdır.
1.4. Yeni dəmir yol xətlərinin, əlavə baş yolların layihələndirilməsi, mövcud dəmir yollarının rekonstruksiyası, istehsalat təyinatlı bina və qurğuların, yaşayış qəsəbələrinin və digər dəmir yol obyektlərinin kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintisi zamanı maksimum səmərə nəzərə alınmalıdır.
1.5. Dəmir yollarının və dəmir yol obyektlərinin xüsusilə qiymətli torpaqlarda (suvarılan və ya qurudulmuş, kənd təsərrüfatına yararlı, meyvə ağacları və üzümlüklərlə və birinci qrup meşələrlə tutulmuş torpaqlarda), həmçinin mədəniyyət və elmi əhəmiyyətli xüsusi mühafizə edilən ərazilərdə yerləşdirilməsi zərurəti yarandıqda, təhkim zolağının ölçüləri maksimal iqtisadi səmərə nəzərə alınmaqla azaldıla bilər.
1.6. Dəmir yol nəqliyyatı təyinatlı rabitə və elektrik ötürücü xətlərinin və digər kommunikasiyaların təhkim zolağı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşdirilməsi tələb olunduqda onlar, bir qayda olaraq, əkin və meşə sahələrinin dəmir yolu ilə sərhəd ərazilərində yerləşdirilməlidir.
1.7. Təhkim zolağı üçün nəzərdə tutulmuş topaq sahəsinin ölçüləri relyefdən və ərazinin xüsusi təbii şəraitindən, yaşayış məntəqələrindəki yaşayış tikililərinin ötüb keçən qatarların yaratdığı normadan artıq səslərdən mühafizə olunması zərurətindən və dəmir yol qovşaqlarının, stansiyalarının, ayrı-ayrı obyektlərin sonrakı etaplı inkişafından asılı olaraq müəyyənləşdirilir.
1.8. Təhkim zolağının təşkil edilməsi məqsədi ilə torpaq sahələrinin seçilməsi, ayrılması və bu zolağın hüdudlarında yerləşən torpaq sahələrindən istifadə olunması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun həyata keçirilməlidir.
Qeydlər: 1. Təhkim zolağının yaradılması məqsədi ilə torpaq zolaqları müddətsiz (daimi) istifadəyə verilir. Yolların tikintisi dövründə isə müvəqqəti tikililərin yerləşdirilməsi üçün torpaq sahələri və zolaqları müvəqqəti, qısamüddətli istifadəyə verilir.
2. Yeni dəmir yol xətlərinin, əlavə baş yolların tikintisi və mövcud dəmir yollarının rekonstruksiyası zamanı təhkim zolağının yaradılması məqsədi ilə torpaq zolaqları layihədə nəzərdə tutulmuş qaydada tikintinin ardıcıllığına uyğun olaraq sahələrə ayrılmalıdır.

2. Mənzillərdə torpaq yatağı

2.1. Topaq yatağının yan ehtiyatları, kavalyerlər, bərkidici qurğular, qarın qarşısını alan meşəsalmalar və qurğular olmadıqda, təhkim zolağının yaradılması məqsədi ilə dəmir yol mənzillərində dəmir yolları üçün ayrılmış torpaq zolaqlarının eni tökmə yataqlarda yerləşən dəmir yolları üçün 1 nömrəli cədvəl üzrə, qazma yataqlarda yerləşən dəmir yolları üçün isə 2 nömrəli cədvəl üzrə müəyyən edilir.
2.2. Müstəsna hallarda dəmir yollarının ayrı-ayrı sahələrini suvarılan və ya qurudulmuş torpaqlarda, əkin sahələrində, meyvə ağacları və üzümlüklər salınmış torpaqlarda yerləşdirmək zərurəti yarandıqda, torpaq yatağı yan ehtiyatlarsız və kavalyerlərsiz qurulmalıdır. Belə hallarda yan ehtiyatların qurulmasına o şərtlə icazə verilə bilər ki, onlar üçün ayrılmış sahələr hüquqi və fiziki şəxslərə yalnız müvəqqəti və qısamüddətli istifadəyə verilmiş olsun və torpaq işləri sona çatdıqdan sonra həmin sahələr kənd və meşə təsərrüfatı üçün yararlı vəziyyətə gətirilsin.
2.3. Dəmir yolları kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşdirildikdə, təhkim zolağının yaradılması üçün 1 və 2 nömrəli cədvəllərdə müəyyən edilmiş göstəricilərin azaldılmasını təmin edən, o cümlədən estakada, dayaq divarları, suaparıcı qanovlar və s. qurğuların qurulmasını nəzərdə tutan layihə qərarlarının variantları işlənib hazırlanmalıdır.

3. Stansiya və qovşaqlar, ayırma və ötmə məntəqələri hüdudlarında torpaq yatağı

3.1. Stansiyalarda, ayırma və ötmə məntəqələrində, qovşaqlarda dəmir yolları üçün ayrılan torpaq sahələrinin eni dəmir yollarının dərəcəsindən, layihə üzrə nəzərdə tutulmuş qurğu və tikililərin sahə həcmindən asılı olaraq müvafiq qaydada müəyyənləşdirilir.
3.2. Stansiyalarda, ayırma və ötmə məntəqələrində torpaq yatağı üçün ayrılan torpaq sahəsinin eni kənar yolun oxundan təhkim zolağının kənarına qədər 10 metrdən az olmamalıdır. Stansiyalar, ayırma və ötmə məntəqələri kənd təsərrüfatı əhəmiyyətli torpaqlarda yerləşdirildikdə, bu məsafə 6 metrə qədər azaldıla bilər.
3.3. Stansiyalarda bina və tikililərin yerləşdirilməsi üçün ayrılan torpaq sahəsinin eni aşağıda göstərilən şərtlər və qaydalar nəzərə alınmaqla müəyyənləşdirilir:
3.3.1. yeni çeşidləmə və iri stansiyalar xüsusi normalar nəzərə alınmaqla şəhərin hüdudlarından kənarda yerləşdirilməlidir;
3.3.2. birbaşa əhaliyə xidmətlə əlaqəsi olmayan digər stansiya və obyektlər də şəhərin əhali olmayan və ya əhalisi az olan rayonlarında yerləşdirilməlidir;
3.3.3. şəhərin yaşayış massivlərində və ya yaşayış massivlərinin salınması nəzərdə tutulan ərazilərdə çeşidləmə və iri stansiyaların yerləşdirilməsinə, mövcud çeşidləmə və iri stansiyaların genişləndirilməsinə, bir qayda olaraq, icazə verilməməlidir;
3.3.4. qalaqlanan və tozlanan yüklər üçün nəzərdə tutulmuş yük stansiyaları və yük həyətləri şəhərin yaşayış massivlərindən və ya yaşayış massivlərinin salınması nəzərdə tutulan ərazilərdən kənarda, yükgöndərən və yükalan təşkilatlara mümkün qədər yaxın məsafədə yerləşdirilməlidir.
3.4. Yuyucu-dezinfeksiya stansiyaları (məntəqələri) digər dəmir yol obyektlərindən və yaşayış məntəqələrindən təcrid edilməli və onlardan kənarda aşağıda göstərilən məsafələrdə yerləşdirilməlidir:
3.4.1. texniki və xidməti binalardan – 250 m və daha artıq məsafədə;
3.4.2. yaşayış məntəqələrindən – 500 m və daha artıq məsafədə.
3.5. Yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman stansiya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər.
3.6. Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır. 3.7. Sanitariya-mühafizə zonasının eninin 50 %-dən az olmayan hissəsində ağac və ya digər çoxillik bitkilər əkilməlidir.
3.8. Mənzillərdə, ayırma məntəqələrində və stansiyalarda neft və neft məhsulları anbarları onların kateqoriyasından asılı olaraq, dəmir yol xətlərindən 3 nömrəli cədvəldə göstərilən ölçülərdən az olmayan məsafələrdə yerləşdirilməlidir.
3.9. Neft və neft məhsulları anbarlarının kateqoriyaları onların 1 ədəd çəninin tutumundan və ümumi tutumundan asılı olaraq, 4 nömrəli cədvəldə göstərildiyi kimi müəyyənləşdirilir.
3.10. Dəmir yoluna aid süni qurğuların yerləşdiyi ərazilərdə təhkim zolağının eni tipli və individual (fərdi) layihələrlə müəyyən edilir.
Qeydlər: 1.1 və 2 nömrəli cədvəllərdə müəyyən edilmiş torpaq zolaqlarının eni birxətli yolun torpaq yatağının, tökmə yatağın oturacağının kənarında və ya qazma yatağın kənarında berması olan suaparıcı qanovların (zəruri hallarda) və qoruyucu zolaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Qoruyucu zolaqların eni tökmə yatağın oturacağından və ya qazma yatağın kənarından hesablanaraq 2 metr, suaparıcı qanovların kənarından (qaşından) isə 1 metr olmalıdır.
2. Dəmir yol xətləri kənd təsərrüfatı təyinatlı torpaqlarda və ya dövlət meşə fondunun torpaqlarında yerləşdirildikdə, daşıma qabiliyyətinin gələcək inkişafı üçün (I və II kateqoriyalı dəmir yollarının zəruri olan 2-ci yolunun tikintisi daxil olmaqla) xüsusi zona ayrılır və həmin zonada binaların, qurğuların tikilməsinə və çoxillik bitkilərin əkilməsinə icazə verilmir.
3. I və II kateqoriyalı dəmir yolları kənd təsərrüfatı üçün əhəmiyyətli və ya yararlı olmayan torpaqlarda yerləşdirildikdə, ikinci yolun tikintisini aparmaq üçün torpaq zolaqlarının enini 1 və 2 nömrəli cədvəllərdə göstərilən normadan 4 metr artıq ölçüdə müəyyən etməyə icazə verilir.
4. Müvafiq qaydada təsdiq edilmiş layihə ilə aşağıdakılar müəyyən edilir:
daimi donmuş süxurlu torpaqların yayıldığı rayonlarda qoruyucu zolaqların eni;
dəmir yollarının daşıma qabiliyyətinin gələcək inkişafı üçün ehtiyat torpaq sahələrinin (zolaqlarının) ölçüləri;
torpaq yatağının fərdi layihələndirilməsi tələb edilən hallarda dəmir yollarının layihələndirilməsi üzrə texniki norma və qaydalara əsasən yan ehtiyatlarının, kavalyerlərin (tirəbəndlərin), süni və qar uçqununa qarşı tikililərin, keçidlərin, xüsusi yarğanayaxın sahilbərkitmə və eroziyayaqarşı meşələrin salındığı yerlərdə zolaqların eni;
dəmir yollarının istismarı ilə əlaqədar stansiyaların, ayırma (yolayrıcı) məntəqələrinin, ötmə məntəqələrinin, yaşayış qəsəbələrinin, dartı yarımstansiyalarının, xətti yol binalarının, digər obyekt və qurğuların yerləşdirilməsi üçün torpaq sahələrinin ölçüləri;
müvəqqəti qısamüddətli istifadə məqsədi ilə dəmir yollarının tikintisi dövrü üçün, həmçinin meşə materiallarının daşınması məqsədi ilə tikilmiş dəmir yol qollarının qısamüddətli və ya uzunmüddətli istifadəsi üçün ayrılmış torpaq zolaqlarının eni və torpaq ərazilərinin sahələri;
dəmir yol tikililərinin qorunması və ya onların dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulmuş torpaq sahələrinin ölçüləri və sahələrin yerləşdiyi ərazilər.
3.11. Hər bir konkret halda qarsaqlayan qurğuların növünü müəyyən etmək üçün müxtəlif variantların texniki-iqtisadi göstəriciləri müqayisə edilməli, seçim sahələrdə qarın saxlanması məqsədi ilə kənd təsərrüfatı müəssisələri tərəfindən aparılan tədbirlərlə əlaqələndirilməklə edilməlidir.
3.12. Aşağıda göstərilən hallarda torpaqlardan daimi qardan qoruyan qurğular kimi istifadə olunmasına yol verilmir:
3.12.1. çoxillik meyvə ağacları və üzümlüklər salınmış torpaq sahələrində suvarılan və ya qurudulmuş torpaqlarda, əkin yerlərindəki tökmələrdə yerləşən 1 metr yol üçün illik qar basqınının hesablanmış həcmi 50 m3-dən az olarsa;
3.12.2. digər torpaqlarda yerləşən 1 metr yol üçün illik qar basqınının hesablanmış həcmi 25 m3-dən az olarsa;
3.12.3. dərinliyi 8,5 metrdən çox olan qazmalarda;
3.12.4. hündürlüyü 0,7 metr və daha çox olan tökmələrdə, hündürlüyü 1 metr və daha çox olan yamaclarda və yolun güclü qar basqınına məruz qalan sahələrində – qış ərzində 1 metr yol üçün qar basqınının həcmi 200 m3-dən çox olarsa.
3.13. Meyvə ağacları və üzümlüklərlə tutulmuş torpaq sahələrində, suvarılan və ya qurudulmuş torpaqlarda, əkin sahələrinə yaxın ərazilərdə yerləşən yol sahələrinin qar basqınına məruz qalan hissələrində qar basqınından mühafizə məqsədi ilə aşağıda göstərilən tədbirlər görülməlidir:
3.13.1. hündürlüyü 0,7 metrdən az olan tökmə yataqda yerləşən 1 metr yola qar basqınının həcmi 50-100 m3 və ya dərinliyi 8,5 metrdən az olan qazma yataqda yerləşən qar basqınının həcmi 25-100 m3 olduqda, daimi hasarlar qurulmalıdır;
3.13.2. yolun 1 metrinə qar basqınının həcmi 100 m3-dən çox olduqda, yolun hər tərəfindən eni 5 nömrəli cədvəldə göstərilən normalara uyğun olan qarsaxlayan meşəsalma üçün torpaq zolaqları ayrılmalıdır:
3.13.3. digər torpaqlarda yerləşən yolun qar basqınına məruz qalan sahələrində qarın qarşısını saxlayan meşələr üçün yolun hər tərəfindən torpaq zolaqlarının eni 5 nömrəli cədvəldə göstərilən normalara uyğun müəyyənləşdirilməlidir.
Qeyd. Yolun 1 metrində qar basqını 200 m3-dən çox olarsa, qarın qarşısını saxlayan meşələr üçün, həmçinin stansiya sahəsinin mühafizəsi üçün torpaq zolaqlarının eni təsdiq edilmiş layihə ilə müəyyən olunur.
3.14. Qarın qarşısını almaq üçün salınan meşə zolaqlarının eni müəyyən edilərkən elə hesablanmalıdır ki:
3.14.1. meyvə ağacları və üzümlüklərlə tutulmuş torpaq sahələrində, suvarılan və ya qurudulmuş torpaqlarda, əkin sahələrində 10 ildə 1 dəfə salınmaqla, meşə zolaqları həmin müddət ərzində qarın hesablanmış illik maksimal həcminin qarşısının alınmasını təmin etsin;
3.14.2. digər torpaqlarda 15 ildə bir dəfə salınmaqla onlar həmin müddət ərzində qarın hesablanmış illik maksimal həcminin qarşısının alınmasını təmin etsin.
3.15. Tökmə yataqda yerləşən kənar yolun oxundan meşələrə qədər olan məsafə 15 metrdən az olmamalıdır. I və II kateqoriyalı dəmir yollarında bu məsafə əlavə ikinci yolun tikilmə perspektivinin mümkünlüyü nəzərə alınmaqla, 20 metrdən az olmamalıdır.
3.16. Qazma yataqların kənarlarında suaparıcı arxlar olarsa, onların kənarlarından meşələrə qədər olan məsafə 5 metrdən az olmamalıdır. I və II kateqoriyalı dəmir yollarında bu məsafə əlavə ikinci tikilmə perspektivinin mümkünlüyü nəzərə alınmaqla, 15 metrdən az olmamalıdır. Bununla belə, bütün hallarda kənar yolun oxundan meşəsalmalara qədər olan məsafə 15 metrdən az olmamalıdır.
3.17. Kənd təsərrüfatı təyinatlı torpaqlarda salınan qarın qarşısını alan meşəsalmalar yuxarıda göstərilən minimal məsafələrdə yerləşdirilir.
3.18. Dəmir yollarının qar basqınına məruz qalan sahələrdə yolun hər tərəfindən qarsaxlayan daimi hasarların hər bir cərgəsi üçün torpaq zolağının eni 4 metrə bərabər müəyyən edilməlidir.
3.19. Dəmir yollarının qar basqınına məruz qalan sahələrində qurulan daimi hasarların hündürlüyü və sıralarının sayı müəyyən edilərkən elə hesablanmalıdır ki:
3.19.1. I və II kateqoriyalı dəmir yollarında bu qur\ğular 15 ildə 1 dəfə, əhalisi az olan rayonların güclü qar basqınına məruz qalan yerlərində isə 20 ildə 1 dəfə qurulmaqla, həmin müddət ərzində qarın hesablanmış illik maksimal həcminin qarşısının alınmasını təmin etsin;
3.19.2 digər kateqoriyalı dəmir yollarında bu qurğular 10 ildə 1 dəfə qurulmaqla, həmin müddət ərzində qarın hesablanmış illik maksimal həcminin qarşısının alınmasını təmin etsin.
3.20. Daimi hasarlar qazma yatağının ən dərin yerlərində yamacın kənarından təbii relyefdən hesablanmaqla, hasarın hündürlüyünün 12-15 mislinə bərabər məsafədə yerləşdirilir. Yoltökmə yataqda yerləşdiyi zaman isə həmin məsafə kənar yolun oxundan hesablanır.
3.21. Hasarların ikinci sırası birinci sıradan hasarın hündürlüyünün 22-24 mislinə bərabər məsafədə yerləşdirilir.
3.22. Zəruri hallarda yerli torpaq istifadəçilərinin razılığı ilə nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının keçməsi üçün dəhlizlər saxlanılmaqla, daimi hasarlar tikilir.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.