05.26.2017 02:06
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Peşəkar mütəxəssis, nəcib insan

Azərbaycan Respublikasında bey­nəlxalq avtomobil daşımaları sahəsində peşəkar mütəxəssis, Azər­baycan Beynəlxalq Avtomobil Daşı­yıcıları Assosiasiyasının prezidenti Tofiq Məmməd oğlu Nurullayevin 2008-ci il  yanvarın  11-də 70 yaşı tamam oldu.

T.M.Nurullayev əmək fəaliy­yə­tinə  1960-cı ildən başlayıb, uzun illərdir ki, avtomobil nəqliyyatı SA­hə­sində fəal çalışır. Azərbaycan Respublikasında beynəlxalq avto­mo­bil daşımalarının inkişafında onun xidmətləri xüsusilə əhə­miy­yət­lidir.

Tofiq Nurullayev Azərbay­canda beynəlxalq avtomobil  daşımaları təşkil olunan gündən bu sahədə fəaliyyət göstərir. Belə ki, 1973-cü ildə bu məqsədlə yaradılan

 

Beynəlxalq   Avtomobil   Daşımaları Avtokolonun rəisi vəzifəsinə təyin edil­miş, 1978-ci ilə qədər bu vəzifədə çalışmışdır.

1978-1980-ci illərdə «Sovavto-Astra» beynəlxalq yük daşımaları avtoparkının rəisi olmuşdur. Tofiq Nurullayev 1980-1982-ci illərdə Əfqanıstanın Məzari-Şərif şə­hərində «Sovtransavto» Baş İdarəsinin səlahiyyətli nümayəndəsi (mü­vək­kili) olmuşdur.

1982-1983-cü illərdə «Sovavto­tranzit» birliyinin rəis müavini vəzifəsində çalışmışdır. 1983-cü ildə Astara şəhərində «Sovavto-Astara» avtonəqliyyat mü­­­­­­­­əs­­­sisəsinə yenidən rəis təyin edilərək 1986-cı ilə kimi həmin müəssisədə çalışmışdır.

«BYD kitabçası tətbiq edil­məklə beynəlxalq yük daşımaları haq­­qında» Gömrük Kon­ven­siya­sının ölkə ərazisində tətbiq olunması  məqsədilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) yaradılmışdır və yeni yaradılan bu təşkilat Beynəlxalq Avtomobil  Nəqliyyatı İttifaqına (İRU) üzv qəbul edilmişdir. Hal-hazırda ABADA TİR Gömrük Konvensiyası sistemində fəal şəkildə iştirak edir.

ABADA-nın yaradılmasında, inkişafında T.M.Nurullayevin xüsusi xidmətləri olmuşdur və o, 1993-cü ildən bu günə kimi ABADA-nın rəhbəridir. İşlədiyi dövr ərzində özünü peşəkar müxətəssis, yaradıcı və nəcib insan kimi tanıdan Tofiq müəllimin 70 yaşı tamam oldu. Onun həyat səlnaməsini kamillik, müdriklik kimi  cəhətlər zənginləşdirir. Tofiq müəllim çalışdığı kollektivdə və ictimai həyatda böyük hörmət və nüfuz qazanmışdır. Biz də «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalı redaksiya  heyətinin adından zəhmətkeş və xeyirxah insan, jurnalın həmtəsisçilərindən biri olan hörmətli Tofiq Nurullayevi 70 yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı, həyat fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq.

 

            Hörmətlə,

                                 Baş redaktor,

                                  f.e.d., dosent                                Əliyeva İ.M.

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.