04.24.2017 21:08
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Beynəlxalq nəqliyyat-hüquq münasibətlərinin inkişafında regional Təşkilatların rolu və əhəmiyyəti (Avropa regionu timsalında).

 

Əliyev E.Ə.

Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, hüquq elmləri namizədi.

 

Məqalədə beynəlxalq nəqliy­yat-hüquq  münasibətlərinin inkişa­fında regional təşkilatların, xüsusən Avropa regionu timsalında  rolu və əhəmiyyəti barədə məsələ elmi cəhət­dən araşdırılır. Beynəlxalq  nəq­­liyyat-hüquq  münasibətlərinin inkişafında Avropa hüquq insti­tutlarının önəmli yer tutması xüsusilə qeyd  edilir.

 

Vahid ümumdünya iqtsadi mə­ka­nın yaradılmasında müasir regional təşkilat-ların fəaliyyəti bir çox, o cümlədən onların vahid nəqliyyat siyasətinin ümumi vəzi-fə və məqsədlərinin işlənib hazır­lanması ilə bağlı olan amillərlə səciy­yələnir. Bu məkanın və siyasətin formalaşdırılmasında, məsələn, Avropa qitəsinin, daha dəqiq desək, Avropa İttifaqının nümunəsi göstərici ola bilər. Güman ki, bu, dünya birliyi ölkələrinin əksəriy­yətinin hazırda can atdığı və gələcəkdə nail olacağı  proobrazdır.

 

 

Məlum olduğu kimi, regional təş­kilatların fəaliyyətinin beynəl­xalq-hüquqi əsası, ilk növbədə, dövlətlərarası müqavilə və sazişlər, daha sonra isə bu təşkilatların və beynəlxalq konfransların aktlarıdır.

Məsələn, Avropada Təhlü­kəsizlik və Əməkdaşlıq Müşa­virəsinin (ATƏM) Yekun Aktı (1975-ci il) [1],  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) digər sənədləri hüquqi baxımdan məcburi olmasalar da, böyük siyasi əhəmiyyətə malik olmaları sayəsində tərəflər onları normativ göstərişlər qismində qəbul edir [ATƏT-in yaranma və təkamül tarixi barədə ətraflı bax, məsələn: 2, s.91-121; 3; 4; 5; 6, s. 3-21 və b.].

Regional təşkilatlar dövlət­lərarası iqtisadi, o cümlədən nəqliyyat münasibət-lərinin bütün cəhətlərinə həlledici təsir göstərir. Bundan başqa, həmin təşkilatlar öz praktiki  fəaliyyətlərində, bir qayda olaraq, elə norma və mexanizmlər işləyib hazırlayırlar ki, bunlar dövlətdaxili qanunvericiliyə və milli hüquq sistemlərinə əhəmiyyətli təsir göstərir.

Həm qlobal, həm də regional səviyyələrdə beynəlxalq təşkilatların məqsəd və funksiyalarından biri beynəlxalq iqtisadi münasibətlərin inkişafının ən əhəmiyyətli prob­lemlərinin araşdırılması və onlara dair qərarlar qəbul edilməsidir. Odur ki, öz növbəsində, dövlətlərin nəqliyyat sahəsində, ümumi nəqliy­yat siyasətinin məqsəd və vəzifələrin işlənib hazırlanmasında və əlaqələndirilməsində regional təşkilatların fəliyyəti çərçivəsində əməkdaşlığı və tərəfdaşlığı beynəlxalq tənzimləmənin əsas istiqamətlərindən biri kimi nəzərdən keçirilir.

Nəqliyyat sahəsində dövlət­lərarası əməkdaşlıq və tərəfdaşlığın müasir beynəlxalq tənzimlənməsi tək­­cə əvvəl nəzərdən keçirdiyimiz BMT sistemi çərçivəsində deyil, bu sistemə daxil olmayan regional təşkilatlar, məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) [7], ATƏT, Ərəb Dövlətləri Liqası (ƏDL) və b. tərəfindən də həyata keçirilir.

O da əhəmiyyətlidir ki, müasir dünya iqtisadiyyatının regio­­nlaşdırılması [8,     s. 494-711], yəni dövlətlərin ərazi əlaməti əsasında iqtisadi yaxınlaşması beynəlxalq iqtisadi münasibətlərin qloball­aşması prosesinin tərkib hissəl­ərindən biridir. İqtisadi regionçuluğun əsas formalarının (birinci, əməkdaşlıq və tərəfdaşlığın, ikinci, regional inteqrasiyanın) təməlində beynəlxalq müqavilə dayanır. Bu zaman iqisadi əməkdaşlıq və tərəfdaşlıq dövlət müstəqilliyinə toxunmadığı halda, regional inteqrasiya, adətən, üzv dövlətlərin suverenliyinin könüllü şəkildə məhdudlşdırıl-masını nəz­ərdə tutur. Birinci halda, hüquqi tənzimləmə üsulu qismində əlaqələndirmə, ikinci halda isə subordinasiya metodu xarakterikdir. Bununla yanaşı, suveren dövlətlərin, Avropa kontinentində olduğu kimi, vahid iqtisadi məkan yaradılması məqsədilə birləşməsi prosesi, yəni regional inteqrasiya mü­əyyən müqavilə-institusional for­mA­lar, məsələn, «ümumi bazar», göm­rük və iqtisadi ittifaq və s. şəkildə kəsb edə bilər.

İstənilən  halda, regional inteqrasiyanı bütün kontinentlərdə həyata keçirilən və güclü iqtisadi mərkəzlər ətrafında təmərküzləşən vahid universal iqtisadi məkanın formalaşdırılması üzrə qlobal tendensiyanın bir hissəsi kimi nəzərdən keçirmək lazımdır. Bu hadisələrin özünəməxsusluqlarından biri də ondan ibarətdir ki, Avropa məkanında nəqliyyat sahəsini də əhatə edən həm iqtisadi əməkdaşlıq, həm də regional inteqrasiya prosesləri eyni zamanda cərəyan edir.

Şimal-Qərbi Avropa dövlətlərinə tətbiqən, inteqrasiyanın intensivlik, səmərəlilik dərəcəsi, ilk növbədə, tarixi, mədəni, sosial və digər xüsusiyyətlərlə müəyyənləşir ki, bu da inteqrasiyanın instutisional beynəlxalq-hüquqi formasına nail olunmasına  əhəmiyyətli dərəcədə imkan yaratmışdır. Lakin son onillik ərzində Qərbi Avropa ölkələrinin regional inteqrasiyasına xas olan bütün iqtisadi üstünlüklərdən yararlanmaq məqsədilə, bu inteqrasiyada tamhüquqlu iştiraka digər dövlətlərin də (təkcə Avropa dövlətlərinin deyil) inadla səy göstərmələri özünü getdikcə daha çox büruzə verir. Bu sonuncular arasında iqtisadi əməkdaşlıq və regional inteqrasiya müqavilə əsasında fəaliyyət göstərən dövlətlərarası siyasi və iqtisadi təşkilatların fəaliyyəti çərçivəsində həyata keçirilir.

Üzv-dövlətlər və ya birliklər tərəfindən bağlanan regional müqavilələrin xüsusiyyəti isə ondan iba­rətdir ki, bu müqavilələrin normaları onların təsis sənədlərinə zidd olmamalıdır. Bu baxımdan, həmin müqavilələrin normaları, minimum, istənilən hüquq münasibətlərini, o cümlədən bu və ya digər regional təşkilata daxil olan dövlətlərin nəqliyyat fəaliyyəti prosesində formalaşan münasibətləri də əhatə  etməlidir.

Avropa İqtisadi Birliyinin yaradılması haqqında Müqavilə (1957-ci il, Roma) [9] imzalandıqdan sonra məhz belə bir durum yarandı. Müqavilənin V  - «Nəqliyyat» bölməsinin (keçmiş IV bölmə) 74-cü maddəsi ümumi nəqliyyat siyasətini Avropa İqtisadi Birliyinin (AİB) ümumi siyasətinin istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Bu Mü­qa­vilənin şərtlərinə görə, üzv-dövlətlər, bir tərəfdən, ixrac üçün aşağı, idxal üçün isə yüksək  nəqliyyat tarif­lərinin tətbiqinə yol verməməyi, digər tərəfdən, milli nəqliyyat şirkətlərinə AB-nin bütün ərazisində fəaliyyət göstərməyə icazə verməyi  öhdələrinə götürmüşlər. Eyni zama­nda, nəqliyyatın müxtəlif növləri üçün xüsusi hüquqi rejimlər nəzərdə tutulsa da, xarici nəqliyyat şirkətlərinin fəaliyyətinin dəqiq şərtləri müəyyənləşdirilməmişdir.

Avropa dövlətlərinin nəqliyyat fəaliyyətinin tənzimlənməsi tarixi gös­tərir ki, həqiqətən də ümumi nəqliyyat siyasətinə nail olmaq istiqamətində ilk addımlar o qədər də uğurlu olmayıb, çünki üzv-dövlətlər, cüzi istisnalar olmaqla, nəqliyyatın dövlət himayəsindən çıxarılmasıyla razılaşa bilmirdi. Səbəb nəqliyyatın ictimai xidmətlər sahəsinə aid olması (elə indi də aiddir), bu sahəyə görə məsuliyyəti isə dövlətin özünün daşıması idi. Bir sıra tədbirlərin həyata keçirilməsi zəruri idi ki, bunların sırasına, xüsusən, AİB üzvü olan dövlətlər arasında daşımaların liberallaşdırılması, o cümlədən tariflərin yük sahibinin milli mənsubiyyətindən asılı olaraq formalaşdırılması kimi ayrı-seçkiliyin aradan qaldırılması, nəqliyyatın texniki, sosial, iqtisadi və digər məsələlər üzrə tənzimlənməsi sahəsində milli hüquq normalarının harmonikləşdirilməsi daxil idi.

Lakin nəqliyyat infrastruk­turunun elementləri büdcə təşkilatlarının səlahiyyə-tindən alına­raq, öz xərcini ödəmə prinsipləri əsasında işləyən dövlət şirkətlərinə verildikdən sonra, 70-ci illərin sonu üçün durum əhəmiyyətli şəkildə dəyişdi. Bu baxımdan, Aİ Məhkəməsinin qərarı (1982-ci il) müəyyən qədər müsbət rol oynadı ki, bu qərara görə, Şuranın öhdəsinə aşağıdakıların da daxil olduğu konkret  vəzifələr qoyulmuşdur:

a) AB ərazisində, tranzit daşımalar da daxil olmaqla, transsərhəd daşımaların liberal­laşdırılması;

b) AB üzvü olan hər hansı ölkənin sahibkar iş adamlarının digər üzv-ölkənin ərazisində nəqliyyat xid­mətləri göstərilməsində iştirakı üçün şərait yaradılması;

c) istənilən   əlavə,  ilk   növbədə,  sosial,  ekoloji,   texniki     digər   zəruri normaların harmonikləşdirilməsinə dair tədbirlərin görülməsi.

Göründüyü kimi, liberallaş­dırma və harmonikləşdirmə Qərbi Avropa ölkə-lərinin nəqliyyat fəaliyyətinin üstün məqsəd və vəzifələri qismində nəzərdən keçirilmişdir.

Avropa dövlətlərinin nəqliyyat fəaliyyətinin hüquqi tənzimlənməsinin əsasları və xüsusiyyətlərinin daha ətraflı anlaşılması üçün, fikrimizcə, bəzi prinsipial sənədlərdən, ilk növbədə, adı çəkilən Müqavilənin müddəalarından geniş sitatlar gətirmək zəruridir. Məsələn, Müqavilənin 3-cü maddəsində aşağıdakılar müəyyənləşdirilir:

«1. 2-ci maddədə göstərilən vəzifələrə müvafiq olaraq, Birliyin bu Müqavilədə nəzərdə tutulan şərtlər və müddətlərə müvafiq həyata keçirilən fəaliyyəti aşağıdakıları ehtiva edir: … c) əmtəələr, şəxslər, xidmətlər və kapitalların üzv-döv­lətlər arasında sərbəst yerdəyişməsində maneələrin aradan qaldırılması ilə səciyyələnən daxili bazar; d) IV bölmədə nəzərdə tutulduğu kimi, şəxslərin daxil olması və hərəkət etməsinə dair tədbirlər; … f) nəqliyyat sahəsində ümumi siyasət».

Bununla belə, məlum olduğu kimi, V - «Nəqliyyat» bölməsində (70-80-ci maddələr, keçmiş IV bölmədə 74-84-cü maddələr) aşağıdakılar müəyyənləşdirilir:

«Mad. 70: bu bölmənin tənzimlədiyi məsələlərə gəldikdə,  üzv-dövlətlər bu Müqavilənin ümumi nəq­­liyyat siyasəti çərçivəsindəki məq­sədləri əldə rəhbər tuturlar».

«Mad. 71: 1. mad. 70-in həyata keçirilməsi məqsədilə və nəqliyyat sahəsinin xarakterik xüsusiyyətlərini nəzərə alaraq, Şura mad. 251-də nəzərdə tutulan prosedur əsasında hərəkət edərək, İqtisadi və Sosial Komitə və Regionlar Komitəsi-lə məsləhətləşmələrdən sonra aşağıdakıları müəyyənləşdirir: a) üzv-dövlətin ərazi-sindən həyata keçirilən, yaxud üzv-dövlətin ərazisinə yönəldilən və ya bir, yaxud bir neçə üzv-dövlətin ərazisindən keçən beynəlxalq nəqliyyat daşımalarına  tətbiq olunan ümumi qaydalar; b) nəqliyyat xidmətlərini həyata keçirən qeyri-rezidentlərin həmin xidmətləri üzv-dövlətlərin ərazisində göstərmələri üçün şərtlər; c) daşımala-rın təhlükəsizliyinin yüksəldilməsi üzrə tədbirlər; d) istənilən digər lazımi tədbirlər.

2. 1-ci bənddə nəzərdə tutulan prosedurdan kənarlaşdırma qaydasında, daşımaların tənzimlənməsi sisteminin prinsiplərinə dair müddəaların tətbiqinin müəyyən rayonlarda həyat və məşğulluq səviyyəsi, həmçinin nəqliyyat vasitələri-nin istismarı üçün ciddi nəticələr doğura biləcəyi yerlərdə onlar Şura tərəfindən Komissiyanın təklifilə, Avropa Parlamenti və İqtisadi və Sosial Komitə ilə məsləhətləşmələrdən sonra yekdilliklə qərar qəbul edilməsi yolu ilə bərqərar edilməlidir. Belə hərəkət edərkən, Şura daxili bazar yaradılmasının nəticəsi olacaq iqtisadi inkişafa adaptasiyanın zəruriliyini nəzərə almalıdır».

«Mad. 72: 1 yanvar 1958-ci il ildən, yaxud qoşulan dövlətlər üçün - qoşulduqları andan və 71-ci mad­dədə (b. 1)  göstərilən müddəalar qəbul edilənədək heç bir üzv-dövlət Şuranın yekdil razılığı olmadan bu sahəni tənzimləyən, bu dövlətin nəqliyyat təşkilatları ilə müqayisədə digər üzv-dövlətlərin nəqliyyat təşkilatlarına daha əlverişsiz birbaşa və ya dolayı təsir göstərən müddəalar qəbul edə bilməz».

«Mad. 73: Yardım tədbirləri bu Müqavilə ilə yalnız nəqliyyat siyasətinin əlaqələndirilməsi tələbatlarına cavab verdikləri, yaxud kütləvi kommunal xidmətlər sahəsinə xas olan bəzi öhdəliklərin yerinə yetirilməsini kompensasiya etdikləri halda bir araya sığa bilər».

«Mad. 75: 1. Birlik daxilində daşımalar zamanı eyni əmtəə eyni nəqliyyat yolları ilə daşınarkən nəqliyyat təşkilatları tərəfindən daşınan əmtəələrin hansı dövlətdə istehsal olunmasından və ya təyinatından asılı olaraq, tariflərin tətbiqi şəklində olan istənilən ayrı-seçkiliyə yol vermələri aradan qaldırılmalıdır. 2. 1-ci bənd 71-ci maddənin (b. 1) icrası üçün Şuranın başqa tədbirlər görməsinə mane olmur. 3. Komissiyanın təklifilə, İqtisadi və Sosial Komitə ilə məsləhətləşmələrdən sonra Şura təsdiq olunmuş səs çoxluğu ilə qərar qəbul edərkən, Birliyin institut-larına b. 1-də müəyyənləşdirilən qaydaya riayət etməyə imkan verən müddəaları təsbit etməli, istifadəçilər üçün onun bütün faydasını  təmin etməlidir.  4. Şəxsi təşəbbüs, yaxud üzv-dövlətin müraciətilə hərəkət edən Komissiya b. 1-də göstəri-lən istənilən ayrı-seçkilik hallarını araşdırır və üzv-dövlətlərlə məs­ləhətl­əşmələr-dən sonra b. 3 müddəalarına müvafiq olaraq, müəyyənləşdirən qaydalar çərçivəsində zəruri qərarlar qəbul edir».

«Mad. 76:  1. Komissiya tərə­findən icazə verilmədiyi halda, üzv-dövlətin Birlik daxilində həyata keçirilən nəqliyyat əməliyyatlarına bir və ya bir neçə müəssisənin, yaxud sənaye sahəsinin maraqlarının dəstəklənməsi və ya müdafiəsi üçün istənilən elementi ehtiva edən tarif və şərtlər tətbiq etməsi qadağandır.  2. Şəxsi təşəbbüs, yaxud üzv-dövlətin müraciətilə hərəkət edən Komissiya b. 1-də göstərilən tarif və şərtləri nəzərdən keçirərək, xüsusən, bir tərəfdən, müvafiq regional iqtisadi siyasətin, zəif inkişaf etmiş rayonların ehtiyaclarını, həmçinin siyasi cəhətlərin əhəmiyyətli təsirinə məruz qalan rayonların problemlərini, digər tərəfdən, bu tarif və şərtlərin nəqliyyatın müxtəlif növləri arasında rəqabətə təsirini nəzərə alaraq araşdırır. Komissiya zəruri qərarları maraqlı olan bütün üzv-dövlətlərlə məsləhətləşmələrdən sonra qəbul edir.  3. 1-ci bənddə nəzərdə tutulan qadağa rəqabətin dəstəklənməsi məqsədilə qəbul olunan tariflərə şamil edilmir».

«Mad.  77: Nəqliyyat vasitələrindən sərhədləri keçərkən nəqliyyat tariflərindən əlavə tutulan müxtəlif rüsumlar, artıq bununla əlaqədar çəkilən faktiki xərclər nəzərə alınaraq, səmərəli səviyyəni aşmamalıdır. Üzv-dövlətlər bu xərclərin tədricən azaldılmasına səy göstərməlidirlər. Komissiya üzv-dövlətlərə bu maddənin tətbiqinə dair tövsiyələr ünvanlaya bilər».

«Mad. 78: Bu bölmənin müd­də­aları Almaniya Federativ Res­publikasının Almaniyanın bölünməsi nəticəsində AFR-in bu bölünmənin ehtiva etdiyi bəzi rayonlarının iqtisadiyyatına dəyən iqtisadi zərəri kompensasiya etmək üçün zəruri olan dərəcədə həyata keçirdiyi tədbirlər üçün maneə deyil».

«Mad. 79: Komissiyaya üzv-dövlətlərin hökumətləri tərəfindən təyin edilən ekspertlərdən ibarət olan Məsləhət Komitəsi təhkim edilir. Komissiya nəqliyyat məsələləri üzrə lazım bildiyi hallarda, İqtisadi və Sosial Komitənin səlahiyyətlərinə xələl gətirmədən, bu Komitə ilə məsləhətləşməlidir».

«Mad. 80:  1. Bu bölmənin müd­dəaları dəmir yolu, avtomobil yolları, daxili su yolları ilə daşı­malara tətbiq edilir.  2. Komitə dəniz və hava nəqliyyatları üçün müvafiq müddəaların qəbulunun müm­künlü­yünü, bunun nə dərəcədə və hansı prosedura müvafiq olaraq həyata keçiriləcəyini təsdiq edilmiş səs çoxluğu ilə qərara alır. 71-ci maddədə nəzərdə tutulan prosedur qaydaları tətbiq edilməlidir».

Göstərilən maddələrin təhlili göstərir ki, bütövlükdə Avropa dövlətlərinin nəqliyyat fəaliyyətinin liberallaşdırılması və harmonikləşdirilməsi bu sahədə müasir nəqliyyat münasibətlərinin inkişafı üçün prinsipial əhəmiyyətə malik əsas oriyentirlər olmuşdur.

Bu mənada, digər məsələlər, xüsusən, bəzən həll edilmələri üçün Avropa İttifaqı Məhkəməsinin təhqiqatına ehtiyac yaranan vergiyə cəlb olunma məsələləri də çox əhəmiyyətlidir. Belə ki, Aİ Məhkəməsi 283/84 saylı iş üzrə belə bir qətnamə çıxarmışdı ki, nəqliyyat xidmətləri göstərilərkən, hətta nəqliyyat vasitəsinin marşrutunun bir hissəsi milli ərazinin hüdudlarından kənarda keçdiyi hallarda da, üzv-dövlət ƏDV-nin tam həcmdə ödənilməsini bunun digər dövlətlərin vergi səlahiyyətlərini pozmaması şərtilə tələb edə bilər.

C 30/89 saylı işdə [10] Məhkəmə qərara almışdır ki, Altıncı direktivin heç bir müddəası üzv dövlətlərə nəqliyyat xidməti marşr­utunun açıq dənizdən keçən hissəsinə ƏDV tətbiq etmək hüququ vermir, çünki Roma müqaviləsinin 227-ci maddəsinin (229-cu maddənin də) mənasına görə, açıq dəniz «dövlət daxilində» ərazinin bir hissəsi deyil. 

Bir sıra digər işlərdə Aİ Məhkəməsi Altıncı direktivin 9-cu maddəsinin (b. 2) təfsirini verərək, ƏDV-yə cəlb olunmaqla xidmət göstərilməsinin yerini müəyyən-ləşdirdi, ƏDV-yə cəlb edilməli olan fəaliyyəti doğuran tədarüklərlə bağlı vergi rüsumları hüququnun meydana çıxdığı məqamın müəyyənləşdirilməsi qaydasını izah etdi (m. 17 b. 1).

 

Onu da qeyd etmək lazımdır ki, vergitutma bazasının müəyyənləşdirilməsi məsələləri də dəfələrlə Avropa Məhkəməsinin təhqiqat obyekti olmuşdur. İşlənmiş əmtəələrin vergiyə cəlb edilmə bazası barədə qərarların qəbuluna da böyük diqqət yetirilir ki, bu sırada əmtəələrin təkrar satışı zamanı ƏDV-nin müəy­yənləşdirilmə-sinə dair 16/84 saylı iş [11] üzrə qərar fərqləndirilir. Analoji məsələlər avtomobillərin alqı-satqısı zamanı nisbətən daha tez-tez meydana çıxır ki, belə hal, məsələn, Komissiya ilə Niderland arasındakı mübahisə zamanı yaranmış və bu işə baxarkən Məhkəmə vahid ƏDV sistemi prinsipini xatırlatmışdı.

O da əlamətdardır ki, dövlətlərin nəqliyyat, o cümlədən də dəniz fəaliyyətinin aktual problemlərinə dair beynəlxalq-hüquqi sənədlər arasında diqqəti Nəqliyyat üzrə Beynəlxalq Avrasiya Konfransının (Sankt-Peterburq, 1998-ci il) [12, s.7] qəbul etdiyi Bəyannamə  cəlb  edir.  Nəqliyyat  sahəsində müasir tələblər nəzərə alınmaqla qəbul olunan Bəyannamə aşağıdakı əsas məq­sədləri müəyyən-ləşdirmişdir:

-Avrasiya dövlətlərinin sosial-iqtisadi inkişafının dəstəklənməsi və stimullaş-dırılması məsələsində nəq­liyyatın rolunun yüksəldilməsi;

-beynəlxalq və regionlararası ticarət, turizm, iqtisadi əməkdaşlıq və tərəfdaş-lığın inkişafını dəstəkləmək üçün Avropa ilə Asiya arasında etibarlı və effektli  nəqliyyat bağlantılarının zərur­iliyinin artırılması;

-nəqliyyat bazarlarının tədricən açılması və Avrasiya dövlətlərinin nəqliyyat sahəsində bazar iqtisadiyyatı  prinsiplərinin inkişaf etdirilməsi;

-nəqliyyat fəaliyyəti və siyasətində təhlükəsizlik aspekti də daxil olmaqla, bütün Avrasiya dövlətləri üçün yeni imkanlar yaradan  müxtəlif (iqtisadi, sosial, ekoloji və b.) aspektlərin nəzərə alınması və s.

Bəyannamənin, xüsusən, 1-ci maddəsinin «a» bəndində nəzərdə tutulan konkret tədbirlər sırasında səmərəli Avrasiya nəqliyyat bağlantılarının (əlaqələri-nin) inkişaf etdirilməsi üçün tədbirlər tövsiyə edilir ki, bunların arasında Qara dəniz ümumavropa nəqliyyat zonasının mümkün elementi qismində Xəzər və Qara dənizlərinin Volqa-Don kanalı vasitəsilə birləşdirilməsi, daha sonra bir sıra Krit dəhlizləri, o cümlədən VII (Dunay çayı) və IX dəhlizlərlə əlaqələndirici halqalar tövsiyə edilir.

Bu maddənin «c» bəndinə görə, kompleks Avrasiya nəqliyyat sisteminin inkişaf etdirilməsinin gedişində müəyyən ynaşma tətbiq edilməsi və müvafiq rəhbər prinsipə riayət edilməsi məsləhət görülür. Burada dəmir yolu, avtomobil, hava, daxili və sahilyanı su yolları və müvafiq ümumavropa nəqliyyat dəhliz və zonaları da daxil olmaqla, mövcud infrastrukturdan mümkün dərəcədə maksimum istifadə prinsipinə riayət edilməsi nəzərdə tutulur. Əsas kimi, BMT AİK nəqliyyat infrastruktur şəbəkələrinin Qafqaz və Orta Asiya regionu istiqamətində genişlən-dirilməsi layihələrindən və ALTİD ESKATO BMT layihəsi  çərçivəsində müəy-yənləşdirilmiş beynəlxalq nəqliyyat marşrutlarından istifadə edilməsi məsləhət görülür [bunların hər ikisi Avropa ilə (onun Şimal, Qərb, Mərkəzi və Cə

nub hissələrilə)  Qafqaz, Zaqafqaziya, Qara dəniz və Xəzər dənizi bölgələri, Yaxın Şərq, Orta Asiya və Şimal-Şərqi Asiya bölgəsi də daxil olmaqla, Asiya-Sakit okean regionları arasında birbaşa əlaqəni təmin edən beynəlxalq nəqliyyat axınları üçün əsas yerüstü nəqliyyat bağlantılarıdır].

Avropa dövlətlərində ümumnəqliyyat xarakterli beynəlxalq-hüquqi sənədlərin sayının artmasının müşahidə edilməsilə, həmçinin həm beynəlxalq iqtisadi hüquq, həm də beynəlxalq nəqliyyat hüququnun bir sıra norma və institutlarının tətbiqilə əlaqədar, ayrı-ayrı, ən geniş yayılmış nəqliyyat növləri (avtonəqliyyat, dəmir yolu, dəniz, hava) üzrə nəqliyyat hüquq münasibətlərinin tənzimlənməsi məsələlərinin təhlili olduqca aktual görünür.

 

 İstifadə olunmuş ədəbiyyat siyahısı:

 

1. Final act of the 1st CSCE Summit of Heads of State or Government,Helsinki http://www.osce.org/item/4046. html?html=1&lc=RU

2.Европейское международное право / Отв. ред. Колосов Ю.М., Кривчикова Э.С., Саваськов П.В. М.: Международные отношения, 2005, 408 с.

3.Европейское право. Учебник для вузов / Под общ. ред. Л.М.Энтина. М.: Норма-Инфра, 2000, 720 с.

4.Европейский Союз. На пороге ХХI века. Выбор стратегии развития / Под ред. Ю.А. Борко и О.В. Буториной. М.: УРСС, 2001, 471 с.

5.Колосов Ю.М. Хельсинский объединительный процесс. Курс между-народного права: В 7-и т. Т. 7, М.: Наука, 1993, 403 с.

6.Право Европейского Союза: правовое регулирование торгового оборота / Под ред. В.В. Безбаха, А.Я. Капустина, В.К. Пучинского. М.: ЗЕРЦАЛО, 1999, 400 с.

7.Современные международные отношения и мировая политика / Отв. ред. Торкунов А.В. М.: Просвещение, 2004, 712 с.

8. Organisation for Economic Co-operation and Development http://www. oecd.org.

9. Treaty establishing the European Economic Community (1957) http://eur-lex.europa­.eu/en/treaties/treaties_ founding.htm.

10. Judgment of the Court of 13 March 1990. - Commission of the European Communities v French Republic. - Action for failure to fulfil obligations - Sixth VAT Directive - Territorial scope - Transport between two points within national territory but occurring partly outside it. - Case C-30/89. http://eur-lex.euroрpa.eu/LexUriServ/ Lex UriServ.do?uri=CELEX: 61989J0030:EN:HTML.

11. Judgment of the Court of 10 July 1985. - Commission of the European Communities v Kingdom of the Netherlands. - VAT - Taxable amount in the case of movable goods traded in by way of part-payment. - Case 16/84. http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do ?uri=CELEX:61984J0016:EN:HTML

12.Документ ООН – Экономический и Социальный Совет. Европейская экономическая комиссия. TRANS / WP. 5 / 1998/ 6.  13 July 1998, p. 7.

 

 

РОЛЬ И ЗНАЧЕНИЕ РЕГИОНАЛЬНЫХ ОРГАНИЗАЦИЙ В РАЗВИТИИ МЕЖДУНАРОДНЫХ

ТРАНСПОРТНЫХ ПРАВООТНОШЕНИЙ

(НА ПРИМЕРЕ ЕВРОПЕЙСКОГО РЕГИОНА)


АЛИЕВ Э.А.

 

 Действительный член Международной Транспортной Академии,

кандидат юридических наук.


В статье с научной точки зрения исследуется вопрос о роли и значении региональных органи­заций, в частности на примере Европейского региона, в развитии международных транс­порт­ных правоотношений. Осо­бен­но от­ме­чается, что существенное место в развитии международных транс­портных правоотношений занимают Европейские правовые инс­титуты.

 

ROLE AND VALUE OF REGIONAL ORGANIZATIONS IN DEVELOPMENT OF IN­TERNATIONAL TRANSPORT-AND-LEGAL

RELA­TIONSHIP (by the example of European regional)

 

ALIYEV E.A.

 

 full member of International Transport Academy, candidate of law.

 

The article investigate from the scientific standpoint the question of role and value of regional organizations particularly by the example of European region in development of international transport-and-legal relationship. It is especially mentioned a highly impotrant place of European legal institutions in development of international transport-and-legal relation.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.