06.27.2017 23:07
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Ətraf mühitin mühafizəsi və ekoloci təhlükəsizliyin təmin olunmasında BMT-nin əsas fəaliyyət istiqamətləri

MƏHƏRRƏMOV A.A.

BDU «Beynəlxalq ümumi hüquq» kafedrasının dosent əvəzi,

hüquq elmləri namizədi.

 

Məqalədə  ətraf mühitin mü­ha­fizəsi və ekoloji təhlükəsizliyin tə­min olunmasında BMT-nin əsas fə­aliyyət istiqamətləri hüquq ədə­biy­yatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında təhlil edilir. Bu zaman BMT, onun ixti­saslaşdırılmış tə­sisatları, o cümlədən YUNEP-in fəaliyyətinin əsas elementləri nəzərdən keçirilir, mühüm beynəlxalq sənədlər diqqətlə təhlil edilir. 

Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlıq sahəsində BMT-nin səlahiyyətləri onun  ni­za­m­­nnaməsinin müddəaları ilə müəy­yən edilir. Ətraf mühitin mü­ha­fizəsi humanitar xarakterli qlobal prob­lemdir. Bundan başqa o komp­leks xarakter daşıyır və bir çox iq­ti­sa­di, sosial və mədəni aspektlərə malikdir. BMT-nin Nizamnaməsi ilə müəyyən edilən səlahiyyətlərdən nəinki onun ətraf mühitin mühafizəsi sahəsində dövlətlərin fəaliyyətini əla­qə­lən­dir­mək, həmçinin bu sahədə BMT-nin müstəqil fəaliyyət göstərmək im­kan­ları meydana çıxır. Adı çəkilən  ni­zam­namənin təhlili  göstərir ki, BMT-nin orqanları içəirisində ətraf mühit sahəsində əməkdaşlığın təşkili BMT-nin Baş Məclisinə və İqtisadi Sosial Şuraya həvalə olunmuşdur. Nizamnamənin 60-cı maddəsində de­­yilir ki, beynəlxalq iqtisadi və sosial əməkdaşlıqla bağlı göstərilmiş funksiyaların icrasına görə mə­su­liyyət Baş Məclis və onun rəhbərliyi altında, bu məqsədlə müəyyən sə­la­hiy­yətlərə malik olan İqtisadi və Sosial Şuranın üzərinə qoyulur.

BMT Nizamnaməsinin 62-ci mad­dəsində göstərilir ki, İqtisadi və So­­sial Şura iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və yanaşı sahələrdə beynəlxalq məsələlərə aid təd­qi­qat­lar və məruzələr edə bilər və ya is­tə­nilən beynəlxalq məsələlərə aid Baş Məclis, Birləşmiş Millətlərin Üzv­lərinə və maraqlı ix­ti­sas­laş­dı­rıl­mış təsisatlara tövsiyyələr edə bilər.

Bu iki orqanın səlahiyyətlərini  müqayisə edərkən ətraf mühitin mühafizəsi sahəsində İqtisadi-Sosial Şuranın səlahiyyətlərinin konkret və geniş olduğunu görürük. Ətraf mü­hi­tin mühafizəsi sahəsində öz funk­si­yalarını həyata keçirmək üçün İq­ti­sa­di və Sosial Şura BMT-nin ix­ti­sas­laşdırılmış müəssisələri ilə qarşılıqlı məsuliyyət mexanizmindən (BMT Ni­zamnaməsinin 63 və 64-cü mad­də­lə­ri) və lazımi komissiyalar təşkil et­mək hüququndan (BMT Ni­zam­naməsininin 68-ci maddəsi) istifadə edir. Səlahiyyətlərin belə bölgüsü bu orqanların iearxiyasını dəyişmir, ək­si­nə funksiyaların diferensasiyası bu ie­rxiyadan irəli gəlir. Ətraf mühitin mühafizəsi sa­hə­sində beynəlxalq əməkdaşlığa kö­mək edən BMT or­qan­ları Katiblik və Beynəlxalq Məh­­kəmədir. Ka­tib­lik BMT Nizam­naməsinin XV fəs­li­nin müddəalarına uyğun olaraq, Baş Məclis və İqtisadi Sosial Şuranın fəaliyyətlərinin təmin edilməsində inzibati-icraat  funk­si­yası həyata ke­çi­rir. Həmçinin BMT Baş Katibi mü­xtəlif sahələrdə siya­sə­tin for­ma­laş­masına öz səlahiyyətləri çər­çi­və­sin­də müəyyən təsir göstərir.

BMT Beynəlxalq Məhkəməsi Statusunun 36-cı maddəsində göstə­ri­lir ki, Beynəlxalq Məhkəmənin səlahiyyətlərinə «beynəlxalq öhdə­lik­lərin pozulması» və ya «beynəlxalq öhdəliklərin pozulmasına görə ödə­mə­lərin həcmi və xarakteri» ilə bağlı mübahisələr də daxildir. Bundan başqa, BMT Beynəlxalq Məh­kə­mə­sinin təbiəti mühafizə ilə bağlı müba­hi­sələr sferasında birbaşa səla­hiy­yətlərinin olmasını ətraf mühit üzrə mübahisələrin baxılması üçün xüsusi qaydaların müəyyən eilməsi faktı da təsdiq edir. Eyni zamanda, bu qu­rum  BMT-nin digər orqanlarına və ixtisaslaşdırılmış müəssisələrinə ətraf mühitin mühafizəsinin müxtəlif cə­hət­ləri ilə bağlı məsləhət xarakterli rəylər verə bilər.

Katibliyin bir çox orqanları regional iqtisadi komissiyaların ka­tib­liyi: nəqliyyat və ehtiyatlar şöbəsi; təbii ehtiyatlar; enerji və nəqliyyat üzrə Mərkəz; demoqrafik şöbə; elm və texnika üzrə şöbə və s. orqanlar ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətdə iştirak edirlər.

Bundan başqa, BMT-nin bir sıra digər orqanlarında da ətraf mühitin mühafizəsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Mə­sə­lən, BMT-nin Avropa İqtisadi Ko­missiyasının (AİK) Avropada ətraf mühit sahəsində əsas fəaliyyət is­ti­­qamətləri su ehtiyatlarının səmərəli istifadəsi və çirklənmədən qorun­ma­sı, eləcə də atmosferin çirk­lən­diril­məsinin qarşısının alınmasıdır.

Daha sonra, BMT-nin Asiya və Sakit okean üzrə Komissiyası (ESKATO) mühüm yer tutur. ESKATO-nun müasir təşkilat struk­tu­runun analizi göstərir ki, onun fə­a­liy­yəti əsasən iqtisadi inkişaf maraq­la­rına, o cümlədən mineral ehti­yat­lardan istifadə məsələlərinə həsr edil­mişdir. Ətraf mühitlə bağlı mə­sələlər ESKATO-nun fəaliyyət sfera­sına 1976-cı ildən daxil edilməyə baş­la­nıl­mışdır.

Ətraf mühit problemlərinin həllində qəbul edilmiş bir sıra mü­hüm Konvensiyalar YUNEP-in bilavasitə iştirakı ilə hazırlanmışdır. Bu, əsasən, BMT tərəfindən hazır­lan­mış mühüm konvensiyalarda öz əksini tapır. Məsələn, Aralıq dəni­zinin çirklənmədən mühafizəsi üzrə Komissiya və Protokol, Ozon qatı­nın mühafizəsi haqqında Vyana kon­vensiyası və b.. YUNEP eks­pert­ləri dəniz mühitinin kimyəvi mad­dələrlə, digər çirklənmə mənbələri ilə çirkələndirilməsinin qarşısını almaq üzrə dövlətlərin davranışının rəhbər prinsiplərini işləyib hazırlayırlar.

YUNEP-in İdarəetmə Şura­sı­nın növbəti sessiyalarında ətraf mü­hi­tin mühafizəsi üzrə mühüm mə­sə­lə­lər müzakirə edilir. Məsələn, 1993-cü ilin may ayında özünün 17-ci ses­si­ya­sın­da yeni istiqamətlər, yeni tələ­bat­lar və yeni metodlar müzakirə edil­miş, Ozon qatının mühafizəsi üzrə Protokolun, 1989-cu il tarixli Bazel konvensiyasının həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.

YUNEP-in İadrəetmə Şura­sının 18-ci sessiyasında ətraf mühit problemlərinə həsr edilmiş proqram təsdiq olunmuşdur ki, bu da özündə 4 ekoloji problemi əks etdirir: təbii ehtiyatlardan istifadə və onun idarə edilməsi; sabit istehsal və tələbat; insanların sağlamlığı və səhhəti üzrə ətraf mühitin keyfiyyətinin yüksəl­dilməsi; qloballaşma və ətraf mühit məsələləri.

BMT-nin ixtisaslaşdırılmış tə­si­satları beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində (iq­ti­sa­di, sosial, mədəni, təhsil, sə­hiy­yə və s.) fəalyyəti həyata keçirən, BMT ilə əlaqəsi olan universal xarakterli bey­nəlxalq hökümətlərarası təş­ki­lat­dır.

İxtisaslaşdırılmış təsisatların əsas fəaliyyət istiqamətləri aşa­ğı­da­kılar­dır: beynəlxalq əməkdaşlığın ay­rı-ayrı sahələri üzrə beynəlxalq konvensiya reqlamentlərinin işlənib hazırlanması, dövlətlərin bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, in­ki­şaf etməkdə olan ölkələrə texniki yardım göstərilməsi, informasiya mübadiləsi və s.

İxtisaslaşdırılmış qurumların fəaliyyət göstərməsi və onların BMT ilə əlaqələrinin ümumi hüquqi me­xa­niz­minin təyin edilməsi üçün xüsusi əsas tələb olunurdu. Bu əsaslar BMT Nizamnaməsinin bir sıra mad­də­lə­rin­də öz əksini tapır. Nizamnamənin 57-ci maddəsində ixtisaslaşdırılmış qurumların əsas səciyyəvi cəhətləri qeyd olunur: belə təşkilatların ya­ran­ması haqqında sazişlərin döv­lət­lərarası mahiyyət daşıması, onların öz təsis aktları çərçivəsində geniş bey­­­nəlxalq məsuliyyət daşıması, BMT ilə bağlılığı, müəyyən sahə­lərdə (iqtisadi, sosial, elmi-texniki, mədəni, humanitar və s.) fəaliyyət göstərməsi, yəni ixtisaslaşması. Qeyd olunan 4 cəhət xüsusi əhəmiyyət kəsb etdiyinə görə onlardan hər bi­ri­nin ayrı-ayrılıqda nəzərdən ke­çiril­məsi vacibdir.

İxtisaslaşdırılmış təsisatların BMT ilə əlaqəsi BMT-nin əsas orqanlarından biri olan EKOSOK vasitəsilə həyata keçirilir. EKOSOK ixtisaslaşdırılmış təsisatlarla sazişlər balğalyır; məsləhətlər aparmaq və tövsiyələr vermək yolu ilə ixti­sas­laş­dı­rıl­mış təsisatların fəa­liy­yətinin ümumi əlaqələndirilməsini  həyata keçirir; ixtisaslaşdırılmış təsis­at­lar­dan, onların fəaliyyəti haqqnda və verdiyi tövsiyələrin icra olunması üçün görülmüş tədbirlər haqqında məruzələr alır; öz işində və ya yaratdığı komissiyaların işində iş­ti­rak etmək üçün ixtisaslaşdırılmış tə­si­satların nümayəndələrini dəvət edir.

Hal-hazırda 16 ixtisaslaş­dırıl­mış qurum mövcuddur. Onları aşa­ğı­dakı qruplara ayırmaq olar: sosial xarakterli təşkilatlar - Beynəlxalq Əmək Təşkilatı (BƏT), Ümumdünya  Səhiyyə Təşkilatı (ÜST); mədəni və humanitar xarakterli təşkilatlar -BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT); iq­ti­sa­di təşkilat - BMT-nin sənaye inkişafı üzrə Təşkilatı (YUNİDO); maliyyə təşkilatları - Beynəlxalq Bərpa və İnkişaf Bankı (BBİB) və ya Dünya bankı və onun tam müstəqil təşkilat sayılan üç filialı -Beynəlxalq Ma­liy­yə Korporasiyası, Beynəlxalq İn­ki­şaf Assosiasiyası və İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik (İTÇA), Beynəlxalq Valyuta Fondu (BVF); kənd təsərüfatı sahəsində təşkilat - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT); nəqliyyat və rabitə sahəsində təşkilatlar - Bey­nəl­xalq Mülki Aviasiya Təşkilatı (BMAT), Beynəlxalq Dəniz Təş­ki­la­tı (BDT), Ümumdünya Poçt İttifaqı (ÜPİ), Beynəlxalq Elektron Rabitəsi İttifaqı (BERİ); meteorogiya sa­hə­sin­də təşkilat - Ümumdünya Mete­oro­logiya Təşkilatı (ÜMT).

Məlumdur ki, BMT-nin 16 ixtisaslaşdırılmış müəssisəsi vardır. Ümumiyyətlə, ixtisaslaşdırılmış mü­əs­i­sələrin sayı bəzən 14 göstərilir. Beynəlxalq hüquq ədəbiyyatında ixtisaslaşdırılmış müəsisələrə belə tərif verilir: BMT-nin ixti­sas­laşdırılmış qurumları xüsusi sahə­lərdə əməkdaşlığı həyata ke­çi­rən, BMT ilə İqtisadi və Sosial Şura xətti ilə yaradılan universal xa­rak­terli dövlətlərarası təşkilatlardır.

Lakin ətraf mühit sahəsində bu müəssisələrin hamısı fəaliyyət göstərmir. Həmçinin qeyd etmək lazımdır ki, yalnız ətraf mühit sahə­sində fəaliyyət göstərən belə sırf müəssisə yoxdur. Bəzi ədəbiy­yat­larda isə Ətraf Mühit üzrə BMT Proqramı (YUNEP) da ixtisas­laş­dırılmış müəssisə kimi göstrilir.

Yuxarıda göstərilən ixtisas­laş­dırılmış müəssisələrin bilavasitə ətraf mühitlə bağlı məsələlərin həlli üçün bu sahədə səlahiyyət həcminin müəyyən edilməsi çətindir. Lakin bu fakt həmin ixtisaslaşdırılmış təşki­lat­ların əsas fəaliyyət çərçivəsində də ətraf mühit üzrə konkret proqramlar hazırlamaq və həyata keçirməyə maneçilik törədə bilər. Göstər­di­yimiz ixtisaslaşdırımş təşkilatların ətraf mühit sahəsində səlahiy­yət­lə­ri­ni müəyyən edən birbaşa göstə­rişlərin olmaması ilə əlaqədar ola­raq, onların bu sahədəki fə­aliy­yət­ləri­nin normativ əsaslarını BMT Ni­zam­naməsinin müvafiq müd­də­ala­rı­nın, bu təşkilatın təsis aktlarının və di­gər beynəlxalq sənədlərin komp­leks təhlili nəticəsində müəy­yən­ləş­dir­mək mümkündür. Ətraf mühit sa­həsində BMT-nin səlahiyyətinə aid arqumentləri bu təşkilatlara da aid etmək olar. Belə olan halda bu ix­ti­sas­laşdırılmış təşkilatların ətraf mü­hit sahəsindəki səlahiyyətlərinin həc­mi barədə fikir yürütmək imkanı or­ta­ya çıxır.

Belə ki, ixtisaslaşdırılmış mü­əs­sisələrin ətraf mühit sahəsindəki səlahiyyətlərinə dair birbaşa və ya dolayı göstərişlərin olub-olmamasını müəyyən etmək üçün onların ni­zam­namə və digər təsis aktlarının bəzi müddəalarını nəzərə almaq məqsədə müvafiqdir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının nizamnamə­si­nin I maddəsində göstərilir ki, bu təşkilatın əsas məqsədi bütün xalq­la­rın mümkün olan yüksək sağlamlıq səviyyəsinə nail olmaqdır. Pream­bu­la­dan görünür ki, «sağlamlıq» ter­mi­ni əlverişli, tam, fiziki mənəvi və so­si­al vəziyyəti ifadə edir. İnsan cə­miyyətinin inkişafı haqqında ekoloji təsvirlər göstərilir. Belə bir münbit  vəziyyətin yaradılmasına nail olmaq üçün əlverişli ətraf mühit olmalıdır. Belə ki, Ümumdünya Səhiyyə Təş­ki­latı qarşısına qoyduğu məqsədlərə çatmaq üçün, birinci növbədə, insanı əha­tə edən mühitin sağ­lam­laş­dırıl­ma­sı və lazımi keyfiyyətin sax­la­nılması üzrə zəruri tədbirlər həyata keçirilməlidir.

Beynəlxalq Əmək Təşkilatının nizamnaməsi ilə müəyyən edilən məq­­sədlər və vəzifələr sırasında iş­lə­yən kişi, qadın, yeniyetmə və uşaq­la­rın əlverişli iş şəraitinin təmin edilməsi, başqa sözlə desək, əlverişli istehsalat mühitinin təmin edilməsi də daxildir. Belə bir mühitin yara­dılması sahəsində ixti­sas­laş­dırılmış təşkilat olan    BƏT-in həyata ke­çir­di­yi tədbirlər onun fəaliyyətində eko­­loji aspektlərin olduğunu gös­tə­rir.

Beynəlxalq Dəniz Təşkilatının təsis sənədləlrində (onun yaradılması haqqında konvensiyada)  bu təş­ki­la­tın «Dənizdə təhlükəsizlik və səmərəli gəmiçilik məsələlərində ən yüksək standartların» hazırlanma­sın­da və qəbul edilməsindəki rolu xüsusi qeyd edilir. Təşkilatın fəa­liy­yə­tinin elə ilk dövrlərində müəyyən edildi ki, gəsmiçiliklə bağlı mühüm fəaliyyət sahəsi Dünya okeanı kimi bir təbiət obyektinin neftlə çirklən­məsinin qarşısının alınmasıdır.

YUNESKO-nun nizam­namə­sinin I maddəsində deyilir ki, təşkilat «sülh və təhlükəsizliyin möhkəm­lən­di­r­ilməsini, elm, təhsil və mədəniyyət vasitəsilə xalqların əməkdaşlığna kömək etməlidir». Belə ki, ətraf mühit sahəsində geniş beynəlxalq əməkdaşlıq beynəlxalq təhlükəsizlik və sülhün möhkəmləndirilməsi sahə­sində kompleks tədbirlərin bir ele­mentidir. Digər tərəfdən, stabil sülh və təhlükəsizlik olmadan ətraf mü­hi­tin mühafizəsi mənasızdır.

Əlverişli ətraf mühit yara­dıl­masının şərtlərindən biri də ətraf mühitdə baş verən proseslər haq­qın­da, ekoloji qanunauyğunluqlar haq­qın­da biliklərə yiyələnməkdir. Bu sa­hədə müxtəlif dövlətlərin güclərinin bir­ləşdirməsi bu biliklərə nəinki nail olmağı, hətta onları geniş yaymağı tələb edir. Bunun üçün isə ən əlverişli mexanizm YUNESKO-dur. Nizam­na­mə ilə məyyən edilən təşkilatın məq­sədləri sırasına «bilikləri sax­la­maq, inkişaf etdirmək və yaymaq», həmçinin «əqli fəaliyyətin bütün sahələrində xalqların əməkdaşlığına» kömək etmək, «ümumi insanlıq ir­si­nin saxlanması və mühafizəsi» qay­ğısına qalmaq və s. daxildir. Bundan başqa YUNESKO tərəfindən hazır­la­n­an bir çox ekoloji mühit proq­ramları: «İnsan və biosfer», «Bey­nəlxalq hidroloji proqram», «Dünya oke­anın öyrənilməsi proqramı» onun ətraf mühit sahəsindəki aktiv fə­aliyyətini sübut edir. Ədəbiyyatda qeyd edildiyi kimi, YUNESKO ətraf mü­hitin vəziyyətinin qiy­mət­ləndiril­mə­si kimi başlıca funksiyanı yerinə yetirir.

MAQATE-nin ətraf mühitin mühafizəsi sahəsində səlahiyyətləri onun yüksək təhlükə mənbəyi olan atom enerjisindən istifadənin tənzim edilməsində iştirak etməsi faktı ilə müəyyən edilə bilər. «Bütün dünyada əlverişli vəziyyətin və sağlamlığın» saxlanması üçün MAQATE-nin ni­zam­­namə funksiyasının mühüm kom­­ponentlərindən biri də ətraf mühitin radiaktiv tulantılarla zəhər­lən­məsinin qarşısını almaqdır.

MAQATE tərkibində də ətraf mühitin çirklənmədən qorunması üçün xüsusi orqan fəaliyyət göstərir. Bunlara səhiyyə şöbəsi, tullantıların tənzimlənməsi və texniki şöbəsi, də­niz radioaktivliyi üzrə beynəlxalq la­bo­ratoriya və nüvə təhlükəsizliyi və ət­raf mühitin mühafizəsi şöbəsi da­xildir.

Ərzaq və Kənd Təsərrüfatı Təş­­kilatının (FAO) nizamnamə məq­­­sədlərinə kənd təsərüfatı məh­sul­­larını təkmiləşdirmək yolu ilə xalqların həyat (yaşayış) səviyyəsini yüksəltmək və yaxşılaşdırmaq da­xil­dir. Belə ki, bunun səviyyəsi də kənd təsərüfatı istehsalının əsas­landığı yer, su və s. təbii ehtiyatlardan istifadə ilə müəyyən edilir.

Təsadüfi deyil ki, ni­zam­na­mə­nin I maddəsi «təbii ehtiyatların sax­lan­ması» sahəsində həyata keçirilən milli və beynəlxalq tədbirlərə kömək etmək vəzifəsini müəyyən edir. Belə ki, bu təşkilatın fəaliyyətində mü­hüm yeri təbiəti mühafizə xarakteri daşıyan və özündə torpaq, meşə, su və heyvanlardan səmərəli istifadə və mühafizə üzrə tədbirlər proqramları tutur.

Beynəlxalq hava daşıma­la­rı­nın intensiv inkişafı aviasiyanın ətraf mühitə müəyyən zərərli təsir etməsi ilə müşaiyət olunur. Belə təsirlərə havanın çirklənməsini, ozon qatının deşilməsini və s. aid etmək olar. BKAT-nın nizamnaməsi onun üzə­rinə aviasiyanın təhlükəsiz və zəruri inkişafını təmin etmək vəzifəsini qoyur. Eyni zamanda, nizam­na­mədən bu təşkilatın öz fəaliyyətində ekoloji tələblərə riayət etmək öh­də­liyi irəli gəlir.

Yuxarıda göstərdiyimiz kimi, ixtisaslaşdırılmış müəssisələrin ətraf mühitin mühafizəsi sahəsində səla­hiy­yətlərinin olması təkcə onların mü­vafiq proqramların həyata ke­çiril­məsi ilə deyil, həmçinin həmin ixtisaslaşdırılmış müəssisələr tər­ki­bin­də bu sahədə bilavasitə fəaliyət gös­tərən müvafiq orqanların olma­sını təsdiq edir. Belə ki, ƏKTT-nin nizamnaməsinin VI maddəsinin I bəndinə əsasən, bu təşkilat Dünya okeanının canlı ehtiyatlarından səmərəli istifadə və onların müha­fizəsi ilə məşğul olan bir sıra komis­siya və komitələr yarada bilər. Bunların sırasında Mərkəzi-Şərqi Atlantikada balıqçılıq üzrə Komitə, Mərkəzi-Şərqi Atlantikada balıqçılıq üzrə Komissiyanı aid etmək olar. Bundan başqa ƏKTT-nin tərkibində «Balıq ehtiyatları və ətraf mühitin mühafizəsi şöbəsi», «Ətraf mühitin mühafizəsi və balıq ehtiyatlarının yenidən istehsalı xidməti» təsis edil­mişidr. Təşkilatın ətraf mühitin mü­ha­fizəsi ilə məşğul olan struktur vahidləri arasında əlaqələnlirməni həyata keçirmək məqsədilə 1974-cü il ətraf mühit sahəsində proqramın əlaqələndirilməsi üzrə xüsusi şöbə təsis edilmişdir ki, bu da çox əhə­miy­yətlidir.

Dənizin neft ilə çirklən­diril­məsi ilə mübarizə məsələsi Beynəl­xalq Dəniz Təşkilatının (BDT) də­niz­­də təhlükəsizlik üzrə komitəsinin yurisdiksiyasına məxusdur. Bu sahə­də fəaliyyəti həyata keçirmək üçün komitə çərçivəsində dənizin çir­k­lənməsi üzrə yarımkomitə fəaliyyət göstərir. Dənizin külli miqdarda çir­k­lənməsi ilə mübarizənin təşkili üçün  çərçivəsində hüquqi komitə təsis edimişdir.

Ümumdünya Metereologiya Təşkilatının İcraiyyə Komitəsinin tərkibinə ətraf mühitin mühafizəsi ilə məşğul olan aşağıdakılar daxildir: ətraf mühitin çirkləndirilməsi məsə­ləsi üzrə eksert qrupu; iqlimin dəyiş­məsi, havanın dəyişməsi üzrə ekspert qrupu.

1972-ci il Stokholm Konfran­sına hazırlıq mərhələsində ətraf mü­hit sahəsində beynəlxalq əmək­daşlıqda iştirak etmək üçün ətraf mühitin mühafizəsi məsələsi üzrə komitə təsis edilmişdir. Bundan başqa, YUNESKO-nun tərkibində 1975-ci ildə ətraf mühit sahəsində fəaliyyətin əlaqələndirilməsi üzrə beynəlxalq sektorlararası komitə təsis edildi.

Yuxarıda göstərildiyi kimi, ixtisaslaşdırılmış müəssisələrin ətraf mühit sahəsindəki fəaliyyətinin tərkib hissəsini ətraf mühitin müha­fizəsi üzrə proqramlar təşkil edir. Aydın­dır ki, bu proqramlar BMT çərçivəsində əlaqədəndirilir. Proq­ramlar xüsusiyyət və növündən asılı olmayaraq bir-birini tamamlayır. Eyni zamanda, əlaqələndirmə səviy­yəsindən və iştirakçıların sayından asılı olaraq bu proqramlar ayrı-ayrı kateqoriyaya bölünür. 1972-ci il Stokholm Konfransından sonra YUNEP-in yaradılması istiqamə­tin­də aparılan fəaliyyət bu müsbət nəticəni bir qədər artırdı. Son illərdə isə müəyyən bir ekoloji problemin həlli üçün ixitsaslaşdırılmış müəs­sisə­lərarası proqramlar daha çox tətbiq edilir. Bu isə ixtisaslaşdırılmış müəs­sisə­lərin bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi ilə mümkündür.

1992-ci ildən başlayaraq BMT çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalarda YUNEP aktiv iştirak etmişdir: məsələn, 1992-ci il tarixli Bioloji müxtəliflik haqqında Konvensiya. BMT çərçivəsində ba­lıq ehtiyatlarının mühafizəsi üzrə keçirilən konfranslarda YUNEP fəal iştirak etmişdir. Bu zaman, əsasən, dəniz mühitinin mühafizəsi məsə­lələri ön plana çəkilmişdir.

Mühüm məsələlərdən biri də YUNEP çərçivəsində Qlobal Ekoloji Fondun yaradılması olmuşdur. Bun­dan başqa, BMT-nin İnsan hü­qu­qları üzrə komissiyasında «İnsan hüquqları və ətraf mühit məsələləri» Proqramı (6 iyun 1994-cü il) qəbul edilmişdir ki, bu zaman ətraf mühitin mühafizəsinin bilavasitə in­san hüquqları ilə sıx bağlılığı xüsusi olaraq əks etdirilmişdir ki, bu da çox əhəmiyyətlidir.

İndi isə YUNEP-in BMT-nin digər ixtisaslaşdırılmış müəssisələri ilə əsas fəaliyyət istiqamətlərini təhlil edək. Belə ki, YUNEP, BƏT, ƏKTT, ÜST, YUNİDO ilə birlikdə kimyəvi maddələr və tullantılar ba­rədə informasiya mübadiləsi və bu barə­də əlaqələndirmənin təkmil­ləş­dirilməsi üzrə təşkilatlararası proq­ram yaranmışdır. Eyni zamanda,  YUNEP dəniz ehtiyatları üzrə 13 regional proqramı da əlaqələndirir və dəstəkləyir. Bundan başqa, 21 may 1993-cü ildə YUNEP-in İda­rətmə Şurasının müvafiq qərarı ilə təbiəti mühafizə sahəsində kon­ven­si­yaların fəaliyyətini əlaqələndirmək ön plana çəkilmişdir.

2000-ci ilin yanvarında Mon­realda Bioloji Müxtəliflik haqqında Konvensiyaya Əlavə Protokol qəbul edilmişdir. BMT-nin İnkişaf Proqramı (PROON) Monreal Pro­tokolu Çoxtərəfli Fondunun təş­kilatçılarından biridir. Bundan başqa XXI əsrin başlanğıcında YUNEP tərəfindən xüsusi bir «Qlobal ekoloji perspektiv - 2000» qəbul edilmişdir ki, burada da dünyanın 850 mütəxəssisi və 30-dan çox ekoloji təşkilat iştark edirdi. Beləliklə, mühüm ekoloji prob­lemlərin həllinin bir təşkilatdaxili  həll edilməsi qeyri-müm­kündür və ona görə də mühüm təşkilatlar çərçivəsində bu fəaliyyətin əlaqələn­dirilməsi çox zəruridir. Yeni minillik üçün ətraf mühitin mühafizəsi problemələrinin həlli ancaq birgə səylərlə mümkündür.

YUNEP-in əsas məqsədi «ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi», bir sözlə, bey­nəl­xalq ekologiya hüququnun mü­tərəqqi məcəllələşdirilməsi və inkişafıdır. YUNEP-in müvafiq fəa­liyyəti bey­nəlxalq höku­mətlərarası təşkilatlarla yanaşı, qey­ri- hökumət təşkilatlarının ekoloji fəaliyyət istiqamətlərinin koor­dinasiyasına yönəlib. Ətraf mühitin mühafizəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları da fərqləndirmək problemin həlli baxımından əhəmiyyət kəsb edir. Ekoloji problemin rəngarəngliyi beynəlxalq sferada: universal və regional; hökumətlərarası və qeyri-hökumət təşkilatları; ümumi yurisdiksiyalı və xüsusi yurisdiksiyalı beynəlxalq təşkilatlar; elmi-texniki, sosial-iqtisadi, nəzarət və s. funksiyalı beynəlxalq təşkilatların yaranmasını zəruri etmişdir.

YUNEP-in təbiəti mühafizə fəaliyyətinin ən mühüm istiqamətləri aşağıdakılardır: ayrı-ayrı təbiət ob­yektlərinin mühafizəsi (dəniz mü­hitinin müdafiəsi, torpağın və şirin suyun qorunması); müxtəlif zərərli təsirlərlə mübarizə (dağılma, çirk­ləndirmə ilə mübarizə); təbii ehtiyatların səmərəli istifadəsi; ətraf mühitin vəziyyətinin müşahidəsi üzrə dəniz məlumat xidmətinin (Moni­torinqin) yaradılması; təbiəti mühafizə fəaliyyətinin beynəlxalq-hüquqi əsaslarının işlənib hazır­lanması.

Bundan əlavə, YUNEP-in qarşısında duran strateji əhəmiyyətli və aktual məsələlər sırasında: hüquq üzrə, o cümlədən hüquq elmi üzrə sistematik informasiya toplusunun təşkili və təminatı; beynəlxalq konvensiya və sazişlərin bağlanması, ratifikasiyası və yerinə yetirilməsinə kömək; ətraf mühitin qorunması və mühafizəsi sahəsində dövlətlərin məsuliyyəti haqqında prinsiplərin işlənib hazırlanması və inkşafını təşkil etmək;  tədris proqramı və elmi-tədqiqat müəssisələrinin iş planına ətraf mühit hüququnun daxil edilməsinə kömək; ətraf mühitin mühafizəsi sahəsində milli qanunvericiliklərin müqayisəli tədqiqatının aparılmasını təşkil etmək; təbiəti mühafizə qanunvericiliklərinin işlənib hazırlanmasında inkişaf etməkdə olan ölkələrə texniki köməyin göstərilməsi və s. sadalamaq  olar.

YUNEP fəaliyyətinin plan­laşdırılması və həyata keçirilməsi üç­mərhələli yanaşma:  birinci mərhələdə - ətraf mühitin konkret problemləri üzrə məlumatların illik məruzə formasında təqdim olunması; ikinci mərhələdə - qlobal miqyasda, o cümlədən ayrı-ayrı dövlətlər, bey­nəlxalq hökumət və qeyri-hö­ku­mət təşkilatları, digər maraqlı müəssisə və təşkilatlar çərçivəsində tədbir proqramlarının formalaşması; üçün­cü mərhələdə - layihələrin bəyənilməsi əsasında qurulmuşdur.

YUNEP ilk əvvəl öz diqqətini qlobal xarakterli məsələlərin həllinə yönəltdi. Bunlar aşağıdakılardır: ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa kömək edilməsi və müvafiq tövsiyələrin işlənib hazırlanması; BMT çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində siyasətin yürüdülməsi; vaxtaşırı məruzələrin hazırlanması; beynəlxalq ətraf mühit hüququnun proqressiv inkişafına köməklik göstərilməsi.

O.S.Kolbasov hesab edir ki, YUNEP universal xarakterli beynəlxalq hökumətlərarası təşkilatdır. Əsas kimi irəli sürülən daimi üzvlük, müəyyən tabeçilik əlaqəsində olan inzibati orqanların fəaliyyəti, maliyyə məsələlərində muxtariyyət, orqanların daxili qaydalarının möv­cudluğu, şübhəsiz ki, onu beynəlxalq təşkilatlara mənsub edir. BMT üçün xarakterik olan dövlətüstü fəaliyyət YUNEP-də ekoloji monitorinqin müstəqilliyi baxımından onun beynəlxalq hüquq subyektliyi üçün daha əhəmiyyətli olmalıdır.

YUNEP-in fəaliyyətinin genişlənməsi onun strukturunda yeni istiqamətlərin, o cümlədən Ətraf mühitin monitorinqinin qlobal sistemi, Ətraf mühit üzrə beynəlxalq informasiya sisteminin əhali məntəqələri üzrə Komissiya və b. meydana gəlməsinə səbəb olmuşdur. M.N.Kopılov qeyd edir ki, bu gün, keçən 26 ilə nəzər saldıqda məlum olur ki, istər Stokholm konfransının iştirakçıları, istərsə də BMT üzvləri ekoloji problemin həllində nə qədər maraqlı olsalar da əsas məsələnin - dövlətüstü səlahiyyətlə Beynəlxalq ekoloji administrasiyanın yaradılmasına hazır olmayıblar.

YUNEP-in yardımı ilə Aralıq dənizinin çirklənmədən qorunması Konvensiyası (1976-cı il), Dəniz mühitinin çirklənmədən qorunması üzrə Küveyt regional Konvensiyası (1978-ci il), Vəhşi heyvanların miqrasiya edən növlərinin qorun­ması haqqında Bonn Konvensiyası (1979-cu il), Havanın uzaq məsafədən transsərhəd çirklən­dirilməsi haqqında Konvensiya (1979-cu il) və bir çox başqa konvensiyalar işlənib hazırlanmış və qəbul edilmişdir.

 

İstifadə edilmiş ədəbiyyat:

 

1.BMT-nin Nizamnaməsi / L.Hüseynov. Beynəlxalq hüquq. Dərslik. Bakı, 2000, 408 s.
2.Программа ООН по окружающей среде. Ежегодный доклад за 1993 год. ЮНЕП.
3.Basic facts about the Union Nations.
New York, 1995, p. 273.
4.Шибаева Е.А. Специализирован­­ные учреждения ООН. М., 1966, с. 19.
5.Международное право / Под ред. Ю.М.Колосова, В.И.Кузнецова. М., Международные отношения, 1995, с.230.
6.Тимошенко А.С. Формирование   и      развитие    междун-ародного права окружающей среды. М., «Наука», 1986, с.129.
7.Корельский В.К., Бекяшев КА. Конференция ООН по трансграничных рыбным запасам и запасом далеке мигрирующих видов: итоги и перспективы, МНСМП/1994, №1, с.35-54.
8.Валеев Р.М. Контроль в современном международном праве. Казань, 2001, с. 187.
9.Колбасов О.С. Международно-правовая охрана окружающей среды. М., Международные отношения, 1982, с. 51; 206.
10.Копылов М.Н. Проблемы экологии // Закон и право, № 10, 1998, с.34.
11.«Nəqliyyat hüququ» elmi-nə­zəri, təcrübi jurnalı. Bakı, 2007, № 4.

 

ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ ДЕЯТЕЛЬНОСТИ ООН В

ОБЕСПЕЧЕНИИ ОХРАНЫ ОКРУЖАЮЩЕЙ СРЕДЫ И

ЭКОЛОГИЧЕСКОЙ БЕЗОПАСНОСТИ

 

МАГЕРРАМОВ А.А.

 

и.о.доцента кафедры «Международное публичное право» БГУ,

кандидат юридических наук.


 

 

В статье анализируются основные направления деятельности ООН в обеспечении охраны окружающей среды и экологической безо­пас­нос­ти на основе международной  пра­ктики и разнообразия мнений, имеющихся  в юридической лите­рат­уре. В то же  время, внимательно анализируются важные  международные документы,  просматриваются основные элементы деятельности ООН, его специализированных учреждений, в том числе программы ООН по окружающей среде (ЮНЕП).

 

THE BASIC DIRECTIONS OF ACTIVITY OF THE UNITED NATIONS IN MAINTENANCE OF PRESERVATION OF THE ENVIRONMENT AND ECOLOGICAL SAFETY

 

MAGERRAMOV A.A.

 

acting docent of International Public Law department of Baku State University, candidate of law.

 

In clause the basic directions of activity of the United Nations in maintenance of preservation of the environment and ecological safety on the basis of the international practice and a variety of the opinions which are available in the legal literature are analyzed. At the same time, the important inter­national documents are closely analyzed, basic elements of activity of the United Nations; its specialized establishments including programs of the United Nations on an environment are looked through.

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.