04.24.2017 21:06
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Beynəlxalq və milli təhlükəsizliyin qarşılıqlı nisbəti (Azərbayjan Respublikasının qanuverijilik praktikası)

SƏFƏROV E.F.

BDU-NUN aspirantı.

 

 Məqalədə beynəlxalq və milli təh­lü­kə­sizliyin qarşılıqlı nisbət məsələləri,  beynəlxalq və milli təhlükəsizlik kons­epsiyalarının for­malaşması, qlobal təhlükəsizliyin təminat mexanizmləri, bu sahədə beynəlxalq əmək­daşlıq, Azər­baycan Respublikasının qanuvericilik praktikasında milli təhlükəsizlik konsepsiyasının beynəlxalq təhlükəsizliyin prinsipləri ilə uzlaşdırılması, milli təhlükəsizlik üzrə qanunvericilik konsepsiyasında nəzərdə tutulan ayrı-ayrı elementlərin xarakterik xüsusiyyəti, insan təhlükəsizliyi anlayışı və s. məsələlər geniş təhlil edilmişdir. Nəticə etibarilə belə qeyd olunmuşdur ki, beynəlxalq təhlükəsizlik beynəlxalq münasibətlərdə qarşılıqlı tarazlığı, milli təhlükəsizlik isə dövlətin müdafiə olunma keyfiyyətini əks etdirməklə, birlikdə eyni məqsədə xidmət edir.

 

Məlum olduğu kimi, təh­lükəsizlik məsələlərində elə prob­lemlər var ki, onların milli təh­lükəsizlik çərçivəsində həlli mümkün deyil. Əslində milli təhlükəsizliyi dar mənada qəbul etmək olmaz. İstə­nilən dövlətin milli maraqları daxili

 

problemlərlə yanaşı bey­nəlxalq məsələləri də özün­də  ifadə edir. Müvafiq olaraq beynəlxalq təhlü­kə­siz­lik prob­­lemi ayrı-ayrı döv­lətlərin qlobal prob­lem­lərin həlli ilə bağlı uzlaşan maraq­larının gözlənilməsi üçün təzahür edir. Bu mə­nada beynəlxalq təhlü­kəsizliklə milli təhlükəsizlik biri-digərini tamamlayır. Lakin bu tamamlamada (vəhdətdə) birinin ziyanına olaraq digərinə prioritet verilə bilməz. Şübhəsiz ki, milli təhlükəsizlik məzmun baxımından beynəlxalq təh­lükəsizlikdən fərqlənir. Lakin bu kateqoriyaların birinin digərindən təcrid edilməsi mümkün deyil. Qərb mü­əlliflərindən B.Buzon hesab edir ki, milli təhlükəsizlik milli maraqlara ziyan vurulmasına qarşı yönəlir. Bey­nəlxalq təhlükəsizliyə gəldikdə isə, o, beynəlxalq birliyin maraq­larının təminatına yönəlib. Buna görə də beynəlxalq milli təh­lükəsizliyin təminat şərti kimi çıxış etməklə yanaşı, eyni zamanda onunla ziddiyyətdə də çıxış edə bilər. Bu zaman o, Münhen sazişi ilə (beynəlxalq təhlükəsizlik naminə) Çexoslovakiyanın milli təhlü­kə­siz­liyinin pozulması faktını Almani­ya­nın Çexoslovakiyanı işğal etməsinə diqqət çəkir (14, 218). Qeyd edilən müqayisə ilə razılaşmaq olmaz.  Müasir beynəlxalq təhlükəsizlik han­sısa abstrakt beynəlxalq birlik ma­raq­larının təminatına deyil, konkret milli maraqların (təhlükəsizliyin) təminatına yönəlir. Buna nümunə kimi BMT Nizamnaməsinin Prea­mbulasını qeyd edə bilərik. Eyni zamanda, Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində deyilir ki, beynəlxalq hüququn ümu­mtanınmış prinsip və normalarına ziddiyyət təşkil edən istənilən beynəlxalq saziş bağlandığı andan əhəmiyyətsizdir.

Müvafiq olaraq məlum Mün­hen sazişini beynəlxalq təhlü­kəsizliyin təmini üçün qəbul edilmiş müqavilə hesab etmək olmazdı. Hə­min müqavilə yalnız müəyyən qrup dövlətlərin maraqlarına xidmət edə bilərdi. Bu mənada qeyd edilən mü­əllifin milli təhlükəsizliklə beynəlxalq təh­lükəsizliyin bəzən ziddiyyətdə olması fikri ilə razılaşmaq olmaz. Həmçinin qeyd edilən mövqedən çıxış edərək həmin kateqoriyaların fərqləndirilməsi məqbul sayıla bilməz.

Milli təhlükəsizlik kon­sep­siyası ilk öncə ABŞ-da beynəlxalq maraqların müdafiəsi üçün qanun­vericilik aktı ilə 1947-ci ildə təsbit edilib. ABŞ-ın «Milli təh­lü­kəsizlik haqqında» Qanununda ümumi milli məqsəd kimi dövlətin, onun insti­tutlarının və güc mənbələrinin xarici və daxili düşmənlərdən müdafiəsi nəzərdə tutulurdu (11, 14).

Sovet doktrinasında da milli təhlükəsizlik oxşar anlayışla ifadə edilmişdir. Ümumən hərbi qar­şı­durma dövrü üçün xarakterik olan milli təhlükəsizlik konsepsiyasında milli təhlükəsizliyin tərkib kom­ponenti kimi hərbi, dövlət təhlükəsizliyi, ictimai, qanunvericilik recimi və hüquq qaydasının təhlükəsizliyi ifadə edilirdi.

Müasir dövrün milli təhlü­kəsizlik konsepsiyalarına müvafiq dövlətlərin geopolitik vəziyyəti, təbii və insan resursları, hərbi konfliktlər və digər bu yönümlü məsələlər həlledici təsir etməkdədir. Heç şüb­həsiz ki, bu problemlərin kon­tekstində həm də qlobal prob­lemlərin təminat mexanizmi üçün beynəlxalq əməkdaşlığı şərtləndirən beynəlxalq, qlobal təhlükəsizliyin əsası təşviq edilməlidir.

Azərbaycan Respublikası da özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra (1991) müvafiq milli təhlükəsizlik konsepsiyasının forma­laşdırılmasına başlamış və bu sahədə kifayət qədər normativ hüquqi aktlar qəbul edilmişdir.

AR-in 1992-ci ildə (martın 2-də) BMT-yə üzv qəbul edilməsi onun milli təhlükəsizliyinin beynəlxalq təhlükəsizliklə uzlaşdırılması kimi vəzifəni də zəruri etmişdir. Belə bir zərurət beynəlxalq hüququn əmək­daşlıq prinsipindən və müvafiq olaraq BMT Nizamnaməsindən irəli gəlir.

Əməkdaşlıq prinsipi digər prinsiplərlə bərabər AR-in 1991-ci il Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında təsbit edilib. Həmin Aktda qeyd edilir ki, AR başqa dövlətlərlə münasibətlərini dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlarına hörmət etmək, xalqların bərabərliyi və onların öz müqəddəratını təyin etmək hüququ, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək, dövlətlərin əməkdaşlığı prinsipləri əsasında qurur.

AR-in milli təhlükəsizlik konsepsiyasının beynəlxalq təhlü­kə­siz­liyin prinsipləri ilə uzlaşdırılması yalnız qeyd etdiyimiz Dövlət müstəqilliyi Aktından irəli gəlmir. Bu sahədə AR-in 1995-ci ildə qəbul edilmiş Konstitusiyası xüsusi əhə­miyyət kəsb edir. Müasir bey­nəlxalq təhlükəsizliyin beynəlxalq hüququn ümu­mtanınmış prinsip və nor­malarına əsaslanmasını nəzərə alsaq və AR Konstitusiyasının «AR digər dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur» (m.10) müddəası onu deməyə əsas verir ki, AR-in milli təhlükəsizlik kon­sepsiyası milli maraqlar nəzərə alınmaqla beynəlxalq ictimaiyyətin təh­lükəsizliyi kontekstində forma­laşdırılıb.

AR-in 29 iyun 2004-cü il tarixli Milli Təhlükəsizlik haqqında Qanununda AR-in milli təhlükəsizliyi - dövlətin müstə­qilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi kimi ifadə edilib.

 

AR-in milli təhlükəsizlik üzrə qanunvericilik konsepsiyasında nəzərdə tutulan ayrı-ayrı elementlərə beynəlxalq təhlükəsizliklə məşğul olan müəlliflərin də əsərlərində rast gəlinir. V.F.Petrovski milli təhlü­kəsizliyin anlayışına əsas element kimi dövlət suverenliyini daxil edir. Milli təhlükəsizlik özündə dövlət suverenliyini, sərhədlərin toxunul­mazlığını, fərdi və kollektiv özünümüdafiəni təsbit edir. Praktik olaraq milli təhlükəsizlik dövlətin özünün mövcudluğuna daxili və xarici təhlükələrdən fiziki, mənəvi və psixoloci müdafiə qabiliyyətini ifadə edir. Dövlət o halda təhlükəsizliyə malikdir ki, o özünün azad, müstəqil və dinc inkişafını təmin edə bilir (5, 63).

E.S.Krivçikova qeyd edir ki, bu gün bəşəriyyət yeni təhlükəsizlik dəyərləri qarşısında dayanıb. Müasir şəraitdə milli təhlükəsizlik adı altında dövlətlərin xarici və daxili təhlükə mənbələrindən fiziki və mənəvi-psixoloci müdafiə qabiliyyəti kifayət etmir. Belə ki, milli təhlükəsizliyin təmin edilməsi həl­ledici formada beynəlxalq təhlükəsizliklə, ümumi sülhün  möhkəmləndirilməsi və təminindən asılıdır.

Hər bir halda milli təhlükəsizliyin istər hərbi, istər sosial-iqtisadi, istərsə də mənəvi-psixoloci aspektdə beynəlxalq hüququn dəyərləri ilə uzlaşdırılması qaçılmazdır. Dövlətlər özünün müdafiəsi üçün hərbi qüvvəni də beynəlxalq hüquqa uyğun tətbiq edirlər. AR-in Müdafiə haqqında 1993-cü il Qanununun 1-ci maddəsində qeyd edilir ki, AR-in hər bir dövlətə qarşı ərazi iddiasının olmamasına və əgər təcavüz obyekti olmasa beynəlxalq hüquqa əsaslanan öhdəliklərdən başqa heç bir dövlətə qarşı birinci olaraq hərbi əməliy­yatlara başlamayacağı mövqeyindən çıxış edir.

Beynəlxalq münasibətlərdə inteqrasiya prosesinin genişlənməsi, qlobal dünya sisteminin yaranması təhlükəsizliyin məzmunca geniş­ləndirilməsinə, ona yeni elementlərin daxil edilməsinə gətirib çıxarır.

L.İ.Şerşnev qeyd edir ki, yeni təhlükəsizlik istiqaməti təbiətin müvafiq qanunları əsasında, yeni həyat fəaliyyətinə, təhlükəsiz dünya birliyinə, təhlükəsiz dövlət tipinə, təhlükəsiz cəmiyyət tipinə, şəxsiyyət təhlükəsizliyinin formalaşdırılmasına keçidlə yeni düşüncə tərzi və təhlükəsizlik fəlsəfəsini zəruri edir (12, 6).

Amerikalı professor R.Ulman qeyd edir ki, təhlükəsizliyin dar anlayışı təhlükəsizliyi yalnız hərbi təhlükəyə yönəltməklə beynəlxalq və milli təhlükəsizliyi sarsıda bilən qeyri-hərbi xarakterli təhlükələrdən diqqəti yayındırır. Xüsusən də, həyati əhəmiyyətli resursların, terror aktlarının, ətraf mühitin kəskin pisləşməsi və s. bu yönümlü problemlərə qarşı birbaşa dövlət tədbirlərinin həyata keçirilməsi qeyri-mümkün olur.

Ənənəvi olmayan təhlükələr, o cümlədən terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, etnik konfliktlər, ətraf mühitin mühafizəsinin pozulması iqtisadi, ekoloci təhlükəsizliyin pozulması ilə siyasi qeyri-stabilliyə səbəb olur ki, bu da bəzən dövlətin süqutuna gətirib çıxarır (10, 55).

Müəlliflərdən R.A.Tuz­mu­ha­me­dov qeyd edir ki, təhlükəsizliyin obyektiv məzmunu dəyişmişdir. Müasir dövrdə təhlükəsizlik adı altında yalnız hərbi-siyasi təhlükəsizlik deyil, iqtisadi, iqlim, genofond (genosidin, rasizmin, irqi ayrı-seçkiliyin qadağan edilməsi haqqında və s. konvensiyalar) təhlükəsizliyi problemi meydana gəlmişdir.

Ayrı-ayrı müəlliflərin əsər­lərinin analizi belə bir nəticəyə əsas verir ki, müasir təhlükəsizlik kon­sepsiyası şəxsiyyətin, insan təhlükəsizliyinin formalaşmasına yönəlib. BMT-nin insan inkişafı haqqında Proqramında (1994) da müvafiq məsələyə xüsusi diqqət yetirilib.

Təhlükəsizliyin yeni konsepsi­yası o halda özünün funksiyasını yerinə yetirəcək ki, müasir dövrdə təzahür edən və bütövlükdə cəmiyyətin möv­cudluğuna təhlükə törədən yeni çağırışları dəf edə bilsin. Bunun üçün ayrı-ayrı dövlətlərdə, daha sonra dövlətlərarası münasibətlərdə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Belə tədb­irlərdən biri də bizim tədqiqat obyektimizi təşkil edən qanunvericilik, hüquq qaydasının formalaşdırılması ilə bağlıdır. Hərbi-siyasi sferada olduğu kimi, terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, ətraf mühitin mühafizəsi, təbii resursların, insani resursların qorunması sferasında və s. sahədə qanunvericilik aktlarının qəbulu təhlükəsizliyin yeni sahələrini - ekoloci, iqlim, enerci təhlükəsizliyi konsepsiyalarını meydana gətirir.

Müvafiq problemlərin həlli ey­ni vaxtda həll edilməlidir. Başqa sözlə, dövlətdaxili qanunvericilik bey­nəl­xalq hüquq normalarının implementasiyasını təmin etmədən qeyd edilən qlobal problemlərin həlli qeyri-mümkündür. Buna misal olaraq iqlim dəyişikliyi təhlükəsini aradan qaldırmaq üçün əksər sənayecə inkişaf etmiş dövlətlərin, məhdudlaşdırıcı qaydaları 2008-ci ildən qüvvəyə minəcək İqlim dəyişikliyi haqqında Kioto (1997) Protokoluna qoşulması qaçılmazdır. Müvafiq məsələ bir sıra sosial-iqtisadi problemlərlə yanaşı qanunvericilik tədbirlərinin görül­məsini tələb edir. Təqdirəlayiq haldır ki, AR dövlət müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə müvafiq sferalarda özünün qanunvericilik prioritetlərini müəyyən etməyə çalışır. Xüsusən də, Ekoloci təhlükəsizlik haqqında (1998), Enerci təhlükəsizliyi haqqında (1998) və s. aktlar qeyd edilməlidir. Qanunların qəbulu problemin milli hüquqi səviyyədə həllinə yönəlsə də, dövlətin bey­nəlxalq hüquqi öhdəliklərindən irəli gəlir.

Təhlükəsizliklə bağlı dövlətin beynəlxalq hüquqi öhdəliklərinin yarandığı sferalardan biri də insan hüquq və əsas azadlıqlarının müdafiəsi ilə əlaqədardır.

Beynəlxalq təhlükəsizlik sahəsində insan təhlükəsizliyi ilə əlaqədar irəli sürülən konsepsiya qərb ədəbiyyatında formalaşmış «Əməkdaşlıq sferasında təhlükəsizlik» konsepsiyasıdır. «Əməkdaşlıq əsasında təhlükəsizlik» anlayışı beynəlxalq müna­sibətlərə yeni yanaşmanı ifadə etmək üçün işlədilir. Müasir dövrdə bu terminə müraciət edilməsi «sakit olmayan indiki zamanda və proqnozlaşdırıla bilməyən gələcək təhlükəsizliyin təmin edilməsinə yeni yanaşmanın nəticəsidir». «Əməkdaşlıq əsasında təhlükəsizlik» modelinə kollektiv təhlükəsizlik və kollektiv müdafiə ilə yanaşı fərdin təhlükəsizliyi və stabiliyyinin genişləndirilməsi elementlərini də daxil edir. Bu model aşağıdakı dörd həlqədən ibarətdir: fərdin təhlükəsizliyi, kollektiv təhlükəsizlik, kollektiv müdafiə və stabilliyin təmin edilməsi.

Fərdin təhlükəsizliyi «Əməkdaşlıq əsasında təhlükəsizlik» modelinin mərkəzində dayanmalıdır. Bu da fərdlər barədə qayğının qloballaşması ilə əlaqədardır.

A.R.Rahmanov qeyd edir ki, millət üçün böhranlı dövrlərdə cəmiyyətin və ya dövlətin təhlükəsizliyi dominant ola bilər. Bir qayda olaraq avtoritar və totalitar recimlər özü böhranlı vəziyyət yaradaraq şəxsiyyətin təhlükəsizliyi adı altında dövlətin təhlükəsizliyini ön plana çəkir. Demokratik cəmiyyət üçün dövlət və ictimai təhlükəsizlik məqsəd deyil, şəxsiyyətin təhlükəsizliyinin və azadlığının təmin olunması funksiyasıdır (7, 65). Başqa sözlə, milli təhlükəsizliyi şəxsiyyətin təhlükəsizliyi hesabına, onun hüquq və azadlıqlarının məhdudlaşdırılması bahasına həyata keçirmək özü cəmiyyət üçün bir təhlükədir. AR-in «Fövqəladə vəziyyət haqqında» 2004-cü il Qanununun 30-cu maddəsində qeyd edilir ki, bu Qanuna əsasən fövqəladə vəziyyət tətbiq edildiyi halda müvafiq icra hakimiyyəti orqanı Mülki və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Pakta və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il tarixli Avropa Konvensiyasına uyğun olaraq üç gün müddətində BMT-nin Baş Katibini və Avropa Şurasının Baş Katibini vətəndaşların hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması, bu məhdudlaşdırmaların həcmi və belə qərarın qəbul edilməsinin səbəbləri barədə məlumatlandırır. Müvafiq icra hakimiyyəti orqanı bu Qanuna uyğun olaraq fövqəladə vəziyyət müddətinin bitməsi barədə BMT Baş Katibini və Avropa Şurasının Baş Katibini məlumatlandırır.

Yenə də həmin Qanunda (m.2) fövqəladə vəziyyətin tətbiq edilmə məqsədi kimi AR-in konstitusiya quruluşunun müdafiəsi qeyd edilir. AR Konstitusiyasında isə ən önəmli normalardan biri və belə demək mümkünsə, həlledicisi - insan hüquqlarının müdafiəsinin dövlətin ali məqsədi olmasıdır (m.12). bu halda dövlətin və cəmiyyətin başlıca fə­aliyyət istiqaməti insan hüquqlarının müdafiəsi təşkil edir.

Milli təhlükəsizlik haqqında (2004) Qanununun 2-ci maddəsində insan - onun hüquq və azad­lıqlarının, cəmiyyət - onun maddi və mənəvi dəyərlərinin, dövlət - onun müstəqilliyi, suverenliyi, kons­Titu­siya quruluşu, ərazi bütövlüyünün AR milli təhlükəsizliyinin obyekti kimi dəyərləndirilir.

Milli təhlükəsizlik sferasında təhlükəsizliyin - şəxsiyyət, cəmiyyət və dövlət səviyyəsində təminatı meydana çıxır. Qeyd edilən elementlərin qarşılıqlı əlaqəsi dinamik xarakter kəsb etməklə ictimai münasibətlərin, siyasi və iqtisadi quruculuğun, hüquqi dövlətin, mülki cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq formalaşır.

Qeyd etdiyimiz AR-in Milli Təhlükəsizlik haqqında Qanunun 8-ci maddəsində də üç komponentdən insan təhlükəsizliyi ön plana gətirilir. Qeyd edilir ki, insanın təhlükəsizliyi - insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində ümumdövlət tədbirlərinin həyata keçirilməsi milli təhlükəsizliyin məqsədini təşkil edir.

Milli təhlükəsizliyin məq­sədinin birini də ədalətli cəmiyyətin yaradılması və qorunması təşkil edir (m.8). Lakin ədalətli cəmiyyətin təşkili öncə qeyd etdiyimiz kimi məqsəd deyil, şəxsiyyətin ləyaqətli mövcudluğu üçün vasitə hesab edilməlidir. N.A.Berdyayev qeyd edir ki, yalnız şəxsiyyət təbiətin hakimiyyətinin, dövlətin hakim­iyyətinin, cəmiyyətin hakimiyyətinin sərhədidir (13, 19).

XX əsrin sonu-XXI əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərin baş verməsi, geopolitik vəziyyətin dəyişməsi və dövlətlərarası münasibətlərdə baş verən yeniliklərlə müşayiət olunmaqla bərabər, qlobal bey­nəl­xalq təhlükəsizlik anlayışını gündəmə gətirmiş oldu. Beynəlxalq münasibətlər sistemi zamanın yeni çağırışları qarşısındadır, beynəlxalq arenada baş verən hadisələr dünyanın son dərəcə mürəkkəb bir dönəmi yaşadığını, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının yeni maneələrlə üzləşdiyini və bu maneələrin aradan qaldırılması naminə yeni, daha sıx beynəlxalq əməkdaşlığın tələb olunduğunu göstərir. BMT Nizamnaməsinə (Preambulaya) uyğun olaraq, dövlətlərin qarşılıqlı asılılığı bütün münasibətlərin əsasında dayanır, hər bir dövlətin təhlükəsizliyi digər dövlətin təhlükəsizliyindən asılıdır. Qloballaşma milli və bey­nəlxalq təhlükəsizlik anlayışına yeni bir ruh, yeni bir məna verərək, onların mürəkkəb sintezi olan və beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində həyata keçirilən qlobal təhlükəsizlik anlayışını yaratmışdır. Qlobal beynəlxalq təhlükəsizlik yeni inkişaf mərhələsindədir, onun gələcək inkişaf perspektivləri yalnız və yalnız dövlətlərin qayğısındadır. Qlobal beynəlxalq təhlükəsizlik dövlətlərin münasibətindən asılı olmayaraq formalaşır. Beynəlxalq sülh və təhlükəsizlik naminə ikitərəfli və ya çoxtərəfli səviyyədə əməkdaşlıq qlobal beynəlxalq təhlükəsizlik anlayışının əsas qayəsini təşkil edir.

Müasir qlobal təhlükəsizlik anlayışı milli təhlükəsizliklə sıx qarşılıqlı əlaqədədir, lakin o, milli təhlükəsizlik anlayışından daha genişdir və əslində qlobal beynəlxalq təhlükəsizlik dövlətlər cəmiyyətinin hər bir üzvünün milli təhlükəsizliklərin cəmini özündə birləşdirir. Beynəlxalq və milli təhlükəsizlik sanki bir-birini şərtləndirir və qarşılıqlı surətdə bir-birinə fəaliyyət zəmini yaradırlar.

Qlobal, kollektiv, beynəlxalq və milli təhlükəsizliyin müqayisəli analizi müvafiq kateqoriyaların müx­təlif funksiyalı, lakin eyni təyinatlı olmasına əsas verir.

Qlobal təhlükəsizlik kollektiv təhlükəsizlik zərurəti yaratmaqla ümuməhatəli təhlükəsizlik sistemini meydana gətirir. Kollektiv təhlükəsizlik istər qlobal, istərsə də regional səviyyədə bu sistemə daxil olmuş iştirakçı dövlətlərin ümumi maraqları prizmasından ayrıca bir dövlətin maraqlarını ifadə edir.

Beynəlxalq təhlükəsizlik bey­nəlxalq münasibətlərdə qarşılıqlı tarazlığı, milli təhlükəsizlik isə dövlətin müdafiə olunma key­fiyyətini əks etdirir. Milli təhlükəsizlik müəyyən mərhələlərdə beynəlxalq təhlükəsizliklə tam uzlaşmaya bilər. Lakin ümumtanınmış dəyərlərə münasibətdə milli təhlükəsizlik beynəlxalq təhlükəsizliklə eyni məqsədə xidmət edir.

Müasir dövrdə dövlətlərarası münasibətlərdə kollektiv təhlü­kəsizlik ümumqəbuledilmiş maraqlar na­minə beynəlxalq təhlükəsizliyin təmin edilməsi vasitəsi olaraq, bütün dövlətlərin bərabərliyinə mü­da­xilə etməmək, ərazi bütövlüyünə, suverenliyə, milli müstəqilliyə hörmət və s. prinsiplərin fövqündə dayanır.

Beləliklə, kollektiv təhlükəsizlik - beynəlxalq birliyin maraqları naminə universal və regional təşkilatlar çərçivəsində həyata keçirilən, beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək məqsədilə təcavüz aktının və ya sülhün digər formada pozulmasının qarşısını almaq, sülhə təhlükəni dəf etmək üçün dövlətlərin birgə həyata keçirdikləri tədbirlər sistemidir.

Beynəlxalq təhlükəsizliyin mü­asir dövrdə təminatı təhlükəsizliyin özünə yeni yanaşma tərzini tələb edir. Belə ki, qloballaşan dünyada yeni çağırışlar yeni davranış tərzini tələb etdiyindən, təhlükəsizlik mexanizminə daha ciddi və stabil təhlükəsizlik məzmununda yanaş­ılmalıdır. Təsadüfi deyil ki, beynəlxalq təhlükəsizliyin təminat strukturlarından biri kimi BMT Baş Məclisi özünün 1986-cı ildə qəbul etdiyi Beynəlxalq sülhün və təhlükəsizliyin ümüməhatəli sisteminin yaradılması haqqında Qətnaməsində belə bir fikir ifadə etmişdir ki, beynəlxalq təhlükəsizlik yalnız dövlətlərin bütün sferalarda əməkdaşlığı nəticəsində mümkündür.

BMT Baş Məclisinin sonrakı (1987,1988 və s.) qətnamələrində də ümuməhatəli təhlükəsizlik sisteminin formalaşdırılmasının meyarları sadalanır. Bütün dövlətlərin suveren bərabərliyinə, ərazi bütövlüyünə, insan hüquqlarına hörmət, mübahisələrin dinc həlli əsasında, BMT Nizamnaməsini gözləməklə ümumi təhlükəsizlik sistemi və beynəlxalq birliyin sülh və təhlükəsizlik şəraitində yaşamasına imkan verə bilər.

BMT Baş Məclisinin 1988-ci il BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə ümuməhatəli yanaşma adlanan Qətnaməsində qeyd edilir ki, beynəlxalq təhlü­kəsizlik ümuməhatəli yanaşma tələb edir. Digər tərəfdən, belə yanaşma BMT Nizamnaməsinə uyğun olmalıdır. Nəhayət, müvafiq olaraq onun təminatı dövlətlər arasında müxtəlif mü­nasibətləri, o cümlədən siyasi, iqtisadi, hərbi, humanitar, hüquqi, ekoloci və s. aspektləri əhatə edən kompleks tədbirlər vasitəsilə müm­kündür.

Ümuməhatəli və ya qlobal təhlü­kəsizliyin sistem elementlərinin araşdırılmasına keçərkən, belə bir fakta diqqət yetirilməlidir ki, bey­nəlxalq təhlükəsizlik və sülhün məzmun yeniliyi soyuq müharibənin başa çatdığı dövrə təsadüf edir. Belə ki, ilk növbədə, əsasında qüvvələr pariteti dayanan bərabərlik və eyni təhlükəsizlik prinsipi maraqlar balansı konsepsiyasına əsaslanan bərabər təhlükəsizlik prinsipi ilə əvəzlənir. Sonuncu prinsip dövlətlərin təhlükəsizlik hüququnun realizəsində onların hüquqi bərabərliyini nəzərdə tutur. Hüquqi bərabərlik: bütün dövlətlərin qanuni maraqlarının nəzərə alınmasını; özünün təhlükəsizliyini digərinin təhlükəsizliyi hesabına təmin edilməsinin yolverilməzliyini; milli maraqların ümumbəşəri maraqlarla ziddiyyət təşkil etməməsini; təhlükəsizliyin eyni səviyyədə hamı üçün mümkünlüyünü; təhlükəsizliyin yalnız kollektiv formada təmin edilməsi mümkünlüyünü nəzərdə tutur.

Müasir təhlükəsizlik üçün xarakterik əlamət ondan ibarətdir ki, klassik təhlükəsizlik sistemindən fərqli olaraq hərbi aspekt diplomatik vasitələrlə əvəzlənməkdədir.

Müharibənin təhlükəsizliyin təminat vasitəsi kimi qəbul edilməsi yeni baxışlara, dəyərlərə transformasiya edilməkdədir. Yeni mövqeyə görə beynəlxalq təhlü­kəsizlik bey­nəl­xalq münasibətlərdə müharibənin istisnasına yönəlir (3, 10).

Belə bir kontekstdə ümu­məhatəli təhlükəsizlik sistemi bir tərəf­dən BMT Nizamnaməsinə əsaslanırsa, digər tərəfdən, BMT Nizamnaməsində nəzərdə tutul­mayan daha təkmil sistemin yaradılmasına yönəlib. Xüsusən də, terrorizmlə, iqlim dəyişikliyilə mübarizə, insan hüquqlarının müdafiəsi, tərksilah, silahlanmanın məhdudlaşdırılması, bey­nəlxalq iqtisadi təhlükəsizliyin tə­min edilməsi və s. kimi məsələlərin həlli təmin olunmalı, bunun üçün yeni beynəlxalq hüquq qaydası formalaşdırılmalıdır.

Qeyd etmək lazımdır ki, bir sıra məsələlər, məsələn, tərksilah ümumi formada BMT Nizamnaməsində ifadə edilsə də, sonrakı mərhələdə ona xüsusi fikir verilir. S.A.Malinin qeyd edir ki, BMT Nizamnaməsi qüvvəyə mindiyi andan beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində tərksilah eyni adlı prinsiplə beynəlxalq hüququn normasına çevrilmişdir.

Beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri iqtisadi faktorun nəzərə alınması zərurəti ilə bağlıdır. Beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin qeyri-bərabər iqtisadi inkişaf səviyyəsi, iq­tisadi ayrı-seçkilik, iqtisadi tənzimetmə mexanizmlərinin əsasən inkişaf etmiş dövlətlərin təsirində olması beynəlxalq iqtisadi təhlükəsizliyin qlobal iqtisadi sistemdə ümüməhatəli təhlükəsizliyin zəruri məsələsi kimi ön plana gətirir.

Ümuməhatəli təhlükəsizlik sistemi kasıb dövlətlərlə inkişaf etmiş varlı dövlətlərin maraqlarının uzlaşdırılması nəticəsində müm­kündür. Hər iki qütbün maraqlarını təmin edəcək imperativlərə beynəlxalq hüququn primatlığı fonunda münasibət göstərilməlidir (1, 215-230).

Beynəlxalq iqtisadi münasibətlərdə iqtisadi tarazlıq milli iqtisadi təhlükəsizliyin, eləcə də investisiya qoyuluşu, yeni iş yerləri problemini, bir sözlə, insan hüquqlarını reallaşdıra bilən iqtisadi əmin-amanlığın təminatını şərtləndirməlidir. Ümumiyyətlə, ümuməhatəli təhlükəsizlik üçün insan hüquqları, humanitar sferada problemlərin həll edilməməsi daha çox qeyri-müəyyənlik yaradan məsələlərdəndir. BMT Nizamnaməsinin (m.1), 1948-ci ildə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (1966) qəbuluna baxmayaraq insan hüquqlarının müdafiəsi, insan təhlükəsizliyi universal səviyyədə tam təmin edilməyib. Buna baxmayaraq insan hüquq və əsas azadlıqlarına hörmət edilməsi prinsipi ümumi beynəlxalq hüququn bir hissəsinə çevrilməklə müvafiq hüquq sisteminin imperativ norması kimi tanınmışdır. Digər tərəfdən, regional təhlükəsizlik qurumları da bir qayda olaraq təhlükəsizliyin təmin edilməsini bilavasitə insan hüquqlarının müdafiəsilə bağlayırlar. Buna misal olaraq ATƏT-in sənədlərində «insan hüqu­qları» ayrı-ayrı dövlətlərin daxili problemi kimi deyil, bütün maraqlı dövlətlərin məsələsi kimi qeyd edilir. Belə bir fikir ifadə edilib ki, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi ümuməhatəli təhlükəsizlik sisteminin həyati əhəmiyyətli əsasını təşkil edir.

Haqlı olaraq S.A.Malinin qeyd edir ki, insan dəyərlərinə (o cümlədən ailənin, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə, insanlar arasında əlaqələrin genişləndirilməsinə) beynəlxalq təhlükəsizliyə ümuməhatəli yanaşmanın məc­buri komponenti kimi baxmaq olar və baxılmalıdır (4, 41). Müvafiq halda xüsusi önəm kəsb edən məsələlərdən biri xalqların bir-biri haqqında məlumatlı olması faktıdır. Ayrı-ayrı xalqlar bir-biri haqqında nə qədər çox məlumatlı olurlarsa, bir o qədər qarşılıqlı etimad yüksək olur ki, bu da ümumi təhlükəsizliyin təmini üçün vacib şərtlərdən biridir. Bu istiqamətdə belə bir fikir də irəli sürülməkdədir ki, ümuməhatəli təhlükəsizlik sisteminin təmin edilməsi üçün BMT çərçivəsində dövlətlər tərəfindən insan hüquq və əsas azadlıqlarının beynəlxalq hüquq qaydasına riayət edilməsinə nəzarət məqsədilə daha səmərəli struktur yaradılmalıdır (3, 12).

İnsan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət müasir dövrdə sülhün və bəşəriyyətin gələ­cəyi üçün, beynəlxalq təhlükəsizlik sisteminin ümuməhatəli komponenti kimi bütün xalqların və dövlətlərin və beynəlxalq təşkilatların əsas məqsədi olmalıdır.

Beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq bütün digər prinsiplərin əsasında dayanır. Lakin əməkdaşlıq özü də ümuməhatəli təhlükəsizlik sisteminin yaradılmasına yönəldilməlidir. Əks təqdirdə, ayrı-ayrı regionlarda, müxtəlif dövlətlər arasında kollektiv təhlükəsizlik sistemlərinin yaradılması cavab tədbirləri ilə qarşılaşdığından bu bütövlükdə tərksilaha və beynəlxalq sülhə ciddi zərbə kimi qiymətləndirilir. Kollektiv  təhlükəsizlik beynəlxalq sülhün bölünməzliyindən çıxış etdiyindən, bu zaman müəyyən bir spesifik prinsiplər sisteminə riayət edil­məlidir.

Beynəlxalq təhlükəsizliyin təmin edilməsində beynəlxalq hüquq geniş normativ tərkibə malikdir. Xüsusən də, mübahisələrin dinc həlli; tərksilah; kollektiv təhlü­kəsizlik; beynəlxalq gərginliyin zəiflədilməsi üzrə tədbirlər; qoşulmamaq, neytrallıq və hücum etməmək; təcavüz aktının, sülhün pozulmasının qarşısının alınması üzrə tədbirlər; dövlətlər arasında etimadın möhkəmləndirilməsi; müxtəlif ərazilərdə nüvəsiz, sülh zonalarının yaradılması və s. qeyd edilə bilər.

Bu vasitələr beynəlxalq hüqu­qun müqavilə normaları kimi çıxış etdiyindən, müxtəlif vaxtlardan xü­susi təyinata malikdirlər.

Qeyd olunan institut və prinsiplər daha spesifik normalarla, prinsiplərlə həyata keçirilir. Belə ki, müasir beynəlxalq təhlükəsizlik güc tətbiq etməmək, tərksilah, müba­hisələrin dinc həlli prinsipləri olma­dan məsələnin həlli qeyri-mümkün olardı. Daha spesifik prinsip kimi: bərabər təhlükəsizlik prinsipi; dövlətlərin təhlükəsizliyinə ziyan vurmamaq prinsipi; bərabər və ekvivalent təhlükəsizlik prinsipləri dövlətlərin formal təhlükəsizliyi ilə yanaşı, həm də faktiki vəziyyətinin nəzərə alınmasına yönəlib.

Beynəlxalq təhlükəsizliyin xü­susi prinsiplərindən bəhs edərkən belə bir fakt nəzərə alınmalıdır ki, bərabər və ekvivalent təhlükəsizlik prinsipinə uyğun olaraq dövlətlər və müxtəlif hərbi qrup (blok) mövcud qüvvələr balansını pozmamaq öhdəliyi daşıyırlar. Bu zaman fəaliyyət yalnız tərksilah istiqamətinə yönəlməlidir. Tədricən əksər dövlətlər tərəfindən müdafiə üçün zəruri silahlanma həyata keçirildikdən sonra bərabər və ekvivalent təhlükəsizlik tətbiq olunma baxımından qlobal xarakter kəsb edəcək və bütün dövlətlər üçün ümumi xarakterli öhdəlik kimi qəbul ediləcək.

Qeyd etmək lazımdır ki, təhlükəsizliyin təmin edilməsində möv­cud ümumqəbuledilmiş sistemlə yanaşı, yeni, alternativ təminat mexanizmləri üzrə də inkişaf tendensiyası formalaşdırılmalıdır. Yeni tendensiyalar:

- milli və beynəlxalq təh­lükəsizliyin optimal nisbətinin əldə edilməsində;

- beynəlxalq təhlükəsizliyin for­­ma­laşdırılmasına (siyasi, iqtisadi, humanitar, hüquqi, ekoloci, iqtisadi və d. vasitələrlə) ümuməhatəli yanaşmada;

- beynəlxalq münasibətlərdə mənəviyyat faktoruna üstünlük verilməsi və hərbi konfliktlərin yaranmasını istisna edəcək profilaktik tədbirlərdə ifadə edilməlidir.

Müvafiq məsələlərdən milli təhlükəsizliklə beynəlxalq təhlükəsizliyin uzlaşdırılması mütəmadi olaraq beynəlxalq münasibətlərin beynəl­xalq hüquqi tənzimetmə obyektində olmuşdur. Hələ I Dünya müharibəsindən sonra yeni müharibə təhlükəsinin qarşısını almaq məqsədilə hətta beynəlxalq təhlükəsizliyi milli təhlükəsizlikdən üstün tutmaq mövqeyi ifadə edilmişdir. O dövrdə Avropa təhlükəsizlik sisteminin əsaslarında və Millətlər Liqasının Statutunda humanizm prinsipləri təsbit edilsə də, həmin mexanizmlər ikili standartlar üçün əsas verdiyindən beynəlxalq sülhün və təhlükəsizliyin təminat vasitəsinə çevrilə bilmir (6, 51). Lakin, milli təhlükəsizliyi təmin etmək üçün müharibə hüququnun da ləğvi istiqamətində addımlar atılır. 1928-ci ildə Brian-Kelloq (Paris) Paktı ilə mübahisələrin həlli vasitəsi kimi müharibəyə müraciət qadağan edilir.

Güc tətbiq etməmək və güclə hədələməmək prinsipi BMT Nizam­naməsinin 2-ci maddəsinin 4-cü bəndində, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə aid beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə (1970), BMT Baş Məclisinin (1974) təcavüzün aşlayışında, yenə də Baş Məclisin 1987-ci il beynəlxalq münasibətlərdə güclə hədələməkdən və ya onun tətbiqindən imtina prinsipinin səmərəliliyinin artırılması haqqında Bəyannaməsində və s. beynəlxalq hüquq aktlarında öz əksini tapıb.

Müvafiq prinsipin məzmunu baxımından «güc» termininə münasibət bildirilməlidir. Beynəlxalq hüquq ədəbiyyatında güc termininə anlayış verməyə cəhd edilsə də, BMT Nizamnaməsində onun anlayışı yoxdur. Buna baxmayaraq, beynəlxalq hüquq aktlarının analizi belə deməyə əsas verir ki, «güc» termini həm geniş, həm də dar mənaya malikdir. Məsələn, geniş mənada güc anlayışı ATƏM-in Yekun Aktında «istənilən iqtisadi məcburiyyətdən də çəkinmək» kimi ifadə edildiyi halda, BMT Nizamnaməsi onun dar anlamından, yalnız hərbi gücün qadağan edilməsi kontekstindən çıxış edir.

Hesab etmək olar ki, bey­nəlxalq iqtisadi təhlükəsizliyin bər­qərar olması baxımından beynəlxalq iqtisadi münasibətlərdə inkişaf etməkdə olan, həmçinin keçid iqtisadiyyatlı dövlətlərə qarşı əsassız proteksionizm, dempinq tədbirləri, müt­ləq liberalizm yolverilməzdir.

Beynəlxalq münasibətlərdə güc­­lə hədələməkdən və güc tət­biq­in­dən imtina prinsipinin səmərə­liliyinin gücləndirilməsi haqqında (1987) Bəyannamədə qeyd edilir ki, dövlətlər  hərbi hücum baş verdiyi halda BMT Nizamnaməsində nəzərdə tutulduğu qaydada fərdi və ya kollektiv özünümüdafiə hüqu­quna malikdirlər.Beləliklə, bu qaydadan kənar hərbi qüvvənin tətbiqi beynəlxalq hüququn əsaslarına ziddiyyət kimi qiymətləndiriləcək (9, 107).

Hüquq gücə, güc isə hüquqa söykənməlidir. M.İ.Lazarevin fikrilə desək, fiziki qüvvə müxtəlif nəticələrə gətirə bilər: bir halda güc müvafiq münasibətin yaranmasına səbəb olursa, digər halda, güc hüquqla kompleksdə hüquq münasibətinin yaranmasına səbəb olur (2, 335). Digər müəllif L.A.İvanaşenko haqlı olaraq qeyd edir ki, beynəlxalq təhlükəsizliyin təminatının yeni modelinin formalaşdırılması beynəlxalq münasibətlərdə hərbi güclə hüququn qarşılıqlı əlaqəsində prinsipial olaraq yeni yanaşma tərzini tələb edir. Beynəlxalq problemlərin həllində hərbi-güc metod və vasitələrindən imtina etməklə bərabər qeyd-şərtsiz olaraq siyasi-hüquqi metod və vasitələrin prioritetinin tanınması, dövlətlərin, hərbi-siyasi ittifaqların hərbi siyasətində, hərbi doktrinasında beynəlxalq hüququn prinmatlığının qəbulu zəruridir.

Beynəlxalq münasibətlərdə bey­­­nəl­xalq hüquqi tənzimetmə elementinin genişlənməsilə güc təd­ricən beynəlxalq hüquq normalarının çərçivəsinə salınmaqdadır. Müasir beynəlxalq praktikada dövlətlərin öhdəliyi üzrə beynəlxalq nəzarətin növbəti formaları fərqləndirilir:

1) nəzarət dövlətlər tərəfindən ya fərdi qaydada, ya da kollektiv formada;

2) xüsusi mexanizmlər Vasi­təsilə;

3) hər iki metodun kom­binasiyasında həyata keçirə bilər.

Beynəlxalq hüquq ədəbiyyatında beynəlxalq nəzarət müxtəlif aspektlərdə təsnifləşdirilir. L.A.Ye­qo­rov, E.S.Krivçikova, İ.İ.Luka­şuk, B.R.Tuzmuhamedov və d. tədqiqatlarında beynəlxalq nəzarətin xüsusi formasına, o cümlədən BMT strukturlarından BMT TŞ-nin rolu diqqət mərkəzinə gətirilir.

Ümumsiyasi sferada nəzarət və qiymətləndirmə orqanı kimi BMT TŞ və BM çıxış edir. Qeyd edilən strukturlar çərçivəsində beynəlxalq nəzarət eyni zamanda qlobal təhlükəsizliyin təmin edilməsinə xid­mət edir.

1991-ci il Faktların müəyyən edilməsi haqqında Bəyannamə Baş Məclisə və Təhlükəsizlik Şurasına faktların müəyyən edilməsi üzrə geniş səlahiyyətlər verir. Bu sə­lahiyyətlər qlobal təhlükəsizlik sistemi kimi BMT çərçivəsində kollektiv təhlükəsizliyin təminatına yönəlib. BMT çərçivəsində kollektiv təhlükəsizlik ideyası belə bir konsepsiyaya əsaslanır ki, hər hansı bir üzv-dövlətə təhlükə, BMT Nizamnaməsinə görə bütövlükdə beynəlxalq birliyə təhlükə kimi qiymətləndirilir.

Beynəlxalq sülhün və təhlükəsizliyin təminat sisteminin maddi hüquqi əsası ilə bağlı növbəti nəticələri qeyd etmək olar: müasir kollektiv təhlükəsizlik sisteminin əsasında BMT və onun strukturları dayansa da, müəyyən mənada bu sistemin özünə yeni yanaşma zərurəti meydana gəlməkdədir; müasir təhlükəsizlik konsepsiyası beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində qüvvələr balansına deyil, maraqlar balansına əsaslanmalıdır; yeni problemlər belə bir nəticəyə də əsas verir ki, təhlükəsizlik milli məsələ olmayıb, beynəlxalq birliyin kollektiv səyləri ilə həll edilməsi zəruri olan problemdir; yeni çağırışların xarakteri qlobal, ümuməhatəli təhlükəsizlik sisteminin universal beynəlxalq hüquqi əsasının təkmilləşdirilməsini tələb edir.

Xüsusən də, ərazi bütövlüyü, dövlətlərin suveren bərabərliyi, insan hüquqlarına hörmət edilməsi və s. kimi prinsiplər müvafiq sferada hüquq qaydasının əsasında dayanmalıdır.

 

 

 

İstifadə edilmiş ədəbiyyat:

 

 

 

1.    Ашавский Б.М. Эконо­мическая безопасность государств. Всеобъемлющая безопасность. Международно-правовые принципы и нормы. Справочник. М., 1990.

2.    Лазарев М.И. Международные правоотношения и международные силоотношения в конце ХХ-в канун ХХI века. РЕМП, 1998-99. СПб., 1999.

3.    Малинин С.А., Кириленко В.П. Международная безопасность: морально-правовой аспект. Военная мысль. 1993, №9.

4.    Малинин С.А. Человечекое измерение как обязательный компонент всеобъемлющего подхода к международной безопасности. Правоведение. 1994, №3.

5.    Петровский В.Ф. Безопасность в ядерно-космическую эру. М., 1985.

6.    Проскурин С.А. Диалек­тика национальной и международной безопасности во внешней политике России. Власть. 1999, №4.

7.    Рахманов А.Р. Международно-правовые аспекты обеспечения всеобъемляющей нацио­нальной безопасности. МЖМП, 2003, №1.

8.    Ротфольд А.Д. Задачи контроля над вооруженьями: Стокгольмская программа (Доклад). Мировая экономика и меж­дународные отношения, 2000, №5

9.    Тункин Г.И. Право и сила в международной системе. М., 1983.

10. Укрепление безопасности в Европе/Евразии. Материалы международной научно-практической конференции. 15-16 ноября 1999г. Дипломатическая Академия МИД России. Ред. кол. Е.П.Бажанов, А.Д.Шутов и др. М., 2000.

 

11. Шведков Ю.А. Национальная безопасность и национальные приоритеты Америки. США: Экономика. Политика. Идеология. 1990, №6.

12. Шершнев Л.И. К новой безопасности в ХХI веке. Безопасность (информационный сборник фонда национальной и международной безопасности). М., 2000, №1-12.

13. Яновский Р.Г. Глобальные изменения и социальная безопасность. М., 1999.

14. Бузон Б. Пеопле Статес анд Феар. Тще Натионал Сежуритй Проблем ин Ынтернатионал Релатионс. Суссех. 1983.

15. Келзен Щ. Жоллежтиве Сежуритй анд Жоллежтиве Селф-ДеФенже ундер тще Жщарьер оф тще Унитед Натионс. АЪИЛ, В.42 (1948).

 

СООТНОШЕНИЕ  МЕЖДУНАРОДНОЙ И НАЦИОНАЛЬНОЙ 

БЕЗОПАСНОСТИ (ЗАКОНОДАТЕЛЬНАЯ ПРАКТИКА  

АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)

 

САФАРОВ Э.Ф.

аспирант БГУ

В статье подробно проанализированы вопросы соотношения международной и национальной безопасности, формирование концепции международной и национальной безопасности, механизм гарантии глобальной  безопасности, международное сотрудничество в этой области, согласование  национальной концепции безопасности в законодательной практике Азербайджанской Республики с принципами международной безопасности, характерные  свойства отдельных элементов, предусмотренных в законодательной концепции национальной безопасности,  понимание безопасности человека и прочие вопросы.

В конечном итоге было отмечено  взаиморавновесие международной безопасности в международных взаимоотношениях, национальная же  безопасность, отражая особенности обороны государств, служат вместе одной цели.

 

THE MUTUAL COMPARİSON OF İNTERNATİONAL  AND NATİONAL  SECURİTY.

(THE PRAJTİJE OF AZERBAİCAN REPUBLİJ ٰS LEGİSLATİON)

 

SAFAROV ELGUN FİRDOVSİ.

The post - graduate of Baku State Universty

The extenjion of integration projess in international relations, the origin of global world system made nejessary to the extension of sejurity in maintenanje and injluded to it new elements. The national interest of eajh state expresses international matters besides interior problems in it. Ajjording to the meaning international sejurity and national sejurity jompletes eajh other. The mutual jomparision of international and national sejurity, the formation of the jonjeption of international And national sejurity, the guarantee mejhanism of global sejurity, the international jooperation in this field, the jo-ordination of national sejurity jonjeption in the Azerbaican Republij ٰ s legislative jonjeption of national sejurity, the meaning of human sejurity etj  were widely analyzed in the mentioned artijle

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.