04.24.2017 21:07
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Nəqliyyat sistemində rəqabət qabiliyyətliliyin qiymətləndirilməsi

 

Ş. B.QULIYEV,

i.e.n., AR İİN İqtisadi İslahatlar

Elmi Tədqiqat İnstitutu

 

Məqalədə nəqliyyat sistemində rəqabət-qabiliy­yətliliyin təmin edil­məsinin nəzəri məsələləri araşdırılır və iqtisadiyyatın müxtəlif sahələri arasında istehsal-təsərrüfat əlaqə­lərinin yara­dıl­masında nəqliyyatın mü­hüm rola malik olduğu göstə­rilir. Həmçinin mə­qalədə məhşur rus alimi və Nobel mükafatı laureatı (1973-cü il) Vasili Leontiyev tərəfindən «Xərclər-bura­xılış» modeli öyrənilərək nəq­liyyat sektorunda qiymət artımının iqtisadiyyatın digər sahələrinə təsiri qiymətləndirilmişdir

 

Nəqliyyat iqti­sa­diy­yatın müx­tə­lif sahələri arasında istehsal-təsərrüfat əlaqələrinin ya­ra­dıl­ması­nda, onların əsas fondlar və dövriyyə vəsaitləri ilə təmin olun­masında, tədavül sferasının səmərəli fəaliyyət göstərməsində, məh­suldar qüvvələrin əlverişli yerləş­diril­məsində və bütövlükdə geniş təkrar istehsal prosesinin fasiləsiz davam

etdirilməsində böyük rol oynayır.

 

 

 

Bazar münasibətləri şərai­tində nəqliyyat xidmətlərinə olan tələb təkcə  kəmiyyətcə deyil, eyn zamanda keyfiyətcə dəyiş­məsini zəruri edir. Bu onun­la izah olunur ki, informasiya xidmətlərinin rolunun durmadan sürətli inkişafı və insanların bu informasiya xidmətlərindən isti­fa­də edərək səyahət etmək və biznes əlaqələrində daha sürətli mübadilə etmək arzularını da gücləndirir. Belə hal isə nəticə etibarilə nəqliyyat sektorunda sərnişin və yük daşımanın keyfiyyətli həyata keçirilməsini tələb edir. Şübhəsiz ki, belə hal müasir dövrdə rəqabət-qabliliyyətli nəqliyyat xidmətləri siste­minin yaradılmasının ruri olduğunu göstərir.

Ölkələrarası xarici ticarət əlaqə­lərinin həcminin ilbəil geniş­lən­məsi, əmtəə istehsalçıları arasında rəqabətin artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində nəqliyyat xidmətləri sistemində də rəqabətli mübarizəni zəruri edir.

 Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “neft sektorundan sonra nəqliyyat  sektoru ölkəmiz üçün ən mühüm sektordur və burada inkişaf perspektivləri çox gözəldir” (6).

Nəqliyyat xidmətləri özündə daşınmalar üzrə alqı-satqı xid­mətlərini, ölkə daxilin­də, eləcə də bir ölkədən digər ölkəyə yüklərin və sərnişinlərin daşınma proseslərini, nəqliyyat-loqistika, ekspeditor və s. nəqliyyat xidmətlərini əhatə edir. Nəqliyyat eyni zamanda hər bir dövlətin xarici və daxili ticarətinin həyata keçirilməsində də aparıcı istiqamət hesab edilir. Yüklərin və sərnişinlərin yerdəyişmə proseslərinin həyata keçirilməsində müstəqil xidmət sferası olan nəqliyyat təşkilatları tərəfindən həyata keçirilən müxtəlif nəqliyyat xidmətlərinin mövcudluğuna daim tələbat vardır. Bu cür əməliyyatların həm daxili, həm də beynəlxalq səviyyədə həyata keçirilməsi faktı onun zəruriliyini bir daha təsdiq edir.

Qeyd etmək lazımdır ki, istər tranzit daşımalarında da, istərsə də bütövlükdə nəqliyyat sektorunda rəqabət qabiliy­yətli­lyinin təmin edil­məsində həlledici faktor kimi  vaxt-servis-tarif «kommersiya üçbucağı» çıxış edir.

Nəqliyyat sektorunda rəqabət-qabiliy­yətli­li­yə təsir göstərən ilkin amil yüklərin vaxtlı-vaxtında çat­dırıl­ması ilə bağlıdır. Belə ki, yük da­şımaları zamanı rəsmiləşdirmə prose­durlarının sadələş­dirilməsi və «bir dayanacaq» prinsipinin tətbiqinin reallaşdırıl­ması məqsədi ilə sərhəd-gömrük buraxılış məntəqələrində fəaliyyət göstərən baytarlıq, fito­sanitar, karantin və digər nəzarət orqanlarının gömrük-sərhəd buraxılış məntəqə­lərinin ərazisindən kənarda yerləşdirilməsi və fəaliyyət göstərməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. 

Nəqliyyat xidmətlərində tarif amili ən mühüm faktorlardan biridir. Belə ki, tarif vasitəsilə nəqliyyat xidmətləri öz gəlirlərini müəy­yən­ləşdirir. Burada yükün növü, həcmi, məsafə, əldə olunan səmərə, göstərilən xidmətlər üzrə xərclər, nəqliyyat xidmətlərinin faydalılığı, həmçinin sər­­nişinlərin tələbatlarını nəzərə al­maq­la müəy­yən­­ləşdirmək daha çox la­zımdır. Nəqliyyat sektorunda rəqabət qabliliy­yətli­li­yinə təsir göstərən digər mühüm amil əsas fondların köh­nəl­məsi, elmi texniki tərəqqinin nailiy­yətlərinin tətbiqi­nə tam nail olun­maması, texniki və texnoloji təchizatın qənaətbəxş olmaması ilə bağlıdır. Eyni zamanda burada çevik idarə­et­mənin, vahid strategiyanın və bazardakı vəziyyət barədə real informasiyanın ol­ma­ması və nizam-intizam qayda­la­rına riayət edilməməsi də rəqabət-qabiliy­yətli­li­­yi­nə mənfi təsir göstərən amillərdəndir. Ekspe­ditor xidmət­ləri­nin hansı səviy­yədə ol­­ması da nəq­liyyat sis­temində rəqabət-qabiliy­yətli­li­yə tə­sir göstərən amil­lər­dəndir.

Dünya təcrübəsi göstərir ki, milli iqtisadiyyatın kompleks inkişafı, istehsal və xidmət sahələrinin rəqabət-qabiliyyətliliyinin yüksəldilməsini, məh­sul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını və müasir infra­struktur sistemlərinin yaradıl­masını nəzərdə tutur. Hal-hazırda, milli iqtisa­diy­yat və onun sahələrinin dinami­k­liyinin getdikcə infrastruktur sistem­dən asılı olması əsasən iqtisadi inki­şafın labüd nəticəsi kimi qəbul olunur. Məhz buna görə də bazar iqtisadiyyatı yolunu seçmiş ölkələrin əksəriyyətində müasir standartlara uyğun infrastruktur sistemlərin yara­dılması sosial-iqtisadi siyasətin strateji istiqamətlərindən biri hesab olunur.

Nəqliyyat sektorunun infra­struktur sahələrinin inkişaf səviyyəsi, nəqliyyat vasitələrinin mövcud vəziy­yəti, əmtəə dövriyyəsində ümumi xərclərin həcmi, daşıma müqa­vilə­lərinin bağlanılması zamanı nəqliyyat xərclərinin kalkul­yasi­ya­ edilməsi spesifikası, nəqliyyat proseslərinin əsas xüsusiyyətləri və effektivliyi, tica­rət müqavilələrində nəqliyyat şərt­lərinin dürüst ifadə olunması, çoxsaylı nəqliyyat-loqistika xidmətləri və digər komponentlər daxil edilir ki, butun bunlar da nəlqiyyat sektorunda rəqabət-qabiliyyətliliyə təsir edən və eyni zamanda onu təmin edən şərtlərdir.

Nəqliyyat sektorunda rəqabət qabiliyyətliliyə yükün nəqledilmə xü­su­­siyyəti, daşımaların həcmi, nəqliyyat vasitələrinin növü və tipi, yükün çatdırılma vaxtı, nəqliyyat bazarlarının konyuktur vəziyyəti, ticarət daşın­malarının kommersiya, hüquqi və təşkilati təminat səviyyəsi və s. təsir göstərir.

Ümumiyyətlə, nəqliyyat sekto­runda nəqliyyat xidmətləri daxili və xarici nəqliyyat əməliyyatlarına bölü­nürlər. Hər hansı nəqliyyat pro­ses­lərinin iştirakçısı çərçivəsində həyata keçirilən nəqliyyat xidmətləri daxili, nəqliyyat prosesinin bir neçə iştirak­çıları arasında müəyyən qarşılıqlı müna­sibətlər olduğu halda, o xarici nəqliyyat əməliyyatlarına aid edilir. Müəssisə və təşkilatların daxili nəqliy­yat əməliyyatlarına daşıma planının hazırlanması, onların uçotu, nəzarəti və təhlili, nəqliyyat şərtlərinin alqı-satqı müqavilələrində ətraflı öyrə­nil­məsi və s. daxildir. Xarici nəqliyyat əməliyyatlarını isə bilavasitə daşıma prosesləri ilə məşğul olan nəqliyyat müəssisə və təşkilatları həyata keçirir. Onlar tərəfindən nəqliyyat xidmət-lərinin təmini üzrə müqavilələrin, daşıma planlarının və tariflərin, əmtə­ələrin daşınılması üzrə  maliyyə hesab­laşmalarının və s. Razılaş­dırılması həyata keçirilir.

İstənilən dövlətin iqtisadiyyatı sahələrarası qarşılıqlı əlaqələrin mü­rək­kəb şəbəkəsi kimi inkişaf edir. Məsələn, maşınqayırma sahəsinin məh­sullarına (tutaq ki, avtomobilə) tələb təkcə avtomobil sənayesinə təsir etmir, o həmçinin dolayı şəkildə meta­lurgiyaya (avtomobiləllərin düzəl­dil­məsi üçün baza xammalı istehsal edən), təkər-şin və digər komp­lektləşdirici hissələri istehsal edən sahələrə təsir edərək, onların məh­sullarına tələbi artırır. Sadə cəbri hesab­lamalar isə birbaşa və dolayı təsirin bu şəkildə yayılmasının (mul­tiplikasıya effektinin) kəmiyyət təhlilinin aparılmasına imkan vermir. Bundan başqa, qarşılıqlı əlaqələr probleminin həlli üçün işlənmiş təhlil üsulu iqtisadi proqnozların forma­laşdırılması üçün də zəruridir.

 Sahələrarası əlaqələrin təhlili (interindustry analysis) və «Xərclər-buraxılış» təhlili (input-output) üsul­ları keçmiş SSRİ-də anadan olmuş, Sankt-Peterburq Universite­tinin mə­zu­nu, sonralar ABŞ-a emiqrasiya etmiş amerikan iqtisadçısı Nobel mukafatı laureatı (1973-cü il)Vasili Leontiyev tərəfindən yaradılmışdır. Bu üsul sahələrarası qarşılıqlı təsirdə olan mikro və makroiqtisadi dəyişənlərin əlaqələrinin əsas makroiq­tisadi gös­tə­ri­cilərə təsirinin ədədi şəkildə müəyyən edilməsi sualına cavab verir. Bu baxımdan, sahələrarası əlaqənin təhlili üsulu iqtisadi proseslərin model­ləşdiril­məsində mikro və makroiqtisadi modellərin əlaqələn­diril­məsi probleminin həllinə kömək etmiş olur. İqtisad elmində «Keyns inqilabı» adını almış yeni iqtisadi nəzəriy­yənin yaranması mikro və makroiqtisadi təhlillərin birləş­diril­məsi hesabına mümkün olmuşdur. [1; s. 22]

Məlumdur ki, iqtisadiyyatın inkişafı müəyyən qanuna uyğun­luqlarla baş verir. Belə ki, hər bir istehsal edilmiş məhsul  öz təlabat­çısını tapmalı və hər bir sahədə yaranan təlabat ödənilməlidir. İsteh­salın təlabatdan artıqlığı  və ya əksinə təlabatın istehsalı üstələməsi iqtisa­diyyatın səmərəli inkişafına mane olur. XX əsrin 20-ci illərinin axırı 30-cu illərinin əvvəllərində ABŞ-da baş vermiş böyük iqtisadi depresiya tələblə təklif arasında tarazlığın pozulmasından, başqa sözlə məhsul təklifinin ona olan tələbindən xeyli yüksək olmasından, məhsul bollu­ğun­dan yaranmışdır. Sahələr­arası balans metodunun işlədilməsində ən böyük xidməti olmuş alim V.Leontiyevdir. Xarici ədəbiyyatlarda bu balans “Xərclər-buraxılış” modeli (input-output) adlandırılır. “Xərclər-buraxılış” modelinin tərtibi beynəlxalq təcrübədə və MHS-də qəbul edilmiş prinsiplərə uyğun olaraq həyata keçirilir. Sahələrarası balans cəd­və­linin ümumi şəklini aşağıdakı kimi göstərmək olar. (Cədvəl 1.)

 

 

Cədvəl 1.

Sahələrarası balansın sxemi

 

Ümumi məhsul və Xidmətlər buraxılışı (x)

Aralıq istehlak

Son məhsul (son tələbat)

Xərclər

 

 

1

j

N

 

İstehlak xərci

İnvestisiya xərci

Dövlət xərcləri

Xalis ixrac

1

x1

x11

x1j

x1n

y1

C1

I1

G1

XİX1

I

Xi

xi1

xij

xin

yi

Ci

Ii

Gi

XİXi

N

xn

xi1

xnj

xnn

yn

Cn

In

Gn

XİXn

 

Aralıq istehlak (Z)

Z1

Zj

Zn

y Z

C

I

G

XİX

 

Əməyin ödənilməsi (W)

W1

 

Wj

 

Wn

W

 

 

 

 

 

İstehsala vergilər (T)

T1

 

Tj

 

Tn

T

 

 

 

 

 

İstehsala subsidiyalar (SB)

SB1

SBj

SBn

SB

 

 

 

 

 

Ümumi mənfəət (M)

M1

Mj

Mn

M

 

 

 

 

 

Əsas fondların istehlakı-amortizasiya (AMO)

AMO1

AMOj

AMOn

AMO

 

 

 

 

 

Xalis mənfəət (XM)

XM1

XMj

XMn

XM

 

 

 

 

 

Əlavə dəyər (ƏD)

ƏD1

ƏDj

ƏDn

ƏD

 

 

 

 

 

Ümumi buraxılış (X)

x1

xJ

xn

x

 

 

 

 

 

- j-ci sahənin məhsul və xidmətlərinin ümumi buraxılışını, -isə son məhsulun həçmini (son tələbat); - i-ci sahənin məhsul və xidmətlərinin j - ci sahədəki istehlakının həcmini göstərir:

             (1)

- j - ci sahədə vahid miqdarda məhsul istehsalı prosesində (ümumi buraxılışda) i - ci sahənin məhsulundan hansı miqdarda istifadə olunmasını (istehlakı) göstərir və birbaşa xərclər əmsalları adlanır.

               (2)

(1)-i (2) -də nəzərə alsaq,

  (3) alarıq.

 (3)-ə sahələrarası balansın iqtisadi-riyazi modeli və ya Leontiyev modeli deyilir. (3)-ü matris-vektor şəklində yazsaq,

                               (4)

                               (5)

                       (6)

                                    (7)

alarıq. Burada, I - vahid, A - birbaşa xərclər, B - isə tam xərclər matrisidir.

,             i,j = 1,2,…,n

- tam xərclər əmsalları adlanır və j -ci sahədə vahid miqdarda son məhsulun əldə edilməsində (son tələbatda) i - ci sahənin hansı miqdarda məhsulunun iştirak etməsini göstərir.

Tarazlı qiymətlər modelində əlavə dəyər normasını bilməklə, hər bir sahənin məh­­sullarının qiy­mət­lərinin dəyişməsini proqnozlaşdırmaq mümkündür. Tarazlı qiy­mət­lər modeli həmçinin bir sahədə qiymətin dəyiş­məsi nəticəsində digər sahələr­dəki qiymətlərin dəyişməsini, habelə inflyasiyanı proqnozlaşdırılmağa im­kan verir.

            (8)

Burada, - transponirə olunmuş tam xərclər matrisidir.

Burada, - qiymətlər vektoru,  - əlavə dəyər norması vektorudur.

Uzunmüddətli perespektivdə Azər­­baycan Respublikasının sosial-iq­tisadi siya­sə­ti­nin əsas istiqaməti nəq­liyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlıdır. Son dövr­lər Azərbaycan      hökuməti        nəqliyyat

sektorunun dünya təsərrüfat sistemi­nə inteq­rasiyası istiqamətində bir sıra mühüm qərarlar qəbul etmişdir.

Azərbaycan Respublikasında 2004-ci ildə (2001-ci ilin göstə­ricilərinə əsasən) tərtib edilmiş məhsul və xidmətlərin istehsalı və bölüş­dürülməsinin sahələrarası  balansı­nın göstəricilərinə əsasən nəqliyyat sek­torunda əlavə dəyər normasının 10% artma­­sı­nın digər sahələrə

Kod

İqtisadi fəaliyyət  sahələrin adları

Sahələrin əlavə dəyər norması

Sahələrin tarazlı qiymətləri

1

Kənd təsərrüfatı, ovçuluq və meşəçilik məhsulları

0,7

1,02

2

Balıq və digər balıqçılıq məhsulları

0,61

1,01

3

Neft və qaz hasilatı məhsulları və neft və qaz hasilatı ilə bağlı xidmətlər

0,86

1,01

4

Dağ mədən sənayesinin məhsulları

0,34

0,99

5

Qida sənayesinin məhsulları (tütün məmulatları daxil olmaqla)

0,33

1,09

6

Toxuculuq sənayesinin məhsulları, dəri məmulatları və ayaqqabı

0,3

1,03

7

Ağac, sellüloz-kağız və poliqrafiya məhsulları

0,31

1,00

8

Neftayırma məhsulları

0,2

0,96

9

Kimya sənayesinin məhsulu (neft məhsullarının emalı istisna olmaqla), rezin və plastik kütlədən məmulatlar

0,23

0,93

10

Qeyri-metal mineral məmulatlar

0,4

1,01

11

Metallurgiya sənayesinin məhsulu və metal məmulatları

0,553

1,01

12

Maşın və avadanlıq

0,62

1,01

13

Mebel və sair sənaye məhsulları

0,22

0,99

14

Elektrik enerjisi, qaz və su

0,21

0,89

15

Tikinti işləri

0,41

1,01

16

Ticarət xidmətləri

0,62

1,00

17

Mehmanxana və restoranların xidmətləri

0,7

1,04

18

Nəqliyyat xidmətləri

0,6

1,09

19

Poçt və rabitə xidmətləri

0,631

1,02

20

Maliyyə vasitəçiliyi, sığorta və pensiya təminatı üzrə xidmətlər

0,78

1,01

21

Daşınmaz əmlakla əlaqəlar xidmətlər, icarə və digər kommersiya xidmətləri

0,645

1,02

22

Təhsil sahəsində xidmətlər

0,93

1,04

23

Səhiyyə və sosial xidmətlər

0,69

0,30

24

Dövlət idarəetməsi və müdafiə məcburi sosial sığorta sahəsində xidmətlər

0,6

1,02

25

Kommunal və sair xidmətlər

0,54

1,02

 

İqti­sadiyyatın sahələri Cədvəl 2-də ve­rilmişdir.) təsiri mövcud meto­dolo­giyaya əsasən qiymətlən­dirlimiş­dir. Cədvəl 2. “Xərclər-buraxılış” modelinin qoşmasının tənliklər siste­minin həllinin nəticələri (milyon manatla)  Aparılan tədqiqat nəticə­sində belə qənaətə gəlmək olar ki, əlavə dəyər normasının 10% həddində qaldırılması demək olar ki, iqtisa­diyyatın, beş sahəsi (Səhiyyə və sosial

xidmətlər, elektrik enerjisi, qaz və su, neftayırma məhsulları, kimya  səna­yesinin məhsulu, (neft məhsul­larının emalı istisna olmaqla), rezin və plastik kütlədən məmulatlar, dağ mədən sənayesinin məhsulları) istisna olmaqla qalan bütün sahələrə təsir edir (Cədvəl 2.) Təhlil göstərir ki, nəqliyyat sektorunda əlavə dəyər normasının 10% artma­sı­ndan ən çox təsiri, “qida sənayesinin məhsullarına” və “nəqliyyat xidmət­lərin­də” özünü göstərir. Belə ki, burada qiymətlərin 9% qalxmasına səbəb olur. Həmçinin əlavə dəyər normasının artması “mehmanxana və restoranların xidmətləri” və “təhsil sahəsində xidmətləri”ni  4% qadırır, “toxuculuq

 

İstifadə edilmiş ədəbiyyat

 

1.  Həsənli Y.H. Azərbaycan iqtisadiyyatının sahələrarası əlaqələ­rinin təhlili və model­ləşdiril­məsi («Xərclər-buraxılış» modeli). İqtisadi İslahatlar Mərkəzinin elmi əsərlər toplusu, VI buraxılış, Bakı, 2005;

2.  Azərbaycan iqtisadiyyatının cari və potensial müqayisəli üstün­lük­lərinin tədqiqi, Bakı-2004;

sənayesinin məhsulları”nı  3% və bir çox sahələrdə isə qiymətləri 1-2% həcmində qalxmasına səbəb olur.

Ümumiyyətlə, “Xərclər-bura­xılış” modelinin hesablanması ilə əlqədar qeyd etmək lazımdır ki, nəqliyyat sektorunda əlavə dəyər no­r­m­a­sının 10% artma­sı­nın digər sahələrə təsiri iqtisadiyyatda inhisarçılığın və bir sıra bürokratik maneələrin olmadığı bir şəraitdə qeyd olunan sahələrdə təsir qısa bir müddət ərzində baş verir. Bununla belə iqtisadiyyatda inharçılıq olduğuda belə qeyd olunan sahələrdə sahələr­də qiymətlər gec də olsa tarazlıq halını alacaqdır. Belə ki, əgər əlavə dəyər normasının tərkibinə nəzər salsaq aydın olar ki ,burada birinci yeri əmək haqqı tutur. Dolayısıyla demək olar ki, nəqliyyat sektorunda 10% əmək haqqının artması digər sahələrə cədvəl 2-də göstərildiyi kimi təsir göstə­rə­cəkdir.

 

 

 

 

 

 

 

3.  Azərbaycan Respublikası Prezi­den­­tinin 2006-cı il 18 aprel tarixli Fər­manı ilə təsdiq edilmiş Azərbaycan Res­­­­publikası regionlarının sosial-iq­ti­sa­di in­kişafına dair 14 fevral 2004-cü il tarixli Dövlət Proqramı (2004-2008-ci illər);

4.       www.cargolux.com <http://www.cargolux.com>.

5.       www.silkway-airlines.com <http://www.silkway-airlines.com>.

6.       “Nəqliyyat hüququ” elmi-nəzəri, təcrübi jurnalı. Bakı, 2005,  № 4.

 

 

ОЦЕНКА КОНКУРЕНТНОСПОСОБНОСТИ В

ТРАНСПОРТНОЙ СИСТЕМЕ

 

Ш.Б.ГУЛИЕВ,

к.э.н., Научно-исследовательский Институт

Экономических Преобразований МЭР АР.

В статье транспортная система характеризуется как составная часть производственной и социальной инфраструктуры и отмечается, что она удовлетворяет потребностям населения и национальной экономики в транспортных услугах и является одним из важных факторов территориальной целостности и экономической безопасности страны. В статье показано, что в настоящее время обеспечение конкурентоспособности транспортного сектора является одним из важных факторов и решающим фактором здесь выступает «коммерческий треугольник»: время-услуга-тариф. Помимо этого, в статье сделан анализ модели «Затраты-выпуск» и определено влияние роста цен транспортных услуг на другие сферы.

 

ESTIMATE OF COMPETITIVE ABILITY IN TRANSPORT SYSTEM

 

S.B.GULIYEV

 

Candidate of economic seience, Research Institute of Economic

Development of the Republic of Azerbaijan

In article the transport system is characterized as a component of an industrial and social infrastructure and it is marked, that it satisfies to needs of the population and national economy for transport services and is one of the important factors of territorial integrity and economic safety of the country. In article it is shown, that now maintenance of competitiveness of transport sector is one of the important factors and a determinative factor here is the "commercial triangle": time-service-tariff. Besides, in article the model of "Expense-release" is analyze and impact of a rise in prices of transport services on other spheres is certain.

 

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.