12.12.2017 02:59
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Məhkəmə mühəndis-nəqliyyat ekspertizaları sinfi və onun bölmələri

HÜSEYNOV M.H.

polis mayoru, AR DİN BƏSİİ-nin şöbə rəisi.

 

Məqalədə mühəndis-nəqliyyat ekspertizaları sinfinin nəqliyyat vasitələrinin növünə görə təsnifatı kompleks şəkildə nəzərdən keçirilir.

Məhkəmə avtotexniki ekspertiza qrupu xüsusilə araşdırılır.

 

Müasir dövrdə cinayətlərin istintaqında ən mühüm problemlərdən biri də ekspertizanın düzgün təyin edilməsidir.

Cinayətlərin istintaqında məh­kəmə ekspertizasının hər bir növü özünəməxsus yer tutur. Bunların sırasında məhkəmə mühəndis-nəq­liyyat və mühəndis-texniki ekspertizalar sinfi mühüm əhəmiyyət kəsb edir. Mühəndis-nəqliyyat ekspertizalar sinfinin qrupları, növləri və növdaxili ekspertizaları vardır. Onların arasında avtotexniki ekspertiza daha böyük əhəmiyyət kəsb edir. Yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayətlərin 85-90 %-nin istintaqında avtotexniki ekspertiza təyin olunur. Avtotexniki ekspertiza bir çox mürəkkəb məsələlərin  həllində  istintaq orqanlarına yaxından köməklik göstərir. Avtotexniki ekspertiza müasir dövrdə ən geniş elmi və texniki nailiyyətlər tətbiq edilməklə keçirilir. Mü­hən­dis-nəqliyyat ekspertizalar sinfinə hava-nəq­liyyat, dəmir yol-texniki, su-nəqliyyat və i.a. başqa ekspertizalar növü də aiddir. Hər bir növün öz məqsədləri və aparılma metodları vardır.

Məhkəmə mühəndis-nəqliyyat ekspertizaları sinfi nəqliyyat vasitələrin növünə görə 5 ekspertiza qrupuna ayrılır:

1)  məhkəmə avtotexniki ekspertizası qrupu;

2)           məhkəmə su-nəqliyyat ekspertizası qrupu;

3)           məhkəmə - aviasiya-texniki (hava-nəqliyyat) ekspertizası qrupu;

4)           məhkəmə dəmir  yol-texniki ekspertizası qrupu;

5)           digər  mühəndis-nəqliyyat ekspertizaları.

Sonuncu dörd ekspertiza qruplarının tədqiq etdiyi qəza hadisələri 1-ci ekspertiza qrupunun tədqiq etdiyi hadisələrdən dəfələrlə az olduğundan əsas diqqət məhkəmə avtotexniki  ekspertizasına yönəldilir.

Qeyd etmək lazımdır ki, su-nəqliyyat, hava-nəqliyyat, dəmir yol-texniki və digər mühəndis-nəqliyyat (xüsusi) ekspertizalar qruplarına daxil olan ayrı-ayrı ekspertiza növləri üzrə keçirilən tədqiqatlar çox vaxt idarəetmə-sahə ekspertizaları formasında, yəni həmin sahələrin təcrübəli mütəxəssisləri tərəfindən, nadir hallarda, zəruri olduqda bu sahələrin mütəxəssisləri cəlb olunmaqla ixtisaslaşmış dövlət ekspert müəssisələrində müvafiq növ məhkəmə-ekspertizaları formasında aparılır.

Məhkəmə avtotexniki ekspertizası qrupunun aşağıda göstərilən 3 ekspertiza növü fərqləndirilir:

A. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin ekspertizası;

B. Yol-nəqliyyat hadisələrinin (YNH)baş verməsi mexanizminin ekspertizası;

C. Sürücünün (YNH-nin digər iştirakçılarının) psixo-fizioloji vəziyyətinin ekspertizası.

İlk iki növ öz növbəsində spesifik obyektləri, metodları olan daha 4 növdaxili ekspertizalar çoxluğuna ayrılır:

A. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin ekspertizası növü:

-a) avtomobillərin texniki vəziyyətinin ekspertizası;

-b) şəhər elektrik nəqliyyatının texniki vəziyyətinin ekspertizası;

-c) zəncirvari hərəkət edici hissələri olan və xüsusi təyinatlı maşınların texniki vəziyyətinin ekspertizası;

-ç) nəqliyyat vasitələrinin hissələrinin kimyəvi metallorafik tədqiqi;

B. Yol-nəqliyyat hadisələrinin mexanizminin ekspertizası növü:

-a) YNH yerində mövcud şəraitin tədqiqi;

-b) YNH yerində yolların vəziyyətinin tədqiqi;

-c) YNH-nin baş vermə təfsilatının (səbəblərinin) təyin edilməsi (hesablama yolu ilə);

-ç) sürücünün hərəkətlərinin tədqiqi.

Bu (A) ekspertiza qrupunun, yəni onu təşkil edən 3 ekspertiza növünün və öz növbəsində ilk 2 növə daxil olan 8 növdaxili ekspertizaların həll etdiyi məsələlər müvafiq olaraq aşağıdakılardır (A növünün «a», «b» və «c» tipli ekspertizalar):

1)  nəqliyyat vasitələrinin (ayrı-ayrı detal, mexanizm hissələri) nasazlığının təyin edilməsi;

2)           YNH-yə qədər nasazlığın aşkar oluna bilmə imkanının təyin edilməsi;

3)           nasazlıqların yaranma vaxtı və səbəbinin təyin edilməsi;

4)           nasazlıqların YNH-nin  yaran­ması    baş verməsi sirrinin aşkar olunması;

5)           nəqliyyat vasitələrinin, onların detal və hissələrinin texniki vəziyyətinin hərəkətin təhlükəsizliyinin texniki norma və tələblərinə uyğunluğunun aydınlaşdırılması;

6)           nasazlığın yaranmasına  gətirib çıxaran şəraitin öyrənilməsi və nasazlıqlarla yol-nəqliyyat hadisələri arasında səbəbiyyət əlaqələrin təyin olunması.

A növünün «ç» tipli ekspertizaları üçün:

1) sınma (zərbədən, «yorulmadan-fiziki aşılanmadan», keyfiyyətsizlik-dən və s.) xarakterinin təyini;

2) metalın, onun termiki işlənməsinin çatışmazlıqlarının (defektlərin) təyini;

3) korroziyanın (çoxdan və təzə yaranmış, bərabər paylanmış və diskret) aşkar edilməsi;

4) qızaran simlərin və onların tutacaqlarının termiki dəyişmələrinin təyini və hadisə zamanı faranın qoşulmuş vəziyyətdə olub-olma­masının aydınlaşdırılması;

5) detalın materialının layihə hesablama və texniki normalara uyğunluğunun təyin edilməsi;

6) digər eyniləşdirmə məsələləri (yəni şəraitlə bağlı).

B növünün «a» tipli ekspertizasının həll etdiyi məsələlərin əhatə dairəsinə aşağıdakılar aiddir:

1) nəqliyyat vasitələrin və YNH ilə əlaqəsi olmuş digər obyektlərin toqquşmaya qədər hərəkətlərinin traektoriyası və xarakterinin təyini;

2) toqquşma anında nəqliyyat vasitələrinin və maneələrin nisbi vəziyyətlərinin təyini;

3) Toqquşma (zərbə), aşma və piyadanı vurma yerlərinin təyini;

B növünün «b» tipinin (yolların vəziyyətinin təyini ilə bağlı) həll etdiyi məsələlər aşağıdakılardır:

1) ilişmə əmsalının (YNH sahəsində yavaşmanın) təyini;

2) nəqliyyat vasitələrin və digər obyektlərin yol səthində yerdəyişməsinə  müqavimət əmsalının təyini;

3) nəqliyyat vasitələrin vurulma yerindən görünmə uzağlığının və sahəsinin təyini;

B növünün «c» tipinin (YNH-nin baş vermə səbəbi ilə bağlı) həll etdiyi məsələlər aşağıdakılardan ibarətdir:

1) zərbəyə qədər nəqliyyat vasitələrin mövcud ola bilən traektoriyalarının təyini;

2) verilmiş zaman  anında  nəqliyyat  vasitələrin    digər  obyektlərin koordinatlarının (yerinin) təyini;

3) verilmiş zaman  anında  nəqliyyat  vasitələrin sürətlərinin təyini;

4) tormozlama, dayanma məsafəsinin, verilmiş zaman intervalında nəqliyyat  vasitələrin keçdiyi yolun, tormozlama yolu ilə toqquşmanın qarşısının alınması imkanının təyini;

5) verilmiş məsafənin (yolun) nəqliyyat vasitəsi tərəfindən qət olunması vaxtının təyini;

«B» növünün «ç» tipinin həll etdiyi məsələlər sırasında aşağıdakıları göstərmək olar:

1) hərəkətin təhlükəsizliyi baxımdan sürücünün etməli olduğu hərəkətlərin təyini;

2) sürücünün hərəkətlərinin normativ-hüquqi aktların və hərəkətin təhlükəsizliyinin tələbləri baxımdan qiymətləndirilməsi;

3) sürücünün hərəkətləri ilə hadisə arasında səbəbiyyət əlaqələrinin öyrənilməsi.

3-cü növ olan «C» (sürücünün psixofizioloji vəziyyətinin ekspertizası) növünün həll etdiyi məsələlər isə aşağıdakıları əhatə edir:

1) sürücünün təhlükəli vəziyyəti vaxtında qiymətləndirə bilməsi imkanının təyini;

2) YNH-nin təsadüf etdiyi yol şəraitinin konkret vəziyyətindən asılı olaraq, sürücünün reaksiya vaxtının (müddətinin) təyini;

3) qəza vəziyyətində sürücünün zəruri hərəkətləri edə bilmə imkanının təyini;

4) sürücünün YNH-dən əvvəl yaranmış yol şəraitinin düzgün qəbul etmə imkanının təyini;

5) yol şəraitinin müxtəlif vəziyyətlərinin sürücüyə etdiyi psixoloji təsirlər nəzərə alınmaqla sürücünün YNH-nin qarşısını ala bilməsi imkanının həlli.

YNH-yə gətirib çıxaran texniki səbəblərdən biri də çox vaxt sükan idarəetmə sisteminin nasazlığı olur.

Sükan idarəetmə sistemi avtomobilin ən məsuliyyətli rəftar tələb edən və hərəkətin təhlükəsizliyinə təsir edən mexanizimlərdən biridir, buna görə də avtomobilin hərəkət xəttinə buraxılması zamanı onun texniki vəziyyətinə xüsusi diqqət yetirilməlidir.

Təcrübə göstərir ki, sükan idarəetmə sisteminin çox vaxt sıradan çıxmasına səbəb şarşəkilli barmaqların yeyilməsi, sükan çəkicilərinin sonluqlarındakı bu barmaqların  deşiklərinin ölçülərinin böyüməsi, yay elementinin yeyilməsi və nəticədə qırılması, şarşəkilli barmaqların qırılması, sükan çəkicisinin tıxacının bərkidilməməsi, oxda və digər sadalanmış hissələrdə mikroçatlar, böyük çatlar yaranması və sınma halının baş verməsi və s. olur.

Sınmanın səbəbinin təyin edilməsi üçün, ilk növbədə, hadisə yerindən tapılmış hissələrə və ya onların qırıntılarına və ekspertizaya təqdim edilmiş sükan idarəetmə sisteminin mexanizminə və ya detallarına diqqətlə baxış keçirmək və bütün detalların eyni maşına məxsus olmasını aydınlaşdırmaq lazımdır.

Bütün bu detallar üzərindəki mikroçatlar, çatlar və sınıq səthləri lupa, mikroskop və digər texniki vasitələrinköməyi ilə tədqiq edilməli və çat və ya sınıq səthlərində torpaq, palçıq, bitki qırıntıları, yağ və ya piyli birləşmələr olub-olmaması aydınlaşdırılmalıdır. Bu cür maddə və birləşmələrin çat və sınıq sətlərdə tapılması və onlar digər yaxın sətlərlə təqribən eyni forma və miqdarda olduqda çatın və sınığın hadisə vaxtı deyil, daha əvvəl baş verməsi ehtimalı nəzərə alınmalıdır.

Lakin bu cür vəziyyətin müşahidə olunması, yəni çat və sınma səthlərində tam parıltılı, korroziyaya uğramış və üz-üzə sınma şəthləri uyğun gələn sınmış detal hissələrinin tapılması heç də birmənalı şəkildə YNH-nin məhz, bu sınma nəticəsində baş verməsini göstərmir. Çünki bir çox hallarda  digər hissələrdə nasazlıqlar yaranma (şarşəkilli barmaqların və barmaq deşiklərinin yeyilməsi, sükan çəkicisinin tıxacının bərkidilməməsi, sancağın olmaması, bəzi hissələrin istehsal zamanı keyfiyyətsiz buraxılması, yüksək tezlikli cərəyanla bərkidilməməsi, tərkibinin standarta uyğun gəlməməsi, normadan artıq istifadə edildiyindən fiziki cəhətdən «yorulması», korroziyaya uğraması və s.) nəticəsində sükan idarəetmə sistemi sıradan çıxdıqdan sonra baş vermiş qəza zamanı böyük zərbə nəticəsində nasaz olmayan hissələrdə də çat yaranma və ya sınma baş verə bilər.

Qırılma səthinin quruluşu materialın strukturundan, növündən, təzyiq qüvvəsinin qiymətindən və dağılma sürətindən asılıdır.

Qırılma səthi (tam sınma sahəsi) 3 hissəyə ayrılır:

- sınma fokusu, qırılma səthində qırılmanın başlandığı sahə;

- sınma fokusundan sonrakı birinci sahə;

- birinci sahədən sonrakı tam qırılma sahəsi.

Kövrək qırılma səthləri, bir qayda olaraq, sınma fokusundan başlayaraq çatın inkişaf etdiyi sahəyə tərəf yayılan qırışlarla örtülü olur. Hər iki sahə arasındakı hamarlıq fərqinin olmaması kövrək sınma baş verməsini göstərir. Kövrək sınma səthinin nahamarlığı sınma sürətindən düz mütənasib şəkildə asılıdır.

Sınma səthlərinin təzyiqi ilə yanaşı hissələrin xarici ölçülərində mövcud olan dəyişikliklərin də nəzərə alınması zəruri şərtlərdən biridir. Bu amil istintaq işinin tədqiq edilməsi zamanı xüsusi hüquqi əhəmiyyət kəsb edir.

Belə ki, avtomobilin ön təkərlərinə dəyən böyük zərbə zamanı təzyiq sükan qolları (oraqşəkilli), sükan çəkiciləri, şarşəkilli barmaqlar və sükan idarəetmə sisteminin digər detalları üzərinə düşür və bu vaxt kinematik zəncirin ən zəif halqasında dağılma baş verir.

Avtonəqliyyat vasitələrinin hissələrinin sınma səthlərinin vüzual tədqiqi  metodikası çox hallarda metalloqrafik tədqiqatlar aparılmadan hissələrin dağılma vaxtlarını və səbəblərini təyin etməyə imkan yaradır.

Nəqliyyat vasitələrinin texniki vəziyyətinin təyin edilməsi üçün keçirilçn məhkəmə-avtotexniki ekspertizaların YNH-nin mexanizminin aydınlaşdırılmasında mühüm rol oynayır. Buna görə də ekspert maddi sübutları hərtərəfli öyrənməli (nəqliyyat vasitələrinin zərərçəkmiş hissələrini və idarəetmə sistemlərini) və nəqliyyata baxış protokolunda göstərilmiş nəqliyyat vasitəsinin texniki vəziyyətinin təsvirinə tənqidi yanaşmalıdır. Bu, onunla bağlıdırki, çox vaxt müstəntiqlər nəqliyyat vasitələrinə  baxış keçirmir və ya keçirdiyi baxış zamanı  mütəxəssisin (dövlət avtomobil müfəttişinin) iştirakını və fikirlərini əsas götürür, nəticədə, xüsusilə, mühüm əhəmiyyəti olan məlumatların nəzərdən qaçırılmasına zəmin yaranır.

Nəqliyyat vasitələrinin texniki vəziyyətini təsvir edən ümumi əlamətlərin öyrənilməsi ilə yanaşı, hadisə yerindəki bütün izlərin tədqiqinin məhz istintaqı aparan şəxs tərəfindən həyata keçirilməsi zəruridir.

 

Biz məqalədə mühəndis-nəqliyyat ekspertizaları sinfini nəqliyyat vasitələrinin növünə görə təsnifatını və məhkəmə avtotexniki ekspertiza qrupunu xüsusilə nəzərdən keçirdik.

Lakin qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrinin spesifik bir növü də mövcuddur ki, bu, «boru kəməri» nəqliyyatı adlanır. Belə ki, «magistral boru kəməri» anlayışı «Nəqliyyat haqqında» Azərbaycan  Respublikasının Qanununda (1999-cu il) öz əksini tapmışdır. Həmin Qanunun 2-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, magistral boru kəməri sahəsində yaranan münasibətlər Azərbaycan  Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Ölkənin nəqliyyat sistemində boru kəməri nəqliyyatının xüsusi yer tutması baxımından «İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında» Azərbaycan  Respublikası Prezidentinin Fərmanı (15.04.2002-ci il, №-685) xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra, Azərbaycan  Respublikasının Cinayət Məcəlləsində magistral neft kəmərlərinin inşaası və təmiri zamanı təhlükəsizlik qaydalarının pozulmasına görə ayrıca bir maddə (m.268) nəzərdə tutulmuşdur.

Bütün bunlar o deməkdir ki, boru kəməri nəqliyyatını ölkənin hüquq sistemi tanıyır və bu nəqletmə

Bu baxımdan boru kəməri nəqliyyatı ilə bağlı mühəndis ekspertizalarının keçirilməsi qaydası, onun təsnifləşdirilməsi və s. məsələlər xüsusi elmi maraq doğurur. Təbii ki, bu məsələ ayrıca bir mövzunun predimetidir.

Müasir dövrdə elmin, texnikanın sürətli inkişafı və elmi-texnologi nailiyyətlərin istehsalata tətbiq edilməsi nəzərə alınaraq, mühəndis-nəqliyyat ekspertizalarının aparılması zamanı yeni informasiya kommunikasiya texnologiyaları vasitələrindən geniş formada istifadə edilməsi, zənnimizcə, istintaq tədqiqatlarının effektliliyinin daha da artırılmasına təsir edən amildir.

 

İstifadə  edilmiş  ədəbiyyat

 

1.  Azərbaycan  Respublikasının Cinayət Məcəlləsi. Bakı, 2000.

2.  «Nəqliyyat haqqında» Azərbaycan  Respublikasının Qanunu, 1999.

3. В. Р. Расситская. Судебная экспертиза. Москва – 1996, гл. 14.

vasitəsinin fəaliyyəti ilə bağlı törədilən   hər  hansı  bir  cinayət  əməlinin tədqiq edilməsi, onun istintaqının aparılması artıq məhkəmə praktikasına məlumdur.

            4.Судебная экспертиза. Москва – 1989.

            5. И. А. Алиев. Проблемы судебной  экспертизы. Баку – 1987.

6. Əliyev E.Ə. Qloballaşma dövründə beynəlxalq nəqliyyat daşımaları: hüququ aspektlər. Bakı, 2006.

7. «Nəqliyyat hüququ» elmi-nə­­zəri, təcrübi jurnalı. Bakı, 2005, № 3.

 

 

КЛАССИФИКАЦИЯ СУДЕБНОЙ  

ИНЖЕНЕРНО-ТРАНСПОРТНОЙ

ЭКСПЕРТИЗЫ И ЕЕ РАЗДЕЛЫ

 

ГУСЕЙНОВ М.Г.

майор полиции, начальник отдела ГУОСИ МВД Аз.Р.

В статье комплексно рассматриваются классификация инженерно-транспортной экспертизы по типу транспортных средств.

Особо исследуется группа судебной авто технической экспертизы.

 

 

CLASS OF COURT

ENGINEERING-TRANSPORT EXAMINATIONS

AND ITS DIVISION

 

HUSEYNOV M.H.

 

Police major, Republic of Azerbaijan, MIA HOSID Chief.

 

Classification of engineering-transport examinations class according to kind of transport means is being considered in a complex way in the Article.

Court auto technical examination group  is especially  investigated.

 

 

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.