12.12.2017 03:00
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

“Əsrin mxqaviləsi” xmummilli liderimizin yeni neft strategiyasinin təntənəsi idi

ƏKBƏR HACIYEV

 

“Azərneftyağ” NEZ-in direktoru

 

Dünyada milli, dini mənsu­biyyətindən asılı olmayaraq tarixi şəxsiyyət kimi qəbul edilən siyasi xadimlərin sayı elə də çox deyil. Azərbaycan xalqı fəxr edə bilər ki, onun ləyaqətli övladı Heydər Əliyev belə uca zirvəni hələ sağlığında ikən fəth etmişdi. Zəkası, zəngin həyat və idarəçilik təcrübəsi, hədsiz çalışqanlığı sayəsində layiqli nüfuz qazanan Heydər Əliyevin adı beynəlxalq birlikdə sayılıb-seçilən, obyektiv şəkil­də dərin ehtiram bəslənilən siyasət­çilərin sırasında çəkilir. Ulu öndəri böyük siyasətçi, görkəmli dövlət xadi­mi kimi fərqləndirən əsas cəhət isə milliliyi, xalqına qəlbən bağlı olması, Vətəni hədsiz məhəbbətlə sevməsi və bütün həyatı boyu doğma Azər­baycanın inkişafı naminə çalışması idi.

Əməlləri ilə xalqımızın ümum­milli lideri səviyyəsinə yüksələn Hey­dər Əliyev üç onillikdən artıq bir zaman kəsiyində məmləkətimizin inki­şafının salnaməsini yaratmışdır. Bu gün ölkənin həyatının hər sahəsinə

 - istər sənayeyə, kənd təsər­rüfatına, istərsə də elm-mədəniyyət və sosial sahələrə nəzər salsaq, böyük öndərimizin izlərini görərik. Həqiqə­tən də onun Azərbaycana rəhbərlik etdiyi illər adi, öz axarı ilə ötüb-keçən illər olmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin titanik səyləri, böyük əməyi, müdrikliyi sayəsində bu illər qaynar həyat hadisələri ilə, respub­likanın simasını dəyişən yeni­liklərlə, quruculuqla, hadisəyə çevrilən təd­bir­lərlə zəngin olmuşdur.

Əlbəttə, böyük şəxsiyyət, gör­kəmli dövlət xadimi Heydər Əliyevin hə­ya­tının müxtəlif cəhətləri, fə­aliy­yətinin ayrı-ayrı istiqamətləri barədə geniş söhbət açmaq mümkündür. La­kin mən ölkənin çoxminli neftçilər ordusunun təmsilçisi kimi diqqəti ümummilli liderimizin respublikanın neft sənayesinin inkişafına verdiyi töhfələrə yönəltmək istərdim.

Azərbaycanın tarixində neft həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Bu da ilk növbədə onunla bağlıdır ki, neft tarixən Azərbaycanın əsas təbii sərvəti olmuşdur və respub­likanın iqtisadiyyatında onun xüsusi çəkisi vardır. Elə buna görə də həmişə hadisələrə geniş miqyasda, gələcəyi dü­şünərək yanaşan Heydər Əliyev Azərbaycan naminə çoxşaxəli fəaliy­yətində bu amilə xüsusi əhəmiyyət vermiş, neft sənayesinin inkişafına çox həssaslıqla yanaşmış, daim sahənin potensialını artırmağa çalışmışdır. Ümum­milli lider Heydər Əliyev hələ keçmiş Sovetlər Birliyindəki nüfu­zundan istifadə edərək mərkəzi büdcədən Azərbaycanın hasilat və emal sənayesinin maddi-texniki baza­sının möhkəmləndirilməsinə, neftçilə­rin əmək və istirahət şəraitinin yaxşılaşdırılmasına, onların sosial müda­fiəsinin gücləndirilməsinə, eko­lo­ji problemlərin həllinə əlavə və­saitlər cəlb edilməsinə nail olurdu. Heç təsadüfi deyildir ki, ötən əsrin yetmişinci-səksəninci illəri Azərbay­can neftçilərinin dənizin daha dərin qatlarını mənimsəmələri ilə yadda qalmışdır. Respublika rəhbərliyinin gör­düyü məqsədyönlü tədbirlər nəti­cəsində neft sənayesinin geniş infrastrukturu yaranmışdır. Məhz o dövrdə Xəzərin daha dərin qatla­rındakı yataqların işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işləri aparmaq üçün xüsusi təyinatlı gəmilər, texnika və avadanlıq gətirilmişdir. Ulu öndərin müstəsna xidmətləri sayəsində Bakı Dərin Dəniz Özülləri Zavodu kimi nəhəng istehsalat tikilib isti­fa­dəyə verilmişdir. Bura neft səna­yesində mürəkkəb texnologi­ya­larla iş­lə­məyi bacaran kadrların yetişdirilməsi kimi vacib məsələni də əlavə edək. Bütün bu və digər tədbirlər öz əksini respublikanın neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının sürətlə yeni inkişaf pilləsinə qalx­masında təzahür etmişdir.

Lakin müstəqilliyimizin ilk illərində bu ənənələr unuduldu. Res­pub­likada hakimiyyəti zorla qa­marlayan naşı qüvvələrin səhv siyasəti digər sahələr kimi, neft sənayesini də tənəzzülə uğratdı. Belə ki, bir vaxtlar ahəngdar işləyən istehsalat əlaqələri pozuldu, sərmayə qoyuluşu kəskin şəkildə ixtisar edildi, kəşfiyyat, istis­mar qazmasının həcmi azaldı. Bütün bunların nəticəsində isə neftin və qazın hasilatı kəskin şəkildə aşağı düşdü. Müqayisə aparaq: Əgər 1987-ci ildə respublikada 13,8 milyon ton neft və 12,5 milyard kubmetr qaz hasil olunurdusa, 1993-cü ildə bu göstəricilər müvafiq surətdə 10,3 mil­yon tona və 6,8 milyard kubmetrə düşmüşdü.

Beləliklə, 1993-cü ilin yayında xalqın təkidli istəyi ilə respublikanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyevin qarşısında həm də iqtisa­diyyatımızın şah damarı sayılan neft sənayesində vəziyyəti düzəltmək vəzi­fəsi dururdu. Heydər Əliyev ona xas olan qətiyyət və müdrikliklə Azər­baycanın milli, geosiyasi və geostrateji maraqlarına uyğun gələn yeni neft doktrinasını işləyib hazırlayaraq onu həyata keçirməyə başladı. Böyük öndərin özü bu barədə belə demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cüm­lədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

Ümummilli lider Heydər Əli­yevin vaxtında gördüyü tədbirlər nəticəsində ölkənin neft və qaz təsərrüfatının dağılmasının qarşısı alındı, neft sənayesində canlanma yarandı, hasilat tamamilə sabitləşdi, eyni zamanda respublikada buraxılan neft məhsullarının keyfiyyəti də yüksəldi. 1994-cü il sentyabrın 20-də isə müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan hadisə baş verdi. Həmin gün Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə dair dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi idi. “Əsrin müqaviləsi” Azər­baycanın neft sənayesinin və bütöv­lükdə ölkə iqtisadiyyatının qarşısında yeni inkişaf perspektivləri açırdı. Ötən dövrdə müqavilənin uğurla işləməsi bu­nun təsdiqidir. İndiyədək “Əsrin müqaviləsi” çərçivəsində ölkənin neft sənayesinin simasını dəyişən böyük işlər görülmüşdür. “Çıraq-1” dəniz platformasının, Səngəçal sahil ter­mi­nalının tikintisi, sualtı boru kəmər­lərinin çəkilməsi, ”Dədə Qorqud”, “İs­tiq­lal”, “Qurtuluş”, “Heydər Əliyev” kimi nəhəng dəniz qazma qurğularının istifadəyə verilməsi və bu kimi digər layihələrin reallaşdırılması nəticəsində neft sənayemizin infrastrukturu tama­milə müasir səviyyəyə qal­dırıl­mışdır. 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında ilk neft quyusu istismara verildi. ”Çıraq” yatağının işlənilməsinə başlanılması ilə ölkənin neft hasilatı da artdı.

Xalqımız 1999-cu ildə müstəqil Azərbaycanın həyatında daha bir mühüm hadisənin şahidi oldu - həmin il aprelin 17-də Azərbaycan neftini dünya bazarına nəql edəcək yeni Bakı-Supsa neft kəməri istifadəyə verildi. Vaxtilə şimal marşrutuna alternativ çəkilən bu kəmərin inşasına mane olmağa çalışanlar çox idi. Ulu öndərin əleyhdarları populistcəsinə deyirdilər ki, Azərbaycan nefti dünya bazarına Bakı-Novorossiysk kəməri ilə nəql olunursa, yeni xəttin inşasına hansı lüzum var? Son illərin hadisələri Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi.

Lakin Bakı-Supsa kəmərinin texniki imkanları böyük neftin dünya bazarına daşınması üçün yetərli deyildi. Bunu aydın görən ümummilli liderimiz Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisini reallaşdırmaq uğrunda gərgin iş aparmağa başladı. Burada da böyük öndərin müdrikliyi və qətiyyəti nəhəng enerji layihəsinin reallaş­dırılması ilə bağlı şübhələrin üstün gəlməsinə imkan vermədi. Ötən ilin yayında əsas ixrac boru kəmərinin istifadəyə verilməsi ilə əfsanə reallığa çevrildi, cari ilin birinci rübündən etibarən isə kəmər tam gücü ilə işləməyə başlamışdır. Ölkə Prezidenti cənab İlham Əliyev bu günlərdə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunan iclasındakı nitqində bunun vacib əhəmiyyət daşıdığını nəzərə çatdıraraq dedi: “Bu, böyük tarixi nailiyyətdir, bizim böyük uğuru­muz­dur və bu kəmərin fəaliyyətinə şübhə ilə yanaşanlara gözəl cavabımız­dır”.Bəli, cənab Prezidentin vurğula­dığı kimi, vaxtilə ayrı-ayrı xarici ölkələrin mətbuat səhifələrində məq­sədli şəkildə belə bir informasiya yayılırdı ki, guya Bakı-Tbilisi-Ceyhan kəmərini doldurmaq üçün mütləq başqa ölkələrin nefti lazımdır, Azərbaycanın kifayət qədər neft ehtiyatı yoxdur. Ancaq Azərbaycan bütün təzyiqləri, şübhələri dəf edə və öz mövqeyini təsdiqləyə bildi. Bu gün kəmərin tam gücü ilə işləməsi onun məhz Azərbaycan nefti üçün tikil­diyinə təkzibolunmaz sübut­dur. Hazır­da gündəlik gücü bir milyon barrel neft olan Bakı-Tbilisi-Ceyhan kəməri ilə elə bu qədər də neft nəql olunur. Cari ildə Azərbaycanın ümumi neft hasilatı 42-43 milyon, bir neçə ildən sonra isə 65 milyon tona çatacaqdır ki, bu da kifayət qədər böyük həcmdir.

Cari ilin birinci rübündə “Şahdəniz” yatağından çıxarılan Azər­baycan qazının Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəqlinə start verilməsi ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının daha bir təntə­nəsidir. Beləliklə, Azərbaycan yalnız neft ölkəsi deyil, həm də qaz ölkəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikanın neft sənayesinin inkişafına göstərdiyi qay­ğını rəhbərlik etdiyim “Azər­neftyağ” Neft Emalı Zavodunun timsalında da aydın görmək mümkündür. Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərən “Azərneftyağ” ölkəmizin neft emalı sənayesinin flaqman müəssi­səsidir. Kollektiv ötən il zavodun fəaliyyətə başlamasının 125 illiyini yüksək texniki-iqtisadi göstəricilərlə qeyd etmişdir. Bu gün “Azərneftyağ” zavodunda təxminən 20 çeşiddə neft məhsulları, o cümlədən “L-62” markalı dizel yanacağı, ilkin emal benzini, ”TS-1” markalı mühərrik yanacağı, “Ko-20” kerosini, müxtəlif markalı sürtgü yağları, yol və inşaat bitumu hazırlanır. Biz sadalanan bu məhsullar üzrə respublikanın daxili tələbatını tam ödəyirik, eyni zamanda müəssisədə istehsal olunan neft məhsullarının xeyli hissəsi ixrac edilir ki, bundan da ölkəmizə böyük miqdarda mənfəət daxil olur.

Lakin əlbəttə, bugünkü uğurlardan söhbət açarkən ilk növbədə keçilmiş yola nəzər salmaq gərəkdir. Müəssisənin 125 illik tarixi ərzində bir neçə inkişaf mərhələsini fərqləndirmək mümkündür. Onların içində ümum­milli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xüsusilə əlamətdar olmuşdur. Ötən əsrin yetmişinci-səksəninci illərində məhz böyük öndərimizin təşəbbüsü ilə müəssisədə istehsalın əsaslı surətdə təkmilləşdirilməsi həyata keçirilmiş­dir. Respublikanın rəhbəri Heydər Əliyev 1970-ci ildə keçmiş ittifaq hökumətində “Azərbaycanda neft sənayesinin yenidən qurulması” planının təsdiqlənməsinə nail oldu. Bu, Heydər Əliyev uzaqgörənliyinin bariz nümunəsi idi. Müəssisədə 1981-ci ildə neftin ilkin emalı üzrə “ELOU-AVT-6” qurğusu istismara buraxıl­mışdır. Bununla zavodun ikinci həyatı başlamışdır desək, yanılmarıq. İllik istehsal gücü 6 milyon ton məhsul alan bu qurğu keyfiyyəti yüksəltməyə, itkiləri azaltmağa, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına müsbət təsir göstərmişdir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ”ELOU-AVT-6”nın işə düşməsi ilə bir vaxtlar paytaxtımızın ekologiyasına ciddi şəkildə ziyan vuran Bakı neft-qaz zavodu bütünlüklə ləğv edilmiş, Ə.Qarayev adına neftayırma zavo­dunun isə bir neçə köhnə tipli qurğusu istismardan çıxarılmışdır.

Beləliklə, böyük öndərimizin diqqəti sayəsində ötən əsrin doxsa­nıncı illərinin ortalarından etiba­rən “Azərneftyağ”da istehsalın təkmilləş­dirilməsi ənənəsi bərpa olunmuşdur. Belə ki, 1994-1995-ci illərdə müəs­si­sə­də ABŞ-ın “PETROFAC” və Koreyanın “LUCKY-ENGİNEERİNG” şirkətlərinin köməyi ilə iki yeni nəsil texnoloji qurğu - “ELOU-AVT-2” qurğuları işə salınmışdır. Bu qurğular zavodda həm məhsuldarlığı artırmağa, həm də müasir dünya standartlarına uyğun açıq rəngli neft məhsullarının istehsalına imkan yaratmışdır. 2000-ci ildə neftayıranlar daha bir mühüm hadisənin şahidi olmuşlar - müəs­sisədə ümummilli liderimiz Hey­dər Əliyevin xeyir-duası ilə bitum istehsal edən ”Bituroks” qurğusu istifadəyə verilmişdir...

Neftayıranlar gələcəyə nikbin baxırlar. Bu nikbinlik ilk növbədə onunla bağlıdır ki, ümummilli lide­ri­miz Heydər Əliyevin təməlini qoy­du­ğu uğurlu neft strategiyası dövlə­timizin başçısı cənab İlham Əliyevin səyləri sayəsində ardıcıllıqla davam etdirilir.

Biz respublika hökumətinin, Dövlət Neft Şirkətinin dəstəyi ilə mü­əs­sisədə istehsalın təkmilləş­diril­məsi ənənəsini bundan sonra da davam etdirməyi qarşımıza məqsəd qoy­muşuq. Yaxın perspektivdə zavodda bir neçə yeni layihənin reallaşdırılması gözlənilir. Bunlardan biri “Azər­neftyağ” NEZ-də dizel və reaktiv yanacaqların qələvi ilə təmizlənməsi, eləcə də distillə olunmuş neft turşularının    alınması     proseslərinin “Fiber-Film” texnologiyası əsasında, yenidən qurulması layihəsidir. Layi­hənin texniki-iqtisadi əsaslandırıl­ması tam işlənmişdir və hazırda onun reallaş­dırılması üçün ABŞ-ın “Meri­kem” Şirkəti ilə danışıqlar aparılır. Sözügedən layihənin reallaş­dırılması həm buraxılan məhsulların keyfiy­yətinin yüksəlməsinə, həm də müəs­sisə­də ekoloji vəziyyətin daha da yaxşılaşmasına səbəb olacaqdır. Hə­yata keçirmək istədiyimiz başqa bir layihə zavodda dünya standartlarına cavab verən sürtgü yağlarının istehsalını təşkil etməkdən ibarətdir...

Bir sözlə, müəssisədə davamlı olaraq sosial məzmunlu tədbirlər həyata keçirilir.

Biz ümummilli lider Heydər Əliyevin sabitlik və inkişaf kursunu inamla irəli aparan dövlət başçısı cənab İlham Əliyevin ölkədə insan­ların sosial təminatının güclən­dirilməsinin zəruriliyi barədə çağı­rışına cavab olaraq bundan sonra müəssisədə sosial məsələlərin həllinə daha artıq dərəcədə diqqət yetirəcəyik.

 

Mənbə: «Xalq» qəzeti,

2007-ji il. S.10

 

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.