08.21.2017 16:08
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

HEYDƏR ƏLIYEV ADINA BAKI-TBILISI CEYHAN ƏSAS IXRAC BORU KƏMƏRININ AZƏRBAYCAN HISSƏSININ ISTIFADƏYƏ VERILMƏSINƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLI MƏRASIM



Memari və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti bu günlər öz tarixinin ən əlamətdar anlarindan birini yaşayir. Indi dünyanin nəzərləri Bakiya dikilmişdir. Hazirda dünyanin ən böyük enerji layihəsi olan Heydər Əliyev adina Baki-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin tikintisi başa çatmişdir və onun neftlə doldurulmasina başlanir. Bu, 1994-cü il sentyabrin 20-də "«Əsrin müqaviləsi"nin imzalanmasi ilə başlayan, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazirlanmiş Azərbaycanin yeni neft strategiyasinin təntənəsidir. Azərbaycan xalqi, layihədə iştirak edən xarici tərəfdaşlarimiz bu əlamətdar günü on ildən çox idi ki, gözləyirdilər. Nəhayət, həmin gün gəlib çatdi, üç dənizin əfsanəsi artiq realliğa çevrilmişdir. Azərbaycanin böyük nefti dünya bazarina çixir.
Baki yaxinliğindaki Səngəçal terminalindan başlayaraq, Gürcüstandan keçməklə Türkiyənin Araliq dənizi sahilindəki Ceyhan terminalinadək uzanan 1770 kilometrlik xəttin «qara qizilla» doldurulmasi üçün 10 milyon barrel xam neft tələb olunur. Bu neft Xəzər dənizinin Azərbaycan sektorundaki «Azəri-Çiraq-Günəşli» yataqlarindan çixarilacaqdir. Boru kəmərinin tam marşrutu boyunca mərhələli doldurulmasina 6 aydan artiq vaxt tələb olunur və Ceyhanda ilk tankerin neftlə yüklənməsi 2005-ci ilin dördüncü rübünə nəzərdə tutulmuşdur.
Heydər Əliyev adina Baki-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə mayin 25-də Səngəçal terminalinda təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti Ilham Əliyev, Türkiyə prezidenti Əhməd Necdət Sezər, Gürcüstan prezidenti Mixail Saakaşvili, Qazaxistan prezidenti Nursultan Nazarbayev, ABŞ-in energetika naziri Samuel Bodman, Böyük Britaniyanin, Fransanin, Ukraynanin, Yaponiyanin, Norveçin və digər ölkələrin yüksək vəzifəli şəxsləri mərasimdə iştirak edirdilər.
Mərasimi Azərbaycan Prezidenti Ilham Əliyev açdi.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.