05.22.2017 19:29
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

AZƏRBAYCANIN YENI NEFT STRATEGIYASININ TƏNTƏNƏSI- ÜÇ DƏNIZIN ƏFSANƏSI REALLIĞA ÇEVRILMIŞDIR


AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI ILHAM ƏLIYEVIN NITQI


-Hörmətli xanimlar və cənablar!
Əziz dostlar!
Mən sizin haminizi ürəkdən salamlayiram və bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm. Bu gün tarixi bir gündür. Bu gün Baki-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi münasibətilə Bakida gözəl bir mərasim keçirilir. Mərasimdə iştirak etmək üçün Bakiya gəlmiş bütün yüksək qonaqlari səmimi qəlbdən salamlayiram. Bizimlə bərabər bu mərasimdə Türkiyə Cümhuriyyətinin prezidenti Əhməd Necdət Sezər iştirak edir. Gürcüstanin prezidenti Mixail Saakaşvili iştirak edir. Qazaxistanin prezidenti Nursultan Nazarbayev iştirak edir. Əlahəzrət York Hersoq iştirak edir. Amerika Birləşmiş Ştiatlarinin energetika naziri cənab Bodman iştirak edir. Avropa Komissiyasinin enerji məsələləri üzrə komissari cənab Pibalqs iştirak edir.
BP şirkətinin prezidenti lord Braun da bu gün bizim qonağimizdir.
Mən çox şadam ki, bu tarixi gündə biz hamimiz birlikdə Bakida yiğişmişiq, bu gözəl bayrami birlikdə qeyd edirik. 1994-cü ildə «Əsrin müqaviləsinin imzalanmasi ilə Azərbaycanda Heydər Əliyevin neft strategiyasinin icra olunmasi başladi. 1994-cü il bizim hamimizin xatirindədir. O ağir, çətin şəraitdə xalqimizin ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti nəticəsində bu müqavilə imzalandi və Azərbaycan öz neft-qaz yataqlarini xarici şirkətlərlə birlikdə istismar etməyə başladi.
O vaxtdan 10 ildən çox zaman keçir. Bu illər ərzində qarşida duran bütün vəzifələr öz həllini tapdi, Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda xarici şirkətlərlə çox səmərəli işbirliyi, əməkdaşliq qura bildi. Azərbaycana böyük həcmdə sərmayə gəldi, Azərbaycanin neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatirildi. Bu illər ərzində ölkədə gedən proseslər, iqtisadi islahatlar, inkişaf onu göstərdi ki, Azərbaycan 1994-cü ildə düzgün seçim etmişdir. Çox böyük təzyiqlər olmasina, süni maneələr yaradilmasina baxmayaraq, bizi bu yoldan heç kim və heç nə döndərə bilmədi. Heydər Əliyevin neft strategiyasi Azərbaycana böyük uğurlar gətirdi. Azərbaycanin iqtisadiyyatinin bütün sektorlari inkişaf etməyə başladi. Azərbaycanda aparilmiş iqtisadi islahatlar nəticəsində bu gün ölkəmizin həm neft sektoru, həm də qeyri-neft sektoru uğurla inkişaf edir. Ölkəmiz son 10 ildə öz iqtisadi potensialini gücləndirərək, hər il təxminən 10 faiz səviyyəsində iqtisadi artima nail ola bildi. 2005-ci ilin ilk dörd ayinda Azərbaycanda sənaye istehsali 15 faiz, ümumi daxili məhsul 14 faiz artmişdir. Bu ilin sonuna qədər Azərbaycanda ÜDM ən azi 18 faiz artacaqdir ki, bu da Beynəlxalq Valyuta Fondunun verdiyi bəyanata görə dünyada ən yüksək göstəricidir.
Neyt amilindən məharətlə istifadə edərək, iqtisadiyyatimizi şaxələndirir, qeyri-neft sektoruna böyük diqqət göstəririk. Keçən il qəbul edilmiş regionlarin sosial-iqtisadi inkişaf proqrami da uğurla icra edilir. Böyük qürur hissi ilə deyə bilərəm ki, son ilyarim ərzində görülmüş tədbirlər nəticəsində Azərbaycanda iki yüz mindən artiq yeni iş yeri açilmiş, onlarin tam əksəriyyəti qeyri-neft sektorunda yaradilmişdir. Yoxsulluğun səviyyəsi son ilyarim ərzində 9 faiz aşaği düşmüşdür və biz qarşimiza vəzifə qoymuşuq ki, Azərbaycanda yoxsulluq tamamilə aradan götürülsün. Əminəm ki, biz buna nail olacağiq.
Bütün bu işləri görmək üçün, əlbəttə ki, möhkəm iradə lazim idi, müdriklik lazim idi. Iqtisadi və siyasi islahatlar aparmaq lazim idi. Amma onu da bilirik ki, həlledici rolu neft amili, «Əsrin müqaviləsi»nin imzalanmasi oynamişdir. Həmin müqavilə, ondan sonraki dövr ərzində görülən işlər Azərbaycanin inkişafina böyük təkan vermişdir və biz bunu bu gün də hiss edirik.
Ölkəmiz yeniləşir, müasirləşir, inkişaf edir və əminəm ki, yaxin zamanlarda çox qüdrətli dövlətə çevriləcəkdir.
Nefti hasil etmək, əlbəttə ki, bizim problemlərimizin hamisinin həll etmək deyildir. Nefti nəql etmək lazimdir. Çünki Azərbaycanin coğrafi vəziyyəti belədir ki, bizim dünya bazarlarina birbaşa çixişimiz yoxdur. Bunu etmək üçün neft kəmərləri lazim idi və bu istiqamətdə də ardicil siyasət aparilmişdir. Azərbaycan çoxvariantli neft kəmərləri strategiyasini həyata keçirir və artiq iki kəmər fəaliyyətdədir: Baki-Novorossiysk və Baki Supsa neft kəmərləri Azərbaycan neftini dünya bazarlarina çixarir. Amma bizim neft strategiyamizi tam həcmdə həyata keçirmək üçün əlbəttə ki, böyük gücə malik neft kəmərinin tikintisi lazim idi və biz də bunu bacardiq, bunu etdik. Bəziləri buna inanmirdi, şübhə ilə yanaşirdi, bəziləri buna maneçilik törətmək istəyirdilər. Amma bunlarin heç biri baş tutmadi. Azərbaycan öz döstlari, qonşu dövlətlər ilə birlikdə məqsədinə nail oldu. Türkiyə-Gürcüstan-Azərbaycan birliyi, Amerika Birləşmiş Ştatlarinin bu layihəyə və ümumiyyətlə, bütün enerji layihələrinə verdiyi dəstək, BP şirkəti başda olmaqla xarici şirkətlərin çox səmərəli fəaliyyəti, Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyəti imkan verdi ki, biz bu əfsanəni realliğa, gerçəkliyə çevirdik.
Mən şübhə etmirəm ki, bundan sonra da Baki-Tbilisi-Ceyhan Azərbaycan xalqina, bizim qonşu, dost ölkələrimizə çox böyük səmərə, fayda gətirəcəkdir. Bu kəmər, əlbəttə ki, ilk növbədə bizim iqtisadi problemlərimizin həlli üçün bizə kömək edəcəkdir. Sosial problemlərin həlli də öz əksini tapmalidir. Amma eyni zamanda, biz onu da gözəl bilirik ki, regionda təhlükəsizlik sisteminin möhkəmlənməsi işində bu kəmərin rolu çox böyük olacaqdir. Buna ehtiyac var. Hələ ki, bölgədə sülh, əmin-amanliq, təhlükəsizlik tam mənada bərqərar olunmayibdir. Bölgədə təhlükələr var. Onlardan biri də Ermənistanin Azərbaycana qarşi etdiyi təcavüz, bu təcavüzün nəticəsində torpaqlarimizin 20 faizinin işğal altina düşməsi və bir milyondan artiq azərbaycanlinin qaçqin və köçkün vəziyyətində yaşamasidir. Biz əminik ki, bütün imkanlardan istifadə edərək, ədaləti bərpa edəcəyik. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və bizim suverenliyimiz tam bərpa olunacaqdir. Bölgədə buna bənzər digər separatçiliq hərəkəti mövcuddur. Ona görə də Baki-Tbilisi-Ceyhan neft kəmərinin, bölgədə əməkdaşliğin, sülhün, təhlükəsizliyin təmin edilməsində mühüm rolu olacaqdir.
Bu kəmər eyni zamanda regional əməkdaşliq baximindan da çox gözəl nümunədir, örnəkdir. Bu kəmər dünyanin ən iri, ən nəhəng enerji layihəsidir. Yalniz və yalniz üç ölkənin birgə fəaliyyəti, əməkdaşliği və dostluğu nəticəsində biz bu kəməri bu gün istismara veririk. Türkiyə, Gürcüstan və Azərbaycanin rəhbərləri, vəzifəli şəxləri, mütəxəssisləri vahid bir komanda kimi, bir ailə kimi bu kəmərin tikilməsi üçün fəal işləmişlər və onun istismara verilməsi gələcək regional əməkdaşliqdan ötrü çox böyük əhəmiyyət kəsb edəcəkdir.
Kəmərin fəaliyyətindən əldə olunacaq gəlirlərin səmərəli istifadə edilməsi də bizi çox düşündürür. Azərbaycan hökuməti bu sahədə şəffafliğin təmin olunmasi üçün əlindən gələni edir. Xalqimizin ümumilli lideri Heydər Əliyevin qərari ilə Azərbaycanda Neft Fondu yaradilmişdir və neft əməliyyatlarindan əldə olunan bütün gəlirlər o Fondda cəmləşir. Fondda çox açiq, şəffaf şəkildə beynəlxalq audit keçirilir və Azərbaycan vətəndaşlari dəqiq məlumat əldə edirlər. Biz hesab edirik ki, Azərbaycan iqtisadiyyatina bu layihələrdən gələcək böyük vəsait səmərəli istifadə olunmalidir, hər bir Azərbaycan vətəndaşi bu gözəl imkanlardan faydalanmalidir və neft gəlirləri Azərbaycanda ədalətli bölünməlidir. Bizim hökumətimiz bunu təmin etmək üçün əlindən gələni edir və əminəm ki, buna nail olacağiq.
Mən bu gün Amerika Birləşmiş Ştatlarinin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Hamimiz gözəl bilirik ki, əgər bu dəstək olmasaydi, bizim planlarimiz həyata keçə bilməzdi. Biz bu dəstəyi 1994-cü ildən başlayaraq bu günə qədər hiss edirik. Amerika Birləşmiş Ştatlari hökumətinin bizim bütün enerji layihələrimizi dəstəkləməsi bu kəmərin istismara verilməsinə böyük kömək göstərdi. Biz çox şadiq ki, aramizda çox gözəl əməkdaşliq var. Amerika və Azərbaycan müxtəlif sahələrdə çox səmərəli işləyirlər. Biz tərəfdaşiq, dünyada gedən proseslərə eyni baxişlarla yanaşiriq. Amerika Birləşmiş Ştatlarinin energetika nazirinin bugünkü tədbirdə iştirak etməsi də göstərir ki, bu layihə ABŞ-in maraqlarinin təmin olunmasi üçün böyük əhəmiyyət kəsb edir.
Bu gün mən xüsusilə BP şirkətinin və onun prezidenti lord Braunun fəaliyyətini qeyd etmək istəyirəm. Buraya gəlməzdən əvvəl biz muzeydə nümayiş etdirilən ekspozisiya ilə taniş olduq, 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasi münasibətilə təşkil olunmuş mərasimdə çəkilmiş şəkilləri də gördük. Orada gördük ki, hörmətli lord Braun Heydər Əliyevlə birlikdə müqavilənin imzalanmasinda iştirak edirlər. Lord Braunun fəaliyyəti həlledici rol oynamişdir və dünyanin aparici neft şirkəti olaraq BP şirkəti Azərbaycana, Azərbaycan iqtisadiyyatina çox böyük həcmdə sərmayə qoyubdur. Bu onu göstərir ki, bizim aramizda çox səmimi əlaqələr, qarşiliqli inam var. Biz bunu hiss edirik və görürük ki, BP şirkəti Azərbaycan cəmiyyətinin ayrilmaz hissəsinə çevrilibdir. Biz bunu çox yüksək qiymətləndiririk və çox şadiq ki, burada BP-ni təmsil edən insanlar bizimlə bərabər çox fəal işləyirlər və bu gün mən cənab Devid Vudvordun da xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Bütün başqa xarici neft şirkətlərinin nümayəndələrinin xidmətlərini qeyd edirəm və birgə fəaliyyətə görə onlara öz minnətdarliğimi bildirmək istəyirəm. Bizim aramizda çox gözəl minasibətlər var və xarici şirkətlərin Azərbaycanin bu gününə və sabahina da böyük inami var. Əgər bu inam olmasaydi, heç vaxt Azərbaycana on milyardlarla dollar vəsait qoyulmazdi.
Bu gün Azərbaycan neftinin də böyük bayramidir. Mən bu bayram günündə bu yüksək kürsüdən Azərbaycan neftçilərini ürəkdən təbrik edirəm. Onlara salamlarimi çatdirmaq, öz hörmətimi bildirmək istəyirəm. Azərbaycan Dövlət Neft Şirkətinin də müstəsna rolu olmuşdur və mən bunu çox yüksək qiymətləndirirəm. Fəxr edirəm ki, mənim də həyatimin böyük hissəsi - 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçmişdir. Mən bütün neftçilərə, burada iştirak edən neftçilərə, bizim xarici həmkarlarimiza və burada olmayan bütün neftçilərə öz hörmətimi, ehtiramimi bildirmək istəyirəm. O illər mənim həyatimda çox mühüm illər idi, mənim fəaliyyətim üçün çox faydali idi və mən o günləri heç vaxt unutmayacaq, yaddan çixarmayağacam. Fəxr edirəm ki, 1994-cü ildən mən də bu layihələrin həyata keçirilməsində öz əməyimi göstərmişəm.
Bu gün bayram günüdür, hamimiz sevinirik. Amma eyni zamanda, kədərli hissəlr də keçiririk. Çünki Baki-Tbilisi-Ceyhan neft kəmərinin memari, təşəbbüskari, Azərbaycanin neft strategiyasinin təşəbbüskari, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqimizin ümumilli lideri Heydər Əliyev bizim aramizda deyildir. Onun uzaqgörənliyi, qətiyyəti, onun fəaliyyəti olmasaydi, əminəm ki, biz bütün bu uğurlara nail ola bilməzdik. O, çox istəyirdi, çox gözləyirdi ki, Baki-Tbilisi-Ceyhan neft kəməri nə vaxt istismara veriləcəkdir. 2002-ci ilin sentyabr ayinda elə bu Səngəçal terminalinin ərazisində Baki-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. O günü biz çox yaxşi xatirlayiriq. Heydər Əliyev onlan sonra dəfələrlə maraqlanirdi, soruşurdu ki, nə vaxt kəmər istismara veriləcək, hansi tarixdə işə başlayacaqdir. Ancaq tale ona nəsib etmədi ki, bu gün bizimlə bərabər olsun və bu günə sevinsin. Amma onun ideyalari yaşayir, siyasəti yaşayir, bu siyasət bu gün davam etdirilir, Azərbaycan xalqina böyük uğurlar gətirir və gələcəkdə də uğurlar gətirəcəkdir. Memari, təşəbbüskari Heydər Əliyev olan Baki-Tbilisi-Ceyhan neft kəməri bu gün istismara verilir.
Əziz dostlar, bu gözəl bayram münasibətilə sizin haminizi, Azərbaycan xalqini, türk xalqini, gürcü xalqini, bütün bizim dostlarimizi bir daha ürəkdən salamlayiram, sizə öz təbriklərimi çatdiriram. Arzu edirəm ki, bu kəmərin həyati, fəaliyyəti uğurlu olsun, xalqimiza, bizim bölgəyə sülh, əmin-amanliq, rifah, firavanliq, xoşbəxtlik gətirsin. Sağ olun.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.