12.11.2017 04:34
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

YÜK DAŞINMASI MÜQAVİLƏSİ ÜÇÜNCÜ ŞƏXSİN XEYRİNƏ BAĞLANAN MÜQAVİLƏ KİMİ

S.S.Allahverdiyev, Odlar Yurdu
Universiteti «Mülki, cinayət və
cinayət prosesi» kafedrasinin
porofessoru


Müəllif mülki hüquq elmində yük daşinmasi müqaviləsinin hüquqi təbiəti barədə mövcud olan konvensiyalari elmi cəhətdən araşdirir.
Araşdirma nəticəsində belə bir qənaətə gəlinir ki, yük daşinmasi müqaviləsi üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kateqoriyasina aiddir
.

Mülki hüquq elmində (doktrinasinda) yük daşinmasi müqaviləsinin hüquqi təbiəti barədə yaranan mübahisənin predmetini təşkil edən ikinci məsələ yük daşinmasi müqaviləsinin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə olub-olmamasi barədə diskussiyadir. Bu mübahisəli məsələnin tarixi inqilaba qədərki rus mülki qanunvericiliyinə gedib çixir. Mübahisə sovet dövrünün hüquq ədəbiyyati səhifələrinə çixarilaraq davam etmişdir. Müasir dövrdə o, ən mübahisəli məsələlərdən biri kimi qalmaqdadir.
Mübahisənin əsasini yük daşinmasi müqaviləsi ilə bağli münasibətlərdə iştirak edən yükalanin hüquqi statusu barədə məsələ təşkil edir. Belə ki, yük daşinmasi müqaviləsində iki tərəf çixiş edir: daşinma prosesini həyata keçirən daşiyici (nəqliyyat təşkilati), təyinat yerinə çatdirmaq və daşinmaq məqsədilə yükü daşiyiciya təhvil verən şəxs yükgöndərən. Bəzi hallarda təyinat yerinə çatdirildiqda yükü yükgöndərən özü alir. Belə hallarda yükalan qismində yükgöndərənin özü çixiş edir və onlar eyni bir şəxsdə birləşərək üst-üstə düşür. Bu cür hala, xüsusən avtomobil daşimalarinda rast gəlmək mümkündür. Məsələn, alici mali avtonəqliyyat təşkilatinin vasitəsi ilə saticinin (malgöndərənin) anbarindan öz anbarina çatdirir (daşiyir). Burada alici, eyni zamanda, həm yükgöndərən, həm də yükalandir. Başqa bir misalda, yükgöndərən müəssisə dəmiryol nəqliyyati ilə öz filialina yük göndərir. Filial həmin müəssisənin (hüquqi şəxsin) adindan hərəkət edərək yükü alir. Başqa bir misalda, filial tabe olduğu müəssisəyə (hüquqi şəxsə) yük göndərir.
Lakin həmişə belə olmur. Çox vaxt yükü təyinat yerində yükgöndərənin özü deyil, başqa şəxs alir. Belə ki, adətən yükgöndərən yükü daşiyiciya (nəqliyyat təşkilatina) təhvil verərkən təyinat yerində yükü almaq səlahiyyəti olan şəxsin adini çəkir (göstərir). Həmin şəxsə yükalan deyilir. Belə hallarda isə yükgöndərən və yükalan eyni deyil, müxtəlif şəxslərdir.
Yükalan və yükgöndərən, adətən, bir-biri ilə malgöndərmə müqaviləsi üzrə münasibətlərdə olan şəxslərdir. Bu müqaviləyə görə, yükgöndərən satici qismində çixiş edərək mal göndərməyi öhdəsinə götürür. Bu öhdəliyi icra etmək üçün o, həmin müqavilədə alici qismində çixiş edən yükalanin adina yükü (mali) yola salir və daşiyici ilə yük daşinmasi müqaviləsi bağlayir. Bu müqavilənin bağlanmasi üzrə münasibətlərdə isə, göründüyü kimi, üç kateqoriya subyekt (şəxs) çixiş edir: daşiyici (nəqliyyat müəssisəsi), yükgöndərən (yükü yola salan), yükalan. Bu hal müqavilə hüququnda adi və normal olmayan vəziyyətin yaranmasina gətirib çixarir. Bu baximdan, hüquq ədəbiyyati səhifələrində yük daşinmasi müqaviləsinin hüquqi təbiəti və xarakteri barədə dörd konsepsiya irəli sürülür (Həmin konsepsiyalar barədə bax: Ioffe O.S. Sovetskoe qrajdanskoe pravo. Kurs leküiy. Çastğ 2. L., 1961, s. 275-276; Saviçev Q.P. Doqovor vozduşnoy perevozki. M., 1963, s. 14-15; Tarasov M.A. Doqovor perevozki. Rostov, 1965, s. 123; Ioffe O.S. Obəzatelğstvennoe pravo. M., 1975, s. 563; Eqiazarov V.A. Transportnoe pravo. Uçebnoe posobie. M., 2002, s. 61-69; Vitrənskiy V.V. Doqovor perevozki. M., 2001, s. 102-104. ).
Birinci konsepsiyaya görə, yük daşinmasi müqaviləsi öz hüquqi təbiətinə görə üçtərəfli müqavilədir. Bu konsepsiya tərəfdarlari öz mövqelərinin düzgün olmasini əsaslandirmaq üçün müxtəlif dəlillər gətirirlər. Həmin konsepsiyaya görə, yükalan yük daşinmasi müqaviləsinin bağlanmasinda iştirak etməsə də, müqavilənin müstəqil subyekti, xüsusi tərəfi kimi taninir, yük daşinmasi müqaviləsinin icrasi prosesində müəyyən hüquqlar əldə edir və konkret vəzifələr daşiyir; yükalanin müqavilə üzrə bu cür xüsusi vəziyyəti əsas verir ki, yük daşinmasi müqaviləsi üçtərəfli müqavilədir; yük daşinmasi müqaviləsi üç tərəf (daşiyici, yükgöndərən və yükalan) üçün öhdəlik yaradir və üç tərəfin sazişi sayilir; tərəflərin hamisi hüquq və vəzifələrə malikdir (Bax: Tarasov M.A. Oçerki transportnoqo prava. M., 1951, s. 98-99; Saviçev Q.P. Doqovor vozduşnoy perevozki. M., 1963, s. 14-15; Tarasov M.A. Doqovor perevozki. Rostov, 1965, s. 123; Allaxverdov M.A., Saviçev Q.P. Doqovori o perevozkax qruzov. M., 1967, s. 115; Qrajdanskoe pravo. Uçebnik. Tom 2 / Pod red. E.A.Suxanova. M., 1993, s. 273; Qureviç Q.S. K voprosu o pravovoy prirode doqovora perevozki qruzov // Uçen. zap. Kişinevskoqo qosudarst. Univer. Tom 67, 1964, s. 46; Petrov I.N. Povisitğ otvetstvennostğ perevozçika za soxranennostğ qruzov // Sov. östiüiə. 1966. № 11, s. 13; Maseviç M.Q. Doqovor postavki i eqo rolğ v ukreplenii xozrasçeta. Alma-Ata. 1964, s. 172-174; Eqiazarov V.A. Transportnoe pravo. Uçebnoe posobie. M., 2001, s. 69.); yükalan məhkəmədə öz mənafeyini müdafiə etmək üçün bütün prosessual hüquqi vasitələrə malikdir və iddiaçini (və cavabdehi) tərəf kimi taniyan mülki prosesin normasina görə o, yükdaşima müqaviləsində xüsusi tərəf kimi çixiş edir.
Üçtərəfli (çoxtərəfli) müqavilə ideyasinin əsas müəllifləri M.A.Tarasov və Q.P.Saviçev olmuşlar. Q.P.Saviçev bu ideyaya tərəfdar olmamişdan əvvəl yük daşinmasi müqaviləsini «xüsusi növ» müqavilə hesab edirdi (Bax: Saviçev Q.P. Nekotorie voprosi doqovornix otnoşeniy po vozduşnim perevozkam qruzov // Vestnik MQU, seriə pravo. 1960, № 1.).. Sonralar müəllif öz mövqeyini dəyişərək «üçtərəfli müqavilə» konsepsiyasina tərəfdar çixmişdir. Sonralar isə o, bu konsepsiyadan imtina edərək başqa konsepsiyani dəstəkləmişdir (Bax: Qrajdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 2/ Pod red. E.A.Suxanova. M., 2000, s. 40.).
Üçtərəfli müqavilə konsepsiyasini, məsələnin mahiyyətini düzgün ifadə etmədiyinə görə, qəbul etmək olmaz. Belə ki, birincisi, yükalan müqavilənin bağlanmasinda iştirak etmir. Üçtərəfli müqavilə isə üç tərəfin iradi ifadəsi və sazişi deməkdir. Ikincisi, yükalan yükgöndərənə münasibətdə hər hansi hüquq və vəzifəyə malik deyildir, yəni yük daşinmasi müqaviləsində yükgöndərənlə yükalan arasinda qarşiliqli hüquq və vəzifələrin mövcudluğuna rast gəlmirik. Üçtərəfli müqavilələrdə isə tərəflər bir-birlərinə münasibətdə qarşiliqli hüquq və vəzifələrə malik olurlar: tərəflərdən birinin hüququna qarşi digər tərəfin vəzifəsi durur. Deməli, üçtərəfli müqavilə ideyasi yük daşinmasi müqaviləsinin modeli üçün yararli deyil.
Ikinci konsepsiya tərəfdarlarinin mövqeləri ikitərəfli əqd (müqavilə) ideyasinin əsasini təşkil edir. Bu konsepsiyaya görə, yükdaşima müqaviləsi iki tərəfin iradəsini ifadə etdiyi üçün əqdlərin təsnifi baximindan ikitərəfli əqd (müqavilə) kateqoriyasina aid edilməlidir; bu müqavilədə iki tərəf iştirak edir: daşiyici bir tərəfi təmsil edir, yükalanla yükgöndərən isə birlikdə digər tərəf rolunda çixiş edirlər. Yükalan yük daşinmasi müqaviləsinin xüsusi subyekti (tərəfi) deyil, yükgöndərənlə birlikdə bilavasitə eyni bir (vahid) tərəfi hesab edilir. Yükalan daşima müqaviləsi üzrə yükgöndərənlə bilavasitə münasibətdə olmaqla, onunla eyni (vahid) tərəf təşkil edir. Beləliklə, göstərilən konsepsiyaya görə, yük daşinmasi müqaviləsində bir tərəfi daşiyici (nəqliyyat müəssisəsi), digər tərəfi isə (qarşi tərəfi, kontragenti) yükgöndərən və yükalan (birlikdə) təmsil edir. Yola salma yerində daşiyici ilə yükgöndərən arasinda yük daşinmasi müqaviləsi bağlanan andan yükalan müqavilənin subyekti olur.
Göstərilən konsepsiyanin müəllifləri öz mövqelərini müxtəlif dəlillərlə əsaslandirirlar: yük təyinat yerinə çatdiqda daşiyici qarşisinda məsuliyyəti yükalan daşiyir; yükalan daşiyicidan yükün verilməsini tələb etmək hüququnu yükgöndərənə verə bilər; yük itərkən itirilmiş yükün dəyərinin ödənilməsini tələb etmək hüququ həm yükgöndərənə, həm də yükalana məxsus ola bilər (tələbin irəli sürülməsi üçün zəruri olan sənədin kimdə olmasindan asili olaraq); daşima haqqi nəzərdə tutulduğu məbləğdən artiq ödənildikdə, artiq ödənilmiş məbləği geri qaytarilmasini həm yükgöndərən, həm də yükalan tələb edə bilər (Bu barədə bax: Eqiazarov V.A. Transportnoe pravo. Uçebnoe posobie. M., 2002, s. 65.).
Göstərilən konsepsiya da yük daşinmasi müqaviləsinin hüquqi statusunu kifayət qədər müəyyənləşdirmir. Ona görə də bu konsepsiya ilə razilaşmaq olmaz. Belə ki, müqavilə öhdəliklərində çixiş edən tərəfləri (və ya tərəflərdən birini) iki və daha artiq şəxs təmsil edən hallarda, öhdəlikdə şəxslər çoxluğu yaranir: bu cür öhdəliyə görə həmin şəxslər eyni hüquqlara malik olub, eyni vəzifələr daşiyirlar. Əgər yük daşinmasi müqaviləsində yükalan və yükgöndərən eyni (vahid) tərəfi təmsil edərdilərsə, onda məlum məsələdir ki, öhdəlikdə şəxslər çoxluğu yaranardi və onlar eyni hüquqlara malik olub, eyni vəzifələr daşiyardilar. Lakin məsələ burasindadir ki, nəqliyyat qanunvericiliyinə görə, yükalan və yükgöndərən müxtəlif hüquqlara malik olub, müxtəlif vəzifələr daşiyirlar, bəzən də onlari müstəqil surətdə həyata keçirirlər. Məsələn, yükgöndərən yükü daşiyiciya təhvil vermək (konsensual daşima müqaviləsində), daşima haqqini ödəmək, yükalan isə onun ünvanina daxil olmuş yükü qəbul etmək, yükü daşiyib aparmaq və s. vəzifələr daşiyirlar. Digər tərəfdən, yükalan və yükgöndərən daşiyici (nəqliyyat müəssisəsi) qarşisinda həm müstəqil, həm də müxtəlif məsuliyyət daşiyirlar (Bax: Ioffe O.S. Sovetskoe qrajdanskoe pravo. Kurs leküiy (Uçebnoe posobie). L., 1961, çastğ 2, s. 276; Ioffe O.S. Obəzatelğstvennoe pravo. M., 1975, s. 564.).
Dediklərimizdən belə bir nəticə çixara bilərik ki, yükalan və yükgöndərən yük daşinmasi müqaviləsində vahid tərəf kimi çixiş etmirlər. Buna görə də, həmin müqaviləyə öhdəlikdə şəxslər çoxluğu barədə qaydalar tətbiq edilə bilməz. Onlarin vahid tərəf olmasi həmin qaydalara ziddir (Bax: Vitrənskiy V.V. Doqovor perevozki. M., 2003, s. 104.).
Üçüncü konsepsiyaya görə, yük daşinmasi müqaviləsi icrasi üçüncü şəxsə həvalə edilən müqavilələr kateqoriyasina aid edilməlidir. Bu konsepsiyanin müəllifi K.K.Yaiçkovdur (Bax: Əiçkov K.K. Doqovor jeleznodorojnoy perevozki qruzov po sovetskomu pravu. M., 1958, s. 141.). Həmin konsepsiyaya görə, yük daşinmasi müqaviləsinin tərəfləri daşiyici və yükgöndərəndən ibarətdir. Yükalan isə yük daşinmasi müqaviləsini icra edən şəxsdir. Müəllif öz konsepsiyasini əsaslandirmağa çalişir. Onun fikrincə, daşiyici yükü təyinat yerində yükalana verir və yükalan da yükü qəbul edir; bununla o, daşiyici ilə yükgöndərən arasinda bağlanmiş yükdaşima müqaviləsini icra edir.
Bu konsepsiyani da müəyyən amillərə əsaslanaraq qəbul etmək olmaz. Belə ki, hər hansi müqavilənin icrasi üçüncü şəxsə həvalə edilərsə, onda həmin şəxs müqavilə öhdəliyindən (hüquq münasibətindən) kənarda qalir. O, həmin öhdəliyin tərəfinə çevrilməyərək onun iştirakçisi olmur. Üçüncü şəxs kreditora münasibətdə yalniz faktiki hərəkətlər yerinə yetirir və mülki hüquq və vəzifələrə malik olmur. O, yalniz öhdəliyi icra etməyə hüququ çatan şəxsdir. Kreditorla üçüncü şəxs hər hansi bir hüquq münasibətinə daxil olmur. Kreditor qarşisinda «borclu şəxs" kimi həmin şəxs deyil, yenə də borclu qalir (Bax: Allahverdiyev S.S. Azərbaycan Respublikasinin mülki hüququ. Dərslik. I cild. II kitab. Baki, 2003, s. 364.) . Üçüncü şəxsin hərəkətləri üçün kreditor qarşisinda borclu məsuliyyət daşiyir (MM-in 457-ci maddəsi). Digər tərəfdən, kreditor üçüncü şəxs qarşisinda mülki-hüquqi məsuliyyət daşimir. Yük daşinmasi müqaviləsi üzrə isə yükalan mülki hüquqlara (məsələn, daşiyicidan yükün verilməsini tələb etmək hüququna və s.) malik olub, mülki vəzifələr (məsələn, yükü təyinat yerində qəbul etmək və daşiyib aparmaq vəzifəsi, daşima haqqini ödəmək vəzifəsi və s.) daşiyir. Bundan əlavə, yükalan daşiyici (kreditor) qarşisinda məsuliyyət daşiyir (məsələn, yükü vaxtinda boşaltmadiğina görə, daşima vasitəsinin boş dayanmasina görə və s.). Digər tərəfdən, daşiyici da yükalan qarşisinda məsuliyyət daşiyir. Buna görə də zəruri olduqda yükalan daşiyiciya tələb irəli sürə bilər.
Göstərdiyimiz arqumentlər onu sübut edir ki, müqavilə üzrə yükalan icrasi şəxsə həvalə edilən üçüncü şəxs hesab edilə bilməz. Onlarin hüquqi vəziyyəti bir-birinə uyğun gəlmir. Buna görə də yük daşinmasi müqaviləsi icrasi üçüncü şəxsə həvalə edilən müqavilə kimi tanina bilməz.
Dördüncü konsepsiyanin müəllifləri göstərirlər ki, yük daşinmasi müqaviləsi üçüncü şəxsin xeyrinə bağlanan müqavilədir. Həmin konsepsiyanin mahiyyəti yük daşinmasi müqaviləsini üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kimi təsnif etməkdən ibarətdir. Hüquq ədəbiyyati səhifələrində kifayət qədər geniş yayilan bu konsepsiya üstünlük təşkil edir. Onun çoxsayli tərəfdarlari vardir. Müəlliflərin demək olar ki, əksəriyyəti həmin konsepsiyani dəstəkləyirlər (Məsələn, bax: Antoşin A.N. Materiali k kursu kommerçeskoy gkspluataüii. M., 1927, s. 66; Rikaçev V.N. Morskoe torqovoe pravo. M., 1928, s. 77; Çerepaxin B.B. Otvetstvennostğ qruzopoluçatelə po doqovoru perevozki. Irkutsk. 1927, s. 7; Qusakov A.Q. Jeleznodorojnoe pravo po zakonodatelğstvu SSSR. M., 1929, s. 47; Izvolenskiy V.N. Pravovie voprosi jeleznodorojnix perevozok. M., 1951, s. 40, 178; Şvarü X.I. Doqovor avtomobilğnoy perevozki. M., 1951, s. 56-58; Alekseev S.S. Qrajdanskaə otvetstvennostğ za nevipolnenie plana jeleznodorojnix perevozok qruzov. M., 1959, s. 39; Ioffe O.S. Sovetskoe qrajdanskoe pravo. Kurs leküiy. Çastğ 2. L., 1961, s. 274; Ioffe O.S. Obəzatelğstvennoe pravo. M., 1975, s. 561-563; Makovskiy A.L. Pravovoe requlirovanie morskix perevozok qruzov. M., 1961, s. 84-87; Astanovskiy Q.B. Pravovoe polojenie qruzopoluçatelə i prinüip realğnoqo ispolğneniə v doqovore perevozki // Pravovedenie. 1963, № 4, s. 51-61; Kommentariy k Ustavu jeleznix doroq SSSR, s. 59; Xodunov M.E. Pravovoe requlirovanie deətelğnosti transporta. M., 1965, s. 73-74; Allaxverdov M.A., Saviçev Q.P. Doqovori o perevozkax qruzov. M., 1967, s. 21; Xaskelğberq B.L. Obəzatelğstvo jelezndorojnoy perevozki qruza po sovetskomu pravu (avtoref. dis. d.ö.n. Tomsk, 1969, s. 20; Sovetskoe qrajdanskoe pravo. Uçebnik / Otv. red. O.N.Sadikov. M., 1983, s. 291; Osnovi sovetskoqo qrajdanskoqo prava. Uçebnoe posobie / Otv. red. Ə.A.Kunik. M., 1986, s. 246; Qrajdanskoe pravo. Uçebnik. Çastğ 2 / Pod red. A.Q.Kalpina. M., 1999, s. 249; Qrajdanskoe pravo Rossii. Kurs leküiy. Çastğ 2. / Otv. red. O.N.Sadikov. M., 1997, s. 378; Qrajdanskoe pravo. Uçebnik. Çastğ 2 / Pod red. A.P.Serqeeva, Ö.K.Tolstoqo. M., 1997, s. 381; Qrajdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 2 / Pod red. E.A.Suxanova. M., 2000, s. 40; Vitrənskiy V.V. Doqovor perevozki. M., 2001, s. 286.)
Inqilaba qədərki rus amillərindən G.V.Şerşeneviç də yük daşinmasi müqaviləsini üçüncü şəxsin xeyrinə bağlanan müqavilələr kateqoriyasina aid edirdi. O yazirdi ki, yük daşinmasi müqaviləsi yükgöndərənlə daşiyici arasinda bağlanir, yükalan isə xeyrinə müqavilə bağlanan üçüncü şəxsdir (Bax: Şerşeneviç Q.F. Kurs torqovoqo prava. Tom 2, M., 1999, s. 239; Şerşeneviç Q.F. Uçebnik russkoqo qrajdanskoqo prava (po izdaniö 1907, M.,). s. 313.).
Üçüncü şəxsin xeyrinə bağlanan müqavilə konsepsiyasinin tərəfdarlari belə hesab edirlər ki, yükalanin özü yük daşinmasi müqaviləsinin bağlanmasinda iştirak etmir. Lakin buna baxmayaraq, yükalan həmin müqavilə üzrə hüquqlar, hər şeydən əvvəl, daşiyicidan onun ünvanina daxil olmuş yükün verilməsini tələb etmək hüququ əldə edir, yükalan yükgöndərənin nümayəndəsi kimi deyml, öz adindan daşiyiciya tələb irəli sürə bilər. Bunlardan belə bir nəticəyə gəlinir ki, yük daşinmasi müqaviləsi öz hüquqi statusuna görə üçüncü şəxsin xeyrinə bağlanan müqavilədir.
Biz də o müəlliflərə qoşuluruq ki, onlar yük daşinmasi müqaviləsi konstruksiyasina üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kimi baxirlar. Başqa sözlə desək, biz üçüncü şəxsin xeyrinə bağlanan müqavilə konsepsiyasini dəstəkləyirik.
Lakin hüquq ədəbiyyati səhifələrində yük daşinmasi müqaviləsinin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kimi təsnif edilməsinə və taninmasina mane olan yeganə bircə arqument irəli sürülür (Məsələn, bax: Saviçev Q.P. Doqovor vozduşnoy perevozki. M., 1963, s. 15; Allaxverdov M.A., Saviçev Q.P. Doqovori o perevozkax qruzov. M., 1967, s. 113-114; Eqiazarov V.A. Transportnoe pravo. Uçebnoe posobie. M., 2001, s. 63-64.). Bu arqumentə görə, Mülki Məcəllənin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə barədə müəyyənləşdirdiyi normaya əsasən, üçüncü şəxs müqavilə üzrə yalniz hüquqlar əldə edir və hər hansi vəzifə daşimir. Yük daşinmasi müqaviləsində isə yükalan həm hüquqlara malikdir, həm də vəzifə daşiyir (məsələn, yükü boşaltmaq, daşima haqqini ödəmək, yükü qəbul etmək və daşiyib aparmaq və s.). Buna görə nəticə çixarilirdi ki, yük daşinmasi müqaviləsinin məzmunu həmin müqaviləni üçüncü şəxsin xeyrinə bağlanan müqavilə hesab etmək üçün əsas ola bilməz.
Lakin yükalanin üzərinə bir sira vəzifələr qoyulmasi yük daşinmasi müqaviləsinin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kimi təsnif edilməsinə və taninmasina, həmin müqavilənin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kateqoriyasina aid edilməsinə qətiyyən mane ola bilməz. Belə ki, O.S.Ioffenin haqli olaraq göstərdiyi kimi, Mülki Məcəllənin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə barədə formulə etdiyi ümumi qayda heç də üçüncü şəxsin üzərinə müəyyən vəzifələr qoyulmasini nəzərdə tutan müqavilə (üçüncü şəxsin xeyrinə bağlanan müqavilə) bağlanmasini qadağan etmir (Bax: Ioffe O.S. Sovetskoe qrajdanskoe pravo. Kurs leküiy. L., 1961, çastğ 2, s. 274; Ioffe O.S. Obəzatelğstvennoe pravo. M., 1975, s. 562.). Digər tərəfdən, yükalanin üzərinə müəyyən vəzifələr yük daşinmasi müqaviləsi ilə deyil, nəqliyyat qanunvericiliyinin imperativ göstərişləri əsasinda qoyulur (Bax: Vitrənskiy V.V. Doqovor perevozki. M., 2001, s. 286; Eqiazarov V.A. Transportnoe pravo. Uçebnoe posobie. M., 2002, s. 65.). Yükalanin qanunvericilikdə nəzərdə tutulan müəyyən vəzifələr daşimasi isə üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kimi yük daşinmasi müqaviləsi anlayişi ilə ziddiyyət təşkil etmir.
Yük daşinmasi müqaviləsinin üçüncü şəxsin xeyrinə bağlanan müqavilə növünə aid edilməsinə başqa bir cəhət də mane olur. Belə ki, Mülki Məcəllədə ifadə olunan göstərişə görə, üçüncü şəxsin onun üçün müəyyənləşdirilmiş hüququ qəbul etməsi, yəni hüququndan istifadə etməsi onun raziliğindan asildir. Lakin qeyd etmək lazimdir ki, yükalan yük verilməsini daşiyicidan tələb etmək hüququndan istifadə etməsinə öz raziliğini yükgöndərənlə mal göndərmə, alqi-satqi və digər mülki-hüquqi müqavilələr bağladiği zaman bildirir. Yükalanin yükün verilməsini tələb etmək hüququ məhz bu müqavilələrə əsaslanir (Bax: Qrajdanskoe pravo. Kurs leküiy. Çastğ 2 / Otv. red. O.N.Sadikov. M., 1997, s. 378.). Bu zaman yükalan həm də yük daşinmasi müqaviləsi bağlanmasina raziliq verir (Bax: Sovetskoe qrajdanskoe pravo. Uçebnik. Tom 2. L., 1971, s. 222.). Həmin müqavilələr bağlanarkən yükalan yükü qəbul etmək hüququndan istifadə edib-etməməsinə raziliq verir. Yükalanin yük daşinmasi müqaviləsinin bağlanmasina raziliq verib-verməməsi məsələsinə gəldikdə isə, yük daşinmasi müqaviləsini üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kimi tanimaq üçün bu cür raziliğin olmasi tələb edilmir. Əgər yükalanin yük daşinmasi müqaviləsinin bağlanmasina raziliq verməsi tələb edilsəydi, onda həmin müqavilə üçüncü şəxsin xeyrinə bağlanan müqavilə kimi deyil, üçtərəfli müqavilə kimi təsnif edilərdi. Axi, mülki hüquq nəzəriyyəsi baximindan, əgər müəyyən şəxs müqavilənin bağlanmasina öz raziliğini (iradəsini) bildirərsə, onda həmin şəxs müqavilənin tərəfi sayilir. Digər tərəfdən, mülki qanunvericiliyə görə, üç şəxsin razilaşmasi üçtərəfli müqavilə hesab edilir (MM-in 389-cu maddəsinin 1-ci bəndi).
Dediklərimizdən belə nəticə çixara bilərik ki, Azərbaycan Respublikasinin nəqliyyat hüququna görə yük daşinmasi müqaviləsinin hüquqi statusu yalniz üçüncü şəxsin xeyrinə bağlanan müqavilə konstruksiyasi vasitəsilə müəyyənləşdirilməli və izah edilməlidir. Doğrudan da bu, yük daşinmasi müqaviləsinin hüquqi təbiətini təyin etmək üçün optimal konstruksiyadir.

ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT:

1.Иоффе О.С. Советское гражданское право. Курс лекций. Часть 2. Л., 1961, с. 275-276;
2.Гражданское право. Учебник. Том 2. Полутом 2/ Под ред. Е.А.Суханова. М., 2000, с. 40.
3.Гражданское право. Учебник. Часть 2 / Под ред. А.Г.Калпина. М., 1999, с. 249;
4.Allahverdiyev S.S. Azərbaycan Respublikasэnэn mьlki hьququ. Dərslik. I cild. II kitab. Bakэ, 2003, s. 364.)
5.Гражданское право России. Курс лекций. Часть 2. / Отв. ред. О.Н.Садиков. М., 1997, с. 378;
6.Гражданское право. Учебник. Часть 2 / Под ред. А.П.Сергеева, Ю.К.Толстого. М., 1997, с. 381;
7.Савичев Г.П. Договор воздушной перевозки. М., 1963, с. 14-15;
8.Тарасов М.А. Договор перевозки. Ростов, 1965, с. 123;
9.Иоффе О.С. Обязательственное право. М., 1975, с. 563;
10.Егиазаров В.А. Транспортное право. Учебное пособие. М., 2002, с. 61-69;
11.Витрянский В.В. Договор перевозки. М., 2001, с. 102-104.
12.Ходунов М.Е. Правовое регулирование деятельности транспорта. М., 1965, с. 73-74;
13.Аллахвердов М.А., Савичев Г.П. Договоры о перевозках грузов. М., 1967, с. 21;
14.Хаскельберг Б.Л. Обязательство железндорожной перевозки груза по советскому праву (автореф. дис. д.ю.н. Томск, 1969, с. 20;

ДОГОВОР ГРУЗОПЕРЕВОЗОК КАК ОСНОВА ОБРАЗОВАНИЕ ОБЯЗАТЕЛЬСТВ ПО ПЕРЕВОЗКАМ С.С.Аллахвердиев,
профессор кафедры «Гражданский,
уголовный и уголовный процесс»
Университета «Одлар Юрду»


Автор с научной точки зрения иследует существующие концепции основ возникновения обязательств по перевозок.
В результате исследования выдвигаается такое мнение, что договор о грузоперевозок является основой возникновения обязательств но перевозке.


CARGO TRANSPORTATION AGREEMENTS MAKE THE BASE OF CARGO TRANSPORTATION OBLIGATIONS FOR CARGO TRANSPORTATION
S.S.Allakhverdiyev
, Professor of Chair of law of
“Odlar Yurdu” University
Author researches about existing conceptions of cargo transportation agreements from scientific side of civil law.
By the end of research we have got conclusion, that cargo transportation agreements makes the base of cargo transportation obligations for cargo transportation.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.