04.26.2017 06:09
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

HAVA NƏQLİYYATI İLƏ BAĞLI MƏSƏLƏLƏR YENİ QANUNLA TƏNZİMLƏNƏCƏK

HAVA NƏQLIYYATI ILƏ BAĞLI MƏSƏLƏLƏR YENI QANUNLA TƏNZIMLƏNƏCƏK

 

HAVA NƏQLIYYATI ILƏ BAĞLI MƏSƏLƏLƏR YENI QANUNLA TƏNZIMLƏNƏCƏK

 

Mayin 13-də Murtuz Ələsgərovun sədrliyi ilə Milli Məclisin növəti iclasi keçirilmişdir. Deputatlar qeydiyyatdan keçdikdən sonra «Aviasiya haqqinda» qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlanildi. Layihəni hazirlayan işçi qrupunun rəhbəri Kərəm Əliyev bildirdi ki, aviasiya və hava nəqliyyati ilə bağli bütün məsələlər hazirda qüvvədə olan Hava Məcəlləsi ilə tənzimlənir. Bu məcəllə keçmiş SSRI-nin müvafiq məcəlləsi əsasinda hazirlanmiş və 1994-cü ildə qəbul edilmişdir. Sonraki illərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatinin tövsiyə və təklifləri yeni aviasiya qanunvericiliyinin qəbul edilməsini şərtləndirmişdir. «Aviasiya haqqinda» qanun layihəsi aviasiya sahəsində beynəlxalq öhdəliklərin icrasinin təmin edilməsində Azərbaycanin Milli siyasətini müəyyənləşdirən, həm daxili, həm də beynəlxalq hava daşimalari zamani aeronaviqasiya fəaliyyətini və s. məsələləri tənzimləyən əsas sənəddir.
K.Əliyev 12 fəsil, 53 maddədən ibarət olan qanun layihəsinin ayri-ayri fəsil və maddələri barədə məlumat verdi. Qeyd etdi ki, qanun layihəsi qəbul edildikdən sonra respublika hökuməti səviyyəsində başlica normativ aktlar, məsələn, Azərbaycan Respublikasinin hava məkaninin istifadə qaydalari, Aeronaviqasiya Nizamnaməsi, Fəlakətə uğramaqda olan və ya fəlakətə uğramiş hava gəmilərinin axtarişinin və xilas edilməsinin təşkili üzrə Dövlət Proqrami qəbul olunacaq. K.Əliyevin sözlərinə görə, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamani deyilən dəyərli təkliflər hazirki variantda öz əksini tapib.
Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildikdən sonra ilk 4 fəslin müzakirəsinə başlandi. Deputatlardan Elton Məmmədov, Vladimir Timoşenko, Fəttah Heydərov, Ağakərim Şərifov layihə ilə bağli qeyd və təkliflərini bildirdilər.
Deputat Şaitdin Əliyev qeyd etdi ki, layihənin 1.0.8 maddəsi beynəlxalq standartlardan bəhs edir. Həmin maddənin 1.0.24 bəndi tövsiyə edilən beynlxalq təcrübəyə həsr olunub. Bu maddənin hər iki müddəasi eyni fikri ifadə edir. Ş.Əliyevin sözlərinə görə, qanun layihəsinin «hava məkani» anlayişini ehtiva edən müddəasi Konstitusiyanin eyni məsələdən bəhs edən 11-ci maddəsində olduğu kimi göstərilməlidir. O, əsas anlayişlar maddəsində hava məkani haqqinda müddəanin öz əksini tapmasini vurğulayaraq eyni msələnin təsbit olunduğu 3-cü maddənin çixarilmasini təklif etdi. Dedi ki, qanun layihəsinin hava limanlari və aerodromlarla bağli 9.9 maddəsi daha da gücləndirilməlidir. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarinin icazəsi olmadan aeroporta yaxin ərazilərdə heç bir tikinti işləri aparila bilməz.
«Azərbaycan Hava Yollari» Dövlət Konserninin Baş direktor müavini Arif Məmmədov və Konsernin Uçuşlarin Təhlükəsizliyinə Nəzarət üzrə Baş Müfəttişliyinin rəisi Ilham Əmirov layihə ilə bağli çixiş etdilər.
«Aviasiya haqqinda» qanunun çox mühüm sahədə yaranan ictimai münasibətləri tənimləyəcəyini qeyd edən deputat Mayis Səfərlinin sözlərinə görə, sənədin əsas anlayişlarinin redaktə olunmasina ehtiyac var. Azərbaycanin hava məkanindan tranzit olaraq müxtəlif dövlətlər istifadə edir. Son vaxtlar dünyada baş verən hadisələr müvafiq qaydalara yenidən baxilmasini tələb edir. Bu gün hava gəmiləri terrorçularin əlində kütləvi qirğinlar həyata keçirmək üçün vasitəyə çevrilib. M.Səfirlinin fikrincə, əgər hansisa hava gəmisi Azərbaycanin hava sərhədini keçərək yaşayiş məntəqələrinə doğru hərəkət edərsə, yaxud sənaye obyektlərinin üzərindən uçarsa, dövlət orqanlarinin yerə enmək tələblərini yerinə yetirmədiyi təqdirdə bu təyarə məhv edilməlidir. Deputatin fikrincə, Azərbaycan antiterror koalisiyasinin fəal üzvlərindən olduğu üçün də qanunlarimiz da terrorla mübarizə ruhunda yazilmalidir.
Eldar Qəhrəmanov da hava gəmisinin fövqəladə hallarda xüsusi icazə ilə məhv edilməsinin müvafiq redaksiyada verilməsinə ehtiyac olduğunu söylədi. Aviasiyanin növlərindən danişan Gülər Əhmədovanin sözlərinə görə, 7-ci maddədə «mülki, eksperimental və dövlət aviasiyalari»ndan başqa «sanaviasiya» da təsbit olunmalidir.
Milli Məclis sədrinin müavini Ziyəfət Əsgərov qanun layihəsinin Avropa və dünya standartlarina cavab verdiyini, aviasiya ilə bağli beynəlxzalq konvensiyalarin tələblərinə uyğun gəldiyini vurğuladi. Bildirdi ki, sənədin preambula hissəsində bu qanunun Azərbaycan Respublikasinin hava məkanindan istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimlədiyi göstərilib. Amma «aviasiya sahəsində fəaliyyət» həm də «hava məkanindan istifadə»ni əhatə edir. Layihənin 5-ci maddəsi aviasiyanin növlərindən bəhs edir. 5.1 müddəasindan belə çixir ki, mülki aviasiya dövlət mülkiyyətində ola bilməz.
Deputat Cahangir Hüseynovun fikrincə, aviasiya nəqliyyati nəqliyyatin digər növləri içərisində ən vacibidir. Əvvəllər Azərbaycanin hava məkaninda yerli hava uçuşlari da var idi. Bu uçuşlari bərpa etmək lazimdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov Lənkərana və Yevlaxa hava uçuşlarinin açilmasinin nəzərdə tutulduğunu söylədi. Sədrin sözlərinə görə, Gəncə aerodromu da sürətlə tikilməkdədir. Yəqin ki, Dağdliq Qarabağ erməni işğalindan azad edildikdən sonra bu bölgəyə də hava yollari açilacaq.
Gündüz iclasinin sonunda K.Əliyev deputatlarin qaldirdiqlari məsələlərə aydinliq gətirdi.
Sonra «Aviasiya haqqinda» qanunun layihəsinin 1-4-cü fəsilləri ayri-ayriliqda səsə qoyularaq qəbul edildi.
Fasilədən sonra deputatlar «Aviasiya haqqinda» (ikinci oxunuş) qanun layihəsini beşinci fəsildən başlayaraq on ikinci fəslədək ayri-ayriliqda müzakirə etdilər.
Ağakərim Şərifov hava gəmisinin uçuşa yararliği və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğuna dair ümumi qaydalardan bəhs edən maddəyə konkret təkliflərini verdi. Əli Əlirzayev uçuş üçün xüsusi icazələrdən bəhs edən maddəyə iradlarini bildirdi. Sonra qeyd etdi ki, layihədə iqtisadi tənzimləmə mexanizmləri yoxdur, siğorta problemləri həll edilməyib. Təklif irəli sürdü ki, hava gəmisinin uçuşa yararliği haqqinda vəsiqənin (sertifikatin) verilməsi məsələsinə bir daha baxilsin. Ə.Əlirzayev vurğuladi ki, hava gəmisinin uçuşa yararliği haqqinda vəsiqənin müvafiq icra hakimiyyəti orqani tərəfindən hansi formada verilməsi msələsi layihədə daha ətrafli göstərilməlidir.
Şaitdin Əliyev qanun layihəsinin 20, 22-ci maddələrinə dair təkliflərlə çixiş etdi. Həmçinin bildir di ki, qanun layihəsində aviasiya kadrlarinin ixtisaslarinin artirilmasi məsələsinə aydinliq gətirilməlidir. Layihənin testlər və müayinələrdən bəhs edən maddəsinə bir daha baxilmasini vacib bildi.
«Azərbaycan Hava Yollari» Dövlət Konserninin Uçuşlarin Təhlükəsizliyinə Nəzarət üzrə Baş Müfəttişliyinin rəisi Ilham Əmirov deputatlar tərəfindən söylənilən bir sira fikirlərə münasibətini bildirdi. Öncə qeyd etdi ki, hava gəmisinin uçuşa yararliği haqqinda vəsiqə (sertifikat) olmalidir. Məhz həmin sertifikatda təyyarənin uçuşa hazir olmasi üçün bütün tələblərə cavab verdiyi göstərilməlidir. «Təyyarəni idarə edən pilotlar hər il test üsulu ilə yoxlanilirlar. Onlarin uçuşa yararliği təsdiq edildikdən sonra hava gəmisinin idarə edilməsi barədə raziliq verilir» deyən I.Əmirov əlavə etdi ki, aviasiya kadrlarinin ixtisasartirma məsələsi qanunun predmeti deyil.
Eldar Quliyev bildirdi ki, layihədə sərnişinlərin hüquqlarinin pozulduğu halda və yaxud bədbəxt hadisə baş verərsə, kompensasiyanin hansi formada verilməsi məsələsinə də baxilmalidir. Bu məsələdə beynəlxalq təcrübə əsas g
ötürülməlidir.
Milli Məclisin Iqtisadi siyasət daimi komissiyasinin sədri Səttar Səfərov qeyd etdi ki, qanun layihəsi üzərində işçi qrupu birinci oxunuşdan sonra xeyli iş aparib. Komissiya sədri hava daşimalari ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə məsuliyyətdən bəhs edən maddəyə dair fikirlərini bildirdi. Qeyd etdi ki, adi çəkilən maddədə sərnişinə dəyən maddi ziyanla yanaşi, mənəvi ziyanin da ödənilməsi məsələsi göstərilməlidir. Zahid Oruc layihənin lazimi səviyyədə hazirlandi
ğini bildirdi.
Kərəm Əliyev deputatlar tərəfindən verilən suallari cavablandirdiqdan sonra qanun layihəsi əvvəlcə fəsil-fəsil, sonra isə bütövlükdə səsə qoyularaq qəbul edildi.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.