04.26.2017 06:10
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981


BTC

BARƏDƏ ƏSAS FAKTLAR

Boru kəməri

Marşrutun uzunluğu: ümumi uzunluğu 1770 kilometr, 445 kilometr Azərbaycanda, 255 kilometr Gürcüstanda, 1070 kilometr Türkiyədə
Boru kəmərinin diametri: 46/42/34 düymə - 117/107/86 santimetr
Klapan stansiyalarının sayı: 98 (21-i Azərbaycanda, 25-i Gürcüstanda, 52-si Türkiyədə), sahəsi 40x40 metr
Ötürmə gücü: sutkada 1 milyon barrel və ya ilədə 50 milyon ton
Sistemin layihələşdirilmiş fəaliyyət müddəti: 40 il
Maksimum yüksəklik: 2800 metr yuxarı
Marşrut üzərindəki torpaq sahələrinin sayı: 20000-dən artıq (6000-dən çoxu Azərbaycanda, 70-i Gürcüstanda, 11000-i Türkiyədə)
Marşrut üzərindəki yaşayış məntəqələrinin sayı: təxminən 450 (80-i Azərbaycanda, 3000-i Gürcüstanda, 300-ü Türkiyədə)
Yol və dəmiryol kəsişmələrinin sayı: 350-dən çoxu Azərbaycanda, 250-si Gürcüstanda, 800-ü Türkiyədə
Çay kəsişmələrinin sayı: 700-dən çoxu Azərbaycanda, 200-ü Gürcüstanda, 600-ü Türkiyədə

Terminallar və nasos stansiyaları

Səngəçal terminalı: hər birinin tutumu 127200 kubmetr olan iki yeni xam neft çəni. Bütöv BTC boru kəməri üçün nəzarət otağı ölçü qurğuları, nasos stansiyası
Ceyhan dəniz ixrac terminalı: hər birinin tutumu 150800 kubmetr olan yeddi xam neft çəni, eyni zamanda 300000 ton tutumu olan iki tankeri yükləmək üçün 2.5 kilometr uzunluğunda yanalma körpüsü. İdxal/ixrac ölçü qurğuları, BTC boru kəmərinin qəbul təzyiqini azaltma qurğuları, çirkab suların təmizlənməsi üçün qurğu, buxar yanma qurğuları, əlavə yedək gəmiləri. Gəmilərin yüklənməsinə nəzarət otağı və BTC boru kəmərinin istismarına ikinci nəzarət otağı
Nasos stansiyasının sayı: 8 (2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü Türkiyədə) və bir təzyiqsalma stansiyası, 15-20 hektar sahə
Elektrik enerjisi tələbatı: 40 meqavat Azərbaycanda, 40 meqavat Gürcüstanda, 50 meqavat Türkiyədə
Ölçmə stansiyaları: 4 (Azərbaycan və Gürcüstanda bir ədəd, 2-si Türkiyədə)

Layihələşdirmə və tikinti

İlkin mühəndis işləri müddəti: 8 ay (noyabr 2000-ci il-iyun 2001-ci il)
Müfəssəl mühəndis işləri müddəti: 12 ay (iyun 2001-ci il- iyun 2002-ci il)
Tikinti müddəti: ümumi 2 ay
Tikinti üzrə işçi qüvvəsinin sayı: təxminən 2300 Azərbaycanda, 2500 Gürcüstanda, 5000 Türkiyədə
Boru kəməri hissələrinin sayı: təxminən 90000, hər birinin uzunluğu 12 metr
Polad boruların çəkisi: 290000 ton Azərbaycanda və Gürcüstanda, 365000 ton Türkiyədə
Tikinti dəhlizinin eni: təkcə BTC üçün 28 metr, digər boru kəmərləri boyu çəkildikdə 44 metr
Uzunmuddətli trasın eni: 8 metr
Boru kəmərinin dərinliyi: bütün boru kəmri boyu ən azı bir metr dərinliyində
Layihə üzrə xərclər: ümumi xərc 2.9 milyard ABŞ dolları, o cümlədən Türkiyə hissəsi üçün 1,4 milyard ABŞ dolları

İstismar

Boru kəməri daxilində neftin sürəti: saniyədə 2 metr
Boru kəmərinin iş təzyiqi: normal istismar şəraitində 95 atmosfer
Nəql olunan neftin keyfiyyəti: AÇG xam nefti 34 ANİ standartına uyğundur, tərkibində kükürd azdır
İstismar heyətinin sayı: təxminən 250 nəfər Azərbaycanda, 250 nəfər Gürcüstanda, 350 nəfər Türkiyədə
SCADA (Dispetçer və məlumat toplanması sistemi) və telekommunikasiya üçün fiber-optik rabitə kabeli
Sızmanın aşkar edilməsi sistemi
Korroziyanın qarşısını almaq üçün katod mühafizə sistemi
Qəza hallarında dayandırma sistemi, yanğın və qazın aşkar edilməsi sistemi

Strateji məntəqələrdə neft dağılmalarına cavab tədbirləri üzrə avadanlıq
AÇG yataqlarında ehtiyatlar:
ən azı 5,2 milyard barell

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.