10.18.2017 15:09
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

CQBK ŞƏRQ-QƏRB ENERJI DƏHLIZINI DAHA DA REALLAŞDIRACAQ



«Şahdəniz» qaz-kondensat yatağinin işlənməsi layihəsinin nəqletmə hissəsi yeni bir qaz ixraci sistemindən-Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) ibarət olacaq. Onu bəzən Baki-Tiflis-Ərzurum (BTƏ) kəməri də adlandirirlar. Lakin BTƏ ümumi bir kəmərdir. CQBK onun Səngəçaldan Gürcüstan-Türkiyə sərhədinədək uzanan hissəsidir.

CQBK-nin tikintisi və istismari üzrə əməliyyatçi BP şirkətidir və bu kəmər «Şahdəniz» tərəfdaşlarinin vəsaiti hesabina inşa edilir. Sərhəddən Ərzurumdaki mövcud qazpaylama obyektlərinə qədər olan hissə isə Türkiyənin ixtiyarindadir. 280 kilometrlik həmin hissəsin bu ölkənin dövlət tikinti şirkəti BOTAŞ çəkir.
BTƏ-nin Baki-Tiflis-Ceyhandan (BTC) fərqi ondadir ki, BTC bütövlükdə eyni səhmdarlarin vəsaiti hesabina tikilir. Onun Azərbaycan, Gürcüstan və Türkiyə hissələrinə BP əməliyyatçiliq edir. CQKB-nin ümumi uzunluğu 690 kilometrdir. Kəmərin 442 kilometri Azərbaycanin, 248 kilometri isə Gürcüstanin ərazisindən keçir.
CQBK və BTC-nin bir çox ümumi cəhətləri var. CQBK iki ölkənin- Azərbaycanin və Gürcüstanin ərazisində BTC ilə eyni dəhlizdə uzanir. Bunun müsbət cəhətləri çoxdur. Əvvəla, iki kəmər üçün eyni dəhlizin qazilmasi ətraf mühitə mənfi təsirin minimuma endirilməsi deməkdir. Bu, həmçinin əməliyyatlari azaltmaq, nəticə etibarilə vaxta və vəsaitə qənaət etməkdir və birinci kəmərin çəkilişində müəyyən təcrübə toplamiş fəhlə və mütəxəssisləri təkrar işə cəlb etmək mümkün olur.
CQBK ilə BTC-nin tikinti podratçilari da eynidir. Belə ki, kəmərin Azərbaycan hissəsini CCIC (Yunanistan) şirkəti çəkir. Yerüstü obyektləri isə «Spi kapaq-Petrofak» (Fransa-ABŞ) şirkəti tikir. Gürcüstan hissəsindəki bütün işlər «Spi kapaq-Petrofak»a həvalə olunub.
CQBK-nin tikintisinə keçən il oktyabrin 16-da Səngəçal və Azərbaycan-Gürcüstan sərhədi arasindaki məsafənin təxminən ortasinda - 213-cü kilometr məntəqəsində başlandi. Əsas qaynaq işlərinin on ay davam edəcəyi gözlənilir və kəmərin tikintisinin tamamlanmasi gələn ilin əvvəllərinə planlaşdirilir.
CQBK-nin Azərbaycan hissəsi üçüq 39 min, Gürcüstan hissəsi üçün 22 min boru işlədiləcək. Bunlar diametri 42 düym, uzunluğu 11,6 metr olan borulardir. Kəmərin həm Azərbaycan, həm Gürcüstan hissəsini borularla BTC-ni olduğu kimi Yaponiyanin «Sumitomo» şirkəti təmin edir. Hazirda kəmərin itikintisi irəliləyir. Layihənin ümumilikdə yaridan çoxu tamamlanib. Xatirladaq ki, CQBK-nin maliyyə səhmdarlari BP (Böyük Britaniya), «Statoyl» (Norveç), Azərbaycan Respublikasi Dövlət Neft Şirkəti, «LukAcip» (Lusiya-Italiya), NIKO (Iran), «Total» (Fransa) və TPAO (Türkiyə) şirkətləridir.
Layihədə ikili operatorluq həyata keçirilir. Obyektlərin tikintisi və istismari üzrə texniki əməliyyatçi BP-dir. «Statoyl» isə kommersiya operatoru kimi biznesin inkişafina və inzibati işlərə cavabdehdir.
Qazin satişi Azərbaycan Qaz Təchizat Şirkəti tərəfindən idarə ediləcək. «Statoyl» bu şirkətin də operatoru təyin olunub.
Türkiyənin BOTAŞ şirkəti ilə (ildə 6,3 milyard kubmetr). Azərbaycanla (ildə 1,5 milyard kubmetrədək) və Gürcüstan Neft Korporasiyasi ilə (ildə 0,8 milyard kilometrədək) qaz satişi barədə sazişlər imzalanib.
Bütün işlər «Şahdəniz» qazinin gələn ilin sonunda Türkiyəyə çatdirilmasi üçün rəvan gedir. Daha sonra onun Avropaya yol açmasi mümkündür. Keçən ilin iyun ayinda Bakida keçirilən ənənəvi «Xəzər neft-qaz» sərgisinin açilişinda çixiş edərkən ölkə prezidenti cənab Ilham Əliyev demişdir: «Şahdəniz» layihəsi Azərbaycana yeni uğurlar gətirəcəkdir. Artiq Azərbaycan qazinin Avropaya, Türkiyəyə çatdirilmasi istiqamətində böyük işlər görülür. Ümid edirəm ki, bu layihə də öz gözəl nəticəsini verəcək və Azərbaycan qazi yaxin zamanlarda Türkiyəyə, oradan isə Avropaya göndəriləcəkdir. Azərbaycan Avropa istehlakçilari üçün çox etibarli bir mənbə olacaqdir».
«Şahdəniz» qazini nəql edən CQBK kəmərinin işə düşməsi Şərq-Qərb enerji dəhlizinin reallaşmasinda mühüm rol oynayacaq.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.