05.22.2017 19:27
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

MARAQLIDIR:

AVTOMOBİL TARİXİNDƏN

HENRİ FORD

Dünyada ilk avtomobilin yaradıcısı Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-da, Miçiqan ştatında anadan olmuşdur. Atası Uilyam Ford İrlandiyalı emiqrantlardan idi. Henri Ford ilk təhsilini adi kənd məktəbində almışdır. Henri Fordun atası fermer idi. Lakin küçik Henrinin fermer işinə həvəsi yox idi. O daha çox texnika ilə maraqlanırdı. Atası Henrini öz davamçısı kimi görürdü. Henri Ford özünün «mənim həyatım və nəaliyyətlərim» kitabında xatırlayır: «Mən fermer işi ilə maraqlanmırdım, atam isə mənim texnikaya olan həvəsimi görsə də, bu fikirləri yaxın buraxmaq istəmirdi. 17 yaşımda məktəbi qurtarıb Draydok adlı qəsəbədə mexaniki emalatxanada usta yanında şagird kimi işə başladım».
19 yaşında Henri yenidən atasının fermasına qayıdıb ondan 40 akr meşə sahəsi alıb təsərrüfatla məşğul olmağa başlayır. Lakin kənd təsərrüfatı ilə məşğul olmaqla bərabər Ford qaz maşınları üzərində işləyir. Eyni zamanda Ford «Vestinqauz elektrik» şirkəti ilə əlaqələr yaradır.
Bir müddətdən sonra H.Ford «Edison Elektrik Company» də məhindis- mexanik vəzifəsində işə düzəlir. Onu da qeyd etmək lazımdır ki, bu şirkətdə işə düzələnə qədər Ford artıq öz traktorunu yaratmışdı.
1893-cü ildə Henri Ford arzusuna çatdı. Dünya nəqliyyat tarixində görünməmiş hadisə baş verdi. Ford ilk avtomobilini nümayiş etdirdi. Bu avtomobil saatda 32 km sürətlə hərəkət edirdi. 1896-cı ildə o özünün ikinci avtomobilini yaratdı.
«Edison Elektrik Company» dən aralandışdan sonra Henri Ford «DETROYT Avtomobil» şirkətini yaratdı. 1902-ci ildə bu şirkətin adı dəyişdirilərək «Company of Hanry Ford» adlanmağa başladı.
1903-cü ildə o məşhur «FORD MOTOR COMPANY»ni yaradır. Az bir müddətdən sonra bu şirkətə dünyanın müxtəlif ölkələrindən sifarişlər gəlməyə başlayır. Artıq Fordun avtomobilləri hər yerdə tanınırdı. «FORD MOTOR COMPANY»nın devizi belə idi: «Hər kəs «Ford»u idarə edə bilər. XX əsrin əvvəllərində dünyada istehsal olunan hər iki avtomobildən biri «FORD MOTOR COMPANY»nın payına düşürdü.
Onu demək maraqlı olar ki, Fordun ilk avtomobilinin qiyməti 950$ idisə, 1916-cı ildə bu avtomobillərin qiyməti 350 $ idi.
Fordun avtomobil sənayesinin hüdudları ildən-ilə genişlənirdi. Belə ki, 1909-cu ildə İngiltərədə Mançester şəhərində Fordun zavodu açılmışdı. 1932-ci ilə qədər Avropada Fordun artıq 7 zavodu, 12 filialı fəaliyyət göstərirdi.
Henri Ford həm də məşhur ictimai-siyasi xadimlərdən hesab olunurdu. O yazırdı: «Müəssisəni idarə edən şəxs öz kabinetində oturmamalıdır, o, xalqın içində olmalı, daim hərəkətdə, irəliləyişdə olmalıdır».
Henri Ford 1947-ci il 7 apreldə 84 yaşında beyninə qan sızması nəticəsində vəfat etmişdir. Vəsiyyətinə görə onun 600-700 milyon dollarlıq var-dövlətini öz adını daşıyan fondun hesabına keçirmişlər.


Tərtib etdi: Elşad Vəliyev 253 saylı orta məktəbin müəllimi

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.