08.21.2017 16:04
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«BAKI METROPOLİTENİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMININ TƏSİS EDİLMƏSİ HAQQINDA»

 

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

 

Bakı metropoliteninin istifadəyə verilməsinin 40 illiyi ilə əlaqədar qərara alıram:

1.Hər il noyabr ayının 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunsun.

2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

 

                                                                                     İlham ƏLİYEV,

                               Azərbaycan Respublikasının Prezidenti

                               Bakı şəhəri, 28 oktyabr 2006-cı il.

 

 

 

Bakı Metropoliteninin kollektivinə

 

 

                Hörmətli metropoliten işçiləri!

 

                Siz «Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2006-cı il tarixli Sərəncamına uyğun olaraq, bu il noyabrnı 8-də peşə bayramınızı rəsmi şəkildə qeyd edirsiniz.

Biz də «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalının kollektivi adından bu əlamətdar hadisə münasibətilə Bakı Metropoliteninin rəhbərliyini və bütün kollektiv üzvlərini təbrik edir, sərnişinlərin vaxtında və təhlükəsiz daşınmasında səmərəli iş fəaliyyəti, metro infrastrukturunun yeniləşməsində və əhaliyə daha müasir səviyyədə xidmət göstərilməsi istiqamətində yeni-yeni uğurlar arzulayırıq.

 

                Hörmətlə,

 

Kollektiv adından,

«Nəqliyyat hüququ elmi-nəzəri,

təcrübi jurnalı redaksiyası»

MMC-nin sədri, baş redaktor, f.e.n.                                         Əliyeva İ.M.

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.