08.24.2017 08:43
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Peşəkar müəllim, ləyaqətli insan

 

 

 

                Müşfiq Cəmil oğlu Atakişiyev 1966-cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində  anadan olmuşdur. 1983-cü ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun «Mühəndis-iqtisad» fakültəsinə daxil olmuş,          1984 - 1986-cı illərdə hərbi xidmətdə  olmuş və 1990-cı ildə həmin  institutun göstərilən  fakültəsini bitirmişdir.  İnstitutu  bitirdikdən sonra Xalq Təhsili Nazirliyinin təyinatı ilə adı çəkilən  institutun  «Yanacaq,  enerji və kimya kompleksi sahələrinin  iqtisadiyyatı  və idarə  edilməsi» kafedrasında tədqiqatçı kimi  saxlanılmış, 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur.

Müşfiq  Atakişiyev 1995-ci ildə iqtisad elmləri  namizədi, 1999-cu ildə isə iqtisad  elmləri doktoru  alimlik  dərəcəsi almışdır. 1998-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvüdür.

İqtisad elmləri doktoru, professor Müşfiq  Atakişiyev 1999-cu ildən   ADNA-da «Maşınqayırma sənayesinin iqtisadiyyatı və  menecment»  kafedrasına müdir  vəzifəsinə  seçilmiş və  hal-hazırda həmin vəzifədə çalışır, «Təfəkkür» Universitetinin rektorudur. O, 6 monoqrafiyanın, o cümlədən «Əsrin kontraktı»nın 10 illik yubileyinə həsr olunmuş «Azərbaycanın yeni  neft  siyasəti və iqtisadi yüksəliş» kitabının və «Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda» əsərinin müəllifidir. Onun 40-a yaxın elmi və elmi-metodik əsərləri vardır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.  Müntəzəm olaraq dövlət  mətbuat  orqanlarında, xüsusən «Azərbaycan» qəzetində  məqalələri dərc olunur.  Azərbaycan Respublikası  Təhsil  Nazirliyinin və Azərbaycan  Həmkarlar İttifaqı Kafedrasının fəxri fərmanları ilə  təltif  olunmuşdur.

Professor Müşfiq Atakişiyev yüksək elmi-pedaqoji potensiala malik olmaqla yanaşı, qabaqcıl  elm və təhsil təşkilatçısıdır.

Rəhbərlik etdiyi «Təfəkkü  Universitetində  görkəmli alimlərin  iştirakı ilə  mütəmadi  olaraq  elmi-praktik  konfranslar  keçirilir.  Dinlənilən  mövzuların  aktuallığı  diqqəti cəlb edir. Məsələn, «Qloballaşma və İslam ölkələrinin  iqtisadiyyatı»,  «İqtisadi inkişafda nəqliyyat faktoru», «Vergi  qanunvericiliyi və iqtisadi inkişaf», «Aqrar  sahədə  dayanıqlı inkişaf  problemləri», «İqtisadi inkişaf dayanıqlığı və təhlükəsizlik  problemləri»,  «İqtisadi  inkişafın urbanizasiya aspektləri», «İqtisadi inkişaf və gənclərin sosial müdafiə məsələləri» və s.

«Təfəkkür» Universitetinin professor-müəllim heyəti zəngin nəzəri və praktik təcrübəsi  olan  görkəmli müəllimlərdən ibarətdir. Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının 4 həqiqi üzvü, 40 elmlər doktoru və professor, 70 elmlər namizədi, dosent və baş müəllim vardır.

Biz də «Nəqliyyat hüququ elmi-nəzəri, təcrübi jurnalı redaksiyası» Elmi Şurasının kollektivi adından iqtisad elmləri doktoru, professor Müşfiq Cəmil oğlu    Atakişiyevi 40 illik yubileyi  münasibəti ilə ürəkdən təbrik edir, ona elmin, təhsilin inkişafı naminə gördüyü işlərdə və elmi yaradıcılıq fəaliyyətində         yeni-yeni uğurlar arzulayırıq.

 

 Hörmətlə,

 

Kollektiv adından, «Nəqliyyat hüququ elmi-nəzəri,

təcrübi jurnalı redaksiyası» MMC-nin sədri,

baş redaktor, f.e.n., dosent Əliyeva İ.M.

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.