08.24.2017 08:46
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Tu­rizm sa­hə­sin­də Azər­baycan Res­pub­li­ka­sı­nın iki­tə­rəf­li əməkdaşlığı və turistlərin hüquqi statusu

 

 

Əliyev Əmir İbrahim oğlu,

h.e.n., BDU «Beynəlxalq xüsusi hüquq və Avropa

hüququ» kafedrasının dosenti

 

            Məqalədə turizm sahəsində ikitərəfli beynəlxalq əməkdaşlığın əsas istiqamətləri və xüsusiyyətləri elmi cəhətdən tədqiq olunur.

            Müəllif belə bir nəticəyə gəlir ki, Azərbaycan Respublikasının turizm sahəsində beynəlxalq müqavilə praktikası turizmlə bağlı problemlərin həll olunmasında əsas beynəlxalq-hüquqi baza kimi əhəmiyyətli rol oynayır.

 

 

Tu­rizm sa­hə­sin­də bey­nəl­xalq əmək­daş­lıq­da Azər­bayca­n Respublikasının (AR) iş­ti­ra­kı mə­sə­lə­si­ni təh­lil edər­kən, onun bu sa­hə­də bağ­la­dı­ğı iki­tə­rəf­li mü­qa­vi­lə­lə­ri də xü­su­si­lə qeyd et­mək la­zım­dır. Bütövlükdə, turizmə aid normalar müxtəlif ikitərəfli müqavilələrdə əks edilə bilər. Məsələn, dostluq və əməkdaşlıq, qarşılıqlı yardım haqqında müqavilələr, ticarət, iqtisadi və texnoloji əməkdaşlıq haqqında müqavilələr, mədəni əməkdaşlıq və mədəni əlaqələr haqqında müqavilələr, beynəlxalq turist mübadiləsinin həyata keçirilməsinin ayrı-ayrı aspektlərini tənzimləyən sazişlər və s.

Bütün bunları təhlil edərək, belə qənaətə gəlmək olar ki, tərkibində turizmə aid müddəanın olub-olmamasından, bu sahə ilə bağlı münasibətləri birbaşa və ya dolayısı yolla tənzimləməsindən asılı olaraq, AR-in bağladığı ikitərəfli müqavilələri 3 yerə bölmək olar:

bilavasitə turizmlə bağlı ikitərəfli müqavilələr;

digər sahələri tənzimləyən, lakin tərkibində turizmə aid müddəaları özündə ehtiva edən sazişlər;

 bu 2 qrupa aid edilməyən, turizmə aid bu və ya digər münasibətləri nizama salan sazişlər. Məsələn; 1999-cu ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında vətəndaşların qarşılıqlı gediş-gəlişi haqqında» Saziş.

Bu sa­hə­də müx­tə­lif mü­na­si­bət­lə­ri ni­za­ma sa­lan və iki­tə­rəf­li əmək­daş­lı­ğın müx­tə­lif as­pektlə­ri­ni təs­bit edən be­lə sa­ziş­lər Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan, İta­li­ya, Pol­şa, Gür­jüs­tan, Bol­qa­rıs­tan, Uk­ray­na, Tür­ki­yə, Çin, Mol­do­va, Be­la­rus, Qa­tar, Pa­kis­tan döv­lət­lə­ri­nin hö­ku­mət­lə­ri ilə im­za­lan­mış­dır. Bun­dan əla­və, Azər­bay­jan­la Avstri­ya, Ru­si­ya Federasiyası, Sə­u­diy­yə Ərə­bis­ta­nı, MƏR, Yu­na­nıs­tan, BƏƏ, İs­ra­il, İor­da­ni­ya Haşimi Krallığı, Bö­yük Bri­ta­ni­ya, Livan, Oman, Bəh­reyn Kral­lı­ğı hö­ku­mət­lə­ri ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da sa­ziş la­yi­hə­lə­ri ha­zır­lan­mış və ha­zır­da bu­nun­la bağ­lı mü­va­fiq öl­kə­lər­lə mü­za­ki­rə­lər apa­rı­lır.

1997-ci il­də im­za­lan­mış "Azərbaycan Respublikası Hö­ku­mə­ti və İta­li­ya Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da Sa­ziş­"də iki öl­kə­nin bu sfe­ra­da bü­tün im­kan­lar­dan is­ti­fa­də edə­cə­yi, iki­li əmək­daş­lı­ğın bü­tün as­pektlə­ri təs­bit olu­nub. Sa­zi­şin 3-cü mad­də­sin­də tə­rəf­lə­rin qar­şı­lıq­lı əmək­daş­lıq şə­ra­i­tin­də im­kan­la­rın­dan is­ti­fa­də edə­cə­yi sa­hə­lə­rin si­ya­hı­sı ve­ril­miş­dir:

1) təc­rü­bə mü­ba­di­lə­si və tu­riz­min in­ki­şa­fı üçün bir­gə fə­a­liy­yət im­kan­la­rı­nın öy­rə­nil­mə­si məq­sə­di­lə tu­rizm və əy­lən­cə sa­hə­lə­rin­də tex­ni­ki sə­fər­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si;

2) nəşrlər və tu­riz­min təş­vi­qi­nə aid ma­te­ri­al­la­r mü­ba­di­lə­si;

3) hər iki döv­lət­də tu­rist nü­ma­yən­də­lik­lə­ri­nin açıl­ma­sı;

4) tu­rizm əhə­miy­yət­li ta­ri­xi bi­na­la­rı mü­ha­fi­zə et­mək üçün əmək­daş­lı­ğın in­ki­şa­fı;

5) tu­rizm qa­nun­ve­ri­ci­liyi sa­hə­sin­də əmək­daş­lıq.

            Bun­dan əla­və, tu­rizm sa­hə­sində in­ves­ti­si­ya qo­yu­lu­şu, tu­rizm mar­ke­tin­qi xid­mət­lə­ri­nə yar­dım gös­tə­ril­mə­si, bu məq­səd­lə ekspertlər mü­ba­di­lə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si, təd­ris və tex­no­lo­ji təd­qi­qat­lar, in­for­ma­si­ya mü­ba­di­lə­si, tu­rizm sa­hə­lə­rin­də tu­rizm və meh­man­xa­na ida­rə­çi­li­yi ilə bağ­lı ta­nış­lıq məq­səd­li sə­ya­hət-təd­ris proq­ram­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si sa­hə­sin­də əmək­daş­lı­ğın əsas is­ti­qa­mət­lə­ri Sa­zi­şin mü­va­fiq mad­də­lə­rin­də təs­bit olu­nub.

Di­gər iki­tə­rəf­li sa­ziş­də - «Azərbaycan Respublikası Hö­ku­mə­ti ilə Öz­bə­kis­tan Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da» Sa­zişdə isə tu­rizm sfe­ra­sı­nın di­gər mü­na­si­bət­lə­ri tən­zim­lə­nir. 1996-cı il­də im­za­la­nan bu Sa­zi­şin 1-ci mad­də­si­nə əsa­sən, Azər­bay­can və Öz­bə­kis­tan hö­ku­mət­lə­ri hər iki döv­lə­tin və­tən­daş­la­rı­nı iq­ti­sa­diy­yat, so­si­al in­ki­şaf, mə­də­niy­yət sa­hə­sin­də­ki na­il­iy­yət­lər­lə, tə­bii və gör­mə­li yer­lə­r, hər iki xal­qın mə­də­ni adət-ənə­nə­lə­ri, ta­ri­xi abi­də­lə­ri ilə ta­nış et­mək məq­sə­di­lə tu­rizm sa­hə­sin­də əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si­nə yar­dım edə­cək­lə­ri bil­di­ri­lir. 2-ci mad­də­də isə iki prob­le­min həl­li ön pla­na çə­ki­lir. Bun­lar­dan bi­rin­ci­si on­dan iba­rət­dir ki, tu­rizm sa­hə­sin­də əmək­daş­lı­ğın konkret pri­nsip­lə­ri gös­tə­ri­lib:

- qa­rı­şı­lıq­lı mən­fəət;

- bə­ra­bər hü­quq.

Bun­dan əla­və, adı­çə­ki­lən mad­də­də hər iki öl­kə ara­sın­da tu­rist axı­nının güclən­di­ril­mə­si məq­sə­di­lə rəs­mi prosedurların  sa­də­ləş­di­ril­mə­si­nə kö­mək gös­tə­ril­mə­si onun həll et­di­yi ikin­ci prob­lem­dir. Azər­baycan və Öz­bə­kis­tan döv­lət­lə­ri tə­rə­fin­dən xa­ri­ci və da­xi­li tu­riz­min is­tə­ni­lən sa­hə­sin­də təj­rü­bə mü­ba­di­lə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si, in­for­ma­si­ya, nəş­riy­yat, sər­gi­lər, filmlər və s. mü­ba­di­lə­si, rek­lam ma­te­ri­al­la­rı­nın dərc olun­ma­sı, tu­rizm or­qan­la­rı­nın əmək­daş­lı­ğı­nı yax­şı­laş­dır­maq məq­sə­di­lə bey­nəl­xalq tu­rizm təş­ki­lat­la­rı fə­a­liy­yə­ti­nin iş təc­rü­bə­si üz­rə fi­kir mü­ba­di­lə­si­nin apa­rıl­ma­sı, tu­rist nü­ma­yən­də­lik­lə­ri­nin açıl­ma­sı, fə­a­liy­yə­ti və di­gər mə­sə­lə­lər Sa­zi­şin həll et­di­yi prob­lem­lər­dən­dir. Bü­tün bun­lar­la ya­na­şı, Sa­zi­şin tən­zim et­di­yi iki mü­na­si­bət da­ha çox diq­qə­ti cəlb edir. Bi­rin­ci, tu­rist komplek­si per­so­na­lı­nın ha­zır­lan­ma­sın­da qar­şı­lıq­lı yar­dım gös­tə­ril­mə­si, tu­rizm sa­hə­sin­də mü­va­fiq mü­tə­xəs­sis­lə­rin mü­ba­di­ləsinin həyata keçirilməsində ma­ra­ğı olan ida­rə və təş­ki­lat­lar­la müş­tə­rək müəs­si­sə­lə­rin ya­ra­dıl­ma­sı, tu­rizm sa­hə­sin­də in­ves­ti­si­ya la­yi­hə­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si ilə bağ­lı mü­na­si­bət­lər­dir (mad­də 5). Di­gər ikin­ci mə­sə­lə isə Sa­zi­şin 7-ci mad­də­sin­də təs­bit edi­lib. Be­lə ki, hə­min mad­də­də qeyd olu­nur ki, hər iki tə­rəf tu­rizm sa­hə­sin­də fə­al əmək­daş­lıq et­mək məq­sə­di­lə avi­a­reyslə­rin in­ki­şa­fı im­kan­la­rı­na yar­dım edə­cək.

1999-cu il­də im­za­lan­mış «Azər­baycan Res­pub­li­ka­sı Hö­ku­mə­ti ilə Uk­ray­na Na­zir­lər Kabine­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da» Sa­zişdə bu sa­hə­də iki öl­kə ara­sın­da­kı əmək­daş­lı­ğın ye­ni kon­tur­la­rı­nı müəy­yən edir və da­ha da möh­kəm­lən­di­rir. Adı­ çə­ki­lən Sa­ziş­də statis­tik mə­lu­mat­lar, qa­nun­ve­ri­ci­lik aktla­rı, nor­ma­tiv ba­za, tu­rizm eh­ti­yat­la­rı, tu­rizm ba­za­rı­nın vəziy­yə­ti barə­də in­for­ma­si­ya mü­ba­di­lə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si pe­şə­kar kadrla­rın ha­zır­lan­ma­sı, ekspert müba­di­lə­si, təd­qi­qat apa­ran təş­ki­lat­la­rın bir­gə fə­a­liy­yə­ti­nə kö­mək gös­tə­ril­mə­si və s. məsələ­lər təsbit olu­nub. Sa­zi­şin 2-ci mad­də­si tu­riz­min hər iki for­ma­sı­nın - mü­tə­şək­kil və fər­di turiz­min inkişa­fı, id­ra­ki, əmə­li, uşaq və gənclər tu­riz­mi­nin gülən­di­ril­mə­si sa­hə­sin­də­ki əmək­daş­lı­ğa həsr olu­nub. Bun­dan əla­və, Sa­zi­şin 5-ci mad­də­sin­də Azər­baycjan və Uk­ray­na­da rəs­mi tu­rizm nümayəndə­lik­lə­ri­nin açıl­ma­sı vur­ğu­lan­maq­la ya­na­şı, həm­çi­nin, qeyd olu­nur ki, nü­ma­yən­də­li­yin açıl­ma­sı və fə­a­liy­yə­ti ilə bağ­lı mə­sə­lə­lər hər iki öl­kə­nin qa­nun­ve­ri­ci­li­yi və hə­min Sa­zi­şə əla­və imza­la­na­caq mü­va­fiq pro­to­kol­lar­la tən­zim­lən­mə­li və rəs­mi­ləş­di­ril­mə­li­dir. 6-cı mad­də isə Sa­zi­şə nə­za­rət me­xa­niz­mi­ni müəy­yən edir.

Hə­min mad­də­nin tə­lə­bi­nə əsa­sən, bu nə­za­rə­ti hər iki tə­rə­fin miq­dar və key­fiy­yət nöq­te­yi-nə­zə­rin­dən bə­ra­bər­li­yi əsa­sın­da təş­kil edi­lən Bir­gə Ko­mis­si­ya hə­ya­ta ke­çir­mə­li­dir. Bir­gə Ko­mis­si­ya­nın ic­las­la­rı­nın ke­çi­ril­mə­si növ­bə­li­yi və ye­ri hər iki döv­lət tə­rə­fin­dən ra­zı­lıq əsa­sın­da müəy­yən olu­nur. Ko­mis­si­ya­nın ic­las­la­rı­na həmsədrlik mə­sə­lə­si isə nü­ma­yən­də he­yət­lə­ri­nin rəh­bər­lə­ri tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir. Nə­za­rət funksi­ya­sın­dan baş­qa, Bir­gə Ko­mis­si­ya həm­çi­nin iki­tə­rəf­li əmək­daş­lı­ğın proq­ra­mı­nı və onun in­ki­şa­fı­nı tə­min edən tək­lif­lə­ri iş­lə­yib ha­zır­la­maq sə­la­hiy­yə­ti­nə də ma­lik­dir. Sa­zi­şin yu­xa­rı­da təh­lil et­di­yi­miz mü­qa­vi­lə­lər­dən əsas fərqlən­di­ri­ci xü­su­siy­yə­ti də məhz onun nə­za­rət me­xa­niz­mi­ni özün­də eh­ti­va et­mə­si, tu­riz­min ayrı-ay­rı for­ma və növ­lə­ri üz­rə in­ki­şa­fa da­ha çox diq­qət ye­ti­ril­mə­sin­də­dir.

«Azərbaycan Respublikası Hö­ku­mə­ti və Bol­qa­rıs­tan Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da» Sa­ziş əmək­daş­lı­ğın konkret is­ti­qa­mət­lə­ri­ni - tu­rizm sfe­ra­sın­da əmək­daş­lı­ğın forma­la­rı­nı özün­də bir­ləş­di­rir. 1999-cu il­də im­za­lan­mış bu Sa­zi­şə mü­va­fiq ola­raq, AR və Bol­qa­rıs­tan Res­pub­li­ka­sı tu­rizm cə­miy­yət­lə­ri, as­so­si­a­si­ya­la­rı və müəs­si­sə­lə­ri ara­sın­da əmək­daş­lı­ğın ya­ra­dıl­ma­sı və in­ki­şaf et­di­ril­mə­si­nə, tu­ristlə­rin qrup və fər­di qay­da­da sə­ya­hət­lə­ri­nə, fes­ti­val, sər­gi, sim­po­zi­um, konqres­lər­də iş­ti­rak et­mək və mü­a­li­cə olun­maq məq­sə­di­lə ix­ti­sas­laş­dı­rıl­mış qrup­la­rın mü­ba­di­lə­si­nə yar­dım et­mə­li­dir­lər. Sa­zi­şin 5 və 6-cı mad­də­lə­ri­nə gö­rə, mü­qa­vi­lə tə­rəf­lə­ri hər iki öl­kə­nin qa­nun­ve­ri­ci­liyinin tə­ləb­lə­ri­nə ri­a­yət et­mək şər­ti­lə, tu­rizm haq­qın­da rek­lam və sor­ğu ma­te­ri­al­la­rı, sta­tis­tik gös­təri­ci­lər, xa­ri­ci və­tən­daş­la­rın gəl­mə­si şərtlə­ri, tu­rizm eh­ti­yat­la­rı, tu­rist ba­za­rı­nın və­ziy­yə­ti haq­qın­da, sər­ma­yə qo­yu­lu­şu tək­lif­ləri i­lə bağ­lı tu­rist ob­yektlə­rinin özəl­ləş­di­ril­mə­sin­də iş­ti­rak et­mə şərtlə­ri haq­qın­da mə­lu­mat mü­ba­di­lə­si­nin hə­ya­ta keçi­ril­mə­si, pe­şəkar tu­rizm kadrla­rı­nın ha­zır­lan­ma­sı, bu sa­hədə ix­ti­sas­la­şan el­mi iş­çi­lər və ekspertlər mü­ba­di­ləsi­nə im­kan ya­ra­dıl­ma­sı əmək­daş­lı­ğın pred­me­ti ola­raq qal­maq­da­dır. Sa­zi­şə nəza­rət me­xa­niz­mi isə Sa­zi­şin 7-ci mad­də­sin­də təs­bit olu­nub. Be­lə ki, Sa­ziş­də eh­ti­va olu­nan öh­dəlik­lə­rin ic­ra­sı­na nəza­rət və on­la­rın təh­lil edil­məsi, tu­rizm sfe­ra­sın­da qar­şı­lıq­lı ma­raq kəsb edən di­gər mə­sə­lə­lə­rin mü­za­ki­rə edil­məsi, iq­ti­sa­di, sə­na­ye, ti­ca­rət və tex­ni­ki əmək­daş­lıq üz­rə Azər­bay­can-Bol­qa­rıs­tan Müş­tərək Hö­ku­mət­lə­ra­ra­sı Ko­mis­si­ya­sı çər­çi­və­sin­də ya­ra­dı­lan və fə­a­liy­yət gös­tə­rən tu­rizm üz­rə iş­çi qru­pu­nun sə­la­hiy­yət­ləri­nə aid­dir.

1998-ci il il­də im­za­lan­mış «Azərbaycan Respublikası Hö­ku­mə­ti və Gür­cüs­tan İcra Ha­ki­miy­yə­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da» Sa­ziş də bu sa­hə­də iki­tə­rəf­li əmək­daş­lı­ğın müəy­yən is­ti­qa­mət­lə­ri­ni özün­də əks et­di­rir. Sa­zi­şin 2-ci mad­də­si­nə gö­rə, tu­riz­mi iki prin­sip - qarşılıqlı fayda və bərabərlik prinsipləri əsasında in­ki­şaf et­dir­mək, in­zi­ba­ti for­mal­lıq­la­rı sa­də­ləş­dir­mək, tu­rist mü­ba­di­lə­si­ni ar­tır­maq tə­rəf­lə­rin əsas məq­sə­di he­sab olu­nur. Hə­min mad­də­də diq­qə­ti çə­kən məqamlardan bi­ri də on­dan iba­rət­dir ki, Azər­bay­can və Gür­cüs­tan tə­rəfi nə­in­ki öz əra­zi­lə­rin­də tu­ris­tlə­rin la­zı­mi şə­ra­it­lə tə­mi­na­tı­na şə­ra­it ya­ra­dır, həm­çi­nin hər iki döv­lə­tin və üçün­cü döv­lət­lə­rin tu­ristlə­ri­nə tran­zit ge­diş-gə­liş­də kö­mək gös­tə­ril­mə­si­nə yar­dım edə­cək­lə­ri­ni bir da­ha vur­ğu­la­yır­­lar. Bun­dan əla­və, əv­vəl­ki müqavi­lə­lər­də ol­du­ğu ki­mi, bu Sa­ziş­də də əmək­daş­lı­ğın əsas pred­me­ti təcrü­bə mü­ba­di­lə­si, hö­ku­mət və qey­ri-hö­ku­mət ida­rə və təş­ki­lat­la­rının əmək­daş­lı­ğı, sim­po­zi­um və se­mi­nar­la­rın ke­çi­ril­mə­si, filmlə­rin nü­ma­yi­şi, di­gər tu­rist müəs­si­sə­lə­ri­nin ti­kil­mə­si, ya­ra­dıl­ma­sı və me­necmen­tin­də bir-bi­ri­lə əmək­daş­lıq et­mək­dir. Tu­rizm sfe­ra­sı­na sə­rma­yə­nin qo­yul­ma­sı prob­le­mi, av­to­mo­bil və avi­a­si­ya tu­riz­mi­nin in­ki­şaf mə­sə­lə­si də Sa­zi­şin tən­zim­lə­di­yi mü­na­si­bət­lər sfe­ra­sı­na aid­dir.

Bun­dan əla­və, hər  iki öl­kə­nin mü­va­fiq or­qan­la­rı  bu Sa­zi­şin hə­ya­ta ke­çi­ril­mə­si üz­rə sə­la­hiy­yət­li­dir. Sa­zi­şin 11-ci mad­də­si­nə uy­ğun ola­raq, hə­min or­qan­lar aşa­ğı­da­kı­lar­dır:

1) Gür­cüs­ta­nın Ku­rortla­rı və Tu­rizm üz­rə Döv­lət De­par­ta­men­ti;

2) AR Na­zir­lər Ka­bi­ne­ti ya­nın­da Xa­ri­ci Tu­rizm Şu­ra­sı.

An­caq Azərbaycan Respublikası  Pre­zi­den­ti­nin «Azər­bay­can Res­pub­li­ka­sı­nın Gənclər, İd­man və Tu­rizm Na­zir­li­yi­nin ya­ra­dıl­ma­sı haq­qın­da» 18 aprel 2001-ci il tarixli 464 nöm­rə­li Fər­ma­nın­dan son­ra Na­zir­lər Ka­bi­ne­ti ya­nın­da Xa­ri­ci Tu­rizm Şu­ra­sı­nın sə­la­hiy­yət­lə­ri hüquqi varislik  qay­da­sın­da bu qu­ru­ma keç­di­yi­nə gö­rə, hal-ha­zır­da bu Sa­zi­şin müd­də­a­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nə də hə­min na­zir­lik nə­za­rət edir.

«Azərbaycan Respublikası Hö­ku­mə­ti və Pol­şa Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da» Sa­ziş (26 av­qust 1997-ci il­də im­za­lan­mış­dır) Azər­bay­can-Pol­şa əla­qə­lə­ri­nin konkret is­ti­qa­mə­ti­nin - tu­rizm sfe­ra­sı­nın in­ki­şa­fı­nın mü­hüm bey­nəl­xalq-hü­qu­qi tən­zi­met­mə əsa­sı he­sab olu­nur. Sa­zi­şə mü­va­fiq ola­raq, tə­rəf­lər küt­lə­vi təd­bir­lə­rin ke­çi­ril­mə­si, tu­rizm təş­ki­lat­la­rı ara­sın­da sıx əmək­daş­lı­ğın hə­ya­ta ke­çi­ril­mə­si, tu­rizm iş­lə­ri üz­rə nü­ma­yən­də­lik­lə­rin açıl­ma­sı, sim­po­zi­um­la­rın, mə­də­niy­yət və in­cə­sə­nət gün­lə­ri­nin təş­kil edil­mə­si, mü­tə­xəs­sis və jur­na­list mü­ba­di­lə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si və s. mə­sə­lə­lər ba­rə­də ra­zı­lı­ğa gəl­miş­lər. Sa­zi­şin 3-cü mad­də­si­nə uy­ğun ola­raq, hər iki tə­rəf tu­ristlə­rin mü­ba­di­lə­si ilə bağ­lı sər­həd, göm­rük və di­gər rəs­miy­yət­lə­rin sa­də­ləş­di­ril­mə­si və öz əra­zi­sin­də tu­ristlə­rin təh­lü­kə­siz yer­ləş­mə­si üçün şə­ra­i­tin ya­ra­dıl­ma­sı öh­də­li­yi­ni da­şı­yır­lar. 5-ci mad­də­də isə tu­riz­min plan­laş­dı­rıl­ma­sı və in­ki­şa­fı sa­hə­sin­də təcrü­bə mü­ba­di­lə­si, tu­rizm sənayesinin və infrastruk­tu­ru­nun in­ki­şa­fı məq­sə­di­lə müx­tə­lif növ in­ves­ti­si­ya­ qoyuluşlarının hə­ya­ta ke­çi­ril­mə­si im­kan­la­rı­nın mü­za­ki­rə­si Sa­zi­ş iş­ti­rak­çı­la­rı­nın nə­zər­də tu­tu­lan fə­a­liy­yət is­ti­qa­mə­ti ki­mi göstərilib. 6-cı mad­də­ isə Sa­zi­şə nə­za­rət edə­cək qu­ru­mun - hər iki tə­rə­fin nü­ma­yən­də­lə­rin­dən iba­rət olan Bir­gə Ko­mis­si­ya­nın ya­ra­dıl­ma­sı­nı nə­zər­də tu­tur. Həm Azərbaycan Respublikasının, həm də Pol­şa Res­pub­li­ka­sı­nın bey­nəl­xalq tu­rizm təş­ki­lat­la­rı çər­çi­və­sin­də əmək­daş­lı­ğı in­ki­şaf et­dir­mə­si prob­le­mi Sa­zi­şin 9-cu mad­də­sin­də eh­ti­va olu­nub.

2004-cü il mayın  6-da Ki­yev şə­hə­rin­də im­za­lan­mış «Azərbaycan Respublikası Hö­ku­mə­ti ilə Mol­do­va Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da» Sa­zi­şin 2-ci mad­də­sin­də isə tə­rəf­lə­rin mə­də­ni, iş­gü­zar, ta­nış­lıq, ku­rort-mü­a­li­cə, kənd, eko­lo­ji, müx­tə­lif ha­di­sə­lər­lə əla­qə­dar (sər­gi­lər­də, yar­mar­ka­lar­da, mə­də­ni və id­man təd­bir­lə­rin­də iş­ti­rak) qrup və fər­di tu­rizm, gənclik tu­riz­mi və di­gər tu­rizm növ­lə­ri­nin in­ki­şa­fı­na yar­dım edə­cək­lə­ri vur­ğu­la­nır. 3-cü mad­də­ isə hər iki döv­lə­tin mü­va­fiq or­qan­la­rı ara­sın­da qar­şı­lıq­lı əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si üçün hə­ya­ta ke­çi­ri­lən va­si­tə­lə­ri özün­də eh­ti­va edir:

a) tu­rizm sa­hə­sin­də bir­gə müəs­si­sə­lə­rin ya­ra­dıl­ma­sı;

b) tu­riz­min in­ki­şaf et­di­ril­mə­si və dəs­tək­lən­mə­si məq­sə­di­lə in­ves­ti­si­ya­la­rın cəlb olun­ma­sı üçün əl­ve­riş­li şə­ra­i­tin ya­ra­dıl­ma­sı;

c) bir­gə sər­gi­lə­rin təş­kil edil­mə­si, qu­rul­tay­la­rın,  se­mi­nar­la­rın, konfransla­rın, sim­po­zi­um­la­rın, də­yir­mi ma­sa­la­rın ke­çi­ril­mə­si;

d) tu­rizm sa­hə­sin­də mü­tə­xəs­sis­lə­rin, ekspert qrup­la­rı və nü­ma­yən­də he­yət­lə­ri­nin mü­ba­di­lə­si;

e) məs­lə­hət­ xid­mət­lə­ri­nin təq­dim olun­ma­sı;

f) tə­rəf­lə­ri qa­ne edə bi­lə­cək əmək­daş­lı­ğın di­gər for­ma­la­rı.

4-cü mad­dədə isə hər iki dövlətdə tu­rist in­for­ma­si­ya bü­ro­la­rı­nın açıl­ma­sı təs­bit olu­nub. Bü­tün bun­lar­la ya­na­şı, Sa­ziş­də sər­həd rəs­miy­yət­lə­ri­nin sa­də­ləş­di­ril­mə­si, mü­tə­ma­di hə­ya­ta ke­çi­ril­mə­li olan təd­bir­lə­rin si­ya­hı­sı, tu­rizm sə­na­ye­si üçün kadrla­rın ha­zır­lan­ma­sı və tək­mil­ləş­di­ril­mə­si üz­rə əmək­daş­lı­ğın hə­ya­ta ke­çi­ril­mə­si is­ti­qa­mət­lə­ri əks olu­nub.

9-cu mad­də­də isə Sa­zi­şin ye­ri­nə ye­ti­ril­mə­si­nə yö­nəl­miş təd­bir­lə­rin gö­rül­mə­si məq­sə­di ilə tə­rəf­lə­rin sə­la­hiy­yət­li or­qan­la­rı­nın nü­ma­yən­də­lə­rin­dən iba­rət Müş­tə­rək iş­çi qru­pu­nun ya­ra­dıl­ma­sı təs­bit edi­lib. Müş­tə­rək iş­çi qru­pu­nun sə­la­hiy­yət­lə­ri­nə aşa­ğı­da­kı­lar da­xil­dir:

1) Sa­zi­şin ye­ri­nə ye­ti­ril­mə­si pros­e­sin­də ya­ra­nan prob­lem­lə­ri öy­rən­mək;

2) Hə­min prob­lem­lə­ri mü­za­ki­rə et­mək və on­la­rın həl­li yol­la­rı­nı tək­lif et­mək;

3) Tu­rizm sa­hə­sin­də mü­ba­di­lə­ni və əmək­daş­lı­ğı hə­vəs­lən­dir­mək üçün töv­si­yə­lər ha­zır­la­maq.

Azərbaycan Respublikası  Gənclər və Tu­rizm Na­zir­li­yi­nin və Mol­do­va Res­pub­li­ka­sı­nın Tu­riz­min İn­ki­şa­fı üz­rə De­par­ta­men­ti­nin Sa­zi­şin ye­ri­nə ye­ti­ril­mə­si­nə mə­sul olan sə­la­hiy­yət­li or­qan­lar ki­mi gös­tə­ril­mə­si isə 10-cu mad­də­nin əsas tə­lə­bi­dir.

Tu­rizm sa­hə­sin­də əmək­daş­lı­ğa da­ir di­gər iki­tə­rəf­li sa­ziş - Azərbaycan Respublikası Hö­ku­mə­ti ilə Tür­ki­yə Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da 1992-ci il no­yabrı­n 2-də An­ka­ra şə­hə­rin­də im­za­lan­mış Sa­ziş­dir. Sa­ziş­də hər iki döv­lə­tin ta­ri­xi, mə­də­ni, tu­rizm də­yər­lə­ri ilə ta­nış ol­maq üçün on­la­rın və­tən­daş­la­rı­nın tu­rist sə­fər­lə­ri­nin təş­ki­li, tu­ristlər üçün vi­za, sər­həd, göm­rük mə­sə­lə­lə­ri­nin qar­şı­lıq­lı şə­kil­də həll edilməsi, rek­lam fə­a­liy­yə­ti­nin qar­şı­lıq­lı su­rət­də hə­ya­ta ke­çi­ril­mə­si və di­gər müd­də­a­lar eh­ti­va olu­nub. 6-cı mad­də isə özün­də aşa­ğı­da­kı mə­sə­lə­lə­ri bir­ləş­di­rir:

- tu­riz­min plan­laş­dı­rıl­ma­sı və ma­liy­yə­ləş­di­ril­mə­si;

- tu­rist ba­za­la­rı­nın tə­mi­ri və fə­a­liy­yə­ti;

- or­taq şir­kət­lə­rin ya­ra­dıl­ma­sı sa­hə­sin­də əl­də edi­lən təcrü­bə­dən ya­rar­lan­maq;

- yu­xa­rı­da­kı mə­sə­lə­lər üz­rə bir­gə la­yi­hə­lə­rin ha­zır­lan­ma­sı.

7-ci mad­də­də əmək­daş­lıq mə­sə­lə­lə­ri və or­ta­ya çı­xan ma­neə­lə­rin ara­dan qal­dı­rıl­ma­sı, mü­za­ki­rə olu­na­caq mə­sə­lə­lə­rin hər iki tə­rə­fin rəs­mi tu­rizm ida­rə­lə­ri­nin sə­la­hiy­yət­li nü­ma­yən­də­lə­ri tə­rə­fin­dən müəy­yən­ləş­di­ril­mə­si, 8-ci mad­də­də təc­rü­bə mü­ba­di­lə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si, 9-cu mad­də­də isə tu­rizmlə bağ­lı ödə­mə­lə­rin hər iki döv­lə­tin Mər­kə­zi Ban­kı­nın qə­bul et­di­yi dö­nər­li val­yu­ta əsa­sın­da apa­rıl­ma­sı təs­bit olu­nub.

Azərbaycan Respublikası  Hö­ku­mə­ti ilə Qır­ğı­zıs­tan Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da 1997-ci il­də im­za­la­nan tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da Sa­zi­şə uy­ğun ola­raq, tə­rəf­lər öz əra­zi­lə­rin­də tu­rist nəşrlə­ri­nin, filmlə­rin, au­dio-vi­deo məh­sul­la­rı­nın ya­yıl­ma­sı, in­for­ma­si­ya, nü­ma­yən­də he­yət­lə­ri mü­ba­di­lə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si, in­ves­ti­si­ya qo­yu­lu­şu, bey­nəl­xalq tu­rizm təş­ki­lat­la­rı və di­gər bey­nəl­xalq qu­rum­lar­la bey­nəl­xalq tu­rizm sa­hə­sin­də əmək­daş­lıq mə­sə­lə­lə­ri üz­rə fi­kir mü­ba­di­lə­si­nin apa­rıl­ma­sı, tu­rizm sə­na­ye­sin­də ça­lı­şan xid­mə­ti he­yət­lə tex­ni­ki əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si və s. mə­sə­lə­lər ba­rə­də əmək­daş­lıq edir­lər. Sa­zi­şin diq­qət çə­kən mə­qam­la­rın­dan bi­ri də on­dan iba­rət­dir ki, bu­ra­da Azər­baycan və Qır­ğı­zıs­tan tə­rə­fi bu sa­hə­də müəy­yən mə­sə­lə­lə­rin həl­lin­də da­ha ge­niş im­kan və va­si­tə­lər­dən is­ti­fa­də edir­lər. Be­lə ki, Sa­zi­şin 5-ci mad­də­si meh­man­xa­na və di­gər tu­rist müəs­si­sə­lə­ri­nin ya­ra­dıl­ma­sı, in­şaa­sı və me­necment üz­rə əmək­daş­lıq im­kan­la­rı­nın öy­rə­nil­mə­si ilə bağ­lı mü­na­si­bət­lə­ri ni­za­ma sa­lır. Hə­min mad­də­də bu­nun hər iki tə­rə­fin tu­riz­mi­nin in­ki­şa­fı üçün va­cib­li­yi qeyd olun­maq­la ya­na­şı, gös­tə­ri­lir ki, hər iki hö­ku­mət mil­li qa­nun­ve­ri­ci­li­yə uy­ğun ola­raq, qa­nu­ni im­ti­yaz­lar ver­mək yo­lu ilə əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si­nə şə­ra­it ya­ra­dır­lar. Sa­zi­şin ye­ri­nə ye­ti­ril­mə­si ilə bağ­lı mə­su­liy­yət mə­sə­lə­lə­ri­ni özün­də eh­ti­va edən 9-cu mad­də­nin tə­lə­bi­nə əsa­sən, bu or­qan­lar aşa­ğı­da­kı­lar­dır:

1) AR Na­zir­lər Ka­bi­ne­ti ya­nın­da Xa­ri­ci Tu­rizm Şu­ra­sı (ha­zır­da bu və di­gər mə­sə­lə­lər Gənclər, İd­man və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən həll edi­lir).

2) Qır­ğı­zıs­tan Res­pub­li­ka­sı Hö­ku­mə­ti ya­nın­da Döv­lət Tu­rizm və İd­man Agentli­yi.

8 iyul 2004-cü il­də Ba­kı şə­hə­rin­də im­za­lan­mış «Azərbaycan Respublikası Hö­ku­mə­ti və Pa­kis­tan İs­lam Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da» Sa­zişdə bu iki dost döv­lət ara­sın­da əmək­daş­lı­ğın mü­va­fiq is­ti­qa­mə­ti­ni da­ha da də­rin­ləş­di­rir və möh­kəm­lən­di­rir. Sa­zi­şin 3-cü mad­də­si­nə mü­va­ifq ola­raq, döv­lət­lər vi­za­lar, göm­rük rü­sum­la­rı və tu­ristlər­lə bağ­lı mə­sə­lə­lə­ri mü­za­ki­rə edə­cək­lər. 5-ci mad­də­də isə tu­rist təş­ki­lat­la­rı (agentlik­lə­ri) ara­sın­da ye­ni tu­rist marşrut­la­rı­nın ya­ra­dıl­ma­sı və iki­tə­rəf­li əla­qə­lə­rin in­ki­şaf et­di­ril­mə­si təs­bit olu­nub. 6-cı mad­də­də tu­riz­min plan­laş­dı­rıl­ma­sı, ma­liy­yə­ləş­di­ril­mə­si, bir­gə müəs­si­sə­lə­rin ya­ra­dıl­ma­sı sfe­ra­sın­da bir-bi­ri­nin "nou-hau"sun­dan is­ti­fa­də edil­mə­si, 7-ci mad­də­də bu sa­hə­də məs­lə­hət­ləş­mə­lə­rin apa­rıl­ma­sı­nı, 9-cu mad­də ödə­mə­lə­rin apa­rıl­ma­sı­nı, 10-12-ci mad­də­lər isə sim­po­zi­um­la­rın, sər­gi­lə­rin ke­çi­ril­mə­si­ni, rek­lam məh­sul­la­rı­nın mü­ba­di­lə­si­ni, Sa­zi­şə nə­za­rət me­xa­niz­mi­ni özün­də eh­ti­va edir. Bu sa­hə­də bağ­lan­mış di­gər iki­tə­rəf­li sa­ziş AR Hö­ku­mə­ti və Çin Xalq Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da tu­rizm sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da 7 mart 1994-cü il ta­rix­li Sa­ziş də mü­hüm əhə­miy­yət kəsb et­mək­də­dir. Bu Sa­ziş­də də tu­rist sə­ya­hət­lə­ri­nin sti­mul­laş­dı­rıl­ma­sı, tu­ristlə­rin ge­diş-gə­li­şi­nə da­ir rəs­miy­yət­lə­rin sa­də­ləş­di­ril­mə­si, tu­rist tə­si­sat­la­rı­nın plan­laş­dı­rıl­ma­sı, ka­pi­tal qo­yu­lu­şu, la­yi­hə­ləş­di­ril­mə­si, tu­rizm, təcrü­bə, alim, mü­tə­xəs­sis və sta­jor mü­ba­di­lə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si ilə bağ­lı müd­də­a­lar möv­cud­dur. 9-cu mad­də­də tu­riz­mə həsr olun­muş bey­nəl­xalq konfrans və sər­gi­lə­rin təş­ki­lin­də əmək­daş­lıq edil­mə­si, 10-cu mad­də­də isə Sa­zi­şin müd­də­a­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nə nə­za­rət me­xa­niz­mi təs­bit edi­lib.

Bü­tün bun­lar­la ya­na­şı, 2004-cü il martı­n 1-də As­ta­na şə­hə­rin­də im­za­lan­mış «Azər­bay­can Res­pub­li­ka­sı Hö­ku­mə­ti və Qa­za­xıs­tan Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da mə­də­niy­yət, elm və tu­rizm sa­hə­sin­də uzun­müd­dət­li əmək­daş­lıq haq­qın­da» Proq­ram­ iki öl­kə ara­sın­da uzun­müd­dət­li əmək­daş­lı­ğın konkret is­ti­qa­mət­lə­ri­ni özün­də eh­ti­va edir. Proq­ra­mın tu­riz­mə aid his­sə­sin­də hə­ya­ta ke­çi­ri­lə­cək təd­bir­lə­rin siyahı­sı ve­ril­miş­dir:

- tu­rizm təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si;

- tu­rist ba­za­la­rı­nın nü­ma­yiş et­di­ril­mə­si;

- əy­lən­cə və ta­nış­lıq xa­rak­ter­li el­mi eko­lo­ji tu­riz­min inkşa­fı üçün əl­ve­riş­li şə­ra­i­tin ya­ra­dıl­ma­sı;

- nor­ma­tiv hü­qu­qi aktlar mü­ba­di­lə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si və s.

AR-in dün­ya döv­lət­lə­ri və bey­nəl­xalq təş­ki­lat­lar­la, xü­su­si­lə Av­ro­pa döv­lət­lə­ri və on­la­rı bir­ləş­di­rən in­teq­ra­si­ya qu­rum­la­rı ilə qar­şı­lıq­lı əla­qə­si, həm­çi­nin tu­rizm sfe­ra­sı­na da si­ra­yət et­mək­də­dir. Be­lə ki, 22 ap­rel 1996-cı il­də Lük­sem­burq şə­hə­rin­də im­za­lan­mış «Bir tə­rəf­dən Av­ro­pa Bir­li­yi və onun üz­vü olan döv­lət­lər, di­gər tə­rəf­dən Azər­bay­can Res­pub­li­ka­sı arasında tə­rəf­daş­lıq və əmək­daş­lıq haqqında» Sa­zi­şin 63-cü mad­də­sin­də tu­rizm sa­hə­si­nə aid aşa­ğı­da­kı əmək­daş­lıq is­ti­qa­mət­lə­ri müəy­yən edi­lir:

1) tu­rizm xid­mət­lə­ri­nin gös­tə­ril­mə­si­ndə əl­ve­riş­li şə­ra­i­tin ya­ra­dıl­ma­sı;

2) in­for­ma­si­ya mü­ba­di­lə­si­nin ar­tı­rıl­ma­sı;

3) «nou-hou» mü­ba­di­lə­si;

4) bir­gə la­yi­hə­lə­ri hə­ya­ta ke­çir­mək im­kan­la­rı­nın öy­rə­nil­mə­si;

5) rəs­mi tu­rizm or­qan­la­rı­nın qar­şı­lıq­lı əmək­daş­lı­ğı;

6) tu­riz­mi in­ki­şaf et­dir­mək məq­sə­di­lə kadrlar ha­zır­lan­ma­sı.

Azər­bay­can Res­pub­li­ka­sı nə­in­ki bi­la­va­si­tə tu­rizm sfe­ra­sın­da əmək­daş­lı­ğı özün­də eh­ti­va edən iki­tə­rəf­li sa­ziş­lə­ri, həm də di­gər sa­hə­lər­lə bağ­lı olan, la­kin tu­riz­mə aid müd­də­a­la­rı özün­də əks et­di­rən iki­tə­rəf­li mü­qa­vi­lə­lər də bağ­la­mış­dır. Məsələn, 1998-ci il­də im­za­lan­mış «Azər­bay­can Res­pub­li­ka­sı Hö­ku­mə­ti və Avstri­ya Res­pub­li­ka­sı Fe­de­ral Hö­ku­mə­ti ara­sın­da iq­ti­sa­diy­yat, kənd tə­sər­rü­fa­tı, sə­na­ye, tex­ni­ka və tex­no­lo­gi­ya sa­hə­lə­rin­də əmək­daş­lıq haq­qın­da» Sa­zişin 8-ci mad­də­si, 1 fev­ral 2000-ci il ta­rix­li «Azər­bay­can Res­pub­li­ka­sı Hö­ku­mə­ti və Slo­va­ki­ya Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da ti­ca­rət-iq­ti­sa­di və el­mi-tex­ni­ki əmək­daş­lıq haq­qın­da» Sa­zişin 12-ci mad­də­si, 1997-ci il­də im­za­lan­mış «Azər­bay­can Res­pub­li­ka­sı və Li­van Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da ti­ca­rət-iq­ti­sa­di əmək­daş­lıq haq­qın­da» Sa­zişin 8-ci mad­də­si tu­rizmlə bağ­lı mə­sə­lə­lə­ri təs­bit edir.

            2004-cü ildə Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında» Sazişin 2-ci maddəsinə əsasən, hər iki tərəf dövlət turizmi idarə etmə orqanları, turist təşkilatları, milli və beynəlxalq turizmin inkişafında iştirak edən digər təşkilatlar arasındakı əməkdaşlığa dəstək verirlər. Milli informasiya mərkəzlərinin açılması, mütəxəssislərin, tələbələrin, heyətin hazırlanması, mübadiləsi, beynəlxalq turizm təşkilatlarının fəaliyyəti və digər məsələlər sahəsində əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi isə Sazişin 3, 4, 5-ci maddələrində əks olunub. Sazişin effektiv icrası məqsədilə, hər iki dövlətin mütəxəssislərindən ibarət Birgə Komitə  yaradılır. Növbəlilik prinsipi əsasında ildə bir dəfə çağırılmaqla, Komitə turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üzrə qərar, proqram, birgə təkliflərin realizəsi ilə məşğul olur. Sazişdə, həmçinin digər məsələlər də təsbit olunub.

            «Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında» Saziş (30 noyabr 2004-cü ildə Doha şəhərində imzalanıb) isə yeni turist marşrutlarının açılması, səyahət strukturları arasında fəal əməkdaşlığın qurulması, rəsmiyyətlərin sadələşdirilməsi, turistlərin təhlükəsizliyinin təmin olunması, turizm kompleks personalının hazırlanması, məlumatların nəşri, filmlərin nümayişi və digər məsələlərə aid müddəalar ehtiva edilib.

            AR Pre­zi­den­ti­nin və Bö­yük Bri­ta­ni­ya və Şi­ma­li İr­lan­di­ya Bir­ləş­miş Kral­lı­ğı Baş Na­zi­ri­nin «Dostluq mü­na­si­bət­lə­ri və tə­rəf­daş­lıq haq­qın­da» Bir­gə Bə­yan­na­məsi­nin (21 iyul 1998-ci il) 11-ci bən­di, «Azər­bay­can Res­pub­li­ka­sı və Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Ba­kı Bə­yan­na­mə­si»nin (9 yan­var 2001-ci il) 1-ci mad­də­si­nin 1-ci bən­di, AR və Ya­po­ni­ya ara­sın­da «Dostluq və tə­rəf­daş­lıq haq­qın­da» Bir­gə Bə­ya­natı (26 fev­ral 1998-ci il) da tu­rizmlə bağ­lı əmək­daş­lı­ğın ya­ran­ma­sı və in­ki­şaf et­di­ril­mə­si is­ti­qa­mə­tin­də çox mü­hüm ad­dım­lar he­sab olunur.

Be­lə­lik­lə, AR-in tu­rizm sa­hə­sin­də bağ­la­dı­ğı iki­tə­rəf­li sa­ziş­lər, mü­qa­vi­lə­lər, bə­yə­nat, bə­yən­na­mə­lər öl­kə­mi­zin tu­rizm im­kan və eh­ti­yat­la­rı ba­rə­də in­for­ma­si­ya­nın da­ha dol­ğun şə­kil­də ya­yıl­ma­sı, tu­riz­min di­gər as­pektlə­ri ilə bağ­lı prob­lem­lə­rin mü­za­ki­rə və həll olun­ma­sı­nın əsas bey­nəl­xalq-hü­qu­qi ba­za­la­rın­dan bi­ri­dir.

Aparılan təhlillər nəticəsində tu­rizm sa­hə­sin­də ikitərəfli çərçivədə bey­nəl­xalq əmək­daş­lı­ğın əsas istiqamətlərini və xüsusiyyətlərini belə müəy­yən et­mək olar:

1) sə­ya­hət­lər və tu­rizm za­ma­nı in­san hü­quq və azad­lıq­la­rı­nın hər­tə­rəf­li qo­run­ma­sı;

2) tu­ristlə­rin qə­bu­lu, on­la­rın yer­ləş­di­ril­mə­si, tur­la­rın təş­ki­li za­ma­nı diskri­mi­na­si­ya­ya yol ver­mə­mək. La­kin sə­ya­hət edi­lən döv­lə­tin mü­ha­ri­bə və­ziy­yə­tin­də ol­du­ğu öl­kə­nin və­tən­daş­la­rı­na mü­na­si­bət­də bu prin­sip is­tis­na təş­kil edir. Məsələn, Er­mə­nis­tan-Azər­bay­can-Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si za­ma­nı Azər­bay­can döv­lə­ti­nin qar­şı tə­rə­fin və­tən­daş­la­rı­na bu qa­da­ğa və məh­du­diy­yət­lə­ri tət­biq et­mə­si diskri­mi­na­si­ya ki­mi qiy­mət­lən­di­ri­lə bil­məz;

3) tu­rizm sa­hə­sin­də döv­lət­lə­ra­ra­sı əmək­daş­lı­ğın qar­şı­lıq­lı an­laş­ma və bey­nəl­xalq-hü­qu­qi ba­za üzə­rin­də qu­rul­ma­sı. Bu, xü­su­si­lə, re­gi­on döv­lət­lə­ri üçün xa­rak­te­rik­dir. Çün­ki re­gi­on­da bey­nəl­xalq sül­hün və təh­lü­kə­siz­li­yin qo­run­ma­sı, sa­bit­li­yin tə­min olun­ma­sı, iq­ti­sa­di in­ki­şaf xa­ri­ci tu­riz­min tə­rəq­qi­si­nə, tu­rist axı­nının güc­lən­di­ril­mə­si­nə gə­ti­rib çı­xa­rar. Döv­lət­lə­rin qar­şı­lıq­lı fə­a­liy­yə­ti bu mə­sə­lə­də çox şe­yi müəy­yən edir;

4) tu­rizm sa­hə­sin­də əmək­daş­lıq­da döv­lət­lə­rin bə­ra­bər əsas­lar­la iş­ti­ra­kı­nın tə­min olun­ma­sı. Yə­ni, döv­lət­lə­rin bö­yük və ki­çik­li­yin­dən, iq­ti­sa­di cə­hət­dən güc­lü olub-ol­ma­ma­sın­dan ası­lı ol­ma­ya­raq, hər bir öl­kə bu əmək­daş­lıq­da iş­ti­rak et­mək hü­qu­qu­nu özün­də eh­ti­va edir;

5) tu­riz­min in­ki­şaf et­di­ril­mə­si za­ma­nı döv­lə­tin ma­ra­ğı­nın, ümum­bə­şə­ri ide­ya­la­rın, mə­nə­vi də­yər­lə­rin qo­run­ma­sı;

6) turist səyahətləri zamanı hər bir öl­kə­nin si­ya­si, iq­ti­sa­di, mə­də­ni hə­ya­tı­na, ta­ri­xi keç­mi­şi­nə, mil­li adət-ənə­nə­si­nə, tə­biə­ti­nə və in­sa­ni re­surslar­na hör­mət­lə ya­naş­maq.

 

 

İstifadə edilmiş mənbələr:

 

1. Azərbaycan Respublikasının Konstitusiyası.  Bakı, 2005.

2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arxivi.

3. Барчукова Н.С.  Международное сотрудничество государств в области туризма. М., 1986.

4. Борисов К.Г.  Международный туризм и право.  М., 1999.

5. Квартальнов В.А.  Иностранный туризм.  М., 2003.

6. Квартальнов В.А..  Теория и практика туризма.  М., 2003.                     

7. Европейское право.   М., 2002.

8. Международное право / Отв. ред. Ю. М. Колосов, Э. С. Кривчикова. М., 2000.

9. Международный туризм: правовые акты / Сост. Н. И. Волошин. М., 2002.  

10. Туристский вестник,  1998, № 4.

11. Чеботарева И.А.  Сотрудничество государств по правовому регулиро-ванию международной туристской деятельности:    Автореф. дис. … канд. юр. наук.  СПб., 2004.

12.Соколов Ю.Н.  Международный туризм  и его правовое регулиро-вание.   М., 1969.

13. Шреплер Х.А.  Международные  организации.   М., 1995.

14. Сенин В.С.  Организация международного туризма.  М., 2004.

15. World Tourism Organization.  Madrid, 1998.

16. UN and WTO.  Recommendations on tourism statistics. New-York,  1994.

17.Əliyev Ə.İ. Turizm sahəsində regional beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və turistlərin hüquqi statusu məsələləri // Nəqliyyat hüququ. Bakı, 2006,  № 3, s. 40-55.

 

ДВУСТОРОННЕЕ СОТРУДНИЧЕСТВО АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ В ОБЛАСТИ ТУРИЗМА И ЮРИДИЧЕСКИЙ СТАТУС ТУРИСТОВ

 

 

 

Алиев Амир Ибрагим оглы, к.ю.н., доцент кафедры

“Международное частное право и Европейское право ”

Бакинского Государственного Университета

 

 

 

                В статье с научной точки зрения исследуются основные направления и характерные особенности двустороннего сотрудничества в области туризма.

                Автор приходит к такому выводу, что международная договорная практика Азербайджанской Республики в области туризма, как основная международно-правовая база играет существенную роль в решении проблем, связанных с туризмом.

 

 

 

 

 

TWO-WAY COOPERATION OF AZERBAIJAN REPUBLIC IN THE

AREA OF TOURISM AND LEGAL POSITION OF TOURISTS

 

 

 

Aliyev Amir Ibrahim oglu,

candidate of law, docent of department

“International private law and European law”

of Baku State University

 

 

                The article investigate from the scientific standpoint the main ways and characteristic features of two way cooperation in the area  of tourism.

                Author come to a conclusion that international contractual practice of Azerbaijan Republic in the area of tourism plays a vital part in solving the problems concerned with tourism as main international legal basis.

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.