06.28.2017 17:57
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

AZƏRBAYCANIN ÜTT-yə DAXİL OLMASININ 

PERSPEKTİVLƏRİ VƏ MƏHDUDİYYƏTLƏRİ

Məhərrəmov Amil Məmmədəli oğlu,

iqtisad elmləri namizədi,

BDU «Gömrük işinin təşkili və idarəetmə»

kafedrasının dosenti

                Məqalədə Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT-yə) daxil olmasının perspektivləri və məhdudiyyətləri ilə bağlı məsələlər nəzərdən keçirilir.

                Müəllif belə qənaətə gəlir ki, Azərbaycanın ÜTT-yə qoşulması ölkə iqtisadiyyatının inkişafına, əhalinin rifah səviyyəsinin yüksəlməsinə və ən əsası dövlətimizin beynəlxalq nüfuzunun artmasına önəmli təsir göstərəcəkdir.

Müasir dünya iqtisadiyyatının strukturu elə qurulmuşdur ki, heç bir ölkə iqtisadiyyatı ÜTT-yə daxil olmadan müstəqil surətdə mövcud iqtisadi tələblərə uyğun inkişaf edə bilməz. Qloballaşma dövründə bütün milli iqtisadiyyatlar dünya ticarətinə inteqrasiya edir, beləliklə də dünya bazarı inkişaf edir və beynəlxalq iqtisadi münasibətlər sferasında hər bir ölkə iqtisadiyyatının çəkisi müəyyən olunur. Bütün bu amillər təbii ki, dövlətin dünyadakı mövqeyini və nüfuzunu, əhalinin rifah səviyyəsini, həmçinin digər dövlətlərlə münasibətdə üstünlüyünü, ölkənin iqtisadi potensialını (sənaye gücləri, xidmət sferası üstünləkləri, intellektual mülkiyyət və s.) və iqtisadi inkişaf səviyyəsini müəyyənləşdirir.

Azərbaycanda hələ müstəqilliyin ilk illərindən açıq iqtisadiyyatın qurulmasına yönəldilmiş kurs, hər şeydən əvvəl, Qərb ölkələri ilə ticari-iqtisadi əlaqələrin inkişafını əsas məqsəd kimi nəzərdə tutmuşdur. Bu konsepsiyada həmin ölkələrə Azərbaycandan yalnız ənənəvi yanacaq-xammal resurslarının deyil, həm də emal-sənaye (o cümlədən elm tutumlu) məhsullarının ixracı müqabilində milli iqtisadiyyatın modernləşməsi üçün texnologiyanın, kreditlərin, investisiyaların      və s. «mütləq üstünlüklərin» idxalı nəzərdə tutulmuşdur. Bu məqsəd Azərbaycanın xarici iqtisadi fəaliyyət strategiyasının formalaşması, onun sərbəstləşməsi və liberallaşması, siyasi və institusional təmin olunması proseslərində də əsas kimi götürülmüşdür. Lakin dünya iqtisadiyyatı da yerində qalmır. Dünya təsərrüfat münasibətlərinin yeni qlobal strukturunun formalaşması prosesi də günbəgün sürətlə  inkişaf edir. Belə inkişafın başlıca səbəbi isə dünya ölkələrinin aparıcı dövlətləri arasında daha yeni bazarların tutulması və bütün vasitələrlə öz gəlir səviyyələrinin daha da artırılması istiqamətində apardığı işlərdir. Tarif və Ticarət üzrə Baş Sazişin (General Agreement of Tariffsand and Trade - GATT ) «Uruqvay» raundunun yekunlarına görə isə bu proses coxtərəfli iştirakçılıq əsasları üzərində qurulur.

QATT müqavilə sisteminin üzv ölkələri üçün əsas prinsip dünya ticarətinin inkişafı və bazarlara girişin qarşılıqlı liberallaşdırıldığı iqtisadi inkişaf təminatlarının qurulmasıdır.

Azərbaycan hökuməti 1997-ci ildə ÜTT-yə  üzv olmaq üçün müraciət etməyi qərara almışdır. Bundan dərhal sonra özünün ÜTT-yə üzvolma şərtlərinin müzakirəsində zəruri müraciəti əsaslandırmaq məqsədilə sənədlər hazırlamağa başlamışdır. Xatırladaq ki, ÜTT-yə üzvolma mürəkkəb prosesdir. Bu, təkcə tariflərə dair sazişlərin hazırlanmasından və xarici qurumlar tərəfindən təklif edilən xidmətlər üçün güzəştlər müzakirəsindən ibarət deyil. 

Bu gün Azərbaycanın qarşısında  ÜTT-yə (ÜTT 1 yanvar 1995-ci ildən QATT-nin hüquqi və iqtisadi varisi kimi çıxış edir) daxil olmaq sualı gündəmdə olsa da, bu prosesin hüquqi cəhətdən reallaşması hal-hazırki şərait üçün cox mürəkkəbdir. Uruqvay raundunun Yekun Aktının müddəalarında (15 aprel 1994-cü il) göstərilir ki, raundda iştirakçı dövlətlər iştiraklarından asılı olmayaraq, QATT (ÜTT) üzvü hesab edilmir və onların ÜTT-nin bərabər hüquqlu üzvü olması üçün təşkilata daxilolma prosedurlarını yenidən keçmələri tələb olunur.

Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası ÜTT-yə daxil olmağı milli iqtisadiyyat üçün zəruri hesab etdiyindən iqtisadi inkişaf kursunu bu təşkilata daimi üzvlüyün  əldə olunması istiqamətində müəyyən etmişdir. Bəs gəlin görək ÜTT nədir və Azərbaycan Respublikasının bu təşkilata üzv olması sadə vətəndaşa və dövlətə nə verə bilər?

Ümumdünya Ticarət Təşkilatı 1995-ci il yanvarın 1-dən QATT-nin hüquqi varisi kimi fəaliyyətə başlamışdır. Təşkilatın əsas təyinatı beynəlxalq ticarət siyasi münasibətlərin rəhbər normalarının müəyyən edilməsidir. Beynəlxalq səviyyədə bu münasibətləri tənzimləyən bir sıra təşkilatlar (ÜGT, Avropa İqtisadi Komissiyası və s.) olsa da, ÜTT bu sahədə rəhbər təşkilat sayılır.

ÜTT-nin əsas prinsipləri və qaydaları aşağıdakılardır:

mənşə ölkəsi xarici dövlət olan mallara və xidmətlərə münasibətdə «milli rejimin» tətbiqi və xarici ticarətdə qarşılıqlı olaraq, daha əlverişli ticarət rejiminin tətbiqi;

ticarətin tarif tənzimlənməsi metodlarına mütləq üstünlüyün verilməsi, kəmiyyət məhdudiyyətləri və s. inzibati tənzimlənmə vasitələrindən imtina;

düzgün ticarət siyasətinin həyata keçirilməsi və təsərrüfat münasibətlərində mövcud problemlərin danışıqlar və beynəlxalq hüququn ümumi prinsipləri əsasında həll edilməsi və s.

ÜTT-nin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

-              Uruqvay raundunun müqavilələrinin reallaşdırılması üzərində nəzarət;

maraqlı üzv ölkələr arasında ticari danışıqlırın və məsləhətləşmələrin coxtərəfli iştirakçılıqla həyata  keçirilməsi;

ticari mübahisələrin həll olunması;

üzv ölkələrin milli ticarət siyasətinin manitorinqi;

ÜTT-nin tənzimlədiyi münasibətlər cərçivəsində inkişaf etməkdə olan ölkələrlə (İEOÖ) texniki əməkdaşlıq;

beynəlxalq ixtisaslaşmış təşkilatlarla əməkdaşlıq.

ÜTT Azərbaycan Respublikasına nə verə biləcək məsələsinə gəldikdə, bu sahədə mütəxəssilərin fikri həddindən çox müxtəlif istiqamətlərə səpələnmişdir. Bir çoxları hesab edir ki, Azərbaycanın ÜTT-yə qoşulması ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasıdır və qloballaşan dünyada bu prosesin sonda baş verəcəyindən iqtisadiyyatımızın inkişafı üçün bunun yaxın gələcəkdə həyata keçirməsi vacibdir. Digərlərinin fikrincə isə, Azərbaycan iqtisadiyyatı hələ bu təşkilata qoşulmağa hazır deyil. Bu müəlliflər ölkənin həmin təşkilata qoşulmasındakı  əsas çətinliklər qismində  sənaye istehsalı sahəsindəki geriliyi, intellektual mülkiyyət hüquqlarının qorunmasındakı və iqtisadi qanunvericilikdəki çatışmazlıqları göstərirlər. Dövlətə gəldikdə isə, dövlətin bu sahədə hələ tam müəyyənləşdirilmiş konsepsiyası formalaşmamışdır. Buna görə, fikrimizcə, əvvəlcədən heç tam bir iqtisadi və hüquqi baza olmadan bu təşkilata daxil olmaq məqsədəuyğun  deyil.

Lakin bu təşkilata qoşulmanın Azərbaycan üçün bir çox faydaları ola bilər. Məsələn, Azərbaycanda xammalın hasilatına əsaslanan neft sənayesi dünyəvi normalara əsasən mütərəqqi iqtisadiyyat sahəsi sayıla bilər. Ona görə də bütün müəlliflər bu təşkilatın daimi üzvü olacağımız təqdirdə neft sənayemizin daha da inkişaf edəcəyi məsələsində bu ümumi fikri bölüşürlər. Lakin bizim iqtisadiyyatın digər  sahələri hələ dünya iqtisadiyyatının müvafiq  sahələri ilə rəqabət aparmaq qabiliyyətinə malik deyil və deməli, bu təşkilata üzvlük həmin sahələrin tamamilə iflasa uğramasına gətirib çıxara bilər. Bu zaman bir sual ortaya çıxır. İqtisadiyyatımızın hələ ixrac qabiliyyətli olmadığı bir dövrdə ÜTT-yə qoşulmaq kimin mənafelərinə - milli mənafeyə, yoxsa ÜTT-nı öz milli istehsal və xidmət sahələrinin reallaşdırılması üçün təbii inhisara çevirmək istiqaməti götürmüş «iqtisadi güclər»in mənafelərinə xidmət edəcək?

Zənnimizcə Azərbaycanın ÜTT-yə qoşulmasından əldə ediləcək ən mühüm nailiyyətlər kimi aşağıdakıları göstərmək olar:

Azərbaycan mallarının dünya bazarına çıxarılmasına mövcud şərtlərdən daha yaxşı şərtlərin tətbiqi;

beynəlxalq ticarət mübahisələrinin beynəlxalq hüquqda qəbul edilmiş və ÜTT-nin tərəfdaş çıxdığı rəhbər müddəalar əsasında  həll olunması;

ÜTT-nin ticari iqtisadi normalarının Azərbaycan qanunvericiliyində əks olunaraq beynəlxalq investisiyaların əlverişli cəlb olunma mühitinin yaradılması;

Azərbaycanlı investorların ÜTT-yə üzv olan dövlətlərdə fəaliyyət dairəsinin genişləndirilməsi;

milli bazarda Azərbaycan mallarının və xidmət sahələrinin çeşidinin artırılması və rəqabət qabiliyyətinin təmin olunması;

beynəlxalq ticarət qaydalarının qəbul olunmasında və icrasında milli maraqlar baxımından iştirak imkanı;

Azərbaycanın dünyada beynəlxalq ticarətin bərabər hüquqlu subyekti kimi imicinin yüksəldilməsi.

Göstərilənlər bizim subyektiv  fikrimizdir. Lakin bu sahədə tədqiqat aparan bəzi müəlliflər  Azərbaycanın ÜTT-yə  qoşulmasından əldə ediləcək faydaların (nisbi üstünlüklərin) və itgilərin  yalnız bu təşkilata daimi üzvlüyün əldə olunmasından sonra müəyyən edilə biləcəyi fikrini irəli sürürlər. Lakin, fikrimizcə, bu çox yanlış mövqedir. Bunu onunla əsaslandıra bilərik ki, təşkilata qoşulmanın mənfi və ya müsbət nəticə döğuracağını əvvəlcədən bilməyərək (yalnız riyazi hesablamalara əsasən deyil, həm də ehtimallara əsasən), strateji konsepsiya hazırlamayaraq və  ilkin şərtlər müəyyən etməyərək hər hansı bir təşkilata- istər qlobal, istərsə də yerli təşkilata qoşulma beynəlxalq hüquq tarixində dövlətlərin subyektə cevrildiyi andan indiki dövrədək heç bir ölkənin praktikasında rast gəlinməmişdir.

Ümumiyyətlə, ÜTT-yə hal-hazırda 148 ölkə üzvdür. Üzv olan ölkələr kimi, digər üzv olmayan ölkələrin hökumətləri də ÜTT-nin nailiyyətlərindən istifadə etmək üçün öz daxili və xarici siyasətlərində dəyişikliklərin aparılması istiqamətində işlər görürlər. Belə hökumətlərdən biri sayılan Azərbaycan Respublikası Hökuməti də ÜTT-yə daxil olmaq üçün müəyyən işlər görməkdədir. Bu sahədəki işlərin əsas hissəsi Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası Tarif Şurasına, Milli Məclisin İqtisadi Siyasi Komissiyasına və İqtisadi İnkişaf Nazirliyinə həvalə olunmuşdur. Danışıqlar dövlət səviyyəsində deyil, hökumətlərarası işçi qruplar səviyyəsində aparılır və danışıqların əsas mövzusu Azərbaycanın ÜTT-yə daxil olmasının daha əlverişli ilkin şərtlərinin müəyyən olunması və hələ də zəif olan Azərbaycan iqtisadiyyatının bir sıra strateji sahələrinin tam sıradan çıxmaması üçün bazis şərtlərinin hazırlanmasından ibarətdir.

Bəs ÜTT-yə daxil olmaqla biz nəyi itirə bilərik?

Bu suala konkret cavab vermək qeyri-mümkündür. Çünki bu qoşulmada konkret itgiləri müəyyən edərək, hesablaya bilən vahid bir mexanizm yoxdur. Amma istisna edilmir ki, bu prosesin təsirləri hətta ən xırda istehsal və ya xidmət sahəsindən yan keçməyəcək. İri istehsal və xidmət sahələrinə gəldikdə  isə, bu təsirlərin miqyası daha da böyüyəcəkdir. Bunun real timsalını hazırkı iqtisadiyyatımızda da görmək olar. Məsələn, yaxın dövr ərzində Azərbaycan hökuməti ÜTT-nin qoyduğu tələblərdən birini icra etdi - yanacaq materiallarının qiyməti  qaldırıldı. Gəlin görək nə baş verdi? Yanacağın qiymətinin qalxması ilə «əlaqəli iqtisadiyyat» mexanizmi işə düşdü və ölkənin digər iqtisadi sahələrində də qiymətlərin artımı müşahidə olundu. Xatırladaq ki, hökümətin qəbul etdiyi bu qərar ÜTT-yə daxil olmaq üçün Azərbaycanın qarşısında qoyduğu əsas tələbin yalnız cüzi bir hissəsidir. Çünki ÜTT-nin Azərbaycanın qarşısında qoyduğu əsas tələb yalnız yanacağın deyil, bütün enerji daşıyıcılarının qiymətlərinin dünya qiymətləri səviyyəsinə qaldırılmasıdır.

Bir anlığa təsəvvür edək ki, Azərbaycan höküməti bu tələbi yerinə yetirmişdir. Bunun nəticələri o olacaqdır ki, kənd təsərrüfatı tamamilə iflasa uğrayacaq, kiçik istehsal və xidmət sahələri iqtisadiyyatdan silinəcək və ölkənin maliyyə sistemi öz inkişafında 4-5 il geri  düşəcək.

İndi isə göstərdiyimiz bütün bu perspektivləri və məhdudiyyətləri nəzərə alaraq, belə bir sualı cavablandıraq. Azərbaycan Respublikasının ÜTT-yə qəbul olunmasına dəyərmi?

Fikirlərimizi ümumiləşdirərək belə qənaətə gələ bilərik ki, hazırki dövr üçün qloballaşan dünyanın tələblərini nəzərə alaraq, Azərbaycanın aşağıda göstərilən məsələləri rəhbər tutaraq, ÜTT-yə  daxil olması mütləqdir:

xarici ticarətin tənzimlənməsində qiymət metodlarından və mexanizmlərindən istifadə olunması, yəni  idxal və ixracın tənzimlənməsində yalnız gömrük tariflərindən istifadə və tədricən qeyri-tarif tənzimlənməsindən imtina olunması;

ixracda və idxalda dövlət tədarüklərinin ləğvi;

xarici iqtisadi münasibətlərə coxtərəfli yanaşma;

ixracın genişləndirilməsi,  yəni onun coğrafi və əmtəə strukturunun diversifikasiyası və dərinləşdirilməsi;

idxala münasibətdə adekvat müdafiə tədbirləri sistemindən istifadə;

xarici iqtisadi fəaliyyətin tənzimlənməsi tədbirlərindən digər məqsədlər üçün (məsələn, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılması üçün) istifadə olunmaması.

Lakin onu da nəzərə almaq lazımdır ki, bizim bütün bu söylədiklərimiz sadəcə nəzəriyyədir və bildiyimiz kimi nəzəriyə cox vaxt praktika ilə üst-üstə düşmür. Ona görə də iqtisadiyyatımızın inkişafı, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və ən əsası dövlətimizin beynəlxalq nüfuzunun qalxması üçün  ölkəmiz ÜTT-nin daimi üzvülüyünün əldə olunması istiqamətində beynəlxalq normalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirməlidir.

Təqdirəlayiq haldır ki, ölkənin qeyri-neft sektorunun dinamik inkişafına nail olmaq və iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq məqsədilə hazırda milli xidmətlərin dirçəldilməsinə xüsusi diqqət yetirilir.9

Bu baxımdan mühüm əhəmiyyət kəsb edən sahələrdən biri nəqliyyat xidmətləridir. Azərbaycan öz coğrafi mövqeyinə görə nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və buna görə də müvafiq sahədə inkişafı sürətləndirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan ərazisindən keçən Böyük «İpək yolu»nun bərpası, Avropa-Qafqaz-Asiya (TRASEKA) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının, dəniz və hava limanlarının infrastrukturunun modernləşdirilməsinə yönəldilmiş, eyni zamanda, böyük vəsait tələb edən investisiya layihələrinin reallaşdırılması buna misal çəkilə bilər.

                                               İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1.Chavronitz S., Wikham J. Non-governmental organizations and the original trade regime. Journal of world trade, Geneva. -1995, № 5.

2.Dömulen  İ. İ.  Vsemirnaə  torqovaə  orqanizaüiə. Moskva, Gkonmika,  2003.

3.Polugktov A. Mnoqostoronnaə sistema QATT: do i posle “Uruqvayskoqo” raunda // Vneşnəə torqovlə,  M., 1994 q., № 4.

4.Dömulen  İ. İ.  Vsemirnaə  torqovaə  orqanizaüiə. M., Gkonmika,  2003.

5.Dömulen  İ. İ.  Vsemirnaə  torqovaə  orqanizaüiə.  M., TPP, 1997.

6.Humilov  V. M. Mejdunarodnoe gkonomiçeskoe pravo.  M., 1999.

7.Kupalov İ.V. Mnoqostoronnee requlirovanie torqovli i investiüiy v ramkax QATT // Moskovskiy jurnal mejdunarodnoqo prava, M., 1994 q., №1.

8.Vaqif Bayramov. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq əzmindədir // «Xalq» qəzeti, Bakı, 23.08.2006-cı il.

2.Дюмулен  И. И.  Всемирная  торговая  организация. Москва, Эконмика,  2003.

3.Полуэктов А. Многосторонная система ГАТТ: до и после “Уругвайского” раунда // Внешняя торговля,  М., 1994 г., № 4.

4.Дюмулен  И. И.  Всемирная  торговая  организация. М., Эконмика,  2003.

5.Дюмулен  И. И.  Всемирная  торговая  организация.  М., ТПП, 1997.

6.Щумилов  В. М. Международное экономическое право.  М., 1999.

7.Купалов И.В. Многостороннее регулирование торговли и инвестиций в рамках ГАТТ // Московский журнал международного права, М., 1994 г., №1.

8.Вагиф Байрамов. Азярбайъан Цмумдцнйа Тиъарят Тяшкилатына цзв олмаг язминдядир // «Халг» гязети, Бакы, 23.08.2006-ъы ил.

ПЕРСПЕКТИВЫ  И ОГРАНИЧЕНИЯ  ВСТУПЛЕНИЯ

АЗЕРБАЙДЖАНА ВО ВСЕМИРНУЮ ТОРГОВУЮ ОРГАНИЗАЦИЮ

Магеррамов Амиль Мамедали оглы,

кандидат экономических наук,

доцент кафедры “Управление и организация таможенного дела”

Бакинского Государственного Университета

                В статье рассматриваются вопросы, связанные с перспективами и ограничениями вступления Азербайджана во Всемирную Торговую Организацию (ВТО).

                Автор приходит к такому выводу, что присоединение Азербайджана к ВТО окажет существенное влияние на экономическое развитие страны, на повышение жизненного уровня населения и, особенно, на имидж нашего государства на международной арене.

PROSPECTS AND RESTRICTIONS OF ENTRY AZERBAIJAN INTO

WORLD  TRADE ORGANIZATION

Magerramov Amil Mamedali oglu,

candidate of economic science,

docent of department “Management and organization of custom house”

 Baku State University

The article consider the questions, which are concerned with prospects and restrictions of entry Azerbaijan into World Trade Organization (WTO)

Author come to a conclusion that Azerbaijan’s entry into World Trade  Organization will exert strong influence on economic development of the country, raising of population level and especially on image of our nation in international scene.

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council

PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.