08.24.2017 08:39
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Avtonəqliyyat müəssisələri arasındakı münasibətləri tənzimləyən normativ-hüquqi bazanın qiymətləndirilməsi

 

Aqil Əsədov,

Azərbaycan Texniki Universiteti

“Xidmət sahələrinin iqtisadiyyatı

və menecment”  kafedrasının aspirantı.

 

    

                Müəllif  avtomoibil nəqliyyatı müəssisələri arasındakı münasibətləri ətraflı şərh edərək,  nəqliyyat-daşıma münasibəti iştirakçılarının fəaliyyətini tənzimləyən mövcud normativ-hüquqi bazanı təhlil etmişdir.

               Məqalədə  “Nəqliyyat  haqqında”    “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasıнын гanunlarının, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi  haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin  müvafiq normaları nəzərdən keçirilərək, nəqliyyat-daşıma münasibətlərinin təkmilləşdirilməsi istiqamətində müəyyən təkliflər veriлмишдир.

 

 

                Avtonəqliyyat müəssisələri dedikdə avtomobil nəqliyyatı ilə bağlı bütün tərəflər (avtotəmir müəssisələri, yükləmə-boşaltma məntəqələri, yükgöndərən və yükü qəbul edən müəssisələr, daşıyıcılar və s.) nəzərdə tutulur. Məlumdur ki, nəqliyyat müəssisələrinin “istehsalı” yük və sərnişin daşınmasıdır, yəni daşıma хидмятидир. Konkret olaraq avtotəmir müəssisələrinin istehsalı dedikdə texniki xidmət, cari və əsaslı təmir işləri başa düşülür.

         Nəqliyyat müəssisələrinin fəaliyyəti, onların qarşılıqlı münasibətləri, yükgöndərən, yükalan, yükləmə-boşaltma məntəqələri, texniki xidmət və təmir müəssisələri arasındakı münasibətlər “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının  (AR) Qanunu ilə tənzimlənir. Bu qanun 11 iyun 1999-cu il tarixində qəbul edilmiş və 27 iyul 1999-cu il tarixində Azərbaycan Res­­­pub­likası Пrezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir. “Nəqliyyat haqqında” qanun nəqliyyatın fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

           Ганунун 1-ci maddəsiнdə qeyd olunur ki, nəqliyyat müəssisəsi qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir, daşıyıcı isə ödəniş və ya muzdla sərnişin, baqaj və poçt daşımaları üzrə xidmətlər göstərən mülkiyyət, icarə hüququ və ya başqa qanuni əsaslarla nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir.

       “Nəqliyyat haqqında” AR-nın qanununda, щямчинин yazılır ki: “Nəqliyyat müəssisələri və daşıyıcılar öz fəaliyyətlərini kommersiya və təsərrüfat prinsipləri əsasında həyata keçirirlər” (maddə 8.2). Bu heç də o demək deyildir ki, nəqliyyat müəssisələri və daşıyıcılar öz fəaliyyətlərini tam sərbəst, heç bir норматив акты nəzərə almadan qura bilərlər. Ona görə də 8-ci maddənin 3-cü bəndində yazılır ki, “Nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər”.

           Avtotəmir müəssisələri arasında təsərrüfat hesabi münasibətlər də bəzən özünü doğrultmur. Təmir müəssisəsi sifarişçilər qarşısında təmir yürüşü dövründə məsuliyyət daşıya bilər, bu isə təmir olunmuş avtomobilin, aqreqatın yürüşünün az qismini təşkil edir. Nə təminat yürüşündən artıq yürüş, nə də təmirdə dayanma müddəti iqtisadi münasibətlərin obyekti ola bilməz, lakin onlar fəaliyyətdə olan avtomobil parkını artırıb-azaltmaqla avtonəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin nəticələrinə birbaşa təsir edə bilirlər. Nəhayət sifarişçilər obyektin vaxtında təmirə verilməsi prosesində, texniki vəziyyətinə görə heç bir məsuliyyət daşımırlar. “Nəqliyyat haqqında” qanunda эюстярилир ki: “Daşıma və yükaşırma şərtləri, nəqliyyat vasitələrindən istifadə qaydaları, nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, əmək mühafizəsi, yanğına qarşı təhlükəsizlik, texniki-iqtisadi, ekoloji və sanitar normaların tələblərinə əməl olunması nəqliyyat münasibətlərinin bütün iştirakçıları üçün məcburi olan, müvafiq nəqliyyat növlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar, həmçinin tərəflərin razılığı (bağladığı müqavilələr) ilə müəyyən edilir (maddə 2.3). Göründüyü kimi nəqliyyat vasitələrinin sazlığı üçün, razılaşmaya əsasən sifarişçi, yükgöndərən  və ya nəqliyyat vasitələrinin sahibləri məsuliyyət daşıyırlar. Bu o deməkdir ki, yuxarıda qeyd olunduğu kimi, əgər nəqliyyat vasitələrinin sazlığı üçün sifarişçi məsuliyyət daşımırsa, bu məsuliyyət digər tərəfin üzərinə düşür.

       “Daşıyıcının məsuliyyəti”ni мцяййянляшдирян 16-cı maddənin 1-ci bəndində qeyd olunur ki: “Daşıyıcı sərnişinlərin təhlükəsizliyini, ona lazım olan şəraitin yara- dılmasını, təhvil aldığı baqajın-yükün vaxtında daşınmasını və qorunmasını təmin etməlidir.” Bütün bu tələbatların ödənilməsi ücün birinci növbədə daşımada istifadə olunan nəqliyyat vasitələrinin texniki sazlığı təmin edilməlidir. Əks halda: “Daşımaların yerinə yetirilməsi ilə əlaqədar öz vəzifələrini (öhdəliklərini) icra etmədikdə daşıyıcı və ya digər tərəf normativ hüquqi aktlarla və həmçinin daşıma müqaviləsi ilə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır” (maddə 16.2).

      Nəqliyyat vasitələrinin texniki sazlığına nəzarətin zəruriliyi, bu sazlığın təmin edilməsinin iqtisadi səmərililiyi “Nəqliyyat haqqında” qanunun 18-ci maddəsi ilə bir daha təsdiqlənir. Maddə yükün və ya baqajın itirilməsi, əskik çıxması və zədələnməsinə (xarab olmasına) ğörə daşıyıcının məsuliyyətini əks etdirir.Bu maddənin 1-ci bəndində yazılır ki: “Daşıyıcı müştəridən yükü və ya baqajı qəbul etdiyi andan  onu yükalana təhvil verənədək həmin yükün və ya baqajın qorunmasını təmin etməlidir. İstər yük, istərsə də sərnişin daşımaları zamanı iştirakçı tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsində də öz əksini tapmışdır (maddə 842-861). Daşıma zamanı yollarda ləngimələrin əsas səbəblərindən biri də nəqliyyat vasitələrinin texniki nasazlığıdır. Ona görə də hər bir daşınmadan qabaq istifadə olunacaq avtonəqliyyat vasitələrinə profilaktik xidmətlər göstərilməli və lazımi təmirlər aparılmalıdır. Əks halda daşıyıcıdan asılı olan səbəbdən yükün və ya baqajın itirilməsi baş verərsə, bu zaman daşıyıcı müştəriyə dəymiş ziyanı maddə    18.3-də göstərilmiş qaydada ödəməyə borcludur.

                Eyni zamanda,  зяннимизъя, belə məsuliyyətlər təmir müəssisələri üçün də təyin edilмяли вя аvtonəqliyyat vasitələrini təmir edən müəssisə öz istehsalına müəyyən təminat verмялидир. Bu təminat ya yürüş, ya da vaxt norması kimi təyin edilə bilər.

 Hal-hazırda avtonəqliyyat vasitələrinə texniki, cari və əsaslı təmir xidmətləri göstərən kiçik sexlər daha çox üstünlüyə malikdir. Bu şəraitdə yuxarıda göstərilən tələblərin ödənilməsi qeyri-mümkündür. Ona görə də ilk növbədə səmərəli fəaliyyət göstərən nəqliyyat-yol komplekslərinin təşkil edilməsi çox vacibdir.

      Nəqliyyat-yol kompleksi (NYK) dedikdə respublikamızda mövcud olan  nəqliyyat növləri və onlarla əlaqədar fəaliyyət göstərən müəssisələr nəzərdə tutulur.Bu sahənin fəaliyyətini tənzimləyən qanunlardan biri də AR-nın Nəqliyyat Nazirliyi (NN) haqqında əsasnamədir. Əsasnamə AR prezidentinin 10 iyun 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Bu əsasnamədə NN-nin fəaliyyət istiqamətləri müəyyən­ləş­dirilmiş və eyni zamanda səmərəli fəaliyyət göstərən NYK-nin təşkili üçün vəzifələri göstərilmişdir. Əsasnamədə qeyd olunur ki, NN NYK müəssisələrinin etibarlı, səmərəli və fasiləsiz işləməsini təmin etmək üçün bu kompleksə daxil olan sahələrin fəaliyyətini əlaqələndirməlidir (2-ci fəsil  8.2). Respublikanın avtomobil parkının daim yeni avtomobillərlə zənginləşməsini nəzərə alaraq NYK-nin müntəzəm olaraq inkişaf etdirilməsi vacibdir. Bu sahədə də NN-nin vəzifələri əsasnamədə öz əksini tapmışdır. Əsasnamənin 8.3-cü bəndində qeyd olunmuşdur ki, NN NYK-nin inkişafına yönəldilmiş sahə və sahələrarası proqramlar tərtib etməli və onların yerinə yetirilməsini təmin etməli, NYK-nin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamalıdır.

       Respublikanın müharibə şəraitində olması və hələ müstəqil dövlət kimi öz maddi bazasının zəif olması daxili imkanlar hesabına NYK-nin, xüsusən avtonəqliyyat vasitələrinə texniki, cari və əsaslı təmir xidmətləri göstərən müəssisələrin inkişaf etdirilməsində çətinlik yaradır. Ona görə də bu sahəyə sərmayə qoyuluşunun təmin edilməsi, xarici investorların cəlb edilməsi vacib məsələlərdən biridir. NN haqqında Əsasnamənin 8.8-ci bəndində yazılır: NN  NYK-nə xarici sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər həyata keçirməlidir. Eyni zamanda bu tədbirlərə müəyyən həvəsləndirici şərtlər təklifi də əlavə olunarsa, daha çox səmərə əldə etmək olar. Həvəsləndirici şərtlər avtonəqliyyat vasitələri üçün ehtiyyat hissələrin istehsalını,  texniki xidmət və təmirini  həyata keçirən müəssisələrin tikintisi üçün ödənişsiz torpaq sahələri ayırmaq, vergi dərəcələrində güzəştlər təklif etmək, kommunal xərclərdən müəyyən müddət azad etmək və s. şəkildə ola bilər.

      İnkişaf etmiş dövlətlərdə ayrı-ayrı təmir müəssisələrində avtonəqliyyat vasitələrinin əsaslı təmiri aparılmır. Nəqliyyat vasitələri müəyyən müddət istismardan sonra istehsalçı müəssisə tərəfindən geri alınır və əsaslı təmir də bu müəssisələrdə həyata keçirilir. Təmir edilmiş avtomobil isə yenidən satışa çıxarılır. Bu proses müəssisələrin fəaliyyətinə nisbətən,  əhalinin maddi rifahından daha çox asılıdır.     Hal-hazırda respublikamızın maddi vəziyyəti yuxarıda qeyd edilənləri həyata keçirməyə çətinlik yaratsa da, texniki xidmət və təmir müəssisələrinin daim beynəlxalq təcrübəni öyrənməsi və tətbiq etməsi zəruridir. Bu problem də bir vəzifə kimi NN-nə həvalə edilmişdir (bənd 8.7). Nazirlik beynəlxalq təcrübəni öyrənməklə NYK-lərinin əsas inkişaf istiqamətlərini hazırlayıb, aidiyyəti orqanlara təqdim edir və eyni zamanda bu komplekslərin ayrı-ayrı sahələrinin inkişafı üçün tələb olunan investisiya proqramlarının hazırlanmasında iştirak edir. Йухарыда qeyd edilən tədbirlərin həyata keçirilməsi, səmərəli fəaliyyət göstərən NYK-lərinin (avtonəqliyyat vasitələrinə xidmət göstərən servis müəssisələrinin) yaradılması və inkişaf etdirilməsi ilə istismar prosesində yaranacaq problemləri maksimum azaltmaq olar.

                Avtonəqliyyat vasitələrinin istismarı zamanı nəzərə alınmalı ən vacib məsələlərdən biri də təhlükəsizliyin və ekoloji tələblərin təmin edilməsidir. Araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisələrinin 35-40%-i nəqliyyat vasitələrinin texniki nasazlığı səbəbindən baş verir. Ona görə də istər təhlükəsizliyin, istərsə də ekoloji tələblərin təmin edilməsi üçün birinci növbədə avtonəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi zəruridir. Nəqliyyat müəssisələri və daşıyıcılar sərnişinlərin hərəkət təhlükəsizliyini, həmçinin ətraf mühitin mühafizəsini təmin etməyə borcludurlar (“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 22.1). Bu tələbin ödənilməsinə ancaq müasir texnika və texnologiya ilə silahlanmış texniki xidmət və təmir müəssisələrinin yaradılması, təkmilləşdirilməsi və səmərəli fəaliyyətinin təşkili ilə nail olmaq olar. Qanunda qeyd olunur ki, Nəqliyyat vasitələri, yollar, habelə nəqliyyatın işini təmin edən müvafiq texniki vasitələr (işlər, xidmətlər) dövlət standartları ilə müəyyən edilmiş insanın həyatı, səhhəti və əmlakının təhlükəsizliyinə, əməyin mühafizəsinə və ekoloji təhlükəsizliyə dair məcburi tələblərə uyğun olmalıdır (maddə 22.3).

       Texniki xidmət və təmir müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bərabər bu müəssisələrin layihələndirilməsi zamanı da yuxarıdakı tələblərin nəzərə alınması zəruridir. Belə müəssisələr layihələndirilərkən boş gedişlərin miqdarının minimumluğu, kommunikasiya xətlərinə yaxınlığı, giriş-çıxış yollarının sərbəstliyi    və s. tələblərlə yanaşı ətraf aləm (bitki  və heyvan aləmi), atmosfer, təbii ehtiyatlar, faydalı qazıntılar və digər səbəblərin də nəzərə alınması vacibdir. “Nəqliyyat haqqında” Qanunda da bu tələb öz əksini tapmışdır: Faydalı qazıntıların olduğu meydançalarda nəqliyyat müəssisələrinin layihələndirilməsi və tikintisi, eləcədə yeraltı qurğuların yerləşdirilməsi qadağandır. Müstəsna hallarda, buna müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir (maddə 22.6). Yuxarıda göstərilən tələb- lərin nəzərə alınmadığı təqdirdə nəqliyyat müəssisələri (texniki xidmət və təmir) bu qanunun 22.7-ci maddəsilə təsbit edilmiş məsuliyyət daşıyırlar. Bütün bunlarla bərabər AR-nın NN də bu problemlərin aradan qaldırılması üçün Nazirliyin Əsasnaməsi ilə мцяййян  olunmuş formada мясулиййят daşıyır. Əsasnamənin 9.34-cü bəndində yazılır ki, NN ətraf mühitin qorunması ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Məlumdur ki, NN texniki xidmət və təmirlə məşğul olan, NYK-nə aid olan müəssisələrin fəaliyyətinə nəzarət etmək, onlara lisenziya verilməsini həyata keçirmək və eyni zamanda lazımi tələblərə əməl olunmadıqda bu  lisenziyanı ləğv etmək səlahiyyətinə malikdir. Nazirlik NYK-nə aid müxtəlif fəaliyyət növləri ilə (texniki xidmət və təmir) məşğul olan müəssisələrdən iqtisadi və maliyə vəziyyəti barədə hesabatlar tələb edir və bu hesabatlar müvafiq mütəxəssislər tərəfindən təhlil edilərək müəssisənin fəaliyyəti haqqında qərar qəbul edilir. Əsasnamənin 10.15-ci bəndinə əsasən, NN NYK-lərinin inkişafı ilə bağlı konfranslar, müşavirələr və seminarlar keçirmək, sərgilər təşkil etmək səlahiyyətindədir. Bu səlahiyyətlər daxilində olan məsələlərin həlli üçün  müqavilə əsasında elmi təşkilatları, şirkətləri, mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri cəlb edə bilər (əsasnamə 10.16). Ona görə də NN-nin Respublika ali məktəblərinin nəqliyyat kafedraları, ayrı-ayrı няглиййатшцнас  alimlər, nəqliyyat сащяси цзря  tədqiqatçılar və digər ялагяли mütəxəssisləri cəlb edərək NYK-lərinə nəzarəti gücləndirməsi, onların fəaliyyətində daim ETT-nin müasir tələblərinin və beynəlxalq təcrübənin  tətbiqinin təmin edilməsi  məqsədəuyğun olardı.

       Beləliklə, avtonəqliyyatın sənaye infrastrukturlarının fəaliyyətini tənzimləyən hüquqi sənədlərlə tanışlıq nəticəsində məlum oldu ki, texniki xidmət və təmir müəssisələrinin fəaliyyətinə nəzarət arzu olunan səviyyədə deyildir. Qanunda nəzərdə tutulub ki, NN texniki xidmət və təmirlə məşğul olan müəssisələrə lisenziya vermək və eyni zamanda öz səlahiyyətləri daxilində nəzarət etmək ixtiyarındadır. Bu nəzarətin necə olmasından asılı olmayaraq, məlumdur ki, təkcə Bakı şəhərində yüzlərlə lisenziyasız kiçik və orta avtotəmir müəssisələri fəaliyyət göstərir. Bu hal kiçik biznesin və sahibkarlığın inkişafı baxımından müsbət olsa da, təmir və texniki xidmətin indiki keyfiyyəti baxımından qənaətbəxş hesab edilə bilməz. Çünki lisenziyasız obyektlərdə nə texniki xidmət və təmirlə məşğul olan kadrların hazırlıq səviyyəsinə, nə də bu işlərin keyfiyyətinə heç kim zəmanət vermir və məsuliyyət daşımır. Она эюря дя AR-nın NN ilə Vergilər Nazirliyi (VN) texniki xidmət və təmirlə məşğul olan servis müəssisələrinin, kiçik və orta sexlərin fəaliyyətinə birgə nəzarəti həyata кечирилмяси мягсядяуйьун олардı. Аvtotəmirlə məşğul olan fiziki və hüquqi şəxslərin həm NN-dən, həm də VN-dən lisenziya alması проседурунун тятбиги дя бу məqsəдя хидмят едя биляр. Bazar iqtisadiyyatı şəraitində, müəssisələrə sərbəstlik verildiyi bir vaxtda bu təklif ilk baxışdan qəbul edilməsə də, texniki xidmət və təmirin keyfiyyətinin yüksəldilməsi istiqamətində müsbət hesab олуна  bilər. Belə olduqda lisenziyalaşdırılmış avtotəmir müəssisələrində görülən işlərə, yerinə yetirilən xid- mətlərə zəmanət verilməsi də mümkündür.

       Texniki xidmət və təmir işlərini yerinə yetirən müəssisə avtomobilin bu xidmətdə qalması müddətinin uzanması və təminat yürüşünün azalması üçün məsuliyyət daşıyır. Belə məsuliyyətin maddi forması qəbul edilmiş normaнıн pozulmasına və təsərrüfat fəaliyyətinin nəticələrinə görə təsirləri nəzərə almalıdır. Avtonəqliyyat müəssisələri müqavilə öhdəliklərinin pozulmasına görə maddi məsuliyyət daşıyırlar. Belə münasibətlərin həm də müəssisə daxilində qurulması daha məqsədəuyğun olardı.

        Son nəticədə hərəkət tərkibinin istismara hazırlığını təmin etmək yolu ilə yük və sərnişin daşımalarına olan tələbatı ödəmək kimi məqsədə malik olan bu iqtisadi münasibətlərin, həmçinin istehsaldaxili yığimlar yaratmaqla xərclərin tam ödənil- məsi və inkişafın təmin edilməsi kimi məqsədə də xidmət etməsi zəruridir. Avtomobil nəqliyyatında əsas istehsal fondlarının istismarı sahəsində iqtisadi münasibətlərin bütün formalarının son nəticəyə-tələbatın ən az xərclərlə tam və keyfiyyətli ödənilməsinə yönəldilməsi məqsədəuyğun olardı.              

               Beləliklə, araşdırmalardan məlum olur ki, münasibətlər sistemində hər bir agent son məqsədin alınmasına çalışmalı, öz işinin müsbət və mənfi nəticələrinə görə haqq almalıdır. Avtomobil nəqliyyatının infrastruktur müəssisələrinin özəyini təşkil edən texniki xidmət və təmir bazalarının da istehsalı avtomobillərin xidmətdə qalma müddətinin uzanması və təminat yürüşünün artmasıdır. Ona görə də bu müəssisələrin layihələndirilməsi, tikintisi və fəaliyyəti elə təşkil edilməlidir ki, müasir hüquqi sənədlərin və normativ aktların tələblərinə uyğun olmaqla bərabər, həm də maksimum keyfiyyət əldə edilməsinə imkan versin.                                                                            

 

 

 

ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT:

 

 

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, “Qanun нəşriyyatı”, 2001.

2. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Azərbaycan qəzeti, 1999, № 170.

3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu. “Qanun” jurnalının kitabxanası, № 11, Bakı-Qanun, 1998.

4. E.Ə.Əliyev. Nəqliyyat hüququnun əsasları. Bakı, Hüquq ədəbiyyatı няшриййаты, 2004.

5. Архипов С.В. и др. Экологичность транспорта и технологических транспортных операции. Красноярск, 1996.

6. З.М.Гафаров, Э.А.Алиев. Применение современного международного транспортного права в Азербайджанской Республике. М., Олма-Пресс, 2002.

7. Əsədov A.M. Avtomobil təmiri müəssisələrində iqtisadi münasibətlərin bəzi xüsusiyyətləri. AzTU, Humanitar elmlər seriyası, № 3, Bakı, 2004.

8. Canmirzəyev A.C. Avtomobillərin texniki istismarı. Bakı, AzTU, 1993.

9. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə. Azərbaycan qəzeti, 11 iyun 2003-cü il.

10. Nəqliyyat hüququ еlmi-nəzəri, təcrübi jurnalı, № 1, Bakı, 2005. 

 

  

 

Оценка нормативно-юридической базы, регулириющей отношение между автотранспортными предприятиями.

 

Агил Асадов,

аспирант кафедры «Экономика

сферы обслуживания и менеджмент»

Азербайджанского Технического

Университета.

 

 

В статье анализированы отношение возникающее между транспортными предприятиями (в частности техническое обслуживание и ремонт) а также  нормативно-юридические документы в этой отрасли. На конце статья предоставлен определенный предложение на направлении совершенство­ва­ние технические обслуживание и ремонтные предприятии.

 

 

 

 

 

            The evaluation of normative and legal basis which regulating

                 the relation among auto (motor) transport enterprises.           

 

Agil Asadov,

the  postgraduate student

“Economics and management

branch of service” department in

Azerbaijan Technical University.

 

        The relations among auto transport enterprises (particularly, technical service and repairment) have been explained and current legal basis in this field have been evaluated. Have been proposed in the technical service and repairment enterprises.

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.