06.27.2017 23:03
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

ƏSRİN TİKİNTİSİ - BAM.

 

 

Tarixə «Əsrin tikintisi» adı ilə düşmüş Baykal-Amur Magistralının tikilməyə başlamasından 30 ildən bir qədər artıq vaxt keçmişdir. 8 iyul 1974-cü ildə Baykal-Amur Magistralının, xalq arasında BAM adı ilə tanınan nəhəng dəmiryol magistralının tikintisi başlanıldı. Hal-hazırda fəaliyyət göstərən BAM keçmiş  SSRİ-də Transsibir dəmiryolundan sonra ikinci möhtəşəm tikili idi.

Əslində BAM-ın  tikintisinə 1974-cü ildə başlanılsa da, bu magistralın yaradılması ideyasının  tarixi hələ XX əsrin  əvvəllərinə gedib çıxır. Belə ki, məhz həmin dövrlərdə  Baykal-Amur hövzəsində elmi işlər aparan geoloqlardan ibarət ekspedisiya bu ərazidə zəngin  faydalı qazıntıların olduğunu bildirmişdilər. Məhz bu geoloq qrupu  ərazidəki mövcud təbii sərvətləri əldə etmək və onları öz təyinatları üzrə istifadə etmək  məqsədilə bu zonaya  dəmiryolu xətlərinin çəkilməsinin, eyni zamanda burada fabrik və zavodların tikintisinin vacibliyini qeyd etmişdilər. Lakin çar hökumətləri bu ideyaların reallığa çevrilməsinə nail ola bilməmişdi. Bunun da bir sıra obyektiv səbəbləri var idi. Belə ki, vaxtilə Transsibir kimi nəqliyyat «nəhənginə» həyat vermiş Rusiya İmperiyası I Dünya müharibəsinin daha sonra Oktyabr İnqilabı və vətəndaş müharibəsinin  başlanması səbəbindən ikinci «Transsibir»i yarada bilmədi.

BAM-ın çəkilişinə növbəti maraq XX əsrin 30-cu illərində, İosif Stalinin hakimiyyətinin ilk onilliyində, daha dəqiq desək, 1933-cü ildə oyandı. Həmin ildə Sovet hökuməti «Baykal-Amur Magistralının tikintisi haqqında» qərar verdi. Lakin dünyadakı geosiyasi vəziyyət və ən nəhayət  1939-cu il sentyabrın 1-də     II Dünya müharibəsinin başlanması  müəyyən həcmdə  görülən işlərin dayanmasına səbəb oldu.

BAM-ın tam və hərtərəfli tikintisinin həyata keçirilməsi ideyası yenidən     XX əsrin 70-ci illərində baş qaldırdı və yenidən SSRİ rəhbərlərinin gündəminə gəldi. BAM-ı daha çox «Komsomolçu Gənclər Tikintisi» adlandırırdılar. Çünki      1974-cü ildə Sovet hökumətinin BAM-la bağlı qərarının verilməsindən dərhal sonra Ümumittifaq Lenin Komsomolçu Gənclər Təşkilatının XVII qurultayı BAM-ı komsomolçu gənclər tikintisi elan etmişdi. Qurultayın qərarından sonra keçmiş SSRİ-nin hər yerindən, o cümlədən Azərbaycan SSR-dən də minlərlə komsomolçu gənc BAM-a yollandı.

1974-cü ildə tikintisinə başlanılmış və çox məşəqqətlər və əzablar hesabına başa gəlmiş BAM-ın tikintisi 1989-cu ildə tam olaraq istifadəyə verildi.

BAM keçmiş SSRİ-nin son tikinti «nəhəngi» hesab edilir.

 

 

Elşad Vəliyev,

müəllim, tarixçi

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.