06.28.2017 17:58
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«Müasir Beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən nəqliyyat terminləri»

«MÜASİR BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRDƏ

İSTİFADƏ  EDİLƏN  NƏQLİYYAT TERMİNLƏRİ»  

 

 

1.AKVİZİSİYA – nəqliyyat və ya sığorta müəssisələrinin  agenti – akvizitor tərəfindən yeni müştərilərin cəlb edilməsi.

 

2.AVTOMOBİL  TARİFİölkə müəssisələrinə məxsus avtomobillərlə həmin ölkə daxilində həyata keçirilən beynəlxalq yük daşımalarına görə ödəniş tarifi - xarici ticarət yüklərinin ölkə daxilində bu ölkəyə məxsus avtonəqliyyatla daşınmasına görə hesablaşmaların həyata keçirildiyi normativ sənəd;

 

3.AZƏRBAYCAN  RESPUBLİKASI  TİCARƏT GƏMİÇİLİYİ MƏCƏLLƏ-Sİ – Azərbaycan Respublikasında ticarət gəmiçiliyinin fəaliyyətini, onun səmərəli inkişafını və bununla bağlı ortaya çıxan münasibətlərin hüquqi əsaslarını tənzimləyən norma və qaydaların külliyatıdır; Bu məcəllə 2001-ci ilin iyul ayından  qüvvədədir və  26 fəsil və 335 maddədən ibarətdir.

 

4.BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATI – Bu təşkilatın əsası 1958-ci ildə qoyulmuşdur. 1982-ci ilə qədər Hökumətlərarası Dəniz Məsləhətçi Təşkilatı adlanırdı. Mənzil-qərargahı London şəhərində  yerləşir.

 

5.BEYNƏLXALQ  MÜLKİ AVİASİYA TƏŞKİLATI – BMT-nin ixtisaslaş-dırılmış idarəsidir. 1974-cü ildə yaradılmışdır. Mənzil-qərargahı Monreal şəhərindədir. BMAT-ın ali orqanı  183 üzv – dövlətin nümayəndələrindən ibarət olan Assambleyadır.

 

6.BEYNƏLXALQ NÜMUNƏLİ YÜK QAİMƏSİ    yük daşımaları  haqqında  müqavilənin bağlanılmasını  təsdiqləyən və üzərində, adətən, ən qısa marşrutun göstərildiyi sənəddir.

7.BEYNƏLXALQ YOL POLİSİ VƏ NƏQLİYYAT TƏŞKİLATI – 1994-cü ilin avqust ayının 15-də Cenevrə şəhərində Beynəlxalq Yol Hərəkəti Təşkilatı kimi təsis edilmiş və sonradan 28 aprel 1999-cu ildə BYPNT  adlandırılmışdır. BYPNT-nin əsas məqsədləri  aşağıdakılardır:

a) beynəlxalq yol hərəkəti  iştirakçıları ilə yol polisi orqanlarının qarşılıqlı münasibətlərinin təkmilləşdirilməsinə yönəlmiş  müasir metod və təkliflərin hazırlanması yolu ilə beynəlxalq yol hərəkətinin inkişafına yardım etmək;

b) yol hərəkəti sahəsində milli texniki standartların və inzibati qayda qanunvericiliyinin  bir-birinə uyğunlaşmasına xidmət edən təkliflər hazırlamaq;

c) digər  dövlətlərin səlahiyyətli orqanları ilə maraqlı beynəlxalq  təşkilatların bu Konvensiya  tərəfindən  nizamlanan  əməkdaşlığını inkişaf etdirmək.

 

8.BEYNƏLXALQ YÜK DAŞIMALARI – BYD  haqqında gömrük konven-siyasıdır. 1975-ci ildə Cenevrədə qəbul edilmişdir. Bu konvensiyaya görə, daşınan yüklər yüklənmə gömrükxanasında plomblanmalı və sonra maneəsiz olaraq təyinat yerinə çatdırılmalıdır. Azərbaycan Respublikası bu Konvensiyaya        1996-cı il 12 mart tarixdə qoşulmuşdur.

 

9.DAF – malın sərhədə qədər çatdırılmasını nəzərdə tutan termindir. Malların tədarükü və dəyərinin  ödənilməsi şərtidir.

 

10.DEK– rüsum ödənişi də daxil olmaqla gəmi yan alması üçün  körpüyə qədər çatdırılmışdır.

 

11.DƏNİZ LİMANI – dövlət ərazisinin sahilboyu dövlətin suvereniteti altında olan bir hissəsidir.

 

12.FRAXT– dənizlə yük və  sərnişin daşınmasının və ya  müəyyən müddət ərzində gəmilərdən istifadə edilmə  haqqının ödənilməsinin ən geniş yayılmış formalarından biridir.

 

13.XƏTTİ GƏMİÇİLİK – dəniz daşıyıcılarının beynəlxalq ticarətin sabit coğrafi istiqamətlərində  təşkil etdikləri nəqliyyat xidməti formasıdır.

 

14.İNTERMODAL  DAŞIMALAR –  yüklərin nəqliyyatın bir neçə növü ilə ardıcıl olaraq göndəriş yerindən təyinat məntəqəsinədək, əksər hallarda, unifikasiya edilmiş şəkildə   birbaşa daşınmasıdır.

 

15.KONTRİBUSİYA DƏYƏRİ – dəniz əməliyyatı başa çatdıqdan sonra, əmlakın ümumi qəzanın ödənilməsi üçün ödəmələr edildiyi faktiki dəyəridir. Bura eyni zamanda yükün dəyərinə sığorta və fraxt  xərcləri daxildir.

 

 

 

 

                       Tərtib etdi: Elşad Vəliyev,

                                      müəllim tarixçi

 

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.