08.21.2017 16:04
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2006-cı il tarixli 186 №-li qərarı

Texniki xidmət nəqliyyat vasitələrinin təmirindən və texniki qulluğundan ibarət olmaqla, nasazlıqların aşkar edilib aradan qaldırılmasına, eləcə də etibarlı və təhlükəsiz istismarına, həmçinin ekoloji yararlılığına yönəldilmiş kompleks tədbirlər olduğundan, bu sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qƏrara alır:
1. “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 163 nömrəli qərarına aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin və 4-cü bənd müvafiq olaraq 5-ci bənd hesab olunsun:
“4. Bu əsasnamələrin tələblərinin həyata keçirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi təmin etsinlər.”.
2. “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 24 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir.”.
3. “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 24 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələrinin təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.”.
4. “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 24 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyalarının təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.”.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.