05.26.2017 02:00
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən dşmüş hesab edilməsi barədə

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun (№ 110-IIIQD, 12 may 2006-cı il) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 1695 nömrəli Sərəncamının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarların dəyişikliklər edilsin:
1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 2.7-ci yarımbəndinin birinci cümləsində «əlavə haqq» sözləri «rüsum» sözü ilə, ikinci cümləsində «Əlavə xidmət haqqının» sözləri isə «Rüsumun» sözü ilə əvəz edilsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»yə 1 nömrəli əlavənin «Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi»nin 5-ci bəndində «alqı-satqısının sənədləşdirilməsi üçün ödənc» sözləri «dövlət qeydiyyatı üçün rüsum» sözləri ilə əvəz edilsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 2 nömrəli əlavənin «Nəqliyyat vasitəsinin dəyişdirilməsi barədə Müqaviləni»nin 4-cü bəndində «sənədləşdirilməsi üçün ödənc» sözləri «dövlət qeydiyyatı üçün rüsum» sözləri ilə əvəz edilsin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş «Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması Qaydaları»nın 3.1-ci yarımbəndinin beşinci abzasında «haqqın» sözü «rüsumun» sözü ilə əvəz edilsin;
1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə»nin 3.10-cu yarımbəndinin altıncı abzasında «haqqın» sözü «rüsumun» sözü ilə əvəz edilsin;
1.6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 22 nömrəli qərarının 8-ci bəndi çıxarılsın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:
2.1. «Azərbaycan Respublikasında avtonəqliyyatın istismarı ilə bağlı bəzi məsələlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 27 iyun tarixli 412 nömrəli qərarı (2-ci bəndi və 3-cü bəndinin 2-ci abzası istisna olmaqla);
2.2. «Azərbaycan Respublikasında avtonəqliyyatın istismarı ilə bağlı bəzi məsələlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 27 iyun tarixli 412 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 fevral tarixli 35 nömrəli qərarı (6-cı bəndi istisna olmaqla);
2.3. «Azərbaycan Respublikasında avtonəqliyyatın istismarı ilə bağlı bəzi məsələlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 27 iyun tarixli 412 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 98 nömrəli qərarı.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.