04.24.2017 20:58
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Yorulmaz elm fədailərimiz

Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru, professor Havar  Əmir oğlu Məmmədovun anadan olmasının 60 ili tamam olur. Xəzəryanı dövlətlərin Universitetlərinin IX Assosiasiyasının Prezidenti, Rusiya Mühəndislik, Elmi inkişaf üzrə Beynəlxalq elmlər Akademiyalarının akademiki, Şərq Neft Akademiyasının müxbir üzvü olan Havar  Məmmədov avtomatik idarəetmə sistemləri sahəsində respublikamızda tanınmış alimdir. Onun elmi yaradıcılığının əsas istiqaməti paylanmış parametrli mürəkkəb elektrik dövrələrində keçid proseslərinin tədqiq üsullarıının işlənməsinə həsr olunmuşdur.

Professor Havar Məmmədov 100-ə qədər elmi əsərin, o cümlədən             2 monoqrafiyanın, 6 dərslik və dərs vəsaitinin müəllifidir. Onun əsərləri Amerika, Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, Rumıniya, İran və başqa ölkələrdə çap olunmuşdir. O, dünyanın bir sıra ölkələrində beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.

Professor Havar Məmmədov Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı ilə təsdiq edilmiş, AzTU-da fəaliyyət göstərən doktorluq dissertasiyalarının   müdafiəsi üzrə  İxtisaslaşdırılmış Şuranın sədridir.

            Havar Məmmədov rektor təyin edildikdən sonra Azərbaycan Texniki Universitetində bir sıra struktur dəyişiklikləri həyata keçirmiş, maddi texniki bazasının möhkəmləndirilməsi üçün əməli işlər görmüşdür. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş tədris laboratoriyaları, yeni informasiya-tədris, telekommunikasiya mərkəzləri və  internet şəbəkəsinə qoşulmuş müasir kompüter otaqları yaradılmışdır. 

           Son illərdə Texniki Universitetin beynəlxalq əlaqələri genişlənmiş və  təhsil sisteminin Avropa standartlarına inteqrasiya olunması sahəsində mühüm işlər görülmüşdür. «TEMPUS»,  «TASİS»  beynəlxalq proqramları üzrə aparılan layihələrin köməkliyi ilə tədris prosesinin təşkili Avropa standartlarına uyğun qurulmuş, yeni tədris laboratoriyaları yaradılmışdır.

         Azərbaycan Texniki Universiteti müstəqil respublikamız üçün nəqliyyat infrastrukturunun müxtəlif ixtisasları üzrə kadrlar hazırlayan əsas ali təhsil müəssisəsidir. Qloballaşan müasir dövrün tələbələrinə cavab verən hərtərəfli inkişaf etmiş yüksək ixtisaslı, sağlam düşüncəli, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmuş nəqliyyatçı kadrların hazırlanması professor Havar Məmmədovun daima xüsusi diqqət mərkəzindədir.

        Professor Havar Məmmədov yüksək elmi-pedaqoji potensiala malik olmaqla yanaşı, yüksək elm və təhsil təşkilatçısıdır. O, müstəqil Azərbaycanımız üçün müasir tələblərə cavab verən yüksək ixtisaslı, vətənpərvər gənc kadrların hazırlığına, dövlətçiliyimizin möhkəmlənməsinə və vətənimizin gənclər tərəfindən sevilib qorunması ruhunda tərbiyəsinə xüsusi diqqət yetirir. Biz də «Nəqliyyat hüququ elmi-nəzəri, təcrübi jurnalı redaksiyası» Elmi Şurasının kollektivi adından Şuranın üzvü, tanınmış alim, professor Havar Əmir oğlu Məmmədovu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona elmin, təhsilin inkişafı naminə gördüyü böyük işlərdə və əməli yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

 

Dərin hörmətlə,

 

Elmi Şuranın kollektivi adından,

«Nəqliyyat hüququ elmi-nəzəri, təcrübi jurnalı redaksiyası»

MMC-nin sədri, baş redaktor, f.e.n.

ƏLİYEVA İ.M.

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.