05.22.2017 19:36
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

TRASEKA HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ 4-CÜ İLLİK

KONFRANSININ  İŞTİRAKÇILARINA

 

 

 

 

Hörmətli konfrans iştirakçıları!

Əziz qonaqlar!

Sizi - TRASEKA Hökumətlərarası Komissiyasının 4-cü illik  Konfransının  iştirakçılarını Azərbaycanın paytaxtı Bakı şəhərində böyük  məmnuniyyət hissi ilə  salamlayıram.

                Azərbaycan Respublikası öz müstəqilliyinin ilk illərindən beynəlxalq aləmdə geniş  iqtisadi əlaqələrini qurmaq məqsədilə kommunikasiya dəhlizlərinin yaradılmasını prioritet məsələ kimi müəyyən etmişdir.

Bu baxımdan Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən  TRASEKA proqramı xüsusi əhəmiyyət kəsb edir. Böyük İpək yolunun  qədim tarixi ənənələrinin bərpasına yönəlmiş bu proqram, bütün üzv dövlətlərin iqtisadi inkişafına xidmət edir, onların regional və regionlararası səviyyədə sıx inteqrasiyasını təmin edir.

7-8 sentyabr 1998-ci il tarixində Prezident Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş «TRASEKA-Tarixi İpək Yolunun Bərpası» Beynəlxalq Konfransında Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Saziş imzalanmış və beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulmuşdur.

                Bu önəmli toplantıdan sonrakı müddət ərzində əsas məqsədlərə nail olunmuşdur. Ötən zaman kəsiyində nəqliyyat sektoru infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, əlverişli investisiya mühitinin yaradılması, tarif siyasətinin uzlaşdırılması, kadrların hazırlanması sahəsində bir sıra  perspektiv  layihələr uğurla tətbiq edilmişdir. Bu  uzunmüddətli əməkdaşlıq nəticəsində Şərq-Qərb istiqamətində daşınan yüklərin həcmləri kəskin şəkildə artmışdır.

                Böyük İpək yolu keçmişdən başlasa da, gələcəyə gedən yoldur. Ümidvaram ki, bu yolda bizim strateji partnyorluğumuz xalqımızı firavanlığa və tərəqqiyə aparacaqdır.

                Hörmətli konfrans iştirakçıları! Bir daha hamınıza Azərbaycana xoş gəldiniz  deyirəm, sizə səmərəli iş, ölkələrinizə əmin-amanlıq və rifah arzulayıram.

 

 

Hörmətlə,

 

                                                                                İlham Əliyev,

                                                                              Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

    TRASEKA-nın 4-cü illik iclası başa çatmışdır

 

 

 

Aprelin 22-də TRASEKA Hökumətlərarası Komissiyasının Bakıda keçirilən 4-cü illik iclası başa çatmışdır. Qurumun üzvü olan 11 dövlətdən, habelə İran və Əfqanıstandan olan nümayəndələr, ölkəmizdə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların  Azərbaycan üzrə təmsilçiləri iclasda iştirak etmişlər.

TRASEKA-nın nizamnaməsinə uyğun olaraq, bu ildən quruma sədrlik Azərbaycan hökumətinə  keçmişdir. Lyudmila Trenkova konsensus yolu ilə yenidən TRASEKA-nın baş katibi  seçilmişdir.

Üzvlərin əksəriyyəti TRASEKA proqramını maliyyələşdirmək üçün razılağa gəlmişlər. Nəzərdə tutulan məbləğ üzvlərdən bərabər payla  toplanacaqdır. Əfqanıstan İslam Respublikası TRASEKA-nın yeni üzvü  seçilmişdir. İran İslam Respublikasının və Pakistan İslam Respublikasının TRASEKA-ya üzv olmaq barədə müraciətləri müsbət qarşılanmışdır. Yaxın gələcəkdə bu dövlətlərin də quruma üzv olacağı gözlənilir.

TRASEKA-ya üzv dövlətlər adından Bakı Bəyannaməsi qəbul edilmişdir.

İclasdan sonra iştirakçılar paytaxtımızda gəzintiyə çıxmışlar. Şəhərimizin görməli yerləri və tarixi abidələri ilə tanış olan qonaqlar Bakıda keçirilən IV Azərbaycan beynəlxalq «Trans Caspian-2005» nəqliyyat və loqistika sərgisinə də baxmışlar.

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.