12.11.2017 04:32
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Yük daşınması müqaviləsi daşıma öhdəliyinin yaranma əsası kimi

S.S.Allahverdiyev, Odlar Yurdu

Universiteti «Mülki, cinayət və

cinayət prosesi» kafedrasının

porofessoru

 

 

Müəllif yük daşıma öhdəliyinin yaranma əsası barədə mövcud olan konsepsiyaları elmi cəhətdən araşdırır.

Araşdırma nəticəsində belə bir qənaətə gəlinir ki, yük daşınması müqaviləsi daşıma öhdəliyinin yaranma əsası kimi çıxış edir.

 

 

Yük­ da­şın­ması mü­qa­vi­lə­si­nin da­şı­ma öh­də­li­yi­nin ya­ran­ma əsa­sı olub-ol­ma­ma­sı mə­sə­lə­si  hü­quq ədə­biy­ya­tı sə­hi­fə­lə­rin­də xey­li müd­dət­dir ki, mü­ba­hi­sə do­ğu­rur. Bu mü­ba­hi­sə­nin ma­hiy­yə­ti da­şı­ma öh­də­li­yi­nin ya­ran­ma əsa­sı ki­mi plan və da­şı­ma mü­qa­vi­lə­si ara­sın­da­kı mü­na­si­bət mə­sə­lə­sin­dən iba­rət­dir. Hə­min mü­na­si­bət­lə əla­qə­dar ola­raq, so­vet hü­quq ədə­biy­ya­tı sə­hi­fə­lə­rin­də üç əsas kon­sep­si­ya irə­li sü­rü­lür­dü: mü­qa­vi­lə­dən­kə­nar (mü­qa­vi­lə­siz) kon­sep­si­ya; mü­qa­vi­lə kon­sep­si­ya­sı, mü­rək­kəb fak­ti­ki tər­kib kon­sep­si­ya­sı.

Mü­qa­vi­lə­dən­kə­nar (mü­qa­vi­lə­siz) kon­sep­si­ya (mü­qa­vi­lə­dən­kə­nar öh­də­lik nə­zə­riy­yə­si) mü­əl­lif­lə­ri gös­tə­rir­di­lər ki, da­şı­ma (nəq­liy­yat) öh­də­lik­lə­ri mü­qa­vi­lə­dən­kə­nar xa­rak­te­rə ma­lik­dir, yə­ni mü­qa­vi­lə­dən əmə­lə gəl­mir, bu öh­də­lik­lər bi­la­va­si­tə plan ak­tın­dan irə­li gə­lir, yük­da­şı­ma­la­rı üz­rə mü­na­si­bət­lər mü­qa­vi­lə­dən­kə­nar konst­ruk­si­ya­dır. Hə­min kon­sep­si­ya­nın mü­əl­li­fi olan M.M.Aqar­kov he­sab edir­di ki, yük­da­şı­ma mü­qa­vi­lə­dən­kə­nar (mü­qa­vi­lə­siz) öh­də­lik olub, bi­la­va­si­tə plan ak­tın­dan irə­li gə­lir (Bax: Aqarkov M.M. Obəzatelğstvo po sovetskomu qrajdanskomu pravu. M., 1940, s. 130.). Ana­lo­ji möv­qe­də Z.İ.Şkun­din də du­rur­du (Bax: Qrajdanskoe pravo. Uçebnik dlə öridiçeskix vuzov. M., Tom 2, 1944, s. 118.). Gös­tə­ri­lən kon­sep­si­ya V.İ.Se­reb­rovs­ki tə­rə­fin­dən də qə­bul olun­muş­du: o, yük­da­şı­ma­la­r üz­rə mü­na­si­bət­lə­ri mü­qa­vi­lə­dən­kə­nar konst­ruk­si­ya he­sab edir­di (Bax: Uçebnik po qrajdanskomu pravu dlə öridiçeskix şkol. M., 1947.).

Mü­qa­vi­lə­dən­kə­nar kon­sep­si­ya­nın ya­ran­ma­sı Sovet inzibati-amirlik dövrünün ko­man­da iq­ti­sa­diy­ya­tı və so­vet tə­sər­rü­fat sis­te­mi­nin xü­su­siy­yə­tləri ilə bağ­lı idi. Be­lə ki, so­vet döv­rün­də döv­lət mül­kiy­yə­ti­nin in­hi­sa­rı (to­tal döv­lət mül­kiy­yə­ti) möv­cud idi. Yük­lə­rin həd­dən çox his­sə­si döv­lət mül­kiy­yə­ti­nə da­xil idi. Küt­lə­vi su­rət­də gön­də­ri­lən yük­lə­ri so­si­a­list təş­ki­lat­la­rı alır­dı. Yük­lə­rin küt­lə­vi da­şın­ma­sı döv­lət tə­rə­fin­dən mər­kəz­ləş­di­ril­miş qay­da­da plan­laş­dı­rı­lır­dı.

SSRİ-nin tə­sər­rü­fat hə­ya­tı döv­lət pla­nı əsa­sın­da plan­laş­dı­rı­lır­dı. Plan bü­tün xalq tə­sər­rü­fa­tı­na, o cüm­lə­dən döv­riy­yə­yə tən­zim­lə­yi­ci tə­sir gös­tə­rir­di. Nəq­liy­ya­tın əsas müş­tə­ri­lə­ri olan sə­na­ye, kənd tə­sər­rü­fa­tı və ti­ca­rət mü­əs­si­sə­lə­ri məhz plan əsa­sın­da fə­a­liy­yət gös­tə­rir­di. Be­lə hal­da bə­zi mü­əl­lif­lə­rin fik­rin­cə, plan ak­tı da­şı­ma pla­nı da­şı­yı­cı ilə yük­gön­də­rən ara­sın­da mü­əy­yən hü­quq mü­na­si­bət­lə­ri­nin da­şı­ma (nəq­liy­yat) öh­də­lik­lə­ri­nin əmə­lə gəl­mə əsa­sı ki­mi çı­xış edir­di.

Mü­qa­vi­lə kon­sep­si­ya­sı tə­rəf­dar­la­rı isə bu­na ək­s olan möv­qe­də dayanaraq gös­tə­rir­di­lər ki, da­şı­ma (nəq­liy­yat) öh­də­lik­lə­ri mü­qa­vi­lə tə­bi­ə­ti­nə ma­lik olub, bi­la­va­si­tə plan ak­tın­dan ya­ra­na bil­məz, da­şı­ma pla­nı (plan ak­tı) müs­tə­qil su­rət­də da­şı­ma öh­də­lik­lə­ri­nin əmə­lə gəl­mə əsa­sı ki­mi çı­xış edə bil­məz, yük­da­şı­ma öh­də­lik­lə­ri­nin ya­ran­ma əsa­sı yük­da­şı­ma mü­qa­vi­lə­si­dir, plan ak­tı yal­nız tə­rəf­lər üçün yük­ da­şın­ması mü­qa­vi­lə­si bağ­la­maq və­zi­fə­si ya­ra­dır, yükda­şı­ma öh­də­li­yi­nin ya­ran­ma­sı müş­tə­ri ilə da­şı­yı­cı ara­sın­da bağ­la­nan yük­ da­şın­ması mü­qa­vi­lə­si­nin nə­ti­cə­si­dir.

Be­lə­lik­lə, mü­qa­vi­lə kon­sep­si­ya­sı­nın mü­əl­lif­lə­ri yük­da­şı­ma­la­r üz­rə mü­na­si­bət­lə­rin mü­qa­vi­lə konst­ruk­si­ya­sı­nı qə­bul et­miş­lər. B.B.Çe­re­pa­xin (Bax: Çerepaxin B.B. O doqovornom prinujdenii v sovetskom transport­nom pra­­ve. İrkutsk, 1929.), M.E.Xo­du­nov (Bax: Xodunov M.E. Vnutrennevodnoe pravo. M., 1945, s. 87-93.), A.D.Key­lin (Bax: Keylin A.D. Transportnoe pravo. M., 1938, s. 6.), K.K.Ya­iç­kov (Qrajdanskoe pravo. Uçebnik dlə öridiçeskix vuzov. M., 1938, çastğ 2, s. 217.), X.İ.Şvars (Bax: Şvarü X.İ. Pravovoe requlirovanie perevozok na avtomobilğnom trans­porte. M., 1966, s. 30-31.), M.A.Al­lah­ver­dov (Allaxverdov M.A., Saviçev Q.P. Doqovorı o perevozkax qruzov. M., 1967, s. 13.) və di­gər­lə­ri bu kon­sep­si­ya­nın ən fə­al tə­rəf­dar­la­rı he­sab olu­nur­du­lar. Mə­sə­lən, M.A. Al­lah­ver­dov ya­zır­dı ki, döv­lət yük­da­şı­ma pla­nın­dan irə­li gə­lən və­zi­fə­lər (da­şı­yı­cı tə­rə­fin­dən da­şı­ma va­si­tə­si ver­mək və yük­gön­də­rən tə­rə­fin­dən yü­kün da­şın­ma­ya təq­dim olun­ma­sı və­zi­fə­si) yük ­da­şın­ması mü­qa­vi­lə­si­nə uy­ğun ola­raq hə­ya­ta ke­çi­ri­lir. X.İ.Şvar­sa gö­rə isə döv­lət da­şı­ma pla­nı nəq­liy­yat təş­ki­la­tı ilə yük­gön­də­rən ara­sın­da mü­qa­vi­lə bağ­lan­ma­sı yo­lu ilə hə­ya­ta ke­çi­ri­lir. K.K.Ya­iç­kov da bu­na ox­şar fi­kir söy­lə­yir: da­şı­ma pla­nı əsa­sın­da və onun ic­ra­sı üçün yük ­da­şın­ması mü­qa­vi­lə­si bağ­la­nır (Bax: Əiçkov K.K. Doqovor jeleznodorojnoy perevozki qruzov po so­vet­skomu pravu. M., 1958, s. 60.).

Mü­rək­kəb fak­ti­ki tər­kib kon­sep­si­ya­sı­na gö­rə plan və da­şı­ma mü­qa­vi­lə­si mü­rək­kəb fak­ti­ki tər­ki­bin ele­ment­lə­ri­ni təş­kil edir. Məhz bu tər­kib da­şı­ma öh­də­li­yi­nin ya­ran­ma əsa­sı ki­mi çı­xış edir. Bu kon­sep­si­ya M.A.Ta­ra­sov (Bax: Tarasov M.A. Oçerki transportnoqo prava. M., 1951, s. 67.), B.L.Xas­kel­berq (Bax: Xaskelğberq B.L. Obəzatelğstvo jeleznodorojnoy perevozki qruza po so­vet­skomu pravu. Avtoref. dis. d.ö.n. Tomsk, 1969, s. 6-8.) və di­gər alim­lə­rin əsər­lə­rin­də əsas­lan­dı­rıl­mış­dır.

Gö­rün­dü­yü ki­mi, gös­tə­ri­lən kon­sep­si­ya­lar plan və da­şı­ma mü­qa­vi­lə­si ara­sın­da­kı mə­sə­lə­yə to­xu­na­raq əsa­sən ya pla­na, ya da da­şı­ma mü­qa­vi­lə­si­nə üs­tün­lük ve­rir. Elə mü­əl­lif­lər də var ki, on­la­rın bu mə­sə­lə­də­ki möv­qe­yi­ni ya plan kon­sep­si­ya­sı­na (mü­qa­vi­lə­dən­kə­nar kon­sep­si­ya­ya), ya da mü­qa­vi­lə kon­sep­si­ya­sı­na aid et­mək olar. Mə­sə­lən, A.L.Ma­kovs­ki­nin, O.S.İof­fe­nin və di­gər alim­lə­rin plan və da­şı­ma mü­qa­vi­lə­si ara­sın­da­kı prob­lem ba­rə­də­ki fik­ri­ni məhz bu cür möv­qe (ara­lıq möv­qe­, or­ta möv­qe) he­sab et­mək olar. A.L.Ma­kovs­ki ya­zır­dı ki, tə­rəf­lə­rin bir-bi­ri­nin qar­şı­sın­da da­şı­ma va­si­tə­lə­ri­nin ve­ril­mə­si və yü­kün da­şın­ma­ya təq­dim olun­ma­sı üz­rə da­şı­dıq­la­rı və­zi­fə­lər bi­la­va­si­tə da­şı­ma pla­nın­dan ya­ra­nır. Mü­əl­lif da­ha son­ra gös­tə­rir­di ki, yük­ da­şın­ması mü­qa­vi­lə­si bü­tün hal­lar­da bi­la­va­si­tə da­şı­ma pla­nı əsa­sın­da bağ­lan­mır (Bax: Nauçno-praktiçeskiy kommentariy k Osnovam qrajdanskoqo zako­noda­telğstva Soöza SSR i soöznıx respublik. M., 1961, s. 287.). O.S.İof­fe­nin möv­qe­yi­nə gö­rə, da­şı­ma mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı üçün zə­ru­ri olan re­al tə­sər­rü­fat əmə­liy­yat­la­rı­nı hə­ya­ta ke­çir­mək və­zi­fə­si plan­laş­dır­ma ak­tın­dan baş­qa di­gər hü­qu­qi əsas­dan ya­ra­na bil­məz (Bax: İoffe O.S. Obəzatelğstvennoe pravo. M., 1975, s. 577-578.).

V.V.Vitr­yans­ki mü­qa­vi­lə kon­sep­si­ya­sı­na üs­tün­lük ve­rə­rək gös­tə­rir ki, pla­nı (plan tap­şı­rı­ğı­nı) ye­ri­nə ye­tir­mək və­zi­fə­si mül­ki-hü­qu­qi deyil, ümu­mi (döv­lət)-hü­qu­qi və­zi­fə olub, da­şı­yı­cı tə­rə­fin­dən nəq­liy­yat va­si­tə­lə­ri­nin ve­ril­mə­si­nin və mü­va­fiq yü­kün yük­gön­də­rən tə­rə­fin­dən da­şın­ma­ya təq­dim olun­ma­sı­nın konk­ret şərt­lə­ri ba­rə­də tə­rəf­lə­rin ra­zı­lı­ğa (sa­zi­şə) gəl­mə­lə­ri­ni tə­ləb edir. Mü­əl­lif da­ha son­ra ya­zır ki, han­sı for­ma­da ifa­də olu­nursa-olun­sun, hə­min ra­zı­lıq mül­ki hü­quq və və­zi­fə­lə­rin əmə­lə gəl­mə­si­nə yö­nəl­di­yi­nə gö­rə mü­qa­vi­lə sa­yı­lır (Bax: Vitrənskiy V.V. Doqovor perevozki. M., 2001, s. 99.).

Biz  gös­tə­ri­lən kon­sep­si­ya­lar­dan han­sı­nın üs­tün ro­la ma­lik ol­ma­sı ba­rə­də fi­kir söy­lə­mək niy­yə­tin­də de­yi­lik (Göstərilən konsepsiyalar barədə bax: İoffe O.S. Obəzatelğstvennoe pravo. M., 1975, s. 578.). Ona gö­rə ki, hə­min kon­sep­si­ya­lar plan­lı so­si­a­list tə­sər­rü­fat sis­te­mi döv­rü üçün əhə­miy­yət kəsb edir­di. Elə bir dövr üçün ki, dövr­də to­tal döv­lət mül­kiy­yə­ti möv­cud idi, öl­kə­nin tə­sər­rü­fat hə­ya­tı döv­lət pla­nı ilə mü­əy­yən­ləş­di­ri­lir­di, da­şı­ma­la­rın həd­dən çox his­sə­si döv­lət tə­rə­fin­dən mər­kəz­ləş­di­ril­miş qay­da­ya in­zi­ba­ti akt for­ma­sın­da plan­laş­dı­rı­lır­dı.

Ko­man­da (so­vet) iq­ti­sa­diy­ya­tın­dan ba­zar iq­ti­sa­diy­ya­tı­na ke­çil­mə­si, döv­lət mül­kiy­yə­ti in­hi­sa­rı­na son qo­yul­ma­sı, is­teh­sa­lın plan­lı tən­zim­lən­mə­sin­dən im­ti­na olun­ma­sı və mər­kəz­ləş­di­ril­miş plan­lı tə­sər­rü­fat prin­si­pin­dən əl çə­kil­mə­si şə­ra­i­tin­də da­şı­ma mü­qa­vi­lə­si və plan ara­sın­da­kı mü­na­si­bət prob­le­mi əhə­miy­yət kəsb et­mir. Bu şə­ra­it­də hə­min prob­le­min həm prak­ti­ki cə­hət­dən, həm də el­mi ba­xım­dan əhə­miy­yə­ti itir. Be­lə ki, ba­zar iq­ti­sa­diy­ya­tı şə­ra­i­tin­də da­şı­ma öh­də­lik­lə­ri­nin ya­ran­ma əsa­sı ki­mi yük­da­şı­ma pla­nı öz əv­vəl­ki ak­tu­al­lı­ğı­nı sax­la­mır. Bu cür şə­ra­it­də mə­lum mə­sə­lə­dir ki, yük­da­şı­ma pla­nı da­şı­ma öh­də­lik­lə­ri­nin əmə­lə gəl­mə­si üçün hü­qu­qi fakt ro­lu­nu oy­na­ya bil­məz. Tə­sa­dü­fi de­yil­dir ki, ye­ni Mül­ki Mə­cəl­lə­də «da­şı­ma pla­nı» an­la­yı­şı iş­lə­dil­mir. Nəq­liy­yat qa­nun­ve­ri­ci­li­yin­də («Nəq­liy­yat haq­qın­da» Azərbaycan Respublikası Qa­nun­unda, Ha­va Mə­cəl­lə­sin­də, Ti­ca­rət Gə­mi­çi­li­yi Mə­cəl­lə­sin­də) də bu cür anlayışdan is­ti­fa­də olun­ma­sı­na rast gəl­inmi­r. Bu, onun­la izah edi­lir ki, mər­kəz­ləşdi­ril­miş plan­lı tə­sər­rü­fa­t sistemindən  ba­zar iq­ti­sa­diy­ya­tına keçirilməsi şə­ra­i­tin­də da­şı­ma­la­rın plan­laş­dı­rıl­ma­sı in­zi­ba­ti-hü­qu­qi xa­rak­te­ri­ni iti­rir. Məhz bu sə­bəb­dən da­şı­ma pla­nı da­şı­ma öh­də­lik­lə­ri­nin ya­ran­ma­sı­nı şərt­lən­di­rən əsas (hü­qu­qi fakt) ro­lu­nu oy­na­ya bil­mir. Baş­qa söz­lə de­sək, da­şı­ma öh­də­lik­lə­ri­nin əmə­lə gəl­mə­si­nə sə­bəb olan əsas­lar (hü­qu­qi fakt­lar) sı­ra­sın­dan da­şı­ma pla­nı çı­xa­rı­la­raq kə­nar edil­miş­dir (Bax: Qrajdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 2 / Pod red. E.A.Suxanova. M., 2000, s. 31.). Hə­min əsas­lar sı­ra­sın­da isə da­şı­ma mü­qa­vi­ləsi­nin ro­lu da­ha da ar­tır. Ba­zar iq­ti­sa­diy­ya­tı şə­ra­i­tin­də da­şı­ma öh­də­lik­lə­ri­nin ya­ran­ma əsa­sı ki­mi mü­qa­vi­lə­lər bi­rin­ci də­rə­cə­li əhə­miy­yət kəsb edir.

Gös­tə­ri­lən xü­su­siy­yət, yə­ni da­şı­ma öh­də­lik­lə­ri­nin əmə­lə gəl­mə­si­nin mü­qa­vi­lə əsa­sı ye­ni nəq­liy­yat qa­nun­ve­ri­ci­li­yin­də bir­ba­şa nə­zər­də tu­tu­lur: nəq­liy­yat mü­əs­si­sə­lə­ri və da­şı­yı­cı­lar nəq­liy­yat xid­mət­lə­ri­ni və di­gər xid­mət­lə­ri qa­nun­ve­ri­ci­li­yə uy­ğun bağ­lan­mış mü­qa­vi­lə­lər əsa­sın­da hə­ya­ta ke­çi­rir­lər (Bax: «Nəqliyyat haqqında» qanunun 8-ci maddəsinin 3-cü bəndi.); da­şı­ma qa­nun­ve­ri­ci­li­yə uy­ğun ola­raq bağ­lan­mış mü­va­fiq mü­qa­vi­lə­lər əsa­sın­da ye­ri­nə ye­ti­ri­lir (Bax: «Nəqliyyat haqqında» qanunun 9-cu maddəsinin 1-ci bəndi.); da­şın­ma şərt­lə­ri, tə­rəf­lə­rin üzə­ri­nə dü­şən mül­ki-hü­qu­qi mə­su­liy­yət on­la­rın bağ­la­dıq­la­rı mü­qa­vi­lə əsa­sın­da mü­əy­yən edi­lir (Bax: «Nəqliyyat haqqında» qanunun 9-cu maddəsinin 2-ci bəndi.) və s.

De­dik­lə­ri­miz onu sü­but edir ki, ye­ni nəq­liy­yat qa­nun­ve­ri­ci­li­yi ba­zar iq­ti­sa­diy­ya­tı şə­ra­i­tin­də nəq­liy­yat­da mü­na­si­bət­lə­rin mü­qa­vi­lə konst­ruk­si­ya­sı­na bi­rin­ci də­rə­cə­li, həl­le­di­ci əhə­miy­yət ve­rir. Da­şı­ma mü­na­si­bət­lə­ri­nin mü­qa­vi­lə­dən­kə­nar (plan) konst­ruk­si­ya­sı­na gəl­dik­də isə qeyd et­mək la­zım­dır ki, mü­a­sir qa­nun­ve­ri­ci­lik hə­min konst­ruk­si­ya­nı qə­bul et­mir və ta­nı­mır.

 

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

 

 

 

 

1.Гражданское право. Учебник. Том 2. Полутом 2 / Под ред. Е.А.Суханова. М., 2000, с. 31.

2.Витрянский В.В. Договор перевозки. М., 2001, с. 99.

3.Иоффе О.С. Обязательственное право. М., 1975, с. 577-578.

4.Научно-практический комментарий к Основам гражданского зако­нода­тельства Союза ССР и союзных республик. М., 1961, с. 287.

5.Хаскельберг Б.Л. Обязательство железнодорожной перевозки груза по со­вет­скому праву. Автореф. дис. д.ю.н. Томск, 1969, с. 6-8.

6.Тарасов М.А. Очерки транспортного права. М., 1951, с. 67.

7.Яичков К.К. Договор железнодорожной перевозки грузов по со­вет­скому праву. М., 1958, с. 60.

8.Аллахвердов М.А., Савичев Г.П. Договоры о перевозках грузов. М., 1967, с. 13.

9.Шварц Х.И. Правовое регулирование перевозок на автомобильном транс­порте. М., 1966, с. 30-31.

10.«Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ДОГОВОР ГРУЗОПЕРЕВОЗОК КАК ОСНОВА  ОБРАЗОВАНИЕ

                         ОБЯЗАТЕЛЬСТВ ПО  ПЕРЕВОЗКАМ

 

С.С.Аллахвердиев,

профессор кафедры «Гражданский,

уголовный и уголовный процесс»

Университета «Одлар Юрду»

 

Автор  с научной точки зрения иследует существующие концепции основ возникновения обязательств по перевозок.

В результате  исследования выдвигаается такое мнение, что договор о грузоперевозок является основой  возникновения  обязательств но перевозке.

 

 

         CARGO TRANSPORTATION AGREEMENTS MAKE THE BASE OF

CARGO TRANSPORTATION OBLIGATIONS FOR CARGO

TRANSPORTATION

 

S.S.Allakhverdiyev,

Professor of Chair of law of

“Odlar Yurdu” University

 

Author researches about existing conceptions of cargo transportation agreements from scientific side of civil law.

                        By the end of research we have got conclusion, that cargo transportation agreements makes the base of  cargo transportation obligations for  cargo transportation.

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.