04.24.2017 20:58
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

AVROPA İTTİFAQI - AZƏRBAYCAN

 

 

Azərbaycanda proqram və layihələrin həyata keçirilməsinə və idarə

olunmasına  dəstək  ofisi  olan  Avropa  evi  tərəfindən  nəşr edilmiş

məlumat bülletenindən:

 

Avropa əsrlər boyu tez-tez baş verən qanlı müharibələr meydanı olmuşdur. 1870-ci ildən 1945-ci ilədək Fransa və Almaniya bir biri ilə üç dəfə müharibə etmiş, nəticədə minlərlə günahsız insanların həyatı qurban verilmişdir. Bir sıra Avropa liderləri belə qənaətə gəlmişlər ki, öz ölkələri arasında davamlı sülhü təmin etmək üçün yeganə yol -onları iqtisadi və siyasi baxımdan birləşdirməkdir.

Beləliklə, 1950-ci ildə Fransanın xarici işlər naziri Robert Şuman öz bəyannaməsinin giriş hissəsini  aşağıdakı cümlələrlə başlamışdır: «Artıq boş sözlərin vaxtı keçmişdir. İndii cəsarətli və faydalı işlər görmək zamanıdır… Sülhün bərqərar olması üçün Avropa ümumi olmalıdır. Almaniyanın qeydsiz-şərtsiz kapitulyasiyasından təqribən beş il sonra Fransa Avropanın qurulması istiqamətində ilk qərarlı addımını atmış, riskli təşəbbüs göstərərək Almaniya ilə ittifaq bağlamışdır. Bu təşəbbüs Avropanı tamamilə dəyişməli, indiyədək mühüm olmayan birgə tədbirlərin həyata keçirilməsinə imkan  yaratmalıdır. Bütün bunlardan yeni Avropa doğacaqdır-vahid və birgə Avropa. İstehsalın qruplaşdırılması, bazarın qiymətləri aşağı salacaq səviyyədə genişlənməsi sayəsində həyat standartlarının yüksələcəyi Avropa…..» O, qərbi Avropada kömür və polad sənayesini birləşdirməyi təklif etdi.

Nəticədə. 1951-ci ildə altı üzvü olan Avropa Kömür və Polad İtifaqı qurulmuşdur: Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Niderlandın iştirakı ilə. Bu ölkələrdə kömür və polad sənayesinə dair qərarların qəbul edilməsi «Yüksək Hakimiyyət» adlanan səlahiyyəti müstəqil beynəlxalq quruma verilmişdir. Artıq bir neçə ildən sonra həmin altı ölkə iqtisadiyyatının digər sahələrini də birləşdirməyə qərar vermişlər. 1957-ci ildə onlar Roma Sazişini imzalamış, Avropa atom Enerjisi İttifaqını (AVRATOM) və Avropa İqtisadi İttifaqını (Aİİ) qurmuşlar. Həmin qurumlara üzv olan dövlətlər ticarət sahəsində aralarında olan maneələri aradan qaldırmağa və «vahid bazar» yaratmağa başlamışlar.

 

AVROPA İTTİFAQININ 3 SÜTUNU

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1967-ci ildə Avropanın həmin üç ittifaqı birləşdirildi. Ümumi Komissiya, Nazirlər Şurası, eləcə də Avropa Parlamenti yaradıldı. Bu intitusional islahatlardan sonra 1974-cü ildə Paris Sammitində doqquz üzv dövlətin siyasi rəhbərləri Avropa İttifaqı Şurası kimi ildə üç dəfə görüşməyi qərara aldılar. Onlar Avropa Parlamentinə birbaşa seçkilərin başlanmasına icazə verir, Avropa Regional İnkişaf Fondunun  yaradılması barədə razılığa gəlirlər. Avropa Parlamentinin üzvləri ilk zamanlarda milli parlamentlər tərəfindən seçilmiş, 1979-cu ildə isə üzv dövlətlərin vətəndaşlarına öz seçimləri ilə namizədlərə səs vermək hüququ verən birinci birbaşa seçkilər keçirilmişdir. O vaxtdan etibarən  hər beş ildən bir baş tutan dörd birbaşa seçki keçirilib. 1979-cu ildə Avropa Parlamentinin 410 üzvü olduğu halda, hazırda həmin qurumun artıq 732 nəfər üzvü vardır. 1985-ci ildə Lüksemburqda Avropa İttifaqı Şurasına üzv olan 10 dövlətin rəhbərləri İnsitusional islahatları inkişaf  etdirməklə və dünyanın tələblərinə cavab  verməklə Roma sazişini dəyişdirməyə, 1993-cü ildə isə vahid bazarın yaradılması üçün şərait yaradan «Vahid Avropa Aktı» ilə Avropanın inteqrasiyasını yenidən başlamağa qərar vermişlər. Bu məqsədləri güdən Avropa İttifaqı Şurası Maastrix şəhərində (1991) Avropa İttifaqına dair  Saziş qəbul etmişdir ki, bu da ümumi  xarici və təhlükəsizlik siyasəti, ədliyyə və daxili işlər sahəsində daha sıx əməkdaşlıq, 1999-cu ildə dövrüyyəyə buraxılmış vahid valyuta da daxil olmaqla, iqtisadi və pul ittifaqının bağlanması üçün təməl yaratmışdır. Bu sahələrdə cari ittifaq sisteminə əlavə edilmiş hökumətlərarası əməkdaşlıq Avropa ittifaqını (Aİ) qurur ki, bu da sonradan Avropa İttifaqı Şurasını Amsterdam şəhərində (1997) müəyyən edilmiş yeni səlahiyyətlər və məsuliyyətlə qüvvətləndirilmişdir. Beləliklə Avropa İqtisadi birliyi - «Avropa Birliyi» (AB) adını almışdır.

Avropa bazası və siyasətində artan pay Avropa İttifaqına  qərar qəbul edilməsi sistemini dəyişdirməyə, Aİ-nın Fundamental Hüquqlar Nizamnaməsini qəbul etməyə, Nitsa Sazişində (2001) Avropa İttifaqının genişlənməsi perspektivlərini nəzərə almağa imkan vermişdir. 2004-cü ildə üzv ölkələrin sayı 25-ə çatmış, bu aparıcı siyasi super-hakimiyyətin idarə edilməsi üçün mühüm vasitə olan Aİ Konstitusiyası (2005) qəbul edilmişdir.

Beş təşkilat vardır ki, onların hər birinin öz səciyyəvi rolu vardır:

-Avropa Parlamenti   (Üzv Dövlətlərin əhalisi tərəfindən seçilir)

-Avropa İttifaqının Şurası (Üzv Dövlətlərin hökumətlərini təmsil edir)

-Avropa Komissiyası (hərəkətverici qüvvə və icraçı orqandır)

-Ədalət Məhkəməsi (qanunvericiliyə uyğunluğu təmin edir)

-Auditorlar Məhkəməsi (Aİ büdcəsinin düzgün və qanuna uyğun idarə olunmasına nəzarət edir)

Onlar digər beş vacib orqan tərəfindən müdafiə olunur:

-Avropa İqtisadi və Sosial Komitəsi (iqtisadi və sosial məsələlər üzrə təşkil edilmiş vətəndaş cəmiyyətinin fikrini ifadə edir)

-Regionlar Komitəsi (regional və yerli hakimiyyət dairələrinin fikrini ifadə edir)

-Avropa Mərkəzi Bankı (pul siyasəti və avronun idarə edilməsi üçün cavabdehdir)

-Avropa Ombudsmanı (Aİ-nın hər hansı təşkilatı və ya orqanının  pis idarəçiliyinə dair vətəndaşların verdikləri şikayətlərə baxır)

-Avropa İnvestisiya Bankı  (sərmayə layihələrini maliyyələşdirməklə Aİ-nın məqsədlərinin əldə edilməsinə yardım edir)

 

Azərbaycanda Aİ Nümayəndələri

Cənubi Qafqaz üzrə Aİ-nın Xüsusi Nümayəndəsi (AİXN), cənab Heyki Talviti

Avropa Komissiyasının Azərbaycana Xüsusi Elçisi, cənab Antonius de Vriz

Azərbaycanda proqram və layihələrin həyata keçirməsinə və idarə olunmasına dəstək ofisi Avropa Evi

Avropa Komissiyasının Azərbaycana göstərdiyi yardımın səmərəliliyini, effektivliyini və yardım haqqında məlumatı yaymaq üçün Komissiya Bakıda Avropa Evini açmağa qərara almışdır. Avropa Evi 2002-ci ilin sentyabr ayından etibarən fəaliyyət göstərməyə başlamışdı. O vaxtdan aşabıdakı  sahələr üzrə Komissiyaya texniki yardım göstərməkdədir:

-Tasis   proqramının planlaşdırılması və proqramlaşdırılması;

-Tasis layihələrinin həyata keçirilməsi;

-Avropa Komissiyası tərəfindən maliyyələşdirilən proqramlar və layihələr haqqında məlumatın və şəffaflığın artırılması.

Milli Koordinasiya Bürosu və Azərbaycanda Tasis layihələrinin Milli Koordinatorunun icraçı ofisi ilə sıx əlaqədə işləyən Avropa Evi Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi proqram və layihləri dəstəkləyir.

Avropa Evi aşağıdakı əlavə sahələrdə də fəaliyyət göstərir:

-Tasis proqramı və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən digər proqramlar barədə məlumatın əldə edilməsi üçün informasiya mərkəzi açmışdır. İnformasiya mərkəzi eləcə də digər Tasis informasiya mərkəzi eləcə də digər Tasis informasiya proqramları tərəfindən nəşr edilmiş materialların paylandığı məntəqə kimi də xidmət göstərir;

-Məlumatlanma üçün mexanizmlər təmin edir, reklam materiallarını paylayır, sərgilər təşkil edir, Avropa Evinin internet səhifəsini müasirləşdirir;

-Yerli tərəf-müqabillər üçün proqramın prezentasiyasını və orada iştirakı təmin etməklə TEMPUS Proqramını dəstəkləyir.

 

 

Aİ-AZƏRBAYCAN ARASINDA DİALOQ

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi

 

Avropa İttifaqı və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələr Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri (TƏS-lər) vasitəsilə formalaşmışdır. Hazırda on Şərqi Avropa və Mərkəzi Asiya ölkəsi ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri qüvvədədir.

TƏS hüquqi bazadır ki, demokratik prinsiplər və insan hüquqlarına hörmətə əsaslanır, Avropa İttifaqı və onun tərəfdaş ölkələr arasında siyasi, iqtisadi və ticarət əlaqələrini müəyyən edir. Hər TƏS Avropa İttifaqı və fərdi ölkə tərəfindən imzalanmış və ratifikasiya olunmuş on illik iki tərəfli sazişdir. 

22 aprel 1996-cı il İmzalanma tarixi

8 oktyabr 1996-cı il Azərbaycan tərəfindən təsdiq edilmişdir

1 iyul 1999-cu il Qüvvəyə minmişdir

18 May  2004-cü il Aİ-nın on yeni Üzv Dövlətinin Aİ və Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə qoşulmasına dair protokolun imzalanması

 

Əsas məqsədlər

-Siyasi dialoq üçün çərçivəsinin təmin edilməsi

-Demokratiya və iqtisadiyyatın inkişafına, bazar iqtisadiyyatına keçidin başa çatdırılmasına dəstək

-Ticarətin və sərmayə qoyuluşunun dəstəklənməsi

Qanunvericilik, iqtisadiyyat, sosial, maliyyə, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlıq üçün əsasın yaradılması.

 

TƏS Qurumları

Əməkdaşlıq Şurası Azərbaycan Hökumətinin üzvləri, Avropa İttifaqı Şurası (Aİ üzv dövlətləri hökumətlərinin) üzvləri və Avropa Komissiyasının üzvlərindən ibarətdir. 

Səlahiyyətləri Sazişin həyata keçirilməsinin müşahidə edilməsi, saziş çərçivəsində yaranan istənilən əhəmiyyətli məsələlərin, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və ya beynəlxalq məsələlərin öyrənilməsindən ibarətdir.

 

Əməkdaşlıq Komitəsi Azərbaycan Hökümətinin yüksək vəzifəli dövlət qulluqçuları, Avropa İttifaqı Şurası (Aİ üzv dövlətləri hökumətlərinin) üzvləri və Avropa Komissiyasının üzvlərindən ibarətdir. AK təmsilçisi Aİ tərəfindən Komitəyə sədrlik edir.

Səlahiyyətləri Şura iclaslarının hazırlanması, Şura tərəfindən verilmiş tövsiyyələrin həyata keçirilməsinə nəzarət, tərəfdaşlığın və Sazişin ümumiyyətlə həyata keçirilməsini təmin etməkdir.

 

Ticarət və Sərmayə Alt-Komitəsi Azərbaycan hökümət orqanlarının təmsilçiləri, Avropa Komissiyasının təmsilçiləri, Razılaşmaya  əsasən ekspertlər cəlb oluna bilər. Alt-komitə Əməkdaşlıq Komitəsinin tabeçiliyində fəaliyyət göstərir və Komitəyə hesabat verir və özünün qərarlarını təqdim edir.

Səlahiyyətləri ticarət və sərmayə məsələlərin müzakirəsi həyata keçirilməsindən ibarətdir.

 

Parlament Əməkdaşlıq Komitəsi Azərbaycan Milli Məclisinin üzvləri, Avropa Parlamentinin üzvlərindən ibarətdir.

 

 

TEXNİKİ YARDIM PROQRAMI (TACIS)

TACİS nədir?

 

Tacis Yeni Müstəqil Dövlətləri və Monqolustan üzrə Avropa İttifaqının proqramıdır. Tacis Avropa İttifaqı və YMD tərəfdaş ölkələri arasında iqtisadi və siyasi əlaqələrin inkişafını təşviq edir. Tacis biliklərin ötürülməsi bazar iqdisadiyyatına və demokratiyaya  keçid prosesini dəstəkləmək üçün qrant təmin edir. 1991-ci ildə texniki yardım proqramı kimi başlamış proqram çərçivəsində 116.5 milyon avro dəyərində vəsait ayrılmışdır. Tacis «Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi» əsasında əməkdaşlıq alətinə çevrilmişdir.

 

REGİONAL PROQRAM

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA)

 

Qafqazdan keçərək Avropanı mərkəzi Asiyaya, marşrut boyu yerləşən bütün ölkələrə bağlayan Şərq-Qərb nəqliyyat dəhlizinin qurulmasına texniki və sərmayə yardımını göstərmək TRASEKA-nın əsas məqsədidir.

1993-cü ildə Avropa Komissiyası və Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan dövlətlərinin hökumətləri Brüssel Bəyannaməsində Proqramın  məqsədlərini müəyyən etmişlər. TRASEKA ölkələri üçün nəqliyyat sistemlərinin inkişaf etdirilməsi və dünya bazarlarına çıxışın əldə  edilməsi üçün bu proqram əməli həlli yollarını təklif etmişdir. Ukrayna, Moldava, Bolqarıstan, Rumıniya və Türkiyə də sonradan bu proqrama qoşulmuşlar. Hazırda proqram 13 ölkəni əhatə edir. 1998-ci ildə 12 ölkə - Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldava, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan Bakı Konfransında Avropa-Qafqaz-Mərkəzi Asiya Dəhlizi boyu  beynəlxalq nəqliyyatın inkişafına dair əsas çoxtərəfli Sazişi imzalamışlar. Beləliklə, nəqliyyat sahəsində regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üçün TRASEKA proqramı vahid hüquqi mexanizmə malik olmuşdur. Əsas çoxtərəfli Saziş çərçivəsində TRASEKA-nın institusional təsisatları olan TRASEKA hökumətlərarası Komissiyası və onun strukturları (daimi katibiklər və milli katibliklər) üçün özəl yarandı. Qeyd edək ki, bu yaxınlarda Əfqanıstan da bu Sazişə qoşulmuş, İran və Pakistan isə Sazişi imzalamaq ərəfəsindədirlər.

TRASEKA çərçivəsində Avropa Komissiyası nəqliyyat infrastrukturu  və ticarətin təşviqi ilə əlaqədar 65-dən çox layihəni maliyyələşdirmişdir. Proqram regionda donor təşkilatlar və özəl sərmayəçilərin fəaliyyətinin təşviq edilməsində mühüm rol oynamışdır. Avropa Komissiyası TRASEKA-nın institusional strukturlarını dəstəkləmişdir. Hazırda Hökumətlərarası Komissiya «Ticarətin təşviqi və institusional dəstək» layihəsini 85% maliyyələşdirir, qalan 15% vəsait isə ölkələr tərəfindən ödənilir.

Bu layihə 2004-cü ilin avqust ayında başlanmışdır. 2006-cı ilin avqust ayında isə başa çatacaqdır. Layihə Milli TRASEKA komissiyaları, TRASEKA ölkələrinin nəqliyyat nazirlikləri və nazirlər kabinetləri ilə sıx əlaqədə fəaliyyət göstərir.

TRASEKA proqramının fəaliyyətin əlaqələndirilməsi  rolundan başqa, layihə regionlararası ticarəti inkişaf etdirmək və yaxşılaşdırmaq üçün bu dənizin təşviq edilməsi məqsədini də güdür. Ümumiyyətlə, bu layihə əvvəlki TRASEKA layihələri  çərçivəsində inkişaf etdirilmiş nəqliyyat və tranzitə dair müvafiq sadələşdirilmiş qaydaların tətbiq edilməsini izləməli, cari yük  daşımaları istifadəçilərinə yardım etməli, TRASEKA dəhlizinin ticarət imkanlarını genişləndirməlidir. Bu məqsədlər də TRASEKA ölkələrinin beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, yəni ticarətin təşviqinə yardımın göstərilməsini nəzərdə tutur. Daha dəqiq desək, layihə çərçivəsində «TRASEKA Viza», TRASEKA qaynar xətti və genişləndirilmiş kommunikasiya təşəbbüslərinin qəbul edilməsi, eləcə də hökumətlərarası komissiya TRASEKA və onun daimi katibliyinə yardımın göstərilməsi məqsədləri güdülür. Layihənin digər komponentləri TRASEKA-nın İnternet səhifəsinin, qaynar xətt konsepsiyasının, sərhədlərdə kameraların təkmilləşdirilməsi və TRASEKA nəqliyyat məlumatlar bazasının hazırlanması üzərində işləyir.

Sonuncu əhəmiyyətli iş isə TRASEKA institusional strukturlarının idarəçilik səriştəsinin və özünü dəstəkləmə qabiliyyətinin artırılması sahəsində aparılır.

Layihənin baş ofisi Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyində, iki ofisi isə Alma-Atıda (Qazaxıstanda) və Kiyevdə (Ukraynada) yerləşir. TRASEKA barədə daha təfərrüatlı məlumatı www.traceca-org.org internet səhifəsindən əldə edə bilərsiniz.

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.