10.18.2017 15:01
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

TRASEKA NƏDİR? 

 

 

Qədim romalılar deyərdi: «Via est Vita» («Yol həyat deməkdir»).

 

 

Tarixi Böyük İpək Yolu Avropadan Asiyaya ən qısa marşrut olaraq, cənubi Qafqaz ölkələrinin ərazisindən keçmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA Müstəqil Dövlətlər Birliyinə (MDB) göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub  saxlanmasını təmin edir.

TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir.

«Via est Vita» -necə deyərlər «Qoy TRASEKA Sizin yol göstərəniniz olsun!».

Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir:

-Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.

-TRASEKA üzv-dövlətləri arasında gələcək regional əməkdaşlığın dəstəklənməsi.

-Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün TRASEKA layihlərinin  geniş istifadəsi.

-Avropa-Qafqaz-Asiya «TRASEKA» Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə optimal inteqrasiyasının dəstəklənməsi.

Tərəfdaş ölkələrin rəhbərləri Avropa ilə alternativ nəqliyyat bağlantısı kimi TRASEKA marşrutunun strateji əhəmiyyətə malik olduğunu hesab edirlər. TRASEKA mövcud şimal marşrutu və yeni  alternativ cənub marşrutları arasında rəqabəti stimullaşdırır. Bundan başqa, Uzaq Şərqlə yenidən qurulmuş ticarət mübadiləsini tamamlayaraq, TRASEKA qədim İpək Yolunun bir daha ən iri ticarət dəhlizinə çevrilməsinə şərait yaradır.

TRASEKA proqramının tətbiqi hökumətlər arasında daha sıx əməkdaşlıq və dialoqla nəticələnmişdir. Bu da tranzit ödənişlərin rəqabətli səviyyədə saxlanılması razılığına və sərhəddən keçmənin rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsinə gətirib çıxardı. TRASEKA dəhlizi boyu  iritonnajlı yüklərin nəql edilməsi haqda da razılaşmalar əldə  olunmuşdur. Onun Mərkəzi Asiyanın dəniz yolları vasitəsilə dünya bazarları ilə birləşdirən ən qısa və potensial cəhətdən ən sürətli və ən ucuz marşrut olduğu təsdiq edilir.

TRASEKA proqramı üzrə Texniki Yardım Avropa Yenidənqurma və Bərpa Bankı (AYİB), Dünya Bankı (DB), Asiya İnkişaf Bankı (AİB), İslam İnkişaf Bankı (İİB) kimi Beynəlxalq Maliyyə Təşkilatlarından böyük məbləğdə sərmayə qoyuluşunun cəlb edilməsinə kömək etmişdir. Bu təşkilatlar TRASEKA dəhlizi boyu limanlar, dəmir yolları və avtomobil yolları üzrə əsaslı layihələrin maliyyələşdirilməsi üçün 1,7 milyard Avrodan çox vəsait ayırmışlar. Bundan əlavə, Avropa İttifaqının özəl sərmayəçiləri Qafqaz və Mərkəzi Asiya nəqliyyat şirkətləri  ilə birgə müəssisələrdə iştirak edirlər. Regional əməkdaşlığı genişləndirmək və iqtisadi sabitliyi möhkəmləndirmək üçün Avropa İttifaqı Cənubi Çevrədə Hava Marşrutları layihəsi və Neft və Qaz Kəmərləri layihəsi (İNOQEYT) kimi digər layihələri də dəstəkləyir.

Nəqliyyat dəhlizi olmaqla inteqrasiyaya doğru əhəmiyyətli tədbir kimi TRASEKA-nın inkişaf dinamikası bu gün həmişəkindən daha güclüdür. Tərəfdaş ölkələr və mətbuat TRASEKA-nı milli nəqliyyat sistemlərinin dünyanın digər ölkələri ilə inteqrasiya üçün əhəmiyyətli addım kimi qiymətləndirir. Mərkəzi Asiyadan başlayaraq, Qafqazdan keçərək, Qara Dənizə istiqamətlənmiş və regionu Trans-Avropa Şəbəkələri və dünyanın digər nöqtələrilə birləşdirən Şərq-Qərb dəhlizi böyük həcmdə yük daşımalarını təmin edən reallıqdır. Regional nəqliyyat hüquqi bazasının Avropa və beynəlxalq  normalara inteqrasiyası və uyğunlaşdırılması davamlı bir prosesdir. Avropa və digər beynəlxalq agentliklər malların hərəkətində süni maneələrin azaldılması  üçün TRASEKA proqramı çərçivəsində fəaliyyət göstərirlər. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası öz missiyalarını yerinə yetirmək və iş təcrübələrini tətbiq etmək baxımından TRASEKA layihələrində iştirak edirlər.

TRASEKA proqramının regiona olan təsiri aşağıdakılarda özunu büruzə verir: regional konfranslar və seminarların keçirilməsi, Beynəlxalq Maliyyə Təşkilatları ilə sıx əməkdaşlığın qurulması, məsləhətçi xidmətlərin göstərilməsi, birbaşa investisiya layihələrinin həyata keçirilməsi, Qafqazda kommersiya ixracatçıları tərəfindən dəhlizin getdikcə artan  istifadəsi.

İNOQEYT - Avropaya Dövlətlərarası Neft və Qaz nəqliyyatı (İNOQEYT) proqramının məqsədi neft və qaz kəmərləri sistemlərinin regional inteqrasiyasını təmin etmək və onların nəqlini dəstəkləməkdir. Proqram özəl sərmayəçiləri və beynəlxalq maliyyə təşkilatlarını bu kəmərlər üzrə layihələrin həyata keçirilməsinə cəlb etmək üçün katalizator rolunu oynayır. Azərbaycanda İNOQEYT proqramı Şirvanovka və Qazax qaz paylayıcı sistemlərində tətbiq olunur. 

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.