06.29.2017 09:20
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«TRASEKA» AVROPA-QAFQAZ-ASİYA NƏQLİYYAT

                    DƏHLİZİNİN RƏQABƏT QABİLİYYƏTİ   

   

Dünyanın iqtisadi inkişaf proqnozunun əsas tendensiyalarının təhlili göstərir ki, XXI əsrin ən böyük maliyyə, əmtəə və məlumat axınları ABŞ-Avropa-Asiya üçbucağında cəmləşəcəkdir.

 

Avropa və Asiya arasında təbii tranzit əlaqəsi

Ən nüfuzlu beynəlxalq təşkilatlar (BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası və digərləri) tərəfindən Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASEKA) Avropa ilə Asiya arasında təbii tranzit əlaqəsi kimi rəsmi tanınmışdır. Bu baxımdan Avropa İttifaqının TASİS-TRASEKA proqramının üzv-dövlətlərinin (Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldava, Monqolustan, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna) qarşısında duran ən vacib məsələ nəqliyyat şəbəkələrini inkişaf etdirməklə, öz coğrafi-siyasi və iqtisadi imkanlarından səmərəli istifadə etməkdir.

Hazırda Asiya və Avropa arasında ticarət dövriyyəsi ildə 20 trilyon ABŞ dollardan çox məbləği təşkil edir. Onlardan 200 milyard ABŞ dolları nəqliyyat xərclərinin payına düşür.

 

Cəzbedici nəqliyyat dəhlizi

-Avropa-Qafqaz-Asiya «TRASEKA» nəqliyyat dəhlizindən daha fəal istifadə etmək üçün mal göndərənlərin hansı əsasları var?

-Digər alternativ marşrutlarla müqayisədə TRASEKA marşrutunun hansı üstünlükləri var?

-TRASEKA üzv-dövlətləri xarici tərəfdaşlar üçün necə cəzbedici ola bilər?

TRASEKA proqramı çərçivəsində aşağıdakılar nəzərə alınmışdır: TRASEKA ölkələrinin  Avropa və  Asiya arasında ticarətin inkişaf  etdirilməsi baxımından coğrafi mövqeyi ən iri mal istehsalçılarının Asiyada yerləşməsi və əsas istehlakçıların Avropada olması, yük axınlarının göndərilmə nöqtələri, mal göndərən böyük ölkələr. Nəticədə, malların Avropaya TRASEKA nəqliyyat dəhlizi (Şərq-Qərb) ilə  aparılmasının digər alternativ marşrutlarla  müqayisədə daha cəzbedici olduğu müəyyən olunmuşdur. Yokohamadan Rotterdam, Hamburq, Antverpen və digər iri Qərbi-Avropa limanlarınadək digər marşrutların TRASEKA marşrutundan iki dəfə uzun olduğu qeyd edilməlidir.

 

Ətraf dünyaya istiqamətlənərək

Bu gün Avropa İttifaqının TRASEKA proqramının həyata keçirilməsi sayəsində üzv-dövlətlər böyük əhəmiyyət kəsb edən və ətraf dünyaya istiqamətlənmiş nəqliyyat şəbəkələri və dəniz limanları yaratmış öz əraziləri daxilində mal tranziti üçün yaxşı imkanlar əldə etmişlər. Bu o deməkdir ki, tranzit nəqliyyatını inkişaf etdirmək üçün TRASEKA ölkələrinin qonşu ölkələrə yeni daxili dəhliz və ya əlavə nəqliyyat marşrutlarını yaratmağa ehtiyacı yoxdur. Hazırda bu ölkələrin mövcud   nəqliyyat dəhlizi və onun şəbəkələrinin inkişaf etdirilməsi üçün böyük sərmayə qoyuluşuna ehtiyacı olmadığını qeyd etmək lazımdır. TRASEKA nəqliyyat dəhlizi artıq mövcuddur və fəaliyyət göstərir. Müxtəlif kateqoriyadan olan böyük həcmli malların daşınması üzrə zəngin təcrübə toplanmışdır.

«Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Beynəlxalq Nəqliyyat Sazişi» 9 sentyabr 1998-ci il tarixində Bakıda imzalandıqdan sonra beynəlxalq tranzit nəqliyyatı üçün hüquqi baza yaradılmışdır.

 

TRASEKA ölkələri təbii və enerji ehtiyatları ilə zəngindir

Burada digər mühüm fakt təbii və enerji ehtiyatları ilə zəngin olan ölkələrin ərazisindən TRASEKA  nəqliyyat şəbəkələrinin keçməsidir. Bu regionlarda hazırlıqlı mütəxəssislər vardır. Şübhəsiz ki, bu ölkələrdə tranzitin inkişafı istehsalın və məşğulluğun artımına kömək edəcəkdir. Bütün siyasi və iqtisadi dəyişikliklərə baxmayaraq, təcrübəyə əsasən seçilmiş, inkişaf etdirilmiş və yoxlanmış beynəlxalq nəqliyyat  dəhlizi olan TRASEKA əlverişli investisiya mühitini təmin edir və inteqrasiya prosesinin qloballaşmasına müsbət təsir göstərir. TRASEKA uzunmüddətli tənzimləyici  faktor olaraq qalır.

 

 

 

 

TRASEKA Hökumətlərarası

Komissiyasının Daimi Katibliyi

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.