12.11.2017 04:30
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Yorulmaz elm fədailərimiz

Rüstəm Fəxrəddin oğlu Məmmədov 1956-cı il aprelin 30-da Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1980-cı ildə həmin fakültəni bitirmişdir. 1985-1987-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində təhsil almışdır. 1987-1989-cu illərdə SSRİ Diplomatik Akademiyasında beynəlxalq hüquq ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Rüstəm Məmmədov 1996-1997-ci illərdə İslam Konfransı Təşkilatının Kommersiya Arbitrajında Azərbaycan tərəfindən arbitr təyin edilmişdir. 1980-cı ildən indiyədək Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Xarici ölkələrin Dövlət Hüququ kafedrasında müəllim və kafedra müdiri işləyir, dosent elmi adına layiq görülmüşdür.

Yuxarıda qeyd edilənlərdən savayı, Rüstəm Məmmədov hal-hazıradək müxtəlif  siyasi-hüquqi fəaliyyətlə məşğul olmuşdur. Belə ki, 1990-cı ildən indiyədək AzTV, ANS, SPACE, LİDER, BBC radiosunun xüsusi kanallarının şərhçisi olmuşdur. 1982-ci ildən bəri Rusiya (keçmiş SSRİ) Beynəlxalq Hüquq Assosiasiyasının üzvüdür. 1992-ci ildən bəri Azərbaycan Beynəlxalq Hüquq Assosiasiyasının vitse-prezidentidir. 1999-cu ildən indiyədək Beynəlxalq Hüquq Jurnalının Redaksiya heyətinin, 2002-ci ildən indiyədək Haaqa şəhərində “International Criminal Law Network”, eyni zamanda, “Beynəlxalq Ümumi Hüquq və Beynəlxalq Xüsusi Hüquq” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

 О, 1997-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının     İctimai-Siyasi Şöbəsində Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq QHT-lərlə iş sektorunun müdiri vəzifəsində çalışmışdır.

Rüstəm Məmmədov həmçinin, müxtəlif beynəlxalq konfrans, seminar və yüksək səviyyəli görüşlərdə iştirak etmişdir. 2001-ci il 26-28 noyabr tarixində Berlin şəhərində keçirilmiş “Cənubi Qafqazda beynəlxalq münaqişələrin həlli yolları” mövzusunda beynəlxalq seminarda iştirak etmiş, 28 yanvar – 01 fevral 2002-ci il tarixində Moskvada keçirilmiş Rusiya Beynəlxalq hüquq Assosiasiyasının yığıncağına qatılmışdır.  26-27 fevral 2002-ci ildə Moskvada keçirilmiş “Xəzər: hüquqi problemlər” mövzusunda beynəlxalq konfransın iştirakçısı olmuş,    18-20 mart 2002-ci ildə Berlində keçirilmiş “Xəzər dənizinin ekoloji problemləri” adlı beynəlxalq konfransa qatılmışdır. 5-6 may 2002-ci ildə Borjomidə (Likani, Gürcüstan) keçirilmiş “Cənubi Qafqazda inteqrasiya və beynəlxalq təhlükəsizlik” adlı beynəlxalq seminarın I raunduna qatılmışdır. 6-7 iyun 2002-ci ildə Bakıda keçirilmiş “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin beynəlxalq və regional əhəmiyyəti” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Rüstəm Məmmədovun iştirak etdiyi digər seminarlar sırasında 22-23 iyul 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya məhkəməsində keçirilmiş “Məhkəmə hakimiyyətinin müstəqilliyi və nüfuzu” mövzusunda beynəlxalq seminar, 8-10 oktyabr 2002-ci ildə Tbilisidə keçirilən “Cənubi Qafqazda reqionalizm və federalizm” mövzusunda beynəlxalq konfrans, 28-30 noyabr 2002-ci il tarixində Sofiyada keçirilmiş “Cənubi Qafqazda demokratiya və konfliktlərin həlli” mövzusunda beynəlxalq konfrans, 6-9 dekabr 2002-ci il tarixində Borjomidə (Likani, Gürcüstan) keçirilmiş Turan-Qafqaz dialoqunun regional təhlükəsizlik konsepsiyasınadək mövzusunda beynəlxalq seminarın II raundunda iştirak etmişdir.

Rüstəm Məmmədov 24 elmlər namizədi yetişdirib, 200-dən çox elmi əsərləri dərc olunub     (o cümlədən 40-dan yuxarı xarici ölkələrin elmi məcmuələr və jurnallarında), iki kitabın müəllifidir, onun redaktəsi ilə iki dərslik nəşr olunub. Rusiyanın, Gürcüstanın, Qazaxıstanın, Ukraynanın, Almaniyanın, Türkiyənin bir sıra beynəlxalq hüquq assosiasiya və cəmiyyətlərinin üzvüdür, həmin ölkələrdə çıxan beynəlxalq hüquq üzrə elmi jurnalların redaksiya heyətinə daxildir. Hal-hazırda Bakı Dövlət Universitetində çıxan “Beynəlxalq Hüquq və İnteqrasiya Problemləri” jurnalının Baş redaktorudur. Eləcə də “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyinin Prezidenti və onun nəzdində çıxan “Xəzər Panoraması” elmi-siyasi jurnalının redaktorudur. Həmçinin Asiya, Afrika, Latın Amerikası və Avropanın aparıcı elmi mərkəzləri ilə geniş əməkdaşlıq qurub.

Azərbaycan Respublikasında ilk dəfə olaraq, təsis edilmiş “Nəqliyyat Hüququ” elmi-nəzəri, təcrübi jurnalı redaksiyası Elmi Şurasının üzvüdür.

Hal-hazırda doktorluq dissertasiyası üzərində çalışır.

Biz də “Nəqliyyat Hüququ” elmi-nəzəri, təcrübi jurnalı Redaksiyası heyətinin adından zəhmətkeş alim, hüquq elmləri namizədi, dosent Rüstəm Məmmədovu 50 illik yubileyi  münasibətilə təbrik edir, ona elmi yaradıcılığında və əmək fəaliyyətində uğurlar arzulayırıq.

 

 

Hörmətlə,

 

Kollektiv adından,

Baş redaktor, f.e.n.                                                                                          Əliyeva İ.M.

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.