04.26.2017 06:13
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«Nəqliyyat Hüququ» elmi-nəzəri, təcrübi jurnalının 1 ili: Təbriklər

2005-ci ilin dekabr ayında jurnalın fəaliyyətə başlamasının Bir ili tamam oldu. Bununla əlaqədar olaraq,  ünvanımıza göndərilən təbrik məktublarından bir qismini jurnalda dərc edərək, bütün oxucularımıza öz dərin təşəkkürümüzü bildiririk.

 

 

«Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalına

 

 

                Hörmətli əməkdaşlar!

 

        Respublikanın nəqliyyat hüququ elmi sahəsində aparılan tədqiqatların elmi ictimaiyyətə  çatdırılmasında müvafiq rolu olan «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalının bir illik   fəaliyyəti tamam  olub.

                Ölkəmizdə ilk dəfə olaraq, yeni təsis edilmiş bu jurnalın səhifələrində nəqliyyat hüquq elminə dair azərbaycan, rus, ingilis və türk dillərində dərc edilmiş məqalələr  iqtisadiyyatın nəqliyyat sektorunun mütərəqqi metodlarla hüquqi tənzimlənməsində önəmli yer tutur. Respublikamızda TRASEKA Avropa-Qafqaz-Asiya nəqliyyat  dəhlizinin fəaliyyəti ilə bağlı hüquqi  nizamasalma  məsələlərinin  işıqlandırılmasında və ümumiyyətlə, nəqliyyat hüququ sahəsində elmi mühitin  formalaşmasında da jurnalın  rolu əhəmiyyətlidir.

                Ümidvaram ki, dünyada baş verən qloballaşma prosesində  alimlərimizin nəqliyyat hüququ elminin daha da inkişafı üçün «Nəqliyyat hüququ» jurnalı bundan sonra da öz ənənələrinə sadiq qalaraq, onların elmi  araşdırmalarının nəticələrini və bu sahənin inkişafı üzrə səylərini beynəlxalq aləmdə layiqincə təbliğ edəcəkdir.

                Sizə böyük  uğurlar və elmi   nailiyyətlər arzulayıram.

 

 

Hörmətlə,

 

Elmi Şuranın sədri -Milli Aviasiya Akademiyasının rektoru,

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,

fizika-riyaziyyat elmləri doktoru, akademik 

Arif  Paşayev

 

 

 

 

«Nəqliyyat hüququ» jurnalının redaksiya heyətinə

 

 

                Hörmətli cənablar və xanımlar !

 

        Birgə gərgin əməyinizin bəhrəsi olan «Nəqliyyat hüququ» jurnalının bir yaşının tamam olması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm!

Jurnalın ilk  sayının işıq üzü görməsindən keçən bu az müddət ərzində o, ölkəmizdə çap olunan  hüquq elmi-nəzəri jurnalları arasında öz dəsti-xətti ilə seçilmiş, öz pərəstişkarlarını taparaq özünə layiqli mövqe tutmuşdur.

Jurnal səhifələrində yol hərəkətinin təhlükəsizliyi problemlərinin işıqlandırılmasını, avtomobil nəqliyyatında hüququ münasibətlərin ətraflı şərhinin verilməsini, habelə ölkə parlamenti tərəfindən qəbul edilən nəqliyyat sahəsinə aid normativ-hüquqi aktların çap edilməsini yüksək qiymətləndirirəm.

                Jurnalın ilk sayından etibarən ana xətt kimi qəbul edilmiş -nəqliyyat sahəsi işçilərinin hüquqi maarifləndirilməsi kursuna daim sadiq qalacağınızı ümid edirəm. Gələcəkdə də «Nəqliyyat hüququ» jurnalı ilə qarşılıqlı məhsuldar əməkdaşlığı davam etdirmək niyyətində olduğumu Sizə bildirərək fəaliyyətinizdə yaradıcılıq uğurları arzulayıram.

 

 

Ehtiramla,

 

Azərbaycan Respublikası

Daxili İşlər Nazirliyi

Baş Yol Polisi İdarəsinin rəisi,

polis general-mayoru

R.Zeynalov 

 

 

 

           Научно-теоретическому, практическому

  журналу «Транспортное право»           

 

Уважаемые коллеги!

 

Поздравляю Вас с годовщиной деятельности научно-теоретического, практического журнала «Транспортное право», играющего особую роль в популяризации исследований в области транспортного права среди общественности.

В статях, опубликованных на 4-х языках (азербайджанский, русский, английский и турецкий) отводится значительное место правовому регулированию транспортного сектора экономики современными научно-прогрессивными методами.

В журнале нашли свое отражение вопросы по международному правовому регулированию проблем, связанных с деятельностью транспортного коридора  Европа-Кавказ-Азия. Немоловажные  заслуги данного издания и в формировании научной  среды в области транспортного права.

Выражаю надежду, что и дальнейшем в усовершенствовании научной   теории транспортного права в ракурсе мировых глобальных процессов журнал «Транспортное право», оставаясь верным традициям, будет достойно пропогандировать в мировом  сообществе  научные достижения в этой области.    Желаю Вам огромных успехов   и завоевания новых научно-творческих высот.

 

С глубоким  уважением,

 

Начальник отдела Международных

связей Академии Государственной

Налоговой Службы Украины,

доктор юридических наук, профессор                                    Тимченко Л.Д.

 

 

 

«Nakliyat hukuku» ilmi-pratik dergisi

çalışanlarına

 

 

Sizleri, ülkenizin nakliyat hukuku bilim dalında yapılan  araşrımaların ulusa sunulmasında çok önemli hizmetleri olan «Nakliyat hukuku» ilmi-pratik dergisinin          1. yılının  dolması nedeniyle kutluyrorum!

Ülke basınında henüz yeni olmasına rağmen azerbaycan, ingilis, türk    rus dillerinde  yayımlanan  yazılarla dergi ulaşım  sektörünün hukuksal açıdan modern yöntemlerle yöneltilmesinde deyerli  hizmetler  sunmaktadır. Derginizin ülkemizde TRASEKA adıyla bilinən Avrupa-Kafkaz-Asya ulaşım  koridorunun  işile  bağlı  hukuki değerlendirmelerin  başında  aydınlatılmasında ve aynı zamanda bu sektörün ilimsel gelişiminde önemli yeri  olmaktadır.

Derginin deyerli çalışanlarının, bundan sonra da sivil dünyada «nakliyat hukuku»sektörünün ilimsel açıdan gelişmesi için bilim adamlarının yaptığı  araştırma sonuçlarının uluslararası bir düzeyde  tanıtılması açısından yaptıkları önemli çalışmalarını  sürdüreceklerinden eminim.

Sizlere yüce Allahdan sağlıklar diler ve sunduğunuz bu deyerli hizmetlerinizde başarılar arzularım!

 

 

Sayqılarımla,

              

İstanbul Üniversitesi «Hukuk» fakültesinin

Deniz ticaret hukuku kafedrasının profesörü,

hukuk ilimleri doktoru                                                                                   Emine Yazıcıoğlu

 

 

 

 

«Nəqliyyat hüququ» jurnalının kollektivinə

 

T Ə B R İ K!

         Müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat ölkə iqtisadiyyatının yüksəlməsi və sosial inkişafında əhəmiyyətli rol oynayır. Nəqliyyatın inkişaf tempi iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha yüksəkdir. Buna görə də müasir həyatı nəqliyyatsız təsəvvür etmək mümkün deyil. Nəqliyyat vasitələrindən kütləvi istifadə öz növbəsində iqtisadiyyatın və sosial sferanın, ümumilikdə cəmiyyətin bütün aspektlərində inkişafa təkan verir. Nəqliyyatın artım dinamikası bir tərəfdən sosial həyatın inkişafını təmin edirsə, digər tərəfdən hərəkət təhlükəsizliyi, ekoloji təsirlər və təbii resurslardan  istifadə ilə bağlı ciddi problemlər yaradır. Ölkələrin bu problemlərin həlli sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılan beynəlxalq təşkilatlar müvafiq konvensiyalar işləyib hazırlamışdır.  Müstəqil Azərbaycan respublikası bu konvensiyalara qoşularaq problemlərin həllində yaxından iştirak edir.  Bununla əlaqədar  respublikamızda bir sıra hüquqi və normativ sənədlər qəbul edilmişdir. Bu sənədlərin mahiyyətinin nəqliyyat sahəsinin  işçilərinə və geniş əhali kütləsinə çatdırılmasında, onların maarifləndirilməsində «Nəqliyyat hüququ» jurnalının fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Nəşr olunduğu bir il ərzində bu jurnalın nömrələrində çap olunmuş maraqlı və dəyərli materiallar, respublikamızda çap olunan çoxsaylı elmi-praktiki dövri mətbuat sırasında özünə layiqli yer tutması buna sübutdur.

       «Nəqliyyat hüququ» jurnalının ilk nömrəsinin çap olunmasının bir illik yubileyi ilə əlaqədar onun yaradıcı heyyəti və kollektivini təbrik edir, onlara zəruri fəaliyyətində yaradıcılıq uğurları diləyir və daha geniş oxucu kütləsi qazanmağı arzulayıram.

 

                 Hörmətlə,

  AzTU-nun rektoru, prof., Rusiya

Mühəndislik Akademiyasının həqiqi üzvü                          H.Ə. Məmmədov

 

 

   «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi

     jurnalının kollektivinə

 

 

 

 

Hörmətli  həmkarlar!

 

Ölkəmizin yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçməsi, cəmiyyətdə gedən demokratikləşmə prosesi mətbuatın rolunu xeyli artırmış və cəmiyyətimizdə bərqərar olmuş fikir plüralizmi, söz, mətbuat azadlığı bu sahədə çalışan insanların fəaliyyət və yaradıcılıq imkanlarını genişləndirməklə yanaşı, onların üzərinə böyük vəzifələr və yeni funksiyalar qoymuşdur.

Hazırda ölkəmizdə kütləvi mətbuat orqanlarının sayının böyük sürətlə artdığı bir dövrdə öz işini artıq yeni dövrün tələblərinə uyğun quran, konkret sahələr üzrə peşəkar, ixtisaslaşmış və milli ənənələrə söykənən, cəmiyyətimizin hüquqi, siyasi mədəniyyətinin inkişafına xidmət edən, bir sözlə demokratik, hüquqi cəmiyyət quruculuğu, ölkəmizin sürətlə inkişaf edən sosial-iqtisadi inkişaf tempi ilə ayaqlaşan mətbuat orqanlarına böyük ehtiyac vardır. Hazırda bir illik yubileyini qeyd edən «Nəqliyyat Hüququ» elmi-nəzəri, təcrübi jurnalı məhz bu cür mətbuat orqanlarından biridir. Jurnal işıq üzü görəndən onun səhifələrində avtomobil, hava, dəniz və dəmir yolu nəqliyyatına, beynəlxalq nəqliyyat təşkilatlarına dair  maraqlı və əhəmiyyətli elmi məqalələr, xəbərlər yer almış, nəqliyyat sektorunun mövcud vəziyyəti, inkişafı məsələlərinin müzakirəsinə, qarşımızda duran vəzifələrin həllinə təcrübəli nəqliyyat mütəxəssislərimiz, ziyalılarımızı, alimlərimiz, iş adamları cəlb edilmiş, geniş ictimaiyyət, xüsusilə nəqliyyatçılar arasında maraq və rəğbətlə qarşılanmışdır.

Ümummilli liderimiz cənab Heydər Əliyevin ölkəmizin nəqliyyat sisteminə yetirdiyi xüsusi diqqət və qayğının nəticəsində dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan məqsədyönlü struktur islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksi özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, bu sahədə effektiv və səmərəli dövlət idarəetmə sisteminin və müvafiq iqtisadi-hüquqi tənzimlənmənin yaradılmasını, bu istiqamətdə həyata keçirilən islahatların uğurlu olmasını şərtləndirmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ölkəmizin sosial-iqtisadi inkişafının təmin edilməsinə yönəlmiş tədbirlər, bu işdə nəqliyyat sektorunun əhəmiyyətinə verilən yüksək qiymət bütün sahələrdə olduğu kimi, nəqliyyat-yol kompleksinin inkişaf etdirilməsi istiqamətində görülən işlərə mühüm təkan vermişdir.

Bu baxımdan hesab edirik ki, bu təşəbbüsün həyata keçirilməsinin əsas səbəblərindən biri də zəngin tarixi inkişaf yolu keçmiş müstəqil Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinin özünün yeni inkişaf mərhələsinə qədəm qoyması, ölkəmizin nəqliyyat sektorunun, onun inkişaf perspektivlərinin və imkanlarının sosial-iqtisadi inkişaf və artımın təmin olunmasına yönəldilməsi, ölkə iqtisadiyyatında nəqliyyat sektorunun əhəmiyyətinin cəmiyyətə çatdırılması ilə əlaqədar olmuşdur.

 Bu baxımdan «Nəqliyyat Hüququ» jurnalı öz üzərinə çox böyük vəzifə götürmüşdür. Keçən müddət ərzində bu jurnal vasitəsi ilə cəmiyyətdə ölkəmizin nəqliyyat-yol kompleksində görülən işlər, qarşıda duran vəzifələr, qanunvericilik tədbirləri barədə məlumat əldə etmək istəyi və bunu təmin edən imkanlar yaratmaq ən ümdə vəzifə olmuş və hesab edirik ki, jurnal qısa müddət ərzində  bu vəzifənin öhdəsindən layiqincə gəlmiş, ən əsası düzgün istiqamət götürmüşdür.  

Hesab edirik ki, bundan sonra da «Nəqliyyat Hüququ» jurnalında hər kəs ölkəmizin nəqliyyat-yol kompleksi barədə lazımi məlumatı əldə edəcək, rəy və təkliflərini bildirəcək və jurnal alimlərimizin, təcrübəli mütəxəssislərimizin məqalələrlə, şərhlərlə, səmərəli və faydalı təkliflərlə çıxış edəcəyi forum kimi öz fəaliyyətini davam etdirəcəkdir.

«Nəqliyyat Hüququ» jurnalının yaradıcı kollektivini jurnalın bir illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir və bundan sonra da dövlətçilik və vətəndaşlıq mövqeyindən çıxış edərək, ölkəmizin nəqliyyat-yol kompleksində görülən işlərin, qarşıda duran vəzifələrin işıqlandırılmasında, mövcud çatışmazlıqların obyektiv təhlil edilməsi və əsaslı çıxış yollarının müəyyən olunmasında müvəffəqiyyətlər arzulayırıq.

 

 

 

Hörmətlə,

 

Azərbaycan Respublikası

Nəqliyyat Nazirliyi

“Hüquq” şöbəsinin müdiri                                                                             Aydın  Süleymanlı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The «TRANSPORT LAW» 

Editorial office of the scientifico-

theoretical and practical  journal 

 

 

 

 

On behalf of BP Azerbaijan Central Transportation department let me congratulate «Nagliyyat hugugu»  magazine team with their first anniversary and express our best wishes to all those who takes part in making this publication.

It’s known that World Health Organization (WHO) announced that Road Traffic Injuries will have moved on WHO’s list of top 10 leading contributors to the global burden of disease and injury from 9th position in 1990 to the 3rd in 2020 accountable for more than 1.2 mln deaths annually worldwide.

BP business policies give as much priority to safety as to our other values.

We understand that safety inside the company is just as important as that impinging directly on the nearer or wider environment outside. Today, one of the biggest risks to the safety and well-being of our employees and to the local population is road transport. The biggest challenge is to improve our driving safety behavior and export it to wider audience. And legal aspects of road safety play a very important role to achieve this ultimate goal.

Through various publications during this first year the «Nagliyyat hugugu»  magazine has shown it’s commitment towards real understanding of these very important issues and contributed to achieve improvement in driving safety and reduce the number of traffic accidents in Azerbaijan. A number of articles on BP Driving Safety Standards introduced globally were published in the magazine and were met with the interest by the audience.

We are very pleased that we can continue exchange our knowledge and experience using  «Nagliyyat hugugu»  magazine as a very effective tool.

We do understand how changeable and hard your target is. We wish you every success in achieving your goals. In essence we all contribute to the same target – improvement of our life in our home country.

 

 

 

 

With the best regards,

 

 

Elmir T.Fatullayev,

PhD in History

Team Leader Transportation, BP Azerbaijan

 

                                                                             В редакцию научно-теоретического, практи-

     ческого журнала «Транспортное право»       

 

 

 

Уважаемые  господа !

 

Сердечно поздравляю Вас и в Вашем лице всех учредителей  и сотрудников журнала с годичным юбилеем.

Истекший год существования журнала подтвердил его актуальность и важность. Журнал получил право на жизнь, признание у ночной общественности республики и у своих почитателей за рубежом.

Желаю Вам новых творческих дерзаний, успехов и побед!

 

 

 

С уважением,

 

Зав. кафедрой «Международные отношения»

Бакинского Государственного

Университета, доктор  исторических

наук, профессор политических наук                              Агалар Аббасбейли

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.