04.24.2017 21:10
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

ÖLKƏ İQTİSADİYYATINDA TURİZMİN ROLU VƏ ONUN YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTLƏRİ

 

 

Fərid Bağırov,

Azərbaycan Respublikası

İqtisadi İnkişaf Nazirliyi

Sahibkarlığın İnkişafı Departamentinin

böyük məsləhətçisi

 

 

                Məqalədə ölkəmizdə turizmin inkişafı üçün çox əlverişli  şəraitin mövcud olduğu diqqətə çatdırılaraq, ölkə  iqtisadiyyatında onun önəmli  rolundan bəhs edilir, bu sahədə  inkişaf etmiş  ölkələrin  təcrübəsindən  yararlanmağın vacibliyi  vurğulanır.

Həmçinin, qeyd olunur ki, bu istiqamətdə əldə olunacaq nailiyyətlər ölkəmizdə  turizmi inkişaf etdirməklə yanaşı, bu sahə üçün yaranan tələbatların ödənilməsi baxımından, digər istehsalat sahələrinin genişlənməsinə də yol açacaqdır.

 

 

Bu gün ölkə iqtisadiyyatının inkişafı, əldə olunan uğurlar və sahibkarlara yaradılan şərait istənilən sahibkarlıq sferasına investisiya qoyulmasına geniş imkanlar açır. İş adamları ölkənin iqtisadi strategiyasının nəticəsində yaranan imkanlardan istifadə etməklə  müxtəlif investisiya layihələrini maliyyələşdirərək öz sahələrini genişləndirmək imkanı əldə edirlər. Bu da öz növbəsində, yeni iş yerlərinin açılmasına təkan verərək ölkədə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır.

Bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi bu istiqamətdə həyata keçirilməsinə ehtiyac olan ardıcıl tədbirlər nəzərdə tutan dövlət proqramının hazırlanması gələcəkdə görülən işlərə təkan verə biləcək amillərdəndir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 17 avqust 2002-ci ildə imzalanan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət proqramı (2002-2005-ci illər)”, 27 avqust 2002-ci ildə “Azərbaycan Respublikasının Prezidentinin yanında  Sahibkarlar Şurasının yaradılması haqqında” Fərmanı, həmin tarixdə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi”nin və onun istifadəsi Qaydalarının təsdiq edilməsi barədə Fərmanı, 2 sentyabr 2002-ci ildə “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi  haqqında” Fərmanı, 10 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafına Dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı və bunun ardınca 28 sentyabr 2002-ci ildə “Sahibkarlığın inkişafına  mane olan müdaxilələrin qarşısının alınması haqqında” imzalanan Fərmanı sahibkarlıq fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılmasında  mühüm rol oynamışdır.

Qeyd etmək lazımdır ki, 2 sentyabr 2002-ci ildə imzalanan “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi   haqqında” Fərmana əsasən respublikada müxtəlif sahələr üzrə verilən xüsusi razılıq (lisenziya) növlərinin sayı 240-dan 30-a  endirilmişdir. Cari ilin sonunadək artıq “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı”nın (2002-2005-ci illər) icrasının uğurla başa çatdırılması nəzərdə tutulur.

Son illər neft, kənd təsərrüfatı, turizm və digər sektorlarda görülən işlərin məntiqi nəticəsidir ki, yerli investorlarla bərabər xarici investorların da sayı xeyli artmışdır. Statistikaya diqqət yetirsək hazırda sahibkarlıq fəaliyyəti ilə  məşğul olan hüquqi şəxslərin sayının 65 mindən, fiziki şəxslərin sayının isə 183 mindən yuxarı olduğunu və yüksək templə artdığının şahıdi olarıq. Məhz yaradılan əlverişli şərait nəticəsində xarici investisiyalı şirkətlərin də sayı 3500-ə çatmışdır.

Müsbət nəticələrin əldə olunması istiqamətində ölkənin sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi baxımından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 11 fevral 2004-cü il tarixli Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)” regionlardakı həyat şəraiti ilə  paytaxtdakı vəziyyət  arasında fərqin müəyyən qədər azaldılması, yeni iş yerlərinin açılması və bütün ölkə ərazisində infrastrukturun möhkəmləndirilməsini təmin etmək məqsədilə atılan addımlardan biridir. Qeyd olunan Dövlət Proqramında turizmin inkişafı tədbirlərinə geniş yer verilmişdir.

Ümumiyyətlə turizm dünyanın bir çox ölkələrində büdcə gəlirlərinin  xarici valyuta hesabına  artmasında  mühüm rol oynayır. Hətta büdcə gəlirinin  əsas hissəsinin turizmdən, əsasən də xarici turizmdən əldə olunan vəsaitlər hesabına  formalaşdıran ölkələr də mövcuddur.

Turizm boş vaxtlarında aktiv istirahət növlərindən biri kimi dünyanın çox ölkələrində yayılmış və əsasən turist təşkilatları tərəfindən turist marşrutları ilə həyata keçirilir. Daxili, beynəlxalq, fərdi, təşkil olunan, yaxın, uzaq, dəniz, dağ, avtomobil, piyada, idman və s.  turizm növləri  müxtəlif formalarda həyata keçirilir.

Əgər nəzər yetirsək əksər  ölkələrdə xarici iqtisadi əlaqələr və təsərrüfatda qarşılıqlı fəaliyyət beynəlxalq əmək bölgüsü əsasında həyata keçirilir. Bu ölkələr arasında ticarət, xidmət, maliyyə, əmək resursları, texnologiya, elmi-informasiya mübadiləsi və xarici turizm sahəsində  əlaqələri  özündə cəmləşdirir. Xarici iqtisadi əlaqələr sistemində aparıcı yeri xarici ticarətin tutduğu, dünyada iqtisadiyyatın artımında xarici iqtisadi əlaqələrin inkişafında müasir elmi-texniki tərəqqinin vacib rol oynadığı halda zəngin təbiəti olan ölkələrin turizm kimi gəlir gətirən sahəni də inkişaf etdirməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərən amillərdən biridir.

Azərbaycan ərazisinin şimaldan Böyük Qafqaz, qərbdən Kiçik Qafqaz, cənubdan Talış dağları, şərqdən isə Xəzər dənizi ilə əhatə olunması, qədim tarixi, mədəniyyəti və ümumiyyətlə zəngin təbii sərvətləri turizm üçün əlverişlidir.  Təbiətdə mövcud olan 11 iqlim qurşağından 9-nun ölkəmizdə olması turizmin müxtəlif formalarından istifadə etmək şəraitini yaradır. Hamıya məlumdır ki, tarixi Böyük İpək Yolu Azərbaycan ərazisindən keçərək Avropa ilə Asiya qitələrini, digər tərəfdən qərb və şərq sivilizasiyalarını özündə birləşdirir. Azərbaycanın siyasi-coğrafi mövqeyi hava, dəniz, avtomobil və dəmir yolu Avropa ilə Asiya arasında qapı rolunu oynamasının turizm üçün vacib olduğunu vurğulamaq yerinə düşərdi. Ölkəmizin qədim tarixi, qonaqpərvərlik ənənələri, zəngin, maraqlı  mətbəx  və məişət mədəniyyəti xarici turistlərin cəlb olunmasında müsbət amillər kimi dəyərləndirilməlidir. Bununla yanaşı ərazilərdə texniki infrastrukturların inkişafına diqqət  artırılmalıdır.

Bununla yanaşı respublikamızda turizmin inkişaf etdirilməsi məqsədilə bu sahədə uğurları ilə seçilən ölkələrin təcrübəsinin öyrənilməsi və bunlardan  yararlanmaq vacibdir. Turizm üçün əlverişli olan bölgələrdə turistlərin istifadəsi üçün nəzərdə tutulan mehmanxana, motel, kempinq və s. obyektlərin beynəlxalq standartlara uyğun şəkildə tikilməsi və yenidən qurulması, eyni zamanda xidmətlərin lazımi səviyyədə təşkili xarici turistlərin ölkəmizə axınını təmin edə bilər.   

Əsrlər boyu böyük şəhərlərdə, o cümlədən də  Böyük İpək Yolu üzərindəki karvansaraylar bugünkü mehmanxana funksiyasını daşımışdır. Bu kimi karvansaraylar Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarmadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərmişdir. Bu gün isə sözügedən karvansarayların bəzilərinin restoran, mehmanxana və başqa formada fəaliyyəti ilə yanaşı tarixi abidə kimi insanların ekskursiya etdikləri yerlərdən biridir. Yeri gəlmişkən, tarixi abidələrin bərpası ilə əlaqədar “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  Şəkidəki “Aşağı karvansaray” binasının əsaslı təmir olunması və mehmanxana obyekti kimi istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

XX əsrin əvvəllərində Bakının sürətlə Avropaya inteqrasiya etməsi, neft maqnatlarının şəhərimizə axını o dövr üçün müasir mehmanxanaların tikilməsinə zərurət yaratmışdır. İndiki “Lukoyl”ın binası olan “Novaya Evropa” bunun ardınca hazırda Nizami Muzeyi kimi istifadə olunan “Metropol” mehmanxanaları tikilmişdir. Bütün bunlar Azərbaycanda turizmin qədim ənənələrinin mövcud  olduğunu və bu gün həmin ənənələri yenidən canlandırmanın vacib olduğuna diqqət yetirməyə əsas verir.

Azərbaycanda mövcud olan təbii şərait, turizmin istənilən növünün  təşkilinə imkan verir. Sadəcə olaraq, turizm sahəsinin inkişaf etdirilməsi üçün  qarşıda duran problemlərin həlli  istiqamətində işlər görmək, xarici təcrübədən istifadə edərək ümumilikdə ölkənin və o cümlədən də turizm infrastrukturunun xarici turistlərin cəlb olunmasına şərait yaradan  səviyyəyə çatdırmaq bu sahənin  inkişafında önəmli yer tutur. Bu baxımdan, əlbəttə həm ölkə əhalisinə, həm də ölkəmizə gələn turistlərin rahatlığına xidmət edir.

Keçmişə nəzər saldıqda sözsüz ki, bu gün turizm sahəsində  olan inkişaf gözə çarpacaq dərəcədə irəliləmişdir. Bu da respublikada iqtisadiyatın yüksəlməsi ölkəmizin uğurlu xarici siyasəti nəticəsində əldə olunmasını mübağiləsiz deyə bilərik. Respublikanın infrastrukturunun formalaşması probleminin həlli isə “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2004-2008-ci illər)” öz əksini tapmışdır və bu sahədə tədbirlər görülməkdədir.                 Ölkədə sosial və texniki infrastrukturun yəni, təhsil, səhiyyə, mədəniyyət, ictimai-iaşə, nəqliyyat, rabitə, ticarət, sənaye və s. obyektlərin dövrün tələblərinə uyğun səviyyədə inkişaf etdirilməsi konkret olaraq,  turizmin inkişafı üçün Dövlət Proqramında 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafının əsas istiqamətlərində rayonlarda turizmin inkişaf etdirilməsi də nəzərdə tutulur. Sahibkarlıq sahəsinin bir qolu kimi  turizm sahəsinin inkişafı insanların məşğulluğu və yeni iş yerlərinin açılmasına zəmin yaratdığından regionlarda sahibkarlığın o cümlədən də turizmin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Proqramda dağ və sərhədyanı rayonlarının inkişafı, əhalinin həyat tərzinin yüksəldilməsinə yönəldilmiş tədbirlər, turizmin inkişafına dair tədbirlərin həyata keçirilməsi, bununla yanaşı Xəzər dənizi sahili boyunca turizmin inkişaf etdirilməsi təqdirəlayiq istiqamətlərdəndir. Bundan başqa müalicəvi, isti təbii qaynama sularının çıxdığı ərazilərdə və digər kurort-sanatoriya müalicə obyektlərinin yaradılmasını həyata keçirmək məqsədilə onun tikintisi və bərpası da bu tədbirlər arasında yer tutur. Bu da öz növbəsində respublikanın təbii resurslarından səmərəli istifadəsini və əhalinin istirahətini təşkil edəcəkdir. Söz açdığımız tarixi Böyük İpək Yolu üzərindən ölkəmizdən tranzitlə keçəcək olan xarici vətəndaşların gecələməsini təmin etmək üçün mehmanxana xidmətinin yaradılması da bu sahəyə aiddir. Xarici turistlərin maraq göstərdikləri tarixi abidələrin bərpası ölkəmizə gələn qonaqları qəbul edəcək şəraitdə olmasını təmin etmək bu Proqramın digər məqsədlərindən biridir.

Bu Dövlət Proqramında nəzərdə tutulan turizmin inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi nəticəsində regionlarda insanların həyat tərzinin yüksəlməsi və yeni iş yerlərinin yaradılması ilə yanaşı digər tərəfdən gənclərin işlə təmin olunmasına da şərait yaradacaqdır.

Bütün göstərilənlər, bu istiqamətdə əldə olunacaq nailiyyətlər ölkəmizdə turizmi inkişaf etdirməklə yanaşı turizm sahəsi üçün yaranan təlabatların ödənilməsi baxımından digər istehsalat sahəsinin genişlənməsinə və kənd təsərrüfatı mallarına tələbatı artıracaqdır.

Ölkədə turizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaradılması  əsasən də mehmanxana və mehmanxana tipli obyektlərin inşası sürətlə həyata keçirilir. Fəaliyyəti dayandırılmış  mehmanxanaların  yenidən qurulmasına, digər tərəfdən bu tipli yeni obyektlərin inşasına yerli və  xarici sahibkarlar sərmayə qoymaqdan  çəkinmirlər.

Turizm sferasının inkişaf etdirilməsi dövlət tərəfindən dəstəklənərək “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nda turizm infrastrukturunun inkişafının maliyyələşdirilməsi baxımından bu istiqamətdə də güzəştli kreditlərin verilməsinə yer verilmişdir. Fondun vəsaiti hesabına regionların və turizm infrastrukturunun  inkişafı istiqamətində bir çox turizm obyektlərinin genişləndirilməsinə və inşa olunmasına müvəkkil banklar tərəfindən güzəştli kredit ayrılmışdır.

Ölkədə turizmi inkişaf etdirmək, turizm imkanlarından səmərəli istifadə etmək məqsədilə ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi təbii və insan resurslarından məqsədyönlü istifadə olunması istiqamətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Dövlət Proqramının məqsədi normativ hüquqi bazanın təkmilləşdirilməsini, turizm fəaliyyətinin təşkili, onun inkişafının idarə olunmasını, marketinq tədbirlərinin görülməsini, turistlərə xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasını, turizm infrastrukturunun təkmilləşdirilməsini, bu sahədə elmi təminatı və daxili turizmin təşkili üçün tədbirlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Belə ki, turizm infrastrukturunun inkişaf etdirilməsinə yanaşmada Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”nın təsdiq edilməsi bu istiqamətdə artıq mehmanxana və mehmanxana tipli obyektlərin beynəlxalq standartlara uyğun  qurulmasını və yüksək xidmət  imkanları əldə etməsini  təmin etmişdir. Bu da təbii olaraq dünyada qəbul olunmuş “ulduz” dərəcələrini müəyyən edərək beynəlxalq turizm xidmət dərəcələrinin əldə edilməsi istiqamətində həyata keçirilir.

Azərbaycanın turizm sferasında beynəlxalq arenaya çıxması üçün 1975-ci ildə yaradılmış və bu gün 130-dan çox  üzvü olan Ümumdünya Turizm Təşkilatında  ölkəmizin də təmsil olunması inkişaf etmiş və geniş təcrübəyə malik olan  ölkələrin təcrübələrindən istifadə etmək imkanı yaradır.

Hazırda dünya xalqları arasında əlaqələrin inkişafına xidmət edən turizm sahəsi Azərbaycanda geniş inkişaf etməkdir  və 140-dan çox turist şirkəti daxili və xarici turizmi reallaşdırmaq  məqsədilə ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə Azərbaycan gözəl turizm məkanına çevriləcək və digər tərəfdən qabaqcıl turizm ölkələri sırasında öz layiqli yerini tutaraq xarici turistlərin ölkəmizə axınına  nail olacaqdır.

 

 

 

ISTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT:

 

1.     Azərbaycanda Sahibkarlıq. Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003.

2.     Regional İnkişafın 1 ili. Bakı, 2005

3.     “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”. Bakı, “Nurlar” nəşriyyatı, 2004.

4.     Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dair Qanunlar toplusu. Bakı, “Nurlar” nəşriyyatı,  2002.

5.     S.T.Eqanlı, G.M.Qadjiev. Mejdunarodnıy turizm i razvitie turizma v Azerbaydjanskoy Respublike. Baku, 2003.

6.     Ş.S.Fatullaev. Qradostroitelğstvo i arxitektura Azerbaydjana XIX-naçala XX veka. Leninqrad, 1986.

7.     “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”.

8.     Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Əsasnaməsi.

9.     Bolğşaə Gnüiklopediə (Kirilla i Mefodiə). M.,  2005, CD.

 

 

 

IСТИФАДЯ  ЕДИЛМИШ  ЯДЯБИЙЙАТ:

 

1.        Azərbaycanda Sahibkarlıq. Bakı, “Çaşıoğlu” няшриййаты, 2003.

2.        Regional İnkişafın 1 ili. Bakı, 2005

3.        “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”. Bakı, “Nurlar” няшриййаты, 2004.

4.        Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dair Qanunlar toplusu. Bakı, “Nurlar” няшриййаты,  2002.

5.        С.Т.Еганлы, Э.М.Гаджиев. Международный туризм и развитие туризма в Азербайджанской Республике. Баку, 2003.

6.        Ш.С.Фатуллаев. Градостроительство и архитектура Азербайджана ХIХ-начала ХХ века. Ленинград, 1986.

7.        “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”.

8.        Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Əsasnaməsi.

9.        Большая Энциклопедия (Кирилла и Мефодия). М.,  2005, CD.

 

 

 

 

 

 

 

 

 

     Роль туризма в экономике страны и ориентири его повышения

 

 

Фарид Багиров,

старший советник 

Департамента Развития Предпринимательства

Министерства Экономического Развития

Азербайджанской Республики

 

                В статье уделяется внимание на наличие блогопрнятных условий в стране для развития туризма и освещается его важная роль в экономике страны и отмечается необходимость  воспользования опытом развитых стран в этой отрасли.

Также отмечается, что успехи будучи заполученные в этом направлении наряду развитием туризма в стране с обеспечением потребности этой области позволяет  открыть дорогу для расширения других сфер производства.

 

 

 

The ways of development and role of tourism in state economy.

 

 

Farid Bagirov,

Senior Advisor

Business Development Department

Ministry of Economic Development of Azerbaijan Republic

 

 

                In the article, the author considers today’s economic situation as providing very good opportunities for development of tourism in Azerbaijan. The article discusses the important role of tourism in state economy, points out the importance of application of developed countries’ experience in this field.

                It is also mentioned that along with tourism development and control of compliance with existing requirements in this field, the achieved progress will open ways for development of other branches of state economy.

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.