06.28.2017 18:12
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN FƏALİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASININ

İQTİSADİYYATINDA  ROLU

 

 

Xələfov Mehman Əmirxan oğlu,

Azərbaycan Dövlət Neft Akademiyasının dissertantı,

«Azneft» İB-nin Plan-iqtisad şöbəsinin rəis müavini

 

 

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2005-ci ildə reallaşması Azərbaycan Respublikası iqtisadiyyatında əhəmiyyətli nəticələrə səbəb olacaqdır. Perspektivdə ölkənin maliyyə imkanları müxtəlif problemlərin həllinə nail olmağa real şərait yaradacaq: çoxşaxəli iqtisadi inkişaf, sosial məsələlərin həlli, beynəlxalq əlaqələrin genişlənməsi və s. Müsbət nəticələrin biri də o olacaq ki, artıq ölkənin neft-qazçıxarma sahəsinin inkişafı həmin məhsulların dünya bazarı qiymətləri ilə tənzimlənməsi nəticəsində sürətlənəcəkdir. Bu baxımdan karbohidrogen ehtiyatlarının təkrar istehsalına da yeni yanaşmaları tətbiq etmək mümkün olacaqdır.

 

 

Neft Azərbaycanın milli sərvət atributu, tanınma simvoludur. Yer üzərində Azərbaycanın «Odlar yurdu», doğma Bakımızın isə «Neft Akademiyası» kimi tanınması təsadüfi deyil. Bu barədə yetərincə mənbələr mövcuddur.

Müasir tarixin məhfumu ilə desək, əsl mənada neft ölkəmizə XIX əsrin sonu - XX  əsrin əvvəlində şöhrət gətirmişdir. Belə ki, 1901-ci ildə Azərbaycan 10,98 mln. ton hasilatla dünya neftinin 50%-nin istehsalçısı idi. Elə bu mövqedən geniş sayda istehlakçılara Bakı neft məhsullarını çatdırmaq məqsədilə 1900-1907-ci illərdə uzunluğu 895,5 km və nəqletmə qabiliyyəti 1,0 mln tondan artıq olan Bakı-Batumi kəməri istismara verilmişdir.

                Diqqətə layiq haldır ki, təxminən bir əsr sonra, 2005-ci ildə Azərbaycan Respublikasında neft hasilatı 20,0 mln. tona çatan ərəfədə, yəni 1901-ci ilin hasilatından 2 dəfə artıq olan dövrdə, biz uzunluğu 1776 km. olan (yəni Bakı-Batumi kəmərindən ikiqat uzun) Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşmasının şahidi oluruq.

Keçən onillik (1994-2004) ölkəmiz üçün ağır dövr olmuşdur, ekspertlərin qiymətləndirməsinə görə dövlət büdcəsinin gəlirinin 60%-ə qədəri neft sektoru və onunla əlaqədar olan strukturlardan vergi daxilolmaları hesabına formalaşmışdır.

Bu faktın özü, demək olar ki, Azərbaycan Respublikasının suverenliyinin qorunmasının qarantı olmuşdur. Ancaq iqtisadi nəzəriyyələr baxımından belə asılılıq heç də müsbət göstərici sayıla bilməz.

Azərbaycan Respublikasında yeni neft strategiyasının istiqaməti və bu sahənin uğurları təkcə müstəqil dövlətin bütün problemlərini həll etməyə yönəlməmişdir. Sadəcə, «Əsrin müqaviləsi» bağlandıqdan sonra çox sayda neft müqavilələri hesabına, Azərbaycanın iqtisadiyyatına 60,0 mlrd. ABŞ dolları sərmayə qoyuluşu proqnozlaşdırılıb (bəzi müqavilələrdən imtina olunduğuna görə bu məbləğ 49,0 mlrd. ABŞ dolları səviyyəsində gözlənilir) və bunun özü çox əhəmiyyətli start sayılmalıdır.

Dünya təcrübəsi sübut etmişdir ki, neft sektoruna qoyulan investisiya sonradan bu sektor ilə bağlı olur və onlara xidmət infrastrukturlarına hər bir dollara qarşı 10 dollar həcmində əlavə  investisiya yönəldilir. Biz bu nisbəti     30% həcmində hesablasaq da, Azərbaycan Respublikasının iqtisadiyyatına      2025-2030-cu illərə qədər və ondan sonrakı yaxın dövrdə neft sektorundan əlavə ən azı 150,0 mlrd. ABŞ dolları həcmində investisiya yönəldilə bilər.

Hadisələrin bu məcrada inkişaf etməsinə dair obyektiv əsaslar mövcuddur. Təkcə üç neft müqavıiləsi üzrə təsdiq olunmuş çıxarıla biləcək neft və kondensat ehtiyatları 1,0 mlrd. ton və qaz ehtiyatları isə 1,0 trln. m.3  təşkil edir. Ənənəvi olaraq təşkil olunan neft konfranslarında amerikalı və rusiyalı ekspertlərin proqnozlarına görə ölkəmizin neft və qaz  ehtiyatları yüksək qiymətləndirilir.  Hər halda ancaq Xəzər dənizinin Azərbaycan sektorunun imkanları 8-20 mlrd. ton həcmində göstərilməkdədir.

Sadalananlara onu da əlavə etmək lazımdır ki, Xəzəryanı Qazaxıstan və Türkmənistan dövlətləri də karbohidrogen ehtiyatlarının bir qisminin (Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hətta bunların 2008-ci ildə 20,0 mln. tona qədər çatacağını bəyan etdi) bizim ərazimizdən dünya bazarlarına çıxarılmasını nəzərdə tuturlar. Beləliklə, dünya xəritəsində yeni mühüm neft və qazın nəqli arteriyaları yaranır. Bizim  ölkəmiz də bu nəhəng layihələrin əsas iştirakçılarındandır.

Baxmayaraq ki, ölkəmizin nefti Aralıq və Qara dəniz vasitəsi ilə dünyanın hər yerinə daşına bilər, ən optimal alıcılarımızı Avropa ölkələri sıralarında görməyimiz daha düzgün olardı. Müasir dövrdə bu bizə hətta siyası baxımdan da vacibdir. Beləliklə, aşağıda verilən cədvəlin  məlumatlarına diqqət yetirək.

 

Müxtəlif Avropa ölkələrinin enerji

asılılığının səviyyəsi (1973-2001-ci illər ərzində), %-lə

 

Ölkələr

İllər

 

1973

1980

1990

2001

Almaniya

50,8

51,5

52,3

38,1

Avstriya

36,6

32,6

32,3

31,6

Belçika

14,1

17,3

26,8

22,2

Danimarka

2,2

4,5

55,9

137,3

İspaniya

21,7

23,0

38,1

25,9

Finlandiya

22,9

27,2

41,4

44,8

Fransa

25,3

29,9

49,5

50,0

Yunanıstan

18,9

23,2

41,5

34,7

İrlandiya

15,6

22,3

32,8

11,5

İtaliya

15,9

14,2

16,8

15,3

Niderland

90,9

110,5

90,7

78,3

Portuqaliya

19,4

14,4

16,4

13,7

Böyük Britaniya

49,2

98,3

98,0

111,5

İsveç

23,5

39,4

63,8

67,3

Norveç

55,2

296,2

559,8

851,6

 

Bu ölkələr sırasına digər Balkan ölkələrini, Polşanı, Çexiyanı, Slovakiyanı, Ukraynanı və Moldovanı da aid etmək olardı. Sadəcə olaraq, onlara məxsus dəqiq məlumatlara malik deyilik.

Cədvəldən göründüyü kimi, Norveç, Danimarka, Böyük Britaniya istisna olmaqla, qalan ölkələrin hamısı potensial istehlakçıdırlar.

Qeyd olunanlar, beynəlxalq neft müqavilələrinin müddəti qurtarandan sonra da Azərbaycan Respublikasının karbohidrogen ixracatçısı sayılmağa imkanı olacagını söyləməyə əsas verir.

Müasir dövrdə ölkə qarşısında neftçıxarma sahəsi ilə bağlı iki seçim durmaqdadır. Əvvəla, ölkəyə kontraktlar əsasında böyük həcmdə valyuta ehtiyatları daxil olacaqdır. Belə şəraitdə Azərbaycan Respublikası ölkədə müasir və yüksək texnologiyalar əsasında çoxşaxəli iqtisadiyyata nail olmağı ön plana çəkməlidir. İkinci tərəfdən isə, qurudakı neftli-qazlı sahələr hesabına və Xəzərdə kontraktlarla lisenziya verilmiş sahələrdən kənar strukturlarda axtarış-kəşfiyyat işləri nəticəsində yeni karbohidrogen ehtiyatlarını aşkar etmək lazımdır ki, yaranmış neft-qaz dəhlizinin istismarı nəticəsində dünya iqtisadiyyatı ilə daha sıx əlaqələr yaransın. İkinci seçim birinciyə nisbətən zaman baxımından bir qədər ləngiyə  də bilər. Amma bu problem sistemli yanaşma tələb edir. Ona görə ki, axtarış-kəşfiyyat prosesi mürəkkəb prosesdir və onun həyata keçirilməsi üçün bütün amillərin  nəzərə alınması tələb olunur.

Bir məqamı da vurğulamaq lazımdır. Respublika iqtisadiyyatı inkişafının tələbləri vaxtında lazımi səviyyədə neft və qaz hasilatı ilə təmin olunmalıdır. Yuxarıda qeyd etdiyimiz ikinci seçim isə neft müqavilələri əsasında yaranmış ixrac əməliyyatlarının kontrakt müddətləri qurtardıqdan sonra, Azərbaycanın öz ixrac əməliyyatlarını birdən-birə azaltmamaq məqsədini güdməlidir.

Uzunmüddətli strategiya işlənərkən, zənnimizcə, əsas məqsədlərdən biri də üzərində diqqətimizi cəlb edəcəyimiz aşağıdakı mühüm problemin həlli olmalıdır.

İnkişaf etmiş ölkələrdə hökumətlər öz sosial siyasətlərini bir tərəfdən büdcə xərcləri ilə, digər tərəfdən proqressiv vergi sistemi ilə əsaslandırırlar. Belə yanaşma əhalinin gəlirlərinin bərabərsizliyinin qarşısını müəyyən dərəcədə alır, bu da öz növbəsində sosial sarsıntıları istisna edir.

Müasir dövrdə bir çox tədqiqatçılar əhalinin gəlirlərinin yaxınlaşma səviyyəsini yeni nəslin təhsil alma imkanlarının geniş olması ilə bağlayırlar. Söhbət ancaq hansısa ali məktəb diplomundan getmir, hər adam daha çox öz daxili marağına uyğun informasiya texnologiyaları əsasında bilik istiqamətini və səviyyəsini xeyli inkişaf etdirə bilər. Belə halda, cəmiyyətdə «insani kapital» artımı  baş tutar və ölkədə «kiçik sahibkarlığa» ciddi əsas yaranar.

Azərbaycan Respublikasında son onillik ərzində toxunulan məsələni izləsək, görərik ki, dövlət büdcəsindən və neft fondundan ayırmalar qeyd olunanları sübut edir. Təhsil, səhiyyə, peşəkar hazırlıq, kadrların yenidən ixtisaslaşması və s. həmin sahələrdir ki, ölkələrdə «insani kapital» yaradır və bu istiqamət sosial siyasətin əsasını təşkil edir.

Ümumdünya Bankı müasir dövrdə ABŞ-ın milli sərvət quruluşunda əsas istehsal fondları (avadanlıq, binalar, tikintilər və maşınlar) payını 19%, təbii resursların payını 5%, «insani kapitalın» payını isə 76% qiymətləndirir. Avropa ölkələrində həmin göstəricilər  müvafiq olaraq 23,2%; 2,07% və 74%, MDB ölkələrinin ən nəhəngi- Rusiyada isə 10%, 40% və 50% həcmindədir. Azərbaycan Respublikasında neft strategiyasının həyata keçirilməsinin bir istiqaməti də məhz bu problemin həllinə yönəlməlidir.

Azərbaycan Respublikasında belə imkanların yaranmasından əvvəl, regionların inkişafını gündəlikdə saxlamaq lazımdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra əvvəlki dövrdə yaranmış iqtisadi kompleksin ərazi üzrə yerləşməsi və fəaliyyəti də iflasa uğradı. Bunu yenidən izah etməyə zərurət yoxdur. Belə halda ölkə  regionlarında iqtisadiyyatın yenidən qurulması, onların sahəvi quruluşunun həmin regionların təbii ehtiyatlarına uyğunlaşdırılması, əmək ehtiyatlarının mövcudluğunun və onların keyfiyyətinin nəzərə alınması və s. məsələlər diqqət mərkəzində olmalıdır.

Qeyd olunan qlobal məsələlərin həll olunmasında Azərbaycanın quruda yerləşən neftli-qazlı torpaqlarının karbohidrogen ehtiyatlarının təkrar istehsalı günün aktual məsələsinə çevrilə bilər. Bakı-Tbilisi-Ceyhan boru kəməri həmin ehtiyatların təkrar istehsalına yenidən qayıtmağa və bir qədər az tələbkar olmağa imkan yaradır. Azərbaycana məxsus BTC ƏİBK (uzunluğu 443 km.) yaxınlığında yerləşən strukturlarda axtarış-kəşfiyyat işləri nəticəsində aşkar olunacaq neft və qaz yataqlarının işlənmə dövründəki hasilatın maya dəyəri səviyyəsini, dünya bazarı qiymətləri əsasında nəzərə almaq olar. Həmin istiqamətdə fəaliyyətin mümkünlüyünü yerli sahibkarlara və xarici firmalara da təklif etmək olar.

Eyni yanaşmanı Bakı-Novorossiysk kəmərinin Azərbaycandakı 200 km.-lik hissəsi haqqında da demək olar. Quba-Xəzəryanı neft-qaz rayonunun imkanları heç də yetərincə öyrənilməmişdir.

Məlumdur ki, II Dünya Müharibəsi dövründə neft-qaz yataqlarının axtarışı və kəşfi yer üzərində, əsasən neft və qazın özünü biruzə verən ərazilərdə və geoloqların nəzəriyyəsinə müvafiq olan sahələrdə aparılırdı. Elə həmin illərdə (1942-ci ildən sonra) Azərbaycandan Ural-Volqaboyu vilayətlərə, Muxtar respublikalara və digər SSRİ ərazilərinə 10,0 mindən çox neftçi mütəxəssislər, bütün avadanlıqları ilə birgə qazma idarələri və başqa kollektivlər köçürülmüşdür. Belə bir aksiyanın faşizm üzərində qələbə naminə haradasa müəyyən bir xeyri olsa da, Azərbaycana və ölkəmizin qurudakı sahələrdə neft-qaz ehtiyatlarının kəşf olunmasına olduqca böyük ziyanı dəymişdir. Əlbəttə ki, sonrakı dövrlərdə bunun mənfi təsiri özünü göstərməli idi və göstərdi də.

Bundan əlavə, müharibədən sonrakı illərdə dənizdəki neft-qaz yataqlarına marağın artması (Neft Daşları, Bulla), yeni imkanlardan bu istiqamətdə istifadə olunması, quruda yeni sahələrdə və məhsuldar qatdan başqa laylara (neogen-paleogen-mezazoy qatlarında) yetərincə diqqət verilməməsinə gətirib çıxarmışdır.

Perspektivdə qurudakı sahələrin karbohidrogen ehtiyatlarının aşkar olunması və kəşfiyyatından söhbət aparanda, zənnimizcə aşağıdakı ardıcıllığı diqqət mərkəzində  saxlamalıyıq:

-ölkədə mövcud olan elmi-tədqiqat kollektivlərinə tapşırıq vermək olar ki, regionların neftlilik-qazlılığına aid bütün materialları son məlumatlar və nailiyyətlər əsasında birdə nəzərdən keçirsinlər və tövsiyələrində kondisiyaya cavab verən strukturların və sahələrin hər bir neftli-qazlı rayonda prioritet üzrə sıralanmasına nail olsunlar;

-həmin tövsiyələr əsasında sifarişçinin («Azneft» İB) və tapşırıq icraçılarının karbohidrogen ehtiyatlarının təkrar istehsalı olan «Proqram» layihəsi üzərində birgə işləmələri məqsədəuyğun olardı;

-belə «Proqram»ın həyata keçirilməsinin maliyyələşməsində həm proqramı işləyənlər, həm də ölkədaxili sahibkarlar (hətta mümkün olarsa, xarici investorların cəlb edilməsi) iştirak edə bilərdilər. Əldə olunan nəticə (sənaye kateqoriyalı ehtiyatlar) müvafiq prinsiplər əsasında neft-qazçıxarma prosesinə cəlb oluna bilərdi;

-«Proqram»ın müsbət icra olunması gələcəkdə neft-qazçıxarmada özəl şirkətlərin də yaranmasını nəzərə ala bilər.

Qeyd olunanları problemin gündəliyə qoyuluşu kimi qəbul etmək olar, lakin belə «Proqram»ın həlli zamanı nəyə üstünlük verilməsinin korrektə olunması mərhələlər üzrə nəzərə alınmalıdır, çünki hər bir yeni məlumat «Proqram»ın bütövlükdə səmərəliliyinin artmasına qulluq edə bilər.

 

 

                                                               İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

 

 

1.Нефт щаггында. Бакы, 2003.

2.Нефт щаггында ня билирсиниз? Бакы, МБМ, 2005.

3.Осадчая И. Экономический рост, распределение доходов и политика государств. Наука и жизнь, 2005, №2.

4.Султанов Ч.А. Нефть. Том 1. Баку, Нафта-Пресс, 2000.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

РОЛЬ ДЕЯТЕЛЬНОСТИ ОСНОВНОГО ЭКСПОРТНОМ

ТРУБОПРАВОДА БАКУ-ТБИЛИСИ-ДЖЕЙХАН В ЭКОНОМИКЕ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

 

Халафов Мехман Амирхан оглы,

диссертант Азербайджанской Государственной

Нефтянной Академии, заместитель начальника

Планово-экономического отдела ПО «Азнефть»

 

Отмечается, что реализация проекта основного экспортного трубопровода Баку-Тбилиси-Джейхан в 2005 году приведет к значительным результатам в экономике Азербайджанской Республики. Финансовые возможности страны в перспективе создадут реальные условия для решения различных проблем: развития многоотраслевой экономики, решения социальных проблем, расширения международных связей и др. Одним из положительных результатов будет то, что отныне развитие нефтегазодобывающей отрасли может развиваться по конъюнктуре мирового нефтегазового рынка. Это, в свою очередь, позволит при воспроизводстве углеводородных ресурсов использовать новые подходы в соответствии с динамизмом мирового нефтяного рынка.

 

 

THE ROLE OF BAKI-TBILISI-CEYHAN MAIN EXPORT PIPELINE

IN THE ECONOMY OF AZERBAIJAN

 

Xhalafof Mehman Amirxan oglu,

The dissertant of Azerbaijan State OIL Academy,

The deputy chief of an eeconomical

Department of Production association «Azneft»

 

It is marked, that implementation of the project of the basic export pipeline - BTC the in 2005 will result in significant outcomes in economy of the Azerbaijan Republic. Financial opportunities of the country in the long term period will create real conditions for the solution of various problems: development of diversified economy, the solution of social problems, expansion of the international relations, etc. One of positive results will be that henceforth development of oil and gas extraction field can develop in connection with a conjuncture of the world oil-and-gas market. This, in turn, will allow the use of new approaches in reproduction of hydrocarbonic resources according to dynamism of the world oil market.

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.