12.11.2017 04:32
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ

ADMİNİSTRASİYASININ YARADILMASI HAQQINDA

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1.Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 aprel tarixli 697 saylı sərəncamına əsasən fəaliyyət göstərən Dövlət Dəniz Administrasiyasının əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası yaradılsın.

2.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə  tapşırılsın ki, Azərbaycan Respublikasında  dəniz gəmiçiliyi sahəsində  aparılan siyasətin, habelə  BMT-nin  Beynəlxalq Dəniz  Təşkilatı və digər  beynəlxalq dəniz təşkilatları ilə  əməkdaşlığın, Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq dəniz  konvensiyalarının icrasına  nəzarətin həyata  keçirilməsi səlahiyyətlərinin Azərbaycan Respublikasının Nazirlər  Kabineti  yanında Dövlət Dəniz Administrasiyasına tapşırılması barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatına müvafiq bildiriş göndərsin.

3.Azərbaycan Respublikasının Nazirlər  Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. Azərbaycan Respublikasının Nazirlər  Kabinetinin yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamənin layihəsini və həmin  administrasiyanın  işçilərinin ümumi  say  tərkibi  barədə  təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə  təqdim etsin;

3.2.qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə  təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə  təqdim etsin;

3.3.Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4.Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

 

 

İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

       Bakı şəhəri, 6 fevral  2006-cı il

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.