06.27.2017 22:57
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«BAKI ŞƏHƏRİNDƏ NƏQLİYYAT SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

ÜZRƏ 2006-2007-Cİ İLLƏR ÜÇÜN TƏDBİRLƏR PLANI»NIN TƏSDİQ

EDİLMƏSİ HAQQINDA

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Ölkənin dinamik sosial-iqtisadi inkişafı dayanıqlı infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin təşkilini şərtləndirir.

Bu istiqamətdə zəruri olan kompleks tədbirlər həyata keçirilərək, sahənin dövlət idarəetməsində bir sıra  islahatlar aparılmış, yeni normativ hüquqi baza  formalaşdırılmış, bazar iqtisadiyyatının tələblərinə cavab verən məqsədyönlü işlər aparılmışdır.

Son illərdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, işgüzar fəallığının  genişlənməsi, müxtəlif təyinatlı binaların və obyektlərin  tikintisinin vüsət  alması  nəqliyyat sisteminin  fəaliyyətinə öz təsirini göstərmişdir. Belə ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sayının çoxalması yol hərəkətini kəskin şəkildə  intensivləşdirmişdir. Nəticədə, Bakı şəhəri də bütün iri şəhərlərə xas olan nəqliyyat  problemləri ilə üzləşmişdir. Bunlardan  mövcud küçə-yol şəbəkəsinin  hərəkətin yaranmış  gərginliyinin öhdəsindən tam  gələ bilməməsi, buraxılış qabiliyyətinin aşağı düşməsi, Bakının nəinki mərkəzi hissəsində, eləcə də şəhərə girişi-çıxışı, tranziti təmin  edən bütün   istiqamətlərdə,  xüsusilə pik saatlarında gündəlik  həyat  ahənginə  mənfi  təsir  göstərən  çoxlu   tıxacların  əmələ  gəlməsi qeyd  edilməlidir.

Bakı şəhərində  nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni  müasir  yolların və yol  qurğularının, körpülərin, yeraltı və        yerüstü  keçid və dayanacaqların  tikilməsi,  ictimai  nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi  bazanın təkmilləşdirilməsi və bu istiqamətdə digər  zəruri   tədbirlərin  işlənib  hazırlanmasını  və həyata   keçirilməsini təmin etmək məqsədi ilə                                                 

Qərara alıram:

 

1.Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər Planı» təsdiq edilsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1.bu sərəncamın 1-ci bəndinə əsasən təsdiq edilmiş Tədbirlər Planının maliyyələşdirilməsi üçün zəruri olan tədbirlər görsün;

2.2.bu sərəncamın 1-ci bəndinə əsasən təsdiq edilmiş Tədbirlər Planının həyata  keçirilməsini əlaqələndirsin və onun  icrası barədə  mütəmadi olaraq Azərbaycan Respublikasının  Prezidentinə məlumat versin:

2.3.bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

       Bakı şəhəri, 1 fevral  2006-cı il

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.