10.20.2017 03:46
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«Bəzi fəaliyyət növlərinə xüsüsi  razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr və dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

 

Azərbaycan Respublikasında  avtonəqliyyat  xidmətləri sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi mühitini yaxşılaşdırmaq, xidmət təqdim edənlərə bərabər şərait yaratmaq, ictimai tələbatı müasir tələblərə cavab verən səviyyədə ödəmək, sivil xidmətlər bazarını  formalaşdırmaq, sui-istifadə hallarının qarşısını almaq və şəffaflığı təmin edən qaydaların tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1.«Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il № 3, maddə 153, № 10 maddə 570; № 2 maddə  69, № 4, maddələr 301, 307 № 8, maddə 721; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 oktyabr tarixli 310 nömrəli Fərmanı) ilə təsdiq edilmiş;

1.1.Əlavə № 2 - «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na  aşağıdakı redaksiyada 35-ci bənd əlavə edilsin:

 

Sıra №-si

         Fəaliyyət növünün adı

Lisenziya verən icra  hakimiyyəti orqanı

35.

Avtomobil nəqliyyatı ilə beynəlxalq, şəharlərarası, şəhərdaxili sərnişin və yük daşınması

Azərbaycan Respublikasının Nəqliyyat Nəzirliyi

 

1.2.Əlavə № 3 - «Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin Siyahısı»na aşağıdakı redaksiyada 16-cı bənd əlavə edilsin:

 

Sıra №-si

         Fəaliyyət növünün adı

16.

Avtomobil nəqliyyatı ilə beynəlxalq (Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq), şəharlərarası və şəhərdaxili sərnişin və yük daşınması

 

2.Müəyyən edilsin ki, bu fərmanın 1-ci bəndinə müvafiq olaraq tətbiq edilən xüsusi razılıq (lisenziya) avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasının bir, bir neçə və ya bütün növlərinin həyata keçirilməsi üçün verilə bilər.

3.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1.bu fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə  şərtləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

3.2.avtomobil  nəqliyyatı vasitələri ilə sərnişin və yük daşınmasını tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4.Azərbaycan Respublikası Nazirlər Kabinetinin  və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə  Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5.bu fərmanın 1.1.-ci bəndinin icrasının təmin edilməsi ilə bağlı maliyyələşmə və digər məsələləri həll etsin;

3.6.bu fərmandan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

4.Azərbaycan Respublikasının  Nəqliyyat Nazirliyi:

4.1.2006-cı il iyulun 1-dən etibarən bu fərmanın 1.1.-ci bəndinə  müvafiq olaraq xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərən  hüquqi və fiziki  şəxslərə münasibətdə  aidiyyəti dövlət orqanları  ilə birlikdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görsün:

4.3.bu fərmanın 3.2-ci bəndinə müvafiq olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.4.bu fərmandan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Naxçıvan Muxtar Respublikasında  bu fərmanın qüvvəyə mindiyi gündən bu fərmanın 1.2-ci bəndinə müvafiq olaraq xüsusi razılığın (lisenziyanın) verilməsini  bu fərmanın 4.1-ci bəndinin müddəaları nəzərə alınmaqla təmin etsin.

6.Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərdən qüvvədə  olan qanunvericiliklə nəzərdə  tutulmayan ödənişlərin  tutulmasını və hər hansı xüsusi icazə sistemlərinin tətbiq edilməsini  təxirəsalmadan ləğv etsinlər.

7.Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş Əlavə № 2 - «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na  Azərbaycan Respublikası Prezidentinin  2005-ci il 16 dekabr tarixli  335 nömrəli Fərmanı ilə əlavə edilmiş 34-cü bəndi  36-cı bənd hesab edilsin.

8.Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

                                                                                                                                                             İlham ƏLİYEV

    Azərbaycan Respublikasının Prezidenti

   Bakı şəhəri, 28 dekabr 2005-ci il.

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.