06.27.2017 22:53
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«MÜASİR BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRDƏ

         İSTİFADƏ  EDİLƏN TERMİNLƏR»

 

                BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATI – BDT (İMO), BMT-nin ixtisaslaşdırılmış idarəsidir, əsası 1958- ci ildə qoyulmuşdur. 1982-ci ilə qədər Hökumətlərarası dəniz məsləhətçi təşkilatı adlanırdı. BDT (İMO)-nin məqsədləri aşağıdakılardır: a) beynəlxalq ticarət gəmiçiliyinin bütün texniki məsələlərində əməkdaşlığın təşviq edilməsi, b) dənizdə təhlükəsizlik, dəniz naviqasiyası, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması və ona qarşı mübarizə sahələrində ən yaxşı standartların qəbul edilməsinə yardım və s. Ali orqan – üzv-dövlətlərin (150-dən artıq) nümayəndələrindən ibarət olan və iki ildə bir dəfə toplanan Assambleyadır; icra orqanı – BDT (İMO)-nin orqanlarının fəaliyyətini  əlaqələndirən və tərkibinə 40 üzvün daxil olduğu Şuradır.

        BDT (İMO)-nin mənzil-qərargahı London şəhərində  yerləşir.

 

DƏNİZ DAŞIMASI HAQQINDA MÜQAVİLƏ – yüklərin, sərnişinlərin dənizlə daşınması, yaxud üzən obyektlərin bir məntəqədən başqa məntəqəyə yedəklə çatdırılması barədə sazişdir. Gəmi sahibi və ya daşıyıcı (gəmiçilik idarəsi və s.) daşımanı həyata keçirir, müştəri (fraxt sahibi) isə onu razılaşdırılmış dərəcələr (qiymətlər) üzrə ödəyir. Beynəlxalq ticarət sövdələşmələrinin bağlanması təcrübəsində yüklərin, adətən, həm öz ölkəsinin, həm də xarici ölkələrin gəmilərilə çatdırılması nəzərdə  tutulur.

 

DƏNİZ QAİMƏSİ – beynəlxalq xətt daşımalarının həyata keçirildiyi nəqliyyat sənədidir. O, əmtəə üzərində sərəncamverici  sənəd deyil və buna görə də təyinat limanında yükün təhvil verilməsi prosedurunu sürətləndirir.

 

DƏNİZ LİMANI – sahilboyu dövlətin suvereniteti altında olan ərazisinin bir hissəsidir; ticarət gəmilərinin digər dövlətlərin açıq limanlarına gəlməsi üçün həmin dövlətlərin xüsusi razığılı tələb olunmur. Dəniz ticarət limanları hüquqi şəxslərdir, onlar öz təsərrüfat fəaliyyətlərini qüvvədə olan qanunvericilik əsasında həyata keçirirlər.

 

DƏNİZ PROTESTİ – gəmi və ya onun yükü zədələnərsə, yaxud gəmi reysdə olduğu zaman  fırtınalı hava şəraiti ilə rast gəlməsi nəticəsində gəmiyə (yükə) ziyan dəyərsə və ya zədə dəyməsi ehtimal edilərsə, gəmi kapitanı səlahiyyətli idarəyə, məsələn, notariat kontoruna və ya öz dövlətinin konsulluğuna D.P.-ni təqdim edir.

 

DƏNİZ  TİCARƏT GƏMİLƏRİ –  müasir beynəlxalq-hüquqi  nəzəriyyə və təcrübədə D.T.G. anlayışının tərifində vahid rəy yoxdur. Lakin Azərbaycan Respublikası  Ticarət Gəmiçiliyi Məcəlləsinin 2-ci maddəsinə (2-ci bənd) müvafiq olaraq, “gəmi dedikdə ticarət gəmiçiliyi məqsədləri üçün istifadə olunan özühərəkətedən  və ya özühərəkətetməyən üzən qurğu başa düşülür”. Ticarət  gəmiçiliyinə yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınması, su bioloji ehtiyatlarının  ovu, dənizin dibində və təkində mineral ehtiyatlarının kəşfiyyatı və hasilatı, yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları, digər təsərrüfat, elmi, tədris, idman və mədəni məqsədlər üçün istifadə və digər fəaliyyət növləri daxildir. Xarici limanlarda dövlət D.T.G. yerli hakimiyyət orqanlarının yurisdiksiyasına və digər məcburetmə tədbirlərinə qarşı hüquq toxunulmazlığına malikdir.

 

XƏTT GƏMİÇİLİYİ – dəniz daşıyıcılarının beynəlxalq ticarətin sabit coğrafi istiqamətlərində (hazır sənaye məhsulları, yarımfabrikatlar, ərzaq və digər mallar) təşkil etdikləri nəqliyyat xidməti formasıdır. Xətt daşımaları dəniz daşıyıcısının yükün onun  ixtiyarına keçdiyi vaxt yükgöndərənə verdiyi konosament vasitəsi ilə tərtib edilir, o həm də yük daşınması müqaviləsinin və daşıyıcının orada göstərilən  yükü qəbul etməsinin sübutudur.

 

XƏTT KONFRANSI – Davranış Məcəlləsi haqqında Konvensiyaya uyğun olaraq, xətt konfransları dəniz gəmilərini istismar edən iki və daha çox daşıyıcıdan ibarət olan qrupdur. X.K. şərtləşdirilmiş coğrafi hüdudlarda müəyyən istiqamətdə (və ya istiqamətlərdə) yüklərin beynəlxalq xətt daşınmaları üzrə xidmətlər göstərir və o, daşınmaların vahid və ya ümumi tarif dərəcələri üzrə və xətt xidmətlərinin göstərilməsi üçün istənilən razılaşdırılmış şərtlər əsasında həyata keçirilən saziş və ya razılaşmaya malikdir. Öz təbiətinə görə, X.K. beynəlxalq xətt gəmiçiliyi sahəsində fəaliyyət göstərən və sənaye cəhətdən inkişaf etmiş aparıcı dövlətlərin gəmi sahiblərinin nəzarətində olan millətlərarası karteldir. Onlar xarici ticarət əlaqələrinin inkişafında, xüsusən yükgöndərənlərlə onların təşkilatları arasında, münasibətlərin tənzimlənməsində mühüm rol oynayır.

 

 

KABELTON- bir dəniz milinə, yəni 185,2 metrə bərabər olan dəniz uzunluq vahidi.

PAKETBOT- Avropa və Amerika limanları arasında sərnişin və təcili poçt xidməti göstərən yelkənli gəmi.

SYURVEYER- gəmilərə texniki nəzarət üzrə müfəttiş.

CQD- SOS həyəcan siqnalının tətbiqinə qədər tətbiq edilən beynəlxalq radioteleqraf həyəcan siqnalı.

SOS- Morze əlifbası əsasında tətbiq olunan beynəlxalq həyəcan siqnalı. SOS ilk dəfə 1906-cı il  noyabrın 3-də tətbiq edilmişdir.

LOT- dərinliyi ölçən cihaz

LİNKOR- iri hərbi gəmi

«LİBERTY»- II Dünya müharibəsi zamanı ABŞ-da istehsal edilmiş və 10000 ton  yük tutumu həcminə malik olan 135 metrlik nəqliyyat gəmisi.

LAQ- gəmi sürətini müəyyən edən cihaz.

«QALİON»- orta əsrlərdə İspaniya və Portuqaliyada ən geniş yayılmış iri yelkənli hərbi gəmi.

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.