08.24.2017 09:00
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«Titanik»in batması

              

Hörmətli oxucularımız, jurnalımızın bu sayından başlayaraq biz sizə tarixdə baş vermiş ən məşhur gəmi və aviafəlakətlər haqqında məlumat verməyə çalışacağıq.

                İlk məqaləmiz XX əsrin ən dəhşətli faciəsi olan “Titanik” dəniz laynerinin batması barəsindədir.

                1985-ci il sentyabr ayının 1-də ABŞ və Fransanın birgə  sualtı ekspedisiyası Robert Ballardın rəhbərliyi ilə 1912-ci il 15 apreldə faciəli surətdə batmış “Titanik”i tapdı. Layner Atlantik okeanında 3750 metr dərinlikdə aşkar edildi. Nəhayət, 70 ildən artıq aparılan axtarışlar öz müsbət nəticəsini verdi. XX əsrin daha bir sirrinin üstü müəyyən qədər açıldı.

Məşhur layner “Titanik”  1909-cu il mart ayının 31-də Böyük Britaniyanın “Qarland and Vulf»  gəmiqayırma  firması tərəfindən «Uayt Star Layn» şirkətinin sifarişi əsasında  tikilməyə başlanıldı. Düz 2 ildən sonra 1911-ci ilin may ayının  31-də  «Titanik»in tikintisi başa çataraq Belfast körfəzində suya buraxıldı.

«Titanik» o dövrün ən unikal möcüzəsi idi. Belə ki, layner “Qarland and Vulf»   firmasının indiyə qədər yaratdığı gəmilərdən bir çox əlamətlərinə görə fərqlənirdi. «Titanik»in uzunluğu 270 metr, eni 28 metr idi. İlk baxışda gəmi on bir mərtəbəli binanı xatırladırdı. 46328 ton yükgötürmə qabiliyyətinə malik bu «nəhəng»in               4 silindirli mühərriki 30000 at gücündə idi.

1912-ci il aprel ayının 2-də «Titanik» bir sıra parametrlərin yoxlanılması məqsədilə bir neçə sınaq reydi etdi.

Nəhayət, bütün sınaq yoxlamalarından uğurla çıxmış «Titanik» Böyük Britaniya Ticarət Palatasının müsbət rəyindən sonra «Uayt Star Layn» şirkətinin mülkiyyətinə keçdi.

Həmin ilin aprel ayının 6-dan etibarən «Titanik» özünün ilk transatlantik reysinə hazırlığına başladı.

Layner İngiltərənin cənubundakı Xempşir qraflığının Sautqempton limanından Amerika sahillərinə üzməli idi.

1912-ci il aprel ayının 11-də, cümə axşamı günü «Titanik» kapitan Edvard Smitin rəhbərliyi ilə özünün ilk, lakin təəssüf ki, sonuncu reysinə başladı. Bu zaman laynerdə 2227 sərnişin və ekipaj üzvü var idi.

Aprelin  12-dən 14-ə qədər «Titanik» çox gözəl, günəşli hava şəraitində heç bir problem yaşamadan öz yoluna davam edirdi. Lakin, bazar günü, 14 apreldə axşamüstü «Titanik» «Koroniya», daha sonra Danimarka  gəmisi  «Nordam»ın ekipajından ən nəhayət «Amerika» adlı  alman gəmisindən «Titanik»ə yaxın, təxminən 10-19 mil məsafədə okeanın dibində çox böyük ölçülərə malik buz parçası - aysberqin olması haqda radioqramma aldı. Həmin gün saat 22:55-də «Kaliforniya» adlı digər bir gəmi «Titanik»ə gözlənilə bilən təhlükə haqda radioqramma göndərdi. Lakin artıq gec idi.  «Titanik»in aşağı sağ tərəfi layner mümkün təhlükədən qaçmaq üçün dönən zaman aysberqlə toqquşmuşdu.

Artıq «Titanik» 2227 sərnişini ilə batırdı. Bazar ertəsi, 15 apreldə batan laynerə heç kim və heç nə lazımi köməyi göstərə bilmirdi.

Faciə cəmi 37 saniyədə  baş verdi. Belə ki, laynerin aysberqlə toqquşması cəmi 37 saniyə davam etmişdi və bu qısa zaman kəsiyi  100-dən çox adamın həyatına son qoydu. Daha dəqiq desək faciə zamanı 1522 adam həlak oldu. Cəmi 705 nəfər xalis edilə bildi.

«Titaniki»in qalıqlarının aşkar edilməsindən 20 ilə qədər  vaxt keçməsinə baxmayaraq hələ də laynerin sirləri tam açılmamışdır. Lakin bir sıra maraqlı faktlar məlumdur. Axtarışlar gəmidə   çoxlu sayda xəzinələrnin olduğunu müəyyən etmişdir. Çünki, həmin faciəli reyslə  sərnişinlər arasında çoxlu sayda məşhur milyonçular, kolleksiyaçılar da üzürdülər.

2012-ci ildə dünya  ictimaiyyəti «Titanik» faciəsinin 100 illiyini qeyd edəcəkdir. Laynerin qalıqları üzərində axtarış və tədqiqat işləri bu gün də davam edir. İndiyə qədər okeanın dibindən «Titanik»ə məxsus 1412 əşya üzə çıxarılmışdır. Bəlkədə bir o qədər əşyalar hələ də okeanın dibində yatmaqdıdır.

 

 

 

 

Tərtib etdi: Elşad Vəliyev, müəllim  

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.