04.26.2017 06:08
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Milli Aviasiya Akademiyasında əfsanəvi aviakonstruktorla görüş keçirilmişdir

 

Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan MEA-nın akademiki Arif Paşayev çıxışında bildirmişdir ki, belə tanınmış insanın akademiyaya gəlməsi bu təhsil ocağı üçün əlamətdar hadisədir.

Oktyabrın 27-də rusiyalı qonağın 80 yaşı tamam olmuşdur. Arif Paşayev görüş iştirakçıları adından məşhur aviakonstruktoru yubileyi münasibətilə təbrik etmişdir. Genrix Novojilov adları dünya aviasiyasının tarixinə düşmüş «İL», «TU», «YAK», «AN» tipli təyyarələr yaradan Rusiya aviasiya texnikasının baş konstruktorlar nəslindəndir. O, əmək fəaliyyətinə 1939-cu ildə Moskva Aviasiya İnstitunda (MAİ) başlamış, bir il sonra isə MAİ-nin təyyarəqayırma fakültəsinə daxil olmuşdur.

1949-cu ildə MAİ-ni bitirdikdən sonra Sergey Vladimiroviç İlyuşinin məşhur kollektivində işləməyə başlamışdır. Konstruktor bürosunun sıravi mühəndisindən aviasiya kompleksinin baş konstruktorunadək şərəfli yol keçmişdir. Akademik Novojilov bütün həyatı boyu öz müəllimi S.İlyuşinin başlıca prinsipinə – təyyarələri az məsrəflə istehsal etmək prinsipinə sadiq qalmışdır. Akademik Novojilov böyük yük və sərnişin təyyarələrinin istehsalı estafetini S.İlyuşindən qəbul etmişdir. Onun rəhbərliyi altında «İL-76» nəqliyyat təyyarəsi və bunun əsasında yük təyyarələrinin bütöv bir nəsli istehsal olunmuşdur. Genrix Vasilyeviçin elmi əsərləri «İL-86» sərnişin aerobusunda, «İL-96 300» və «İL-96 M» tipli yeni aerobuslarda əksini tapmışdır.

G.Novojilov görüşdə çıxış edərək demişdir ki, S.V.İlyuşinin 1933-cü ildə yaradılmış sınaq konstruktor bürosu sonralar onun adını daşıyan Aviasiya Kompleksinə çevrilmişdi. Bu kompleks bütün fəaliyyəti dövründə 100-dən çox müxtəlif təyyarə tipləri və onların modifikasiyalarını işləyib hazırlamışdır. Müxtəlif zavodlarda 60 mindən çox təyyarə istehsal edilmişdir.

«İL» markalı təyyarələr dünyada geniş şöhrət qazanmışdır ki, bu da ABŞ uçuşa yararlılıq sertifikatı ilə təsdiq olunmuşdur. «İL» markalı təyyarələrin bütün müasir növləri ekologiya, yerli şəraitə görə səslilik, naviqasiya kompleksinin tərkibi və xarakteri üzrə beynəlxalq tələblərə cavab verir.

Qonaq bildirmişdir ki, son vaxtlar üç ədəd «İL-76» təyyarələrin dünyada ən gənc aviaparkına malikdirlər.

Görüşün sonunda Genrix Novojilov və Arif Paşayev bir-birinə xatirə hədiyyələri vermişlər. Görüşdə «V.P.Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyi» Dövlət Səhmdar Cəmiyyətinin baş direktoru Vadim Kuçerov, «Perm motorqayırma kompleksi» Qapalı səhmdar Cəmiyyətinin idarəedici şirkətinin baş direktoru, baş konstruktor Aleksandr İnozemtsev iştirak etmişlər.

MÜNDƏRİCAT

Bakı-Tbilisi-Ceyhan Azərbaycan və bütün bölgə dövlətləri üçün yeni iqtisadi imkanlar açacaq
Qars-Axalkalaki-Tbilisi dəmir yolu Avropanı Mərkəzi Asiya ilə birbaşa birləşdirəcəkdir
Bunları bilmək maraqlıdır
Nəqliyyat tarixindən: Rayt qardaşları
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.