05.22.2017 19:31
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Qazaxıstan Respublikası Prokurorluğunun hakimiyyət bölgüsünün təminatı sistemində müasir vəziyyəti

Hər bir təbii sərvətdən, o cümlədən neftdən xalqın, dövlətin mənafeyi naminə düzgün istifadə etmək uzaq hədəflərə hesablanmış praqmatik siyasət yeridilməsini tələb edir. Əks halda, neftin zənginliyi dövlətlərə xoşbəxtlik deyil, yalnız arzuolunmaz problemlər gətirir. Azərbaycan dövlət müstəqilliyinin ilk illərində Xəzər dənizində iqtisadi və strateji maraqlarını təmin etmək, öz təbii sərvətlərindən səmərəli yaralanmaq baxımından ciddi problemlərlə üzləşmişdi. Daxildə qeyri-sabit vəziyyətin, xaos və anarxiyanın hökm sürməsi, xalqın etimad göstərdiyi siyasi hakimiyyətin olmaması, eləcə də cəbhə bölgəsində vəziyyətin getdikcə gərginləşməsi xarici investorları Azərbaycanla hər hansı əməkdaşlıqdan çəkindirirdi. Təsadüfi deyildir ki, bir illik hakimiyyəti dövründə uğursuz xarici siyasət yeridən, Xəzər hövzəsinin aparıcı dövlətləri ilə münasibətləri gərginləşdirən naşı və yarıtmaz AXC-Musafat iqtidarının Qərbin nəhəng neft şirkətləri ilə müqavilə imzalamaq istiqamətindəki cəhdləri puça çıxmışdı. Bundan başqa, iqtisadiyyatın digər sahələri kimi, neft sənayesində də tənəzzül prosesi güclənir, hasilat getdikcə aşağı düşür, neftçilərin yaşayış səviyyəsi ağırlaşırdı. Əgər 1990-cı ildə 12513 min ton neft hasil olunmuşdusa, 1992-1993-cü illərdə bu göstərici 9563 min tona düşmüşdü. Ümumilikdə neft hasilatı 21,2, qaz hasilatı isə 36,0 faiz azalmışdı. Neft məhsullarının və avadanlıqlarının istehsalı sahəsində də böhranlı vəziyyət yaranmışdı.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanmasına və həyata keçirilməsinə əsaslı zəmin formalaşdırdı. Heydər Əliyev ilk gündən neft amilindən xalqın mənafeyi naminə düzgün və səmərəli istifadəni mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Ulu öndərimizin qətiyyəti nəticəsində Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycanın mənafeyinə cavab verən müqavilənin imzalanması istiqamətində danışıqlara başlanıldı. «Əsrin müqaviləsi»nin imzalanması ilə bağlı rəsmi Bakının o zaman bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qoşnu dövlətlərlə münasibətlərdə ciddi psixoloji -siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda «Əsrin müqaviləsi»nin imzalanması bir çoxlarına utopiya kimi görünürdü. Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq tələb edirdi. Lakin ümummilli liderimiz Heydər Əliyev kənar mənafeləri mətinliklə dəf etdi və Qərbin aparıcı şirkətlərini bu müqavilənin perspektivinə inandıra bildi. Nəhayət, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə «Əsrin müqaviləsi» adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi. Beləliklə, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaratdı. Ulu öndərimiz Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürdü.
Uzun sürən danışıqların müvəffəqiyyətlə yekunlaşmasında o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsini daşıyan cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdur. Bəzi transmilli neft şirkətləri Azərbaycanın düşdüyü çətin durumdan istifadə edərək neft kontraktlarını özlərinin xeyrinə olan qaydada imzalamağa çalışır, ölkə üçün qəbuledilməz şərtlər irəli sürürdülər. Cənab İlham Əliyevin üzərinə bütün bu çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdü. «Əsrin müqaviləsi»nin imzalanması ilə bağlı apardığı danışıqlarda cənab İlham Əliyev prinsipiallıq, qətiyyət və iradə nümayiş etdirdi. Təcrübəli diplomat kimi onun İstanbulda və Hyustonda apardığı danışıqlar «Əsrin müqaviləsi» nin imzalanması ilə bağlı prinsipial razılaşmanın əldə olunması ilə nəticələndi. Bir daha təsdiqləndi ki, cənab İlham Əliyev ən ekstremal situasiyalarda belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir. «Bizim məqsədimiz təkcə neft hasil etmə, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri – həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir» deyən cənab İlham Əliyev Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsi üçün hər zaman böyük əzmkarlıqla və səylə çalışmışdır.
«Əsrin müqaviləsi», eyni zamanda Azərbaycanın iqtisadi müstəqilliyinin məhək daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını, yeni iş yerlərinin açılmasını təmin etdi, ölkəyə investisiya axınını sürətləndirdi. Ümumilikdə, indiyədək 33 xarici şirkətlə imzalanmış 23 neft-qaz müqaviləsi iqtisadiyyatın digər sahələrinin, habelə sosial və istehsal infrastruktur obyektlərinin inkişafına zəmin yaratdı. Bütün müqavilələr üzrə Azərbaycanın neft-qaz sənayesinə yönəldiləcək xarici sərmayənin həcmi 60 milyard dollar təşkil etməlidir. İndiyə qədər bu sahəyə 7 milyard ABŞ dollarından çox investisiya qoyulub. Bundan əlavə, müqavidəyə uyğun olaraq indi dünyanın 16 ölkəsinin 30-dan çox neft şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda və quruda neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı sahələrində çalışır. Ölkəmizdəki neft layihələrinin həyata keçirilməsində servis xidmətlərinin göstərilməsi, avadanlıq, material və digər işlərin görülməsində müxtəlif dövlətlərin 2 minədək şirkəti fəaliyyət göstərir. Müqavilənin imzalanması zamanı ölkənin milli mənafeləri maksimum dərəcədə nəzərə alınıb – son mərhələdə bu şirkətlərdə icraedici qüvvənin və işçilərin 90 faizi yerli mütəxəssislər, 10 faizi isə xarici ölkələrin vətəndaşları olmalıdır. «Əsrin müqaviləsi» çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda indiyədək 60 minə yaxın yeni iş yeri açılıb. Müqavilənin digər mühüm üstünlüyü odur ki, «Azəri», «Çıraq», «Günəşli» yataqlarından çıxarılan qaz ehtiyatlarının hamısı Azərbaycana çatır, konsorsiumda iştirak edən şirkətlərlə bölünmür.
«Əsrin müqaviləsi» imzalanan gündən əsas müzakirə mövzularından biri də hasil olunacaq milyonlarla ton xam neftin Qərb bazarlarına hansı marşrutla nəql olunacağı idi. Bununla əlaqədar müxtəlif təkliflər və ideyalar irəli sürülür, hətta bəzi dövlətlərin rəsmi Bakıya kənar təzyiq cəhdləri özünü qabarıq büruzə verirdi. Neftin nəql olunacağı marşrutun müəyyənləşməsi istiqamətində aparılan müzakirələr bəzi vaxtlarda qarşılıqlı inamsızlığa görə nəticəsiz qalırdı. Lakin Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin isə danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharəti, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə ortimal qərarlar qəbul edildi.
1996-cı ilin yanvar ayında «Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında» Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verildi. İxrac boru kəmərlərinin çoxvariantlığının zəruriliyi alternativ layihələrin üzərində ciddi iş aparılmasını tələb edirdi. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəql haqqında Azərbaycanla Gürcüstan arasında saziş imzalandı.
1999-cu ilin 17 aprelində müstəqil Azərbaycanın tarixində əlamətdar olan bir hadisə yaşandı. Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. 1997-ci il noyabr ayının 12-də isə ümummilli liderimiz Heydər Əliyevin fədakarlığının bəhrəsi olaraq «Çıraq-1» platformasında ilk neft quyusu istismara verilmişdir. Həmin neft «Azəri Layt» adı altında Supsa terminalı ilə dünya bazarına ixrac edilməyə başlandı.
Əsas ixrac boru kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi də layihədə iştirak payı olan dövlətlər üçün strateji əhəmiyyətli məsələlərdən idi. Ümummilli liderimizin bu məsələ ilə bağlı seçimi də son dərəcə obyektiv gerçəkliyin tələbi kimi meydana çıxmışdı. Hələ ötən əsrin 90-cı illərinin ortalarında Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini gündəmə gətirmişdi. 1995-ci ildə Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan marşrutu barədə təklif irəli sürərkən bu layihənin əleyhdarları tərəfdarlarından dəfələrlə artıq idi və layihənin reallaşması əksəriyyət üçün əfsanəyə bənzəyirdi. Lakin Azərbaycan öz təklifini «Əsrin müqaviləsi»ndə iştirak edən şirkətlərə və onların təmsil etdiyi dövlətlərə qəbul etdirə bildi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin üzərində dayanan Heydər Əliyev bunun strateji və siyasi baxımdan ən optimal qərar olduğunu sübuta yetirdi.
Həmin dövrdə cənab İlham Əliyevin söylədiyi fikirlər bütünlüklə Azərbaycanın dəyişməz mövqeyini əks etdirdi: «Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümi müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir».
1998-ci ilin 29 oktyabrında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı «Ankara Bəyannaməsi» imzalandı. 1999-cu il noyabrın 18-də isə ATƏT-in İstanbul zirvə toplantısında «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair» saziş imzalandı. Həmin sazişə eyni zamanda ABŞ və Qazaxıstanın dövlət başçıları da imza atmaqla üzərlərinə müəyyən hüquqi və siyasi təəhhüdlər götürdülər.
BTC-nin reallaşması «Əsrin müqaviləsi»nin imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb edən hadisə idi. Bütün dünya birmənalı olaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərini Heydər Əliyevin şah əsəri kimi qəbul edir. Əsas ixrac boru kəmərinə ulu öndərimiz Heydər Əliyevin adının verilməsi xalqın ürəyincə olmuşdur. Təsadüfi deyildir ki, qardaş Türkiyə Cümhuriyyətinin hökuməti də Ceyhan terminalına ümummilli liderimiz Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir.
2002-ci ilin sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi keçirildi. Bu tədbir Heydər Əliyevin müəllifi olduğtu yeni neft strategiyasının əməli nəticəsi, cənab İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi sonluğu və nailiyyəti idi.
2004-cü ilin fevral ayının 3-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi əfsanənin gerçəyə çevrilməsində sonuncu hüquqi nöqtəni qoydu. Azərbaycanın daimi inkişaf proqramının növbəti qələbəsini böyük iftixarla bəyan edən prezident İlham Əliyev əzmlə davam etdirdiyi siyasi kursun daha bir uğuruna imza atdı. Dövlət başçısı keçilən yolda qarşılaşdıqları çətinlikləri xatırladaraq dedi: «Azərbaycan rəhbərliyinin və şəxsən Heydər Əliyevin qətiyyəti, beynəlxalq şeyt şirkətlərinin inamı və dünya ictimaiyyətinin dəstəyi bizə imkan verdi ki, bütün bu çətinliklərə baxmayaraq istədiyimizə nail ola bilək. Bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır. Azərbaycan xalqının milli maraqları qorunur və heç kim, heç bir qıvvə bizi bu yoldan döndərə bilməz».
Əlamətdar haldır ki, neftdən qazanılan gəlirlər həm də digər istehsal sahələrinin inkişafına ciddi təsir göstərir. Azərbaycanın yeni neft strategiyası bu gün artıq öz bəhrəsini verir. 2000-ci ildən etibarən neftin ixracı nəticəsində dövlət büdcəmizə xarici valyuta gəlirlərinin daxil olması təmin edilmişdir. Neftdən qazanılan gəlirlərin düzgün idarə edilməsi, hasilatda şəffaflığın təminatı ölkə rəhbərliyinin daim xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Azərbaycan Böyük Britaniyanın Baş naziri Toni Bleyerin hasilat sənayelərində şəffaflıq təşəbbüsünə qoşulmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında» 29 dekabr 1999-cu il tarixli fərmanı da məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Fond neft sazişlərinin həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsi mexanizmidir. Belə bir qurumun yaradılması dövlətin neft-qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin istifadəsində israfçılığa, əyintilərə səbəb ola biləcək halların qarşısının alınması, eləcə də şəffaflığın tam təmin edilməsi istəyi ilə əlaqədardır. Fondun fəaliyyətinin başlıca məramını neft və qaz hasilatından əldə olunan maliyyə vəsaitlərinin indiki və gələcək nəsillərin mənafeyi naminə səmərəli istifadə edilməsi təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının uğurları getdikcə özünü daha qabarıq göstərir və milli iqtisadiyyatın inkişafına ciddi təkan verir. Cənab İlham Əliyev neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin açılması yolu ilə yeni iş yerlərinin yaradılmasını, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsini özünün iqtisadi siyasətində prioritet vəzifə kimi nəzərdən keçirir. Cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, neft Azərbaycan üçün son məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün bir vasitədir. Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» və 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» fərmanlarında da neftdən əldə olunan gəlirlərdən milli iqtisadiyyatın çoxqütblü inkişafı naminə səmərəli istifadə olunması məsələsinə mühüm yer ayrılmışdır. Bu fərmanların əsas qayəsi ölkədə sahibkarlığın inkişafını sürətləndirməklə, əmək ehtiyatlarından, təbii resurslardan səmərəli istifadə etməklə yeni iş yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Qısa müddətdə Azərbaycanda 250 mindən artıq yeni iş yerinin açılması cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların, həyata keçirdiyi əməli-praktik tədbirlərin uğurlu nəticələrinin təzahürüdür.
Azərbaycan xalqı cənab İlham Əliyevin simasında Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısını görməkdə və ona etimad göstərməkdə yanılmadığını artıq tam təsdiqləmişdir. Bu gün ölkə həyatının bütün əhəmiyyətli sahələrində özünü göstərən uğurlar «Əsrin müqaviləsi»nin xalqın taleyində oynadığı müstəsna rolu əyani surətdə aşkara çıxarır. Ümummilli liderimiz Heydər Əliyevin ciddi elmi əsaslara söykənən yeni neft strategiyası yaxın illərdə Azərbaycana daha böyük iqtisadi uğurlar vəd edir. İndi hər bir azərbaycanlı yeni neft strategiyasının gətirdiyi bu uğurları gündəlik həyatlarında qabarıq hiss edir, gələcəyə böyük ümidlə baxır.

MÜNDƏRİCAT

Bakı-Tbilisi-Ceyhan Azərbaycan və bütün bölgə dövlətləri üçün yeni iqtisadi imkanlar açacaq
Qars-Axalkalaki-Tbilisi dəmir yolu Avropanı Mərkəzi Asiya ilə birbaşa birləşdirəcəkdir
Bunları bilmək maraqlıdır
Nəqliyyat tarixindən: Rayt qardaşları
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.