Müşfiq Atakişiyev,
iqtisad elmləri doktoru, professor
Kembric Energetika Tədqiqatları Assosiasiyası rəhbəri bəyanatını bu sözlərlə tamamlamışdır: «Əgər Rusiya, Azərbaycan və Qazaxıstan fürsətdən yaralanaraq, dünya bazarına karbohidrogen ixracını artırsalar, dünyanın aparıcı ixracatçıları sırasına daxil olacaqlar».
Burada Azərbaycanın adının çəkilməsi təsadüfi deyil. Belə ki, hazırda dünyada tanınmış mütəxəssislər Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin rentabelli olması fikrini inandırıcı dəlillərlə əsaslandırmağa çalışırlar. Çünki Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının zənginliyi heç kimdə şübhə doğurmur. Hətta mütəxəssislər Xəzəri bu baxımdan Şimal dənizi ilə müqayisə edirlər. Göstərilir ki, əgər Şimal dənizində hasil edilə bilən qalıq resurslar 15 milyard barrelə (təxminən 2,2 milyard ton) bərabərdirsə, Xəzər dənizinin təkcə Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlarının təsdiq olunmuş neft ehtiyatları 5,3 milyard barrel (təxminən 730 milyon ton) həcmindədir.
Yataqların 3 faza üzrə tam miqyaslı işlənməsi nəticəsində gündə təxminən 1 milyon barrel neft hasil ediləcəyi proqnozlaşdırılır. Bundan başqa, mütəxəssislər tərəfindən «Alov», «Araz», «Şərq» strukturlarını birləşdirən yataqda 300 milyon ton, «Atəşgah» yatağında 100 milyon ton neft, «Şahdəniz» yatağında isə 300 milyon ton kondensat olduğu bildirilir. Onu da qeyd edək ki, yuxarıda sadalananlardan əlavə irili-xırdalı bir neçə yataqda da milyon tonlarla neft ehtiyatı var.
Yeri gəlmişkən, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin gələcəyinə ABŞ hökumətinin münasibəti də maraqlıdır. ABŞ-ın energetika naziri Samuel Bodmanın fikrincə, sözügedən kəmərin böyük perspektivləri var. Bu kəmər dünya bazarında neft təminatını daha da artıracaq, onunla ixrac olunan neft qlobal ticarətə daxil ediləcəkdir. Bu, sevindirici hadisədir... Yalnız ona görə yox ki, əlavə neft təminatı ilə kəmər dünya neft bazarında mövcud gərginliyi aradan qaldırmağa kömək edəcəkdir. Həm də ona görə ki, o, Azərbaycan və bütün bölgə dövlətləri üçün yeni iqtisadi imkanlar açacaq, onların eneji müstəqilliyini artıracaq, iqtisadiyyatın inkişafı üçün əlavə zəruri yanacaq verəcəkdir. Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindən bütün tərəflər istənilən şəkildə qazanır. Xəzər hövzəsində uzun illərdən bəri mövcud olan ABŞ-ın maraqları bundan sonra da qalacaqdır...
S.Bodman daha bir vacib məsələyə də münasibət bildirmişdir. Qeyd etmişdir ki, Qazaxıstan da öz neftini Bakı-Tbilisi-Ceyhana nəql etməklə dünya bazarında neft təminatını artıracaqdır.
Xatırladaq ki, artıq Qazaxıstanın layihədə iştirak forması, kəmərlə nə qədər neft ötürəcəyi məsələsi öz həllini tapıb. Mütəxəssislərin hesablamalarına görə, adı çəkilən ölkə bu kəmərlə dünya bazarına il ərzində 20-25 milyon ton neft çıxarmaq iqtidarındadır. Eyni zamanda, Qazaxıstan həmin kəmərlə dünya bazarına çıxaracağı neftin hər tonundan 5 dollar gəlir əldə edərsə, bu ildə 100-125 milyon dollar qazanc deməkdir.
Burada bir məqama da diqqət yetirək. Aparılan təhlillər göstərir ki, Aktaudan BTC-yə çəkiləcək neft kəməri reallaşana qədər Qazaxıstan neftinin BTC-yə axıdılmasında problem yaranmayacaq. Bundan çıxış yolu kimi Kaşaqan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə ötürülməsinin Azərbaycan tankerləri vasitəsilə reallaşdırılması nəzərdə tutulur. Bu da şübhəsiz ki, ölkəmizin dövlət büdcəsinə əlavə xeyli vəsait gətirəcəkdir.
Qazaxıstan neftinin BTC əsas ixrac boru kəməri ilə nəqli məsələsi Azərbaycanla tərəfdaş olan ölkələrin də diqqət mərkəzindədir. Bu barədə indiyə kimi hətta ABŞ, Azərbaycan, Qazaxıstan hökumətlərinin nümayəndələri və «Bakı-Tbilisi-Ceyhan Ko» Boru Kəməri Şirkətinin rəhbərliyinin iştirakı ilə müşavirə də keçirilib. Qazaxıstanın sözügedən layihədə iştirak forması, kəmərlə nə qədər neft ötürəcəyi, bununla əlaqədar hökumətlərarası və kommersiya sazişlərinə aydınlıq da gətirilib.
Ümummilli liderimiz Heydər Əliyev də ölkəmizlə Qazaxıstan Respublikası arasında yaxşı münasibətlər olduğunu dəfələrlə vurğulamış və demişdir ki, Xəzərlə bağlı məsələdə əməkdaşlığımız, xüsusilə, böyük əhəmiyyət kəsb edir... Xəzərin mineral ehtiyatlarından istifadə imkanlarını müəyyənləşdirmək prosesi illərlə davam etmişdir. Biz bu prosesə 1994-cü ildə başladıq. Qazaxıstan həmişə bizi fəal dəstəklədi... Biz artıq neçə illərdir ki, Qazaxıstan neftini tankerlərlə gətirib buradan nəql edirik ki, bu, ildə 4-5 milyon ton miqdarındadır.
Mütəxəssislərin fikrincə, Qazaxıstanın BTC layihəsinə qoşulmaq istəyinin reallaşması mühüm əhəmiyyətli hadisədir. Bu, öncə onunla bağlıdır ki, kəmərin rentabelliyini şübhə altına alan fikirlərin əsassızlığına son qoyulur. Digər tərəfdən, BTC layihəsi daha bir dövlət səviyyəsində özünə müttəfiq qazanır. Bununla da Qazaxıstanın BTC layihəsinə qoşulması Xəzər hövzəsinin qlobal təhlükəsizlik probleminin həllini bir qədər də sürətləndirir. Başqa sözlə, adı çəkilən kəmər tək Cənubi qafqaz üçün yox, həm də Xəzər regionunun təhlükəsizliyində mühüm amilə çevrilir.
«Təsəvvür edin ki, Bakıdan qatarla üç gün ərzində Brüssel və ya Parisə çata biləcəksiniz» deyən nazir bu layihə vasitəsilə Avropanın birbaşa mərkəzi Asiya ilə birləşəcəyini vurğulamışdır.
Azərbaycanda həyata keçirilən qlobal enerji layihələrini bölgənin iqtisadi rifahının təminatçısı kimi qiymətləndirən nazir Vaşinqtondakı görüşləri barədə də məlumat vermişdir. O, apardığı danışıqların Azərbaycan üçün çox mühüm olduğunu, dövlət katibi Kondoliza Rays və ABŞ hökumətinin digər üzvləri ilə qarşılıqlı maraq doğuran məsələləri (antiterror koalisiyası çərçivəsində birgə əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həlli istiqamətində birgə səylər, iqtisadi münasibətlər, Azərbaycanda demokratiyanın inkişafı) müzakirə etdiyini bildirmişdir. Parlament seçkilərini ölkəmizin gələcəyi üçün mühüm addım hesab edən nazir demişdir ki, demokratiya tədricən inkişaf etməli olan prosesdir. Tərəfdaşlarımız müstəqilliyini nisbətən yeni qazanan Azərbaycanın bu sahədə təqdirəlayiq iş gördüyünü hesab edirlər. Vaşinqtonla hər müzakirələrimiz zamanı ABŞ bizi demokratiyanın inkişafına daha da çox ruhlandırır.
Elmar Məmmədyarov Vaşinqtona işgüzar səfəri çərçivəsində avqustun 3-də Prezident Corc Buşun milli təhlükəsizlik üzrə köməkçisinin müavini Cek Krauçla da görüşmüşdür. Cənab Krauç terrora qarşı qlobal mübarizədə ABŞ-a göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir. O, ABŞ–Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini müsbət qiymətləndirmiş və qarşılıqlı əlaqələrin gələcək inkişafı üçün böyük potensial olduğunu söyləmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Həmin gün Elmar Məmmədyarov Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, Seçki Sistemləri üzrə Beynəlxalq Fond kimi qeyri-hökumət təşkilatlarının, Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası nümayəndələrinin iştirak etdikləri «dəyirmi masa»da çıxış etmişdir. Sual-cavab formatında keçirilən «dəyirmi masa»da nazir parlament seçkiləri ərəfəsində Azərbaycandakı vəziyyət barədə danışmışdır. Bir saat davam edən söhbət əsnasında seçki prosesinin texniki tərəfləri, namizədlərin seçkiqabağı kampaniyası, seçki prosesinin müşahidəsi və digər məsələlər nəzərdən keçirilmişdir.