08.21.2017 16:10
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən terminlər

1. AVTOMOBİL TARİFİ – 1) ölkə müəssisələrinə məxsus avtomobillərlə həmin ölkə daxilində həyata keçirilən beynəlxalq yük daşımalarına görə ödəniş tarifi – xarici ticarət yüklərinin ölkə daxilində bu ölkəyə məxsus avtonəqliyyatla daşınmasına görə hesablaşmaların həyata keçirildiyi normativ sənəd; 2) ölkə müəssisələrinə məxsus avtomobillərlə başqa ölkə ərazisində beynəlxalq yük daşımalarına görə ödəniş tarifi – xarici ticarət yüklərinin ölkəyə məxsus avtonəqliyyatla başqa ölkə ərazisində daşınmasına görə hesablaşmaların həyata keçirildiyi normativ sənəd (ödəniş xarici valyuta ilə aparılır).

2. BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATI – BDT (İMO), BMT-nin ixtisaslaşdırılmış idarəsidir, əsası 1958-ci ildə qoyulmuşdur. 1982-ci ilə qədər Hökumətlərarası dəniz məsləhətçi təşkilatı adlanırdı. BDT (İMO)-nin məqsədləri aşağıdakılardır:
a) beynəlxalq ticarət gəmiçiliyinin bütün texniki məsələlərində əməkdaşlığın təşviq edilməsi, b) dənizdə təhlükəsizlik, dəniz naviqasiyası, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması və ona qarşı mübarizə sahələrində ən yaxşı standartların qəbul edilməsinə yardım və s. Ali orqan – üzv-dövlətlərin (150-dən artıq) nümayəndələrindən ibarət olan və iki ildə bir dəfə toplanan Assambleyadır; icra orqanı – BDT (İMO)-nin orqanlarının fəaliyyətini əlaqələndirən və tərkibinə 40 üzvün daxil olduğu Şuradır.
BDT (İMO)-nin mənzil-qərargahı London şəhərində yerləşir.

3. BEYNƏLXALQ MÜLKİ AVİASİYA TƏŞKİLATI – BMAT (İKAO), BMT-nin ixtisaslaşdırılmış idarəsidir, 1974-cü ildə yaradılıb. Onun məqsədəlri bunlardır: beynəlxalq hava əlaqələrinin prinsip və texnikasının işlənib hazırlanması; beynəlxalq hava daşımalarının inkişafının və planlaşdırılmasının təşviqi; beynəlxalq hava yollarında uçuşların təhlükəsizliyinə yardım; mülki təyyarələrin, aeroportların və aeronaviqasiya avadanlığının tikintisi və istismarının təşviqi və s. Təşkilatın mənzil-qərargahı Monreal şəhərində yerləşir.
BMAT (İKAO)-nın ali orqanı – 183 üzv-dövlətin nümayəndələrindən ibarət olan Assambleyadır; icra orqanı – müxtəlif komitələrin və digər orqanların fəaliyyətini əlaqələndirən və 33 dövlətin nümayəndəsindən ibarət olan Şuradır.

4. BEYNƏLXALQ NÜMUNƏLİ YÜK QAİMƏSİ – yük daşımaları haqqında (daha çox, hava yolları ilə) müqavilənin bağlanılmasını təsdiqləyən və üzərində, adətən, ən qısa marşrutun göstərildiyi nəqliyyat sənədidir.
Sənəddə müvafiq qeyd olmadıqda daşınma üçün qəbul edilmiş yük, daşıyıcının fikrincə onun ən tez çatdırılması təmin edilən marşrut üzrə göndərilir. Belə qaimədə yük göndərən yükün elan edilmiş dəyərinin məbləğini göstərir, əgər yükün dəyəri açıqlanmırsa, bu barədə xüsusi qeyd edilir.

5. BEYNƏLXALQ YOL POLİSİ VƏ NƏQLİYYAT TƏŞKİLATI – 1994-cü ilin avqust ayının 15-də Cenevrə şəhərində Beynəlxalq Yol Hərəkəti Təşkilatı kimi təsis edilmiş və sonradan 28 aprel 1999-cu ildə Təşkilatın Altıncı Sessiyasında Beynəlxalq Yol Polisi və Nəqliyyat Təşkilatı (BYPNT) adlandırılmışdır.
BYPNT-nin əsas məqsədləri bunlardır: a) beynəlxalq yol hərəkəti iştirakçıları ilə yol polisi orqanlarının qarşılıqlı münasibətlərinin təkmilləşdirilməsinə yönəlmiş müasir metod və təkliflərin hazırlanması yolu ilə beynəlxalq yol hərəkətinin inkişafına yardım etmək; b) yol hərəkəti sahəsində milli texniki standartların və inzibati qayda qanunvericiliyinin bir-birinə uyğunlaşmasına xidmət edən təkliflər hazırlamaq; c) digər dövlətlərin səlahiyyətli orqanları ilə maraqlı beynəlxalq təşkilatların bu Konvensiya tərəfindən nizamlanan məsələlərdə əməkdaşlığını inkişaf etdirmək, o cümlədən beynəlxalq yol hərəkəti sahəsində nəqliyyat vasitəsinin oğurlanması və cinayət məqsədilə istifadə edilməsini xəbərdar etmək və sairə.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Təşkilatın aşağıdakı orqanları təsis edilmişdir: Baş Assambleya, İcraçı Katiblik və Təftiş Komissiyası.
Azərbaycan Respublikasının 22 oktyabr 1996-cı il tarixli 182-1 Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində Beynəlxalq Yol Hərəkəti Təşkilatı Missiyasının açılması haqqında Beynəlxalq Yol hərəkəti Təşkilatı ilə Azərbaycan Respublikasının Hökuməti arasında Saziş»ə müvafiq olaraq Bakı şəhərində BYPNT-nin Missiyası açılmışdır.
BYPNT-nin Baş Assambleyasında Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təmsil edir.
Beynəlxalq yol hərəkəti – bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək, orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir.

6. DAF – malın sərhədə qədər çatdırılmasını nəzərdə tutan termindir; malların tədarükü və dəyərinin ödənilməsi şərtidir; əsasən, dəmir yolu və avtomobil daşımaları üçün nəzərdə tutulsa da, əslində, praktik olaraq, nəqliyyatın istənilən növü üçün istifadə oluna bilər. DAF şərtinə görə, alqı-satqı kontraktında göstərilmiş sərhəd məntəqəsində malların alıcının sərəncamına veriləcəyi ana qədər bütün xərclər və risklər satıcının üzərinə düşür. Bu, satıcının və ya alıcının ölkəsinin, yaxud hər hansı üçüncü ölkənin sərhədi ola bilər. Satıcı malın göndərildiyi ölkədə gömrük rüsumunu, vergi və yığımları ödəməyə borcludur; alıcı isə satıcı ilə şərtləndirilmiş məntəqəyə gətirilmiş malı öz sərəncamına qəbul etməlidir və bundan sonrakı bütün xərc və risklər onun üzərinə düşür.

7. DƏNİZ QAİMƏSİ – beynəlxalq xətti daşımaların həyata keçirildiyi nəqliyyat sənədidir, o, əmtəə üzərində sərəncamverici sənəd deyil və buna görə də təyinat limanında yükün təhvil verilməsi prosedurunu sürətləndirir.

8. DƏNİZ
 LİMANI – dövlət ərazisinin sahilboyu dövlətin suvereniteti altında olan bir hissəsidir; digər dövlətlərin açıq limanlarına ticarət gəmilərinin gəlməsi üçün həmin dövlətlərin xüsusi razılığı tələb olunmur. Dəniz ticarət limanları hüquqi şəxslərdir, onlar öz təsərrüfat fəaliyyətlərini qüvvədə olan qanunvericilik əsasında həyata keçirirlər.

9. DƏNİZ PROTESTİ – gəmi və ya onun yükü zədələnərsə, yaxud gəmi reysdə olduğu zaman fırtınalı hava şəraiti ilə rast gəlməsi nəticəsində gəmiyə (yükə) ziyan dəyərsə və ya zədə dəyməsi ehtimal edilərsə, gəmi kapitanı səlahiyyətli idarəyə, məsələn, notariat kontoruna və ya öz dövlətinin konsulluğuna D.P.-ni təqdim edir.

10. XƏTTİ GƏMİÇİLİK - dəniz daşıyıcılarının beynəlxalq ticarətin sabit coğrafi istiqamətlərində (hazır sənaye məhsulları, yarımfabrikatlar, ərzaq və digər mallar) təşkil etdikləri nəqliyyat xidməti formasıdır. Xətti daşınma dəniz daşıyıcısının yük göndərənə yükün onun daşıyıcısının ixtiyarına keçdiyi vaxt verdiyi konosament vasitəsi ilə tərtib edilir, o həm də yük daşıma müqaviləsinin və daşıyıcının orada göstərilən yükü qəbul etməsinin sübutudur.

11. «QROSS-ÇARTER» – gəminin fraxt edilməsi şərtlərindən biridir. Bu zaman, gəmi sahibinin, adətən, çəkdiyi bütün istismar xərclərindən başqa, qalan digər xərclər də (məsələn, liman yığımları, yükləmə və boşaltma xərcləri və s.) onun öhdəsinə düşür. Çarter reyslərini çox vaxt bu kateqoriyaya aid edirlər.

12. NAVİQASİYA SƏHVİ – gəmi kapitanının, gəmi heyətinin digər üzvlərinin, dəniz bələdçisinin gəmiçilikdə və ya gəminin idarə olunmasında yükün itirilməsinə və ya zədələnməsinə səbəb olan hərəkətləri, yaxud səhlənkarlığıdır. Gəmiçilikdəki səhv gəminin koordinatlarının düzgün müəyyənləşdirilməməsi, gəmilərin toqquşmasının qarşısının alınması və ya təhlükəsizliyinin təmin olunması qaydalarının pozulması şəklində öz əksini tapa bilər.

13. NƏQLİYYAT VASİTƏLƏRİ – yüklərin və sərnişinlərin daşınması üçün Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış vasitələrdir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləridir. («Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu, maddə 1, 1999-cu il). Bu Qanunun 26-cı maddəsinə görə, nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələr (sazişlər, kontraktlar), habelə qanunvericiliyə uyğun olaraq nəqliyyat müəssisələri və daşıyıcıların xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları müqavilələr (sazişlər, kontraktlar) əsasında həyata keçirilir.

14. TAYM-ÇARTER – gəminin müəyyən müddətə fraxt edilməsi barədə müqavilədir. T. zamanı gəmi sahibi fraxt sahibindən aldığı fraxtın müqabilində ona tam təchiz olunmuş və heyət ilə təmin edilmiş gəmini müəyyən müddətə icarəyə verir. T.-də gəmi ehtiyatlarının təmin edilməsi, əmək haqqı verilməsi, sığorta mükafatının ödənilməsi, gəminin zəruri təchizatı və onun istismar üçün yararlı vəziyyətdə saxlanılması ilə bağlı xərcləri gəmi sahibi çəkir.
15. TRASEKA – Asiyadan başlayaraq, Qafqazdan keçməklə Avropaya gedən Böyük (tarixi) «İpək yolu»nun bərpası layihəsidir (Avropa Birliyinin TASİS – TRASEKA proqramı çərçivəsində). Layihənin həyata keçirilməsi strateji, qitələrarası, xüsusən avtomobil və dəmir yollarının (marşrutlarının) yenidən qurulması və tikintisi üçün önəmlidir. Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransda imzalanmış «Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas çoxtərəfli sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 30 oktyabr 1998-ci il tarixli 535-1Q nömrəli Qanunu xüsusi olaraq TRASEKA-ya həsr edilib.

16. YÜKLƏRİN SIĞORTALANMASI – sığorta növlərindən biridir. Bu zaman sığorta obyekti müxtəlif nəqliyyat növləri ilə daşınan yüklər olur. Xarici ticarət yüklərinin daşınması zamanı böyük əhəmiyyətə malikdir. Y.S.-nın bir-birindən sığortaçının məsuliyyətinin həcmi ilə fərqlənən bir neçə standart şərtləri mövcuddur. Belə ki, dəniz sığortası zamanı bu şərtlərin, əsasən, üç tipi tətbiq edilir: a) «bütün risklərə görə 1. AVTOMOBİL TARİFİ – 1) ölkə müəssisələrinə məxsus avtomobillərlə həmin ölkə daxilində həyata keçirilən beynəlxalq yük daşımalarına görə ödəniş tarifi – xarici ticarət yüklərinin ölkə daxilində bu ölkəyə məxsus avtonəqliyyatla daşınmasına görə hesablaşmaların həyata keçirildiyi normativ sənəd; 2) ölkə müəssisələrinə məxsus avtomobillərlə başqa ölkə ərazisində beynəlxalq yük daşımalarına görə ödəniş tarifi – xarici ticarət yüklərinin ölkəyə məxsus avtonəqliyyatla başqa ölkə ərazisində daşınmasına görə hesablaşmaların həyata keçirildiyi normativ sənəd (ödəniş xarici valyuta ilə aparılır).

2. BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATI – BDT (İMO), BMT-nin ixtisaslaşdırılmış idarəsidir, əsası 1958-ci ildə qoyulmuşdur. 1982-ci ilə qədər Hökumətlərarası dəniz məsləhətçi təşkilatı adlanırdı. BDT (İMO)-nin məqsədləri aşağıdakılardır:
a) beynəlxalq ticarət gəmiçiliyinin bütün texniki məsələlərində əməkdaşlığın təşviq edilməsi, b) dənizdə təhlükəsizlik, dəniz naviqasiyası, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması və ona qarşı mübarizə sahələrində ən yaxşı standartların qəbul edilməsinə yardım və s. Ali orqan – üzv-dövlətlərin (150-dən artıq) nümayəndələrindən ibarət olan və iki ildə bir dəfə toplanan Assambleyadır; icra orqanı – BDT (İMO)-nin orqanlarının fəaliyyətini əlaqələndirən və tərkibinə 40 üzvün daxil olduğu Şuradır.
BDT (İMO)-nin mənzil-qərargahı London şəhərində yerləşir.

3. BEYNƏLXALQ MÜLKİ AVİASİYA TƏŞKİLATI – BMAT (İKAO), BMT-nin ixtisaslaşdırılmış idarəsidir, 1974-cü ildə yaradılıb. Onun məqsədəlri bunlardır: beynəlxalq hava əlaqələrinin prinsip və texnikasının işlənib hazırlanması; beynəlxalq hava daşımalarının inkişafının və planlaşdırılmasının təşviqi; beynəlxalq hava yollarında uçuşların təhlükəsizliyinə yardım; mülki təyyarələrin, aeroportların və aeronaviqasiya avadanlığının tikintisi və istismarının təşviqi və s. Təşkilatın mənzil-qərargahı Monreal şəhərində yerləşir.
BMAT (İKAO)-nın ali orqanı – 183 üzv-dövlətin nümayəndələrindən ibarət olan Assambleyadır; icra orqanı – müxtəlif komitələrin və digər orqanların fəaliyyətini əlaqələndirən və 33 dövlətin nümayəndəsindən ibarət olan Şuradır.

4. BEYNƏLXALQ NÜMUNƏLİ YÜK QAİMƏSİ – yük daşımaları haqqında (daha çox, hava yolları ilə) müqavilənin bağlanılmasını təsdiqləyən və üzərində, adətən, ən qısa marşrutun göstərildiyi nəqliyyat sənədidir.
Sənəddə müvafiq qeyd olmadıqda daşınma üçün qəbul edilmiş yük, daşıyıcının fikrincə onun ən tez çatdırılması təmin edilən marşrut üzrə göndərilir. Belə qaimədə yük göndərən yükün elan edilmiş dəyərinin məbləğini göstərir, əgər yükün dəyəri açıqlanmırsa, bu barədə xüsusi qeyd edilir.

5. BEYNƏLXALQ YOL POLİSİ VƏ NƏQLİYYAT TƏŞKİLATI – 1994-cü ilin avqust ayının 15-də Cenevrə şəhərində Beynəlxalq Yol Hərəkəti Təşkilatı kimi təsis edilmiş və sonradan 28 aprel 1999-cu ildə Təşkilatın Altıncı Sessiyasında Beynəlxalq Yol Polisi və Nəqliyyat Təşkilatı (BYPNT) adlandırılmışdır.
BYPNT-nin əsas məqsədləri bunlardır: a) beynəlxalq yol hərəkəti iştirakçıları ilə yol polisi orqanlarının qarşılıqlı münasibətlərinin təkmilləşdirilməsinə yönəlmiş müasir metod və təkliflərin hazırlanması yolu ilə beynəlxalq yol hərəkətinin inkişafına yardım etmək; b) yol hərəkəti sahəsində milli texniki standartların və inzibati qayda qanunvericiliyinin bir-birinə uyğunlaşmasına xidmət edən təkliflər hazırlamaq; c) digər dövlətlərin səlahiyyətli orqanları ilə maraqlı beynəlxalq təşkilatların bu Konvensiya tərəfindən nizamlanan məsələlərdə əməkdaşlığını inkişaf etdirmək, o cümlədən beynəlxalq yol hərəkəti sahəsində nəqliyyat vasitəsinin oğurlanması və cinayət məqsədilə istifadə edilməsini xəbərdar etmək və sairə.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Təşkilatın aşağıdakı orqanları təsis edilmişdir: Baş Assambleya, İcraçı Katiblik və Təftiş Komissiyası.
Azərbaycan Respublikasının 22 oktyabr 1996-cı il tarixli 182-1 Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində Beynəlxalq Yol Hərəkəti Təşkilatı Missiyasının açılması haqqında Beynəlxalq Yol hərəkəti Təşkilatı ilə Azərbaycan Respublikasının Hökuməti arasında Saziş»ə müvafiq olaraq Bakı şəhərində BYPNT-nin Missiyası açılmışdır.
BYPNT-nin Baş Assambleyasında Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təmsil edir.
Beynəlxalq yol hərəkəti – bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək, orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir.

6. DAF – malın sərhədə qədər çatdırılmasını nəzərdə tutan termindir; malların tədarükü və dəyərinin ödənilməsi şərtidir; əsasən, dəmir yolu və avtomobil daşımaları üçün nəzərdə tutulsa da, əslində, praktik olaraq, nəqliyyatın istənilən növü üçün istifadə oluna bilər. DAF şərtinə görə, alqı-satqı kontraktında göstərilmiş sərhəd məntəqəsində malların alıcının sərəncamına veriləcəyi ana qədər bütün xərclər və risklər satıcının üzərinə düşür. Bu, satıcının və ya alıcının ölkəsinin, yaxud hər hansı üçüncü ölkənin sərhədi ola bilər. Satıcı malın göndərildiyi ölkədə gömrük rüsumunu, vergi və yığımları ödəməyə borcludur; alıcı isə satıcı ilə şərtləndirilmiş məntəqəyə gətirilmiş malı öz sərəncamına qəbul etməlidir və bundan sonrakı bütün xərc və risklər onun üzərinə düşür.

7. DƏNİZ QAİMƏSİ – beynəlxalq xətti daşımaların həyata keçirildiyi nəqliyyat sənədidir, o, əmtəə üzərində sərəncamverici sənəd deyil və buna görə də təyinat limanında yükün təhvil verilməsi prosedurunu sürətləndirir.

8. DƏNİZ
 LİMANI – dövlət ərazisinin sahilboyu dövlətin suvereniteti altında olan bir hissəsidir; digər dövlətlərin açıq limanlarına ticarət gəmilərinin gəlməsi üçün həmin dövlətlərin xüsusi razılığı tələb olunmur. Dəniz ticarət limanları hüquqi şəxslərdir, onlar öz təsərrüfat fəaliyyətlərini qüvvədə olan qanunvericilik əsasında həyata keçirirlər.

9. DƏNİZ PROTESTİ – gəmi və ya onun yükü zədələnərsə, yaxud gəmi reysdə olduğu zaman fırtınalı hava şəraiti ilə rast gəlməsi nəticəsində gəmiyə (yükə) ziyan dəyərsə və ya zədə dəyməsi ehtimal edilərsə, gəmi kapitanı səlahiyyətli idarəyə, məsələn, notariat kontoruna və ya öz dövlətinin konsulluğuna D.P.-ni təqdim edir.

10. XƏTTİ GƏMİÇİLİK - dəniz daşıyıcılarının beynəlxalq ticarətin sabit coğrafi istiqamətlərində (hazır sənaye məhsulları, yarımfabrikatlar, ərzaq və digər mallar) təşkil etdikləri nəqliyyat xidməti formasıdır. Xətti daşınma dəniz daşıyıcısının yük göndərənə yükün onun daşıyıcısının ixtiyarına keçdiyi vaxt verdiyi konosament vasitəsi ilə tərtib edilir, o həm də yük daşıma müqaviləsinin və daşıyıcının orada göstərilən yükü qəbul etməsinin sübutudur.

11. «QROSS-ÇARTER» – gəminin fraxt edilməsi şərtlərindən biridir. Bu zaman, gəmi sahibinin, adətən, çəkdiyi bütün istismar xərclərindən başqa, qalan digər xərclər də (məsələn, liman yığımları, yükləmə və boşaltma xərcləri və s.) onun öhdəsinə düşür. Çarter reyslərini çox vaxt bu kateqoriyaya aid edirlər.

12. NAVİQASİYA SƏHVİ – gəmi kapitanının, gəmi heyətinin digər üzvlərinin, dəniz bələdçisinin gəmiçilikdə və ya gəminin idarə olunmasında yükün itirilməsinə və ya zədələnməsinə səbəb olan hərəkətləri, yaxud səhlənkarlığıdır. Gəmiçilikdəki səhv gəminin koordinatlarının düzgün müəyyənləşdirilməməsi, gəmilərin toqquşmasının qarşısının alınması və ya təhlükəsizliyinin təmin olunması qaydalarının pozulması şəklində öz əksini tapa bilər.

13. NƏQLİYYAT VASİTƏLƏRİ – yüklərin və sərnişinlərin daşınması üçün Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış vasitələrdir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləridir. («Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu, maddə 1, 1999-cu il). Bu Qanunun 26-cı maddəsinə görə, nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələr (sazişlər, kontraktlar), habelə qanunvericiliyə uyğun olaraq nəqliyyat müəssisələri və daşıyıcıların xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları müqavilələr (sazişlər, kontraktlar) əsasında həyata keçirilir.

14. TAYM-ÇARTER – gəminin müəyyən müddətə fraxt edilməsi barədə müqavilədir. T. zamanı gəmi sahibi fraxt sahibindən aldığı fraxtın müqabilində ona tam təchiz olunmuş və heyət ilə təmin edilmiş gəmini müəyyən müddətə icarəyə verir. T.-də gəmi ehtiyatlarının təmin edilməsi, əmək haqqı verilməsi, sığorta mükafatının ödənilməsi, gəminin zəruri təchizatı və onun istismar üçün yararlı vəziyyətdə saxlanılması ilə bağlı xərcləri gəmi sahibi çəkir.
15. TRASEKA – Asiyadan başlayaraq, Qafqazdan keçməklə Avropaya gedən Böyük (tarixi) «İpək yolu»nun bərpası layihəsidir (Avropa Birliyinin TASİS – TRASEKA proqramı çərçivəsində). Layihənin həyata keçirilməsi strateji, qitələrarası, xüsusən avtomobil və dəmir yollarının (marşrutlarının) yenidən qurulması və tikintisi üçün önəmlidir. Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransda imzalanmış «Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas çoxtərəfli sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 30 oktyabr 1998-ci il tarixli 535-1Q nömrəli Qanunu xüsusi olaraq TRASEKA-ya həsr edilib.

16. YÜKLƏRİN SIĞORTALANMASI – sığorta növlərindən biridir. Bu zaman sığorta obyekti müxtəlif nəqliyyat növləri ilə daşınan yüklər olur. Xarici ticarət yüklərinin daşınması zamanı böyük əhəmiyyətə malikdir. Y.S.-nın bir-birindən sığortaçının məsuliyyətinin həcmi ilə fərqlənən bir neçə standart şərtləri mövcuddur. Belə ki, dəniz sığortası zamanı bu şərtlərin, əsasən, üç tipi tətbiq edilir: a) «bütün risklərə görə

MÜNDƏRİCAT

Bakı-Tbilisi-Ceyhan Azərbaycan və bütün bölgə dövlətləri üçün yeni iqtisadi imkanlar açacaq
Qars-Axalkalaki-Tbilisi dəmir yolu Avropanı Mərkəzi Asiya ilə birbaşa birləşdirəcəkdir
Bunları bilmək maraqlıdır
Nəqliyyat tarixindən: Rayt qardaşları
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.