12.11.2017 04:33
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981
2008-ci il may ayının 10-da müasir Azər­­­bay­can döv­­lətçiliyinin banisi Hey­­dər Əliyevin 85 il­li­yi tamam olur. Azərbaycan tarixinin taleyüklü ha­di­sə­­lərlə do­­lu otuz ildən artıq bir dövrü Hey­­dər Əli­ye­vin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əli­yev Azər­bay­can döv­lətini və millətini za­ma­nın ən çə­­tin sı­naqlarından çıxararaq öl­kə­nin ic­­ti­mai-si­yasi, iqtisadi və mədəni-mə­nə­­vi tə­rəq­qi­­si­nə nail olmuş qüdrətli şəx­­siy­yət­dir. 1969-cu ildə Heydər Əliyevin ha­ki­miy­­yətə gə­­li­şindən etibarən res­pub­li­ka­­mı­zın hə­ya­tın­da ge­niş vüsət alan ic­ti­­mai-siyasi pro­ses­lər və iq­tisadi is­la­hat­­lar müs­bətə doğru ra­di­kal də­yi­şik­lik­lərə tə­kan vermişdir. Qısa müd­dət­də iq­ti­­sa­diy­yat sahəsində nailiyyətlər əl­­də olunmuş, mə­­dəniyyətin yüksəlişi və mil­li-mənəvi də­­yər­lə­rin dirçəlişi is­­ti­qa­mə­tin­də mü­hüm addımlar atıl­mış­dır. O illərdə Hey­dər Əliyev ida­rə­et­mə fəl­səfəsinin baş­lı­ca ideya is­ti­qa­mə­tini mil­li özünüdərkin güc­­lən­mə­si­nə imkan verən sü­rət­li in­ki­şaf stra­te­gi­ya­sı təşkil etmişdir. Heydər Əliyev həmin dövrdə özü­nün döv­lət ida­­rə­çiliyi strateji proq­ra­mında mə­dəni və mə­­nə­vi intibahı hə­mişə iq­ti­sa­diyyatda və sə­na­yedəki uğur­­larla əla­qə­ləndirərək, vahid məc­ra­da həyata ke­çir­mişdir. 1969-1982-ci il­­lər­də hə­ya­tı­mı­­zın bütün sahələrində baş ver­miş kök­lü də­yi­şik­liklər öz miq­ya­sına görə Azər­bay­canın qu­ru­cu­luq sal­naməsində ən dol­­ğun səhifələri təş­kil edir. Ölkəmizin müs­­tə­qilliyinin və dün­ya iq­tisadiyyatına də­rin in­teq­ra­si­ya­sı pro­ses­lə­ri­nin hazırkı möh­kəm tə­mə­li Heydər Əliyev tə­rə­fin­dən həmin il­­lər­də yaradılmış potensiala əsas­­lanır. Heydər Əliyevin idarəçilik istedadı, tü­­­kən­məz enerjisi və misilsiz iş­gü­zar­lı­ğı 1982-ci il­dən SSRİ-nin dövlət baş­çı­­la­rın­dan bi­ri ki­mi fəaliyyət gös­tər­di­yi və iri­miqyaslı la­­yi­hə­lə­rə rəhbərlik et­diyi vaxt­larda özünü xü­susilə par­laq su­rətdə tə­zahür etdirmişdir. Hə­min dövr­­də Hey­dər Əliyev fenomeni ümum­­it­ti­faq miq­ya­­sın­da etiraf olu­nur­du. O, ölkədə baş ve­rən ən eks­tremal və­ziyyətlərin aradan qal­­­dı­rıl­ma­sı­nın bi­lavasitə iştirakçısı ol­ma­­sı sayəsində döv­­lətin ən nüfuzlu si­ya­si xa­dim­lə­rin­dən bi­ri­nə çevrilmişdi. Qanlı Yanvar faciəsi ilə bağlı Hey­dər Əli­­yev tə­rəfindən verilən kəskin bə­­ya­nat artıq Azər­­ba­y­can tarixində ye­ni si­ya­si dövrün baş­lan­­ma­sı­nı bil­di­rir­di. O, kom­munist par­ti­ya­sı sı­ra­la­rın­dan çıx­­ma­sı­na dair ərizəsində kom­munist re­­ji­mi­nin ölkəni uçuruma apar­dı­ğı­nı, SSRİ-nin da­ğılmasının labüdlüyünü açıq bəyan et­miş­­di. Heydər Əliyevin Azərbaycan par­la­men­­­tin­də­ki çı­xışları, Naxçıvan Muxtar Res­­­pub­li­ka­sı Ali Məc­lisinin sədri olar­kən qəbul et­di­yi qərarlar və Nax­çıvan Ali Məclisinin bi­na­sı üzərində üç­rəng­li bay­rağımızı ucalt­ma­sı suverenliyin qa­­za­nıl­ması istiqamətində atıl­mış ilk ad­­dım­lar­­dandır. Azərbaycan dövlət müstəqilliyini bər­­pa et­dik­­dən az sonra, xarici təz­yiq­lər və da­xili çə­kiş­­mə­lər nəticəsində 1993-cü ilin iyununda və­­tən­daş qar­şı­dur­ması ilə üz-üzə qaldığı bir vaxt­da xal­­qımız öz ta­le­yini yalnız Heydər Əli­­ye­və eti­bar et­miş­dir. Onun təkidli is­təyi ilə ha­­ki­miy­yə­­tə qayıdan Heydər Əli­yev siyasi təc­rü­­bəsi, uzaq­gö­rənliyi və sarsılmaz ira­də­si sa­yə­sində öl­kə­ni və­təndaş müharibəsi təh­­lü­kə­sin­dən və ic­­ti­mai-siyasi pə­ra­kən­də­likdən qur­tar­mış, qa­nun­çu­lu­ğu bərpa et­miş və cə­miy­­yə­ti vahid məfkurə ət­ra­fın­da bir­ləş­­dir­miş­dir. Heydər Əliyevin ha­­ki­miy­yətə gəlişi ilə mil­li birliyin tə­min edil­­diyi günü xalq özü­nün əsl xi­las­ka­rı şə­rə­fi­nə Azərbaycanın ən ye­ni ta­ri­xi­­nə Milli Qur­tu­luş günü kimi yaz­mış­dır. Ölkəmizdə müstəqil dövlət tə­si­sat­la­­rı­nın ya­­ra­dılması, beynəlxalq nor­ma­lara əsas­lanan de­­mok­ratik, hüquqi döv­lət qu­ru­culuğunun böyük vü­­sət al­ma­sı, su­ve­ren Azərbaycanın əsas qa­nu­­nu olan Kons­­titusiyanın qəbul edil­mə­si, və­tən­daş cə­miy­yətinin for­ma­laş­dı­rılması, mil­li təh­lü­kə­siz­liyin təmin olun­ması və ye­ni iq­tisadi kursun mü­əy­yənləşdirilməsi ilə bağ­lı proseslərin mü­­vəf­fəqiyyətli həl­li şəxsən Hey­dər Əli­yevin xid­mət­lə­ri­dir. 1994-cü ildə Heydər Əliyevin neft stra­­­te­gi­ya­­sı­nın reallaşdırılmasını təmin edən "Əs­rin mü­qaviləsi"nin im­za­lan­ma­sı Azər­baycan xal­­qı­nın öz maddi sər­­vət­lə­ri­nin, o cümlədən nef­­ti­nin hə­qi­qi sahibi ki­mi çıxış et­mə­si­nin tən­tə­nə­­sinə çev­ril­miş­dir. Bu müqavilə öl­kə­mizin ta­ri­xində ye­ni dövr açmış, di­na­­mik inkişafın tə­mə­lini təşkil edərək müs­­tə­qilliyimizin iq­­ti­sadi bünövrəsinin möh­­kəm­lənməsi və Azər­bay­ca­nın bu gün dünyada ana­lo­qu olmayan templə da­­vam­lı inkişafı üçün zəmin ya­rat­mış­dır. Ha­zır­da Heydər Əli­­ye­vin adını da­şı­yan Bakı-Tbi­li­si-Cey­han neft kəməri xal­qımızın ümummilli li­­de­ri­nin ide­ya­la­rının gerçəkləşməsinin par­­laq tə­cəs­sü­müdür. Müstəqil dövlətçiliyimizin Heydər Əli­­yev tə­­rə­findən formalaşdırılan mə­nə­­vi-ide­o­lo­ji əsa­sı dünya azər­bay­can­lı­la­­rı­nın həm­rəy­li­yi­nin möh­kə­m­lən­di­ril­mə­­sin­də həlledici rol oy­­na­mış­dır. Azər­­bay­can ziyalısını son əsr­lər­də cid­di dü­şün­dü­rən milli dirçəliş prob­lem­ləri bü­töv şə­kildə Heydər Əliyevin fəa­­liy­yəti sa­yə­­sin­də strateji dövlət si­ya­sətinə, əmə­li si­yasi müs­təviyə keç­miş və nəticədə azər­­baycançılıq məf­ku­rəsi şüurlara ha­kim kə­silmişdir. İki əs­­rin və iki min­il­li­yin qo­vuşuğunda xal­qımız məhz onun sa­yəsində mil­li-mə­nəvi dəyərləri la­yi­qin­cə qoruyaraq, üçün­­cü minilliyə inam­la qədəm qoy­muş­dur. Hey­dər Əliyevin adı bu gün böl­gədə və dünyada la­yiq­li möv­qe qa­zan­mış Azərbaycan döv­lətinin rəm­­zi ki­mi səslənir. 2003-cü il dekabrın 12-də əbə­diy­yə­tə qo­­vuş­muş Heydər Əliyevi son mən­zi­lə yo­la salmağa yüz min­lərlə soy­da­şı­mız gəl­mişdi. Vida mə­ra­­si­min­də ar­dı-arası kə­silməyən həmin insan se­li isə on il əv­vəl - 1993-cü ildə Vətən dar­­da ikən mil­­lətin nicat yolunu Hey­dər Əliyevin si­­­ma­sın­da görənlərin bir­li­yindən ya­ran­mış­­dı. Bu möh­tə­şəm iz­di­hamı ilə xalq ən kədərli gü­nündə həm­­rəylik nümayiş et­dirməklə Heydər Əli­­yevin ru­hu qar­şı­sın­da mənəvi bor­cu­nu ödə­yir, Heydər Əli­­yev ide­ya­la­rı­na sonsuz sə­da­qə­tini ifa­də edir­di. Çoxəsrlik dövlətçiliyimiz tarixində xü­­­su­si ye­ri olan Heydər Əliyevin fəa­liy­­yə­ti öz əhə­­miy­yə­ti etibarilə Azər­bay­­ca­nın hü­dud­la­rın­dan çox-çox kə­na­ra çıxır. Bey­nəlxalq aləm­də cərəyan edən pro­ses­lərə təsiri ba­xı­mın­dan hə­mişə se­çi­lən və qlobal dünyanın ən ak­­tual ça­ğı­rış­la­rı­na cavab verən Azər­bay­can rəh­bəri zə­ma­­nə­mi­zin tanınmış si­yasi xa­dim­lə­ri sı­ra­sında şə­rəf­li yer tut­muşdur. Özünün zəngin siyasi fəaliyyəti sa­yə­­sin­də öl­­kə­mizin hərtərəfli inkişafı pro­­se­sinə qüv­­vət­li təkan verərək, onu dai­­mi yüksəliş yo­lu­na çı­xaran Heydər Əli­­ye­vin Azərbaycan xal­qı və döv­ləti qar­­şı­sında misilsiz tarixi xid­­mət­lə­ri­ni, o cüm­­lədən xalqımızın müs­tə­qil­lik ar­zu­­su­­nun həyata keçməsində, milli döv­­lət­çi­lik ide­ya­sının ger­çək­ləş­di­ril­mə­sində və müasir Azər­baycan döv­lə­ti­nin ya­şa­dıl­­ma­sın­da müstəsna ro­lunu nə­zərə ala­raq qərara alı­ram: 1. Azərbaycan Respublikasında Azər­­bay­can xal­­qı­nın ümummilli lideri Hey­­dər Əliyevin 85 il­lik yubileyi döv­lət sə­viy­yəsində geniş qeyd edil­sin. 2. Azərbaycan Respublikası Pre­zi­den­­ti­nin İc­­ra Aparatı və Azərbaycan Res­­pub­likasının Na­­zirlər Kabineti ai­diy­yəti qu­rumlarla bir­lik­­də Azər­bay­can xalqının ümum­milli lideri Hey­­dər Əli­yevin 85 illik yubileyinin ke­çi­ril­mə­­si ilə bağlı təd­birlər planını ha­zır­layıb hə­yata ke­çir­sin. 3. Azərbaycan Respublikasının Na­zir­­lər Ka­­bi­neti bu sərəncamdan irəli gə­lən mə­­sə­lə­lə­ri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 11 mart 2008-ci il

MÜNDƏRİCAT

İ.Əliyeva. Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi əsl ümumxalq bayramıdır
Ziya Məmmədov. Qlobal iqtisadi layihələrin reallaşması ümummilli liderimizin müstəsna xidmətlərindəndir
Cavid Qurbanov. Yük­sə­li­şə apa­ran yol­la­rı­mı­zın qüd­rət­li bə­ləd­çi­si
Sakit Hüseynov. Hamının sevdiyi tarixi şəxsiyyət
Tağı Əhmədov. Ba­kı Met­ro­po­li­te­ni ulu ön­də­ri­mi­zin diq­qət və qay­ğı­sı sa­yə­sin­də in­di­ki sə­viy­yə­yə çat­mış­dır
Adil Teymurov. Ye­ral­tı nəq­liy­yat sek­to­ru­nun in­ki­şa­fı ulu ön­də­rin adı ilə bağ­lı­dır
Eldar Əhmədov. Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu və xidmətləri misilsizdir
Aydın Bəşirov. Dahi xilaskar
А.Н.Аббасбейли. Борьба Европейского Союза и ОБСЕ против международного терроризма
Məhərrəmov A.A. Avropa İttifaqına daxil olan bir sıra üzvdövlətlərin ətraf mühitin mühafizəsi sahəsində rolu və milli təcrübəsi
Аль Зубири Мухаммед Ахмед. Международная борьба с терроризмом в контексте прав человека
M.M.Mürsəlov. Azərbaycanda sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi problemləri
A.M.Əsədov. Nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizliyi problemləri
Эфендиев О.Ф. Некоторые актуальные вопросы европейской безопасности в аспекте современных международных отношений
Vəfaddin İbayev. İşgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiya müddəalarının milli səviyyədə tətbiqi
A.M.Məhərrəmov. Azərbaycan Respublikası gömrük qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunluğu
Novruz Mehdiyev. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyətinin yaranması və beynəlxalq hüquqi aləmdə onun inkişaf tendensiyası
GUAM regionunun beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası məsələlərinə həsr edilmiş beynəlxalq konfrans
Sovet avtomobil tarixindən
E.Vəliyev. Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən terminlər
Rəsmi sənədlər
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Girişçıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.